30
- Yox, vallah, deməyəcəyəm!
- Ə, sən allah!..
- Vallah, deməyəcəyəm!
- Yox, deyəcəksən!
- Hə,
mən sənə deyəcəyəm, sən də arvadlığına salıb oraya
gedəndə «Mənə buğda, mənə buğda!» deyəcəksən.
- A kişi, dəli olmusan, bircə de görüm nə olub?
Çox deyişikdən sonra kişi arvadını işdən xəbərdar etdi.
Arvad əllərini bir – birinə çırpıb, həddən artıq şadlıqla:
- Boy, bunda nə var! Vallah, «çörək yemə» deyirlər –
yemərəm. Deyirəm, görəsən nə deyəcək! Bir də orada yemək
olmaz ki, orada hər bir şeyi iyləyib doyurlar.
Usta papağını alnına yeridib, gülə – gülə:
- Amma, arvad, kefimiz olacaq ha!..
- Deyirəm, ə, elə həmişə orada olacağıq dayna?
- Həmişə, həmişə! Belə kef var, kef!
Arvad kişini götürüb, pəncərənin qabağındakı döşəyin
üstündə oturtdu:
- Ə, bircə burada otur; səndən bir – iki söz xəbər alacağam.
Bircə de görüm, orada cəhrə, yun – zad var, yoxsa…
- Yox, əşi, heç zad yoxdur! Yaxşı huri, qılman – belə şeylər
var. Belə kef! Özü də ayrı adamları ora qoymazlar, biz ağanın
səbəbinə gedəcəyik, ya özü aparacaq, ya qəbz verəcək… Bax,
heç kəsə demə ha!
«Qəbz» sözündə arvad bir az fikrə getdi: «Behişt, indi, bir
hamam kimi yerdir. Necə isti su hovuzunun qapısına camadar
qoyurlar ki, arvadlar suyu dağıtmasın, indi orada da qapıya bir
adam qoyacaqlar ki, içəri erməni, rus girməsin… Biz ki,
ağanın
qəbzini göstərəcəyik, onda qapını açıb bizi içəri burax-
acaqlar…»
Burada arvad dadlı – dadlı gülümsənərək, üzünü usta
Ağabalaya tutub sordu;
- Ə, orada, yəni deyirsən, qılman – zad da var, dayna?
Kişi acıqlı – acıqlı:
31
- Var! – dedi.
- Ə, sən atanın goru, acığın tutmasın, bircə de görüm
onlar nə yeyir?
- Arvadın başı olmaz budur ha!.. Onlar neylir yeməyi?
Onların özünü yeyərlər! Xa – xa – xa!
- A kişi, vallah, ağanın macalı olmaz; dalınca o qədər
adam gedəcək ki, onda qıl
körpüdən keçə bilmərik, hamımız
(dilim – ağzım qurusun!) cəhənnəmə töküllük.
- Hımmm! Allahu – əkbər, deyir, ağa Əliəsgər ağanın
yanında biz cəhənnəmə düşəcəyik! Ə, salavat çevir, qoyarmı
düşək? Vallah, yüz min adam olsa, düşmərik, elə əbasının bir
ucu bizdə olsa, bəsimizdir!
- Vallah, a kişi, yaxşısı budur ki, elə bizə kağız versin. Bax,
sənə vəd verib, vaxt ikən get al, sonra yadından çıxar.
Arvadın sözləri deyəsən usta Ağabalanın ağlına batdı; bir az
saqqalını tumarlayıb dedi:
- Onda gərək qabaqcadan hamama gedim, yoxsa napak
qəbz almaq olmaz!
Arvad cavabında:
- Yaxşı, nə edirsən et, amma bir az tez get!
4
Usta Ağabala hamama tərəf getmək də idi. Payız
küləyi
ağacların əlvan rəngli yarpaqlarını budaqdan – budağa salırdı.
Göydən qara zəhmli buludlar sallanmışdı. Bunlar qiblə tərəfə
getdikcə nazilir və dağlara yavıqlaşdıqda kənarları ağarıb
gümüş kimi parıldayır. Usta getdikcə qabağından küçəyə tərəf
pəncərəsiz evlər, sınıq – sökük divarlar, dar, eniş – yoxuş
küçələr… bir – bir gəlib keçirdi. Usta fərəh dənizində dal-
ğalanaraq, ayağı çuxura düşüb tez – tez başmağının çıxmağı,
papağının tullanıb, alnına yeriməsi və ya qalxıb təkrar
peysərinə düşməsi nəzərinə belə gəlmirdi.
Usta o qədər qeydə qalan idi ki, rast gəldiyi şeylər ona təsir
32
etməmiş olmazdı. Birdən küçəyə düşmüş it,
pişik və başqa
heyvan meyitlərini gördükdə belə düşünürdü: «hələ itlərə alla-
hın qəzəbi keçib, bunlara behişt yoxdur; görəsən, o yazıq
pişiklərə kim cənnət qəbzi verəcək!».
Pişik meyidindən sonra toyuq meyidi çıxanda usta bir az da
toyuğun qeydinə qalırdı: «Görəsən, toyuq da behiştə
gedəcəkmi? Ona da qılman verəcəklərmi? Bəlkə, toyuqdur,
bilmədi, buğdaya bir dimdik vurdu, görəsən, onda ona nə
edərlər..?»
Özünə verdiyi bir sıra suallara cavab arayırkən, bir də usta
döşünə bir cüt eşşək qulağı toxunduğunu duydu –
yüklü ulağa
rast gəlmişdi. Küçə dar olduğundan heyvan güc ilə keçirdi.
Usta Ağabala məəttəl qaldı – ya geri dönməli, ya da ulağın
altından və ya üstündən keçməli idi. Usta geri dönməyə
tənbəllənib eşşəyin altından zorla keçib getdi.
Küçə bazara çıxırdı. Bura qaranlıq idi, hisli – paslı
dükanlardakı tacirlər güc ilə görünürdülər; kimi hesab
dəftərlərini yığıb evə hazırlaşır, kimi dükanı bağlayıb dua
oxuyaraq qıfılı püfləyirdi. Yalnız baqqal çömçə ilə qazandan
qatığı götürüb qaba səslə: «Qatığa gəl, qadan alım! Qatığa gəl!»
- deyirdi. Başqası: «Qarpız qurtardı, qalmadı!» - deyə bağırırdı.
Usta bazarda dayanmadı – günəş batırdı. Orada duran ham-
balların arasından cəld keçib sol tərəfdə görünən məscidə tərəf
getdi. Qoca müəzzin əlində bir arşın müştük, məscidin önündə
durmuşdu. Məscidin alçaq qapısından hamballar motal və
başqa baqqal malları çıxarırdılar:
məscid sərin olduğundan bu-
ranı baqqallar icarəyə götürüb, içinə şey yığırdılar.
Usta Ağabala məsciddən o tərəfə bir neçə qədəm atıb
hamama rast gəldi. Hamamın alçaq və uçuq divarları böyük
günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı.
Bu hamama çox xanlar gəlib – getmişdi. Çox mollalar sübh
vaxtları burada istirahətdə bulunmuşdular; minlərcə kişilər
saqqallarına həna bağlayıb həyatının çox hissəsini burada yat-
maqla keçirmişdilər… Hamısı da məhv olub getmiş, hamam isə
33
həmişəki dəbdəbəsində yaşamada idi və minlərcə mömin
kişiləri fani dünyadan haq dünyaya yola salmağa hazır idi.
Hamamın qapısını üstündəki yazılar
tamamilə silinib get-
mişdi. Yalnız iri xətlə yazılmış «Hamam xeyli xubəst» sözləri
görünürdü. bunlardan aşağıda bir pəhləvan çəkilib boğuşan
şirlərə tamaşa edirdi. Şirlərdən birinin quyruğu yağmurdan
silinib yox olmuşdu. Quyruqsuz şir də ustanı fikrə daldırdı:
«Görəsən bu şirin quyruğu belə imiş, yoxsa o pəhləvan kəsib?
Qiyamət olanda bəs pəhləvan şirin quyruğunu haradan alıb
verəcək?» - deyib pillələrlə aşağı endi və rütubətdən göyərmiş
qapını taqqıltı ilə açıb içəri girdi.
Ustanın ilk gözünə görünən su küpü oldu. Ondan o yana
palçıqdan tikilmiş səkidəki ocağın qırağında qırmızı saqqal bir
kişi oturub mürgü döyürdü.
- Salam əleyküm!
Usta Ağabalanın səsinə hamamçı dik atılıb, az qaldı ocağın
üstündə qaynayan pitini töksün, sonra salama cavab verib,
ustanın halını xəbər aldı. Usta ortadakı soyuq su hovuzunun
yanından keçib keçə ilə döşənmiş səkinin
üstündə oturtdu,
hamamçıdan dəllək xəbər aldı. Bir həftə idi ki, usta, dəllək
yanına getməmişdi – başını tüklər deşirdi; saqqalı da pərişan
görünürdü – artıq – əskiyini düzəltdirmək lazım idi.
Hamamçı qapıdan bir neçə dəfə «Kərbəlayı Qulu» deyə
çağırdı, gəlib oturdu. Bir azdan sonra dəllək hazır oldu və
yetişən kimi balaca güzgüsünü ətəyi ilə təmizləyib, ustaya
təqdim etdi. Kərbəlayı qısa boylu bir kişi idi. Onun qızarmış
burnu nazik bığlarının ortasına qədər uzanmışdı. Birdən ustanın
burnundan bir naehmal damcı düşsəydi kişinin düz alt do-
dağında bənd olardı və qışda da həmişə buz bağlardı. Onun
üçün Kərbəlayı Qulu başını ördək başı kimi tez – tez irəli
uzadıb silkələr, naehmal damcılar yerə tökülüb rədd olardı.
Kərbəlayı Qulu
çox şey bilirdi; təbabətdə də mahir olduğu
şübhəsiz idi. Qarın ağrısının qan artıqlığından olduğunu bilirdi,
dərhal azarlının arxasını çərtirdi; boğaz ağrayanda peysərə