Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   2   3   4   5   6   7   8   9   ...   103

 
16 
baxıb çığırdı: 
- Bu o deyil! O deyil! 
Sonra qapıya yüyürdü və Yetəri orada görüb, başına bir 
yumruq ilişdirdi: 
- Ay köpək qızı! Bəs bulaqda göstərdiyin qız necə oldu? Bu 
deyil! Bu deyil!.. – deyib qışqırdı. 
Qapıdakılar  Şaqqulunu tutdular və  Kərbəlayı Qurban 
cibindən çubuğu çıxardıb, Şaqqulunun başına vurdu ki, niyə səs 
– küy salır. 
Şaqqulunu tuturdular, tutulmurdu; cin atına minib, bar – bar 
bağırırdı, deyirdi: 
- Mən istəmirəm; o deyil! Vallah ya onu öldürəcəyəm, ya 
Yetər köpək qızını! 
Kərbəlayı Qurban bu sözləri eşitcək hirsli yüyürüb «köpək 
oğlunun dilinə bax, dilinə!»  deyə – deyə Şaqqulunu birçəklədi. 
O da əlini rəfə atıb, «köpək oğlu özünsən!» deyib kərbəlayıya 
bir qazan salbası vurdu, kərbəlayı da ona bir kəfgir qolazladı. 
Kəfgir də  tərs kimi Şaqquludan ötüb, Nənəxanımın burnunu 
əzdi. Bir dəqiqədə bura bir – birinə qarışdı. Gəlin yengələrlə 
çölə qaçdı. İçəridə səs – küydən qulaq tutulurdu: 
Hərdən bir Yetər də səslənirdi: 
- Ay aman, kişinin başına yağlıqara gətirin, yağlıqara, 
yağlıqara!.. 
Birdən bərk şaqqıltı gəldi: pəncərə sınıb töküldü və çıraq da 
içəridə sındı. Elə bil qurbağanın gölünə daş atdın: səs – küy bir 
dəqiqədə kəsildi. Bircə Nənəxanım çığırırdı: 
- Evin yıxılsın, qız verən! Üstünə od yağsın, qız verən!.. 
*** 
Yarım saatdan sonra gəlin başında iki qat çarşab ağlaya – 
ağlaya atası evinə qayıdırdı və deyirdi: 
- Allah, mən sənin altında nə qayırmışdım ki, başıma bu iş 
gəldi?.. 
 
                                                                                                       
 
17 
1907    
 
 


 
18 
KƏNDDƏN  ŞƏHƏRƏ  GÖNDƏRİLƏN  BİR  KAĞIZ 
 
Nuriçeşma, əvvəla səlamət üzrə bərqərar və paydar olasınız 
və saniyən hərgah bu tərəfin əhvalını xəbər alsanız, şükür olsun 
allaha, sağ və salamat varam və bir qəmim yoxdur savayı sizin 
ayrılığınızdan qeyri. Xudavəndi – aləm bir vəsileyi – xeyir etsin 
ki, bir – birimizi bir də görək. Və bir də, köpək uşağı, qudurub 
yolunuzdan çıxmısınız. Sözümə - zadıma qulaq asmırsınız. Al-
lah qırmış, məni  şəhərə  gətirməyin, vallah, gəlləm sizi it unu 
kimi dağıdıb, atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, 
görmək istəmirəm. Min dəfə yazıram ki, oğul, oxuduğun daha 
bəsdir, gəl yanıma alış – veriş edək, qulaq asmırsan! Elə  deyək 
oxudun, oldun pristav, nə  çıxdı; qulluqdan bir gün qovsalar 
acından öləsisən ki, öləsisən! Oğul, gəl sən allaha bax, daşı 
ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə 
qazanclı sövdə eləyirəm; kənddə  hər üzünü vurursan. Bu gün 
bir motal aldın dörd manata; başından satırsan, sonra dönüb 
yerinə su tökürsən. Bir az satıb, yenə su tökürsən. Ondan, təzə 
pendirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, 
bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. 
Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. hər şey 
elə belə: bu gün on dörd qəpiyə şəkər alıb qaynadırsan, içinə də 
bir az arı ölüsü, milçək ölüsü salırsan, görürsən girvənkəsi iki 
abbasıya xalis bal adına satıldı. Hər şey elə belə. 
Bu gün bilirsən ki, tərəkəmə ildə bircə dəfə, bayram axşamı 
aş yeyir. Ondan, yığırsan keçi piyi, mal piyi, nə bilim, əlinə 
gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi 
on  şahıya kərə yağı adına satırsan. Elə  hər  şey belə. Məsələn, 
içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda 
vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına 
girvənkəsi altı abbasıya göydə götürürlər. Tərtər düyüsünü alır-
san, yarı da xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən 
akulə düyüsü adına aldı apardı. 
Oğul! Bir əttar, baqqal malından savayı ayrı  şeydə satsan 
 
19 
eybi yoxdur. Bu gün dükandır da, nüsxəbənd malı da saxlayır-
san. Məsələn: gərçək yağıdır, müshildir, civə yağı, çaharşirə, 
babasil həbbi, göy daş, zırnıq, nə bilim, babına yağı…  İndi 
bunları  işlətməyi də bilirsən. Məsələn: keçələ civə yağı 
verirsən, heyzə olana müshil, gərçək yağı, çaharşirə, 
xiyarçənbər, səna. Nə qədər də ayrı azar olsa elə babasil həbbi 
ilə yaxşı eləmək olar. Xülasə, oğul, bir belə ki, pul mən qaza-
nıram, vallah, heç pristavın babası da qazana bilməz!.. Bir də 
ki, müsəlmanlığından da çıxıb, gedib urus çörəyi yemirsən. 
Xülasə, oğul, başını bir tərəfi qırxılmış, bir tərəfi qırxılmamış 
olsa da, duymuyub gələsən. 
                               ƏZ  TƏRƏFİ – KABLA  AVDIN. 
1909 
 


 
20 
SƏRHƏD  MƏSƏLƏSİ 
 
- Min dəfə deyirəm bu zəhrimar çəpəri çəkəndə öz xara-
banızdan çəkin! 
Bu sözlər ilə  dəmirçi Kərbəlayı  Ağca həyətin kənarına 
gəlib, «basaraq» Kazımın təzə  çəkdirdiyi çəpəri uçurmağa ba-
şladı. 
- Tərpətmə! Sənə deyirəm tərpətmə! Tərpətmə! 
Bu sözlər ilə  də «basaraq» Kazım yüyürüb Kərbəlayı  Ağ-
canı tutdu. Kərbəlayı Ağca dartına – dartına: 
- Min dəfə deyirəm bu zəhrimar çəpəri çəkəndə öz xara-
banızdan çəkin! – dedisə də, Kazım bunu buraxmadı: 
- Bura mənimdir, buradan çəkəcəyəm! 
- Xeyr, sənin deyil! 
- Xeyr, mənimdir!  
- Sənə deyirəm sənin deyil! 
- Sənə deyirəm mənimdir! 
- Xeyr, sənin deyil! 
- Xalis mənimdir!  
Kərbəlayı Ağca ürəyi döyünə – döyünə gözlərini «basaraq» 
Kazıma ağardıb, hirsli və titrəyən dodaqlarını bir – birinə yavı-
qlaşdırıb, güc ilə dedi: 
- Allahu əkbər! Lənət sənə şeytan! 
«Basaraq» Kazım da yorğun qaşlarının altından baxan xırda 
üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi: 
- Niyə gözünü – zadını ağardırsan? Səndən qorxan yoxdur! 
De görüm hələ çəpəri niyə sökürsən? 
Kərbəlayı Ağca acıqlı cavab verdi: 
- Çox da yaxşı eləyirəm! 
- Çox qələt eləyirsən! 
- Qələti baban eləyir! 
- Sənin həftadi – püştün eləyir! 
- Babanın babası eləyir! 
Burada artıq səs gəlmədi: qonşular tutuşdular. Qoçaq 
 
21 
Kərbəlayı Ağca Kazımı qara quş kimi, boğazından aldı. Kazım 
da kümbə kimi əlləri ilə Kərbəlayı Ağcanın yaxasından yapışdı. 
Bir az dartışdırdılar. Bir – birinə qalib gələ bilmədilər. 
Kərbəlayı Ağcanın fikrində bu idi ki, çəkici zindana vuran kimi 
«basaraq» Kazımı  çəpərə elə  çırpsın ki, çəpərin taxtaları lax-
lasın. Amma olmadı: Kazım o qədər ağır idi ki, heç yerindən də 
tərpənmədi. Kazımın da fikrində bu idi ki, Kərbəlayı  Ağcanın 
yaxasını tamam cırsın. Bunu Kərbəlayı gördükdə qəzəbli səslə 
dedi: 
- Əlini yaxamdan çək! 
Cavab gəlmədi. Bir də: 
- Sənə deyirəm əlini yaxamdan çək! 
Yenə cavab gəlməyəndə  Kərbəlayı dartınıb, ona bir – iki 
yumruq vurdu. Dava şiddətləndi. Səslər ucaldı. Söyüşlər yağ-
mağa başladı. 
Kərbəlayı Ağcanın arvadı qara Ballı təzəcə bozbaşın kəfini 
alırdı, həyətdən bərk səs gəldi. Qaşığı yerə qoyub, otaqdan 
çıxdıqda işdən xəbərdar oldu. Daha Ballının  əlindən nə  gələr: 
bir az o başa, bir az bu başa yüyürüb, bir az dizinə çırpıb, sonra 
yaşmandı və sağ əlini qabağa uzada – uzada çığırdı: 
- Adə, ey!.. Ay qırmızı! Kişinin yaxasını niyə cırırsan? Axır 
təzəcə tikmişəm! 
Kərbəlayı Ağca arvadı görcək bir az ürəkləndi: 
- Adə, gəl bu çəpəri sök! 
Arvad ayaqyalın yüyürüb çəpərin taxtalarını silkələməyə 
başladı. «Basaraq» Kazımın arvadı  Xırdaxanım bunu görcək, 
yaylığı başına atıb yüyürdü. Bunlar da birçəkləşdilər. Hərdən 
qara Ballının səsi gəlirdi. 
- Ay qız! Eyy! Ay arvad! Dəli olmamısan çəpkənin qolunu 
niyə cırırsan?! 
*** 
Axşam vaxtı idi. Məşədi Qasım və oğlu Əliqulu darvazadan 
içəri girəndə məsələdən xəbərdar olub, çəpərə tərəf yüyürdülər. 
«Basaraq» Kazımın oğlanları Qənbər, Sülü və qardaşı Zalış da 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə