Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə99/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   95   96   97   98   99   100   101   102   103

 
414 
QIZLAR BULAĞI 
 
 
(Xəyali hekayə) 
 
 Məndən başqa da bir çox cavan dağa dırmaşmaqda idi. 
Hərədə bir ümid, uca bir meyl var idi. Yerişlərində bir dirilik
rəftarlarında bir hüsn görünürdü. Getdikcə dağ  şenlikləşirdi. 
Ətrafda dadlı söhbət və  zərif gülüş artırdı. Bir az da yuxarı 
qalxdıqda gözlərimizə cavan qızlar göründülər. Bunlar bizdən 
tez qəbilədən çıxmış imişlər. Qol-qola taxıb qayalardan 
sallanmış kolların arasından keçib gedirdilər. Gözləri üzümüzə 
sataşdıqda qızlar utandıqlarından qızarıb, başlarını  aşağı 
dikirdilər; bəzi də rast gəldikdə qəhqəhə çəkə-çəkə daşdan-daşa 
sıçrayıb ceyran kimi gözdən itirdi. Gün dağın arxasına 
yavıqlaşırdı və həzin şüaları kolların arasından şaqqıltı ilə axan 
suya düşüb min rəng çalırdı. Meşədən qızların narın 
səsləri qulağımıza gəlib ürəyimizə  lətif nəşələr doldururdu. 
Yoldaşım mənə yanaşıb gülə-gülə:  
– İlyas, eşidirsənmi? Qızlar bizdən qabaq gəlib, oxuşurlar. 
Biz kişilər elə belə tənbəl oluruq! 
Həqiqətdə  də  qızlar  əl-ələ tutuşub, bir meydançada 
oxuşurdular. Onların qarşısında uca bir qayadan yarılıb çıxan 
su tökülüb əlvan rəngli çınqıllara dəydikdə min parça olub
mirvari danəlari tək dağılırdı. Suyun ətrafı tamam ot və 
çiçəklərlə  bəzənmiş idi. Böyük dağları, iri daşları kollar və 
yaşıl ağaclar qucaqlayıb bürümüşdülər. «Qızlar bulağı» deyə 
fikrimdən keçirdim. Nə böyük fəxr! – Mən də bu həyat 
çeşməsinə çatdım. Keçən illər buraya gəlməyə təlaş edirdimsə 
də, anacığım razı olmurdu 
– İlyas, – deyirdi, – hələ   sən   uşaqsan,   Qızlar   bulağına   
ehtiyacın yoxdur. Həddi-buluğa çatarsan, onda səadət yarın 
olsun, get haraya gedirsən. 
 
415
İndi mən daha uşaq deyildim. Cavanlığın  ən dadlı 
vaxtlarında idim: ürəyimdə bir ümid, xəyalımda bir dilbər
qayeyi-amalım da belə yaxın, belə  şüadar idi ki,  az qalırdı 
qarşımda oxuşan qızlara tutub deyim: səadət ulduzum sizsiniz, 
gözəllərim! 
Qızlar əl-ələ verib,  rəqs edə-edə bulağın  ətrafında oxuyur-
dular: 
 
 
 
 
Gəldik çeşməyə,  
   Sudan 
içməyə; 
 
 
 
Ağca daşlara  
 
 
 
Təzim etməyə. 
 
Oğlanlar da qızları  əhatə edib fırlanırdılar. Mən də 
yoldaşımla yetirib, oxuya-oxuya cərgəyə girdik. 
 
 
 
 
Gəldik bulağa, 
 
 
 
Sərin sulara, 
   Gözümüz 
düşdü, 
 
 
 
İncə qızlara. 
 
Qızlar – 
Qızlar burada 
 
 
 
Gəlmiş murada.  
 
 
 
Təbiət salsın  
 
 
 
Onları yada. 
 
Oğlanlar – 
Gəldik bulağa 
 
 
 
Səsə, sorağa. 
   Gözümüz 
düşdü  
 
 
 
İncə yanağa. 
 
Qızlar – 
Qönçə yanağa 
 
 
 
Ağca buxağa;  
 
 
 
Oğlanlar gəlib  


 
416 
 
 
 
Səsə, sorağa... 
 
Qızlar oxuduqca üzlərini döndərib arxalarına tökülən uzun 
tüklərinin arasından bizlərə baxırdılar. Bu baxışlarda o qədər 
hüsn var idi ki, onlara etidali-dəmlə  nəzər yetirmək olmurdu. 
Sevmək, sevilmək istəyirdim; ürəyimdə  qəmli bir sızıltı, 
vücudumda mərizanə bir hal hiss edirdim. Gözlərim ağlamaq 
xəyalında idi. Qızlar oxumaqlarında davam edirdilər və 
oxuduqca da yorulub bulağın  ətrafına toplaşırdılar. Birdən 
yüzlərcə nazik libaslı  sənəmlər saçlarını arxalarına ata-ata 
bulağın güzgüyə bənzər səthinə əyilib su içirdilər. Bir də qalxıb 
əvvəlki kimi laqeydanə oxumağa başlayırdılar. 
 
 
 
 
Gəldik çeşməyə 
   Sudan 
içməyə;  
 
 
 
Ağca daşlara  
 
 
 
Təzim etməyə. 
 
Su qızlara ecazkar bir məlahət bəxş edirdi: gözəlləşirdilər, 
zərifləşirdilər. Suda bir qüvveyi-möcüzanə, bir sirri-təbiət var 
idi. O utancaq qızlar indi bir növ rəqs edirdilər, bir növ qaş-göz 
oynadırdılar ki, ruh bədəndə məst olurdu. Cavanların ürəyi bir 
od-parəya düçar olub yanırdı, divanə kimi qızları  əhatə edib, 
fırlanıb qaçırdıq.  Hərəmiz gözümüzü həsrətlə  bir pəriüzlüyə 
dikib oxuyurduq: 
 
 
 
 
Qızlar, qızlar, aman qızlar!  
 
 
 
Ala gözlü, yaman qızlar!  
 
 
 
Qızlar söylər şirin sözlər,  
 
 
 
Oğlan söylər: «can, ay qızlar!» 
 
 
   Gözəl qızlar, zərif qızlar! 
 
 
 
İçin, qızlar, soyuq sular.  
 
 
 
On   beş   sinnə   dolsun   sinnlər,  
 
417
 
 
 
Eşqə düçar olsun qızlar. 
 
Axşamın qızartısı  çəkilirdi. Rəqs qurtarmışdı  və  hərə bir 
guşədə  ətraf mənzərənin ifrat gözəlliyinə heyran qalmışdı. 
Bulağın üstündə  ağca daşa söykəli bir qız oturub, şəhadət 
barmağı dodaqlarında fikrə getmişdi. Dağınıq tükləri daşın üstə 
ilan kimi qıvrılıb yatmışdı. Nazik libası qızın dolğun bədənini 
bir  istedadi-xudadi ilə himayə edirdi. Ona zənnlə baxırdım. 
Bu tamaşa guya gözələ agah oldu: birdən fikrindən 
aralanıb başını qovzadı, üzümə baxdı. Gözlərimiz qarşı-qarşıya 
gəldi. Məni guya oxladılar: filfövr ürəyimdə bir tufan qopdu, 
bədənim titrədi. Qız halımı duydu. Dodaqlarında bir təbəssüm 
oynadıb, qızarmış üzünü aşağı saldı. Bu təbəssüm daha da məni 
odladı, özümü saxlaya bilməyib, ixtiyarsız bulağın bir tərəfində 
oturdum. Yəqin qıza halım aşkar olmuşdu: bir də başını 
qovzayıb gülümsündü. Yerimdən divanə tək qalxıb bulağa tərəf 
gəldim. Burada nə edəcək idim, məlum deyildi. Bir də ayıldım. 
Öz hərəkətim özümə  də  qəribə  gəldi. Güldüm. Qız da 
gülümsündü və daha da qızarıb üzunü əlləri ilə gizlədi. Özümü 
bir az toxtadıb, qıza dedim: 
– Görəsən bu ağaclar burada necə bitib? 
Bu sualın nə dərəcədə axmaq bir sual olduğunu düşündüm. 
Lakin əlac da yoxdu. Qız da sözlərimdən bir məna anlamayıb, 
qəhqəhə ilə güldü və ayağı büdrəyib qayadan düşdü. Bu vəqə 
məni gülüş vəziyyətindən qurtardı. Cəld yerimdən sıçradım və 
qızın qolundan yapışıb sual etdim: 
– Bir zərər toxunmadı ki?!. 
– Razılıq edirəm,  zərərsiz  qurtardım;  lakin çəkmələrim  
bir  az suya batdı. 
Qızın sözləri qurtarmamış  dəsmalı  çıxardıb çəkmələri 
silməyə başladım. Qız nə qədər təlaş etdisə də, çəkmələri silib 
təmizlədim. Qız həzin bir səslə: 
– Şücaətli bir cavana ayaqları silmək yaraşarmı? 
Gözəlin cavabında kəmali-fəxrlə: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə