Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə102/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   95   96   97   98   99   100   101   102   103

 
426 
«Filosofluğumda»   davam   edirdim.  Nuşa  sözlərimə  
qulaq  verirdi və çox vaxt qızarıb başını aşağı salırdı. Aralıqda 
birdən sözlərimi kəsib Nuşanın pərişan zülfləri ilə əhatə olun-
muş  həyalı üzünə  zənlə baxırdım. Onda ürəyimdə  həyata, 
təbiətə və cəmi varlığa  qarşı böyük məhəbbət oyanırdı. 
*** 
Bu dəhşətli əhvalı eşitdikdə elə bil,  ağlım başımdan çıxdı. 
Qəribə  bir  hala  düşüb,  başladım  sərsəmləməyə:  «Kimi?  
Harada?  Niyə?» sözləri ilə dağdan geri gələn qızları 
qarşıladım. Qızlar gözləri yaşararaq: 
– Nuşanı!..  Vəhşilər   biçarənin   göz   yaşlarına,   nalə və 
fəryadına baxmadılar. Elə onu bildilər ki, atın üstə qoyub 
apardılar. Hər yerdə çay yuxarı gedə-gedə gözdən yox oldular. 
Əvvəl qızların sözləri mənə yuxu kimi gəlirdi. Görmədiyim və 
eşitmədiyim bir hadisəyə inana bilmirdim. 
Necə ola bilər ki, – deyirdim, – insanı götürüb qaçalar? 
Bizim «Haqq»  qəbiləsində  heyvanları      belə  götürüb  
qaçmağa   cürət  etmirlər. Hər diri bir şəxsiyyətə malikdir, 
şəxsiyyətə  də  təcavüz etmək böyük günah etmək deməkdir. 
Durmaq yeri deyil idi. Götürüldüm. Qızlar nişan verən tək çay  
yuxarı gedib  atlıların izincə duşdüm. Beş atlı idi. Aydın 
görünürdülər. Orta atda bir şey çapalayırdı. Hərdən o birilər də 
onun başına toplanıb bir az duruxurdular və yenə gedirdilər. 
«Yəqin o, Nuşadır» deyə fikrimdən keçirdim. Asudəliyinə 
təcavüz edən vəhşilərə qarşı müqavimət edib getmək istəmirdi.  
Gözəlciyim!  İlyasından ayrı düşən gözəlim. 
Atlılar dağın dalına döndülər. Mən də dağın  ətəyi ilə 
dırmanmağa başladım. Ürəyim aramsız döyünürdü, bilmərrə 
candan düşmüşdüm.   Bir   otluğa   yıxılıb  qaldım.   Öz-özümə: 
– Sabah  toy  günüdür.  Məqsədə  belə  nail  olduq. Yenə 
gözlərim yaşardı. Divanə  tək ayağa qalxdım və bir dəqiqədə 
dağı başa çıxdım. Yuxarı dağda, yolun ortasından səs gəlirdi. 
Atlılara çatdığımı yəqin etdim.  Bir  az  da  öz-özümü toxtadıb 
dağı  aşdım  və otluq bir təpədə düşmənlərə rast gəldim.  Atları  
 
427
ota  buraxıb özləri dincəlməyə düşmüşdülər. Gözlərim o saat 
Nuşanı axtardı. 
– İlyas, İlyasım! – deyə səs gəldi. Qolları bağlı Nuşa dizi 
üstə qalxdı.  Yüyürüb  qucaqlaşdıq.  Mənim   qəflətən  
gəlməyim  ətrafımdakıları  təşvişə  saldı.  Rəngləri  üzlərindən  
götürüldü.  Qalxdılar.  Qılıncı  siyirdim.   Nuşa  yolunda  
ölməyə  hazır  idim.  Bunlar  da  yarağa doldular. Cəld sıçrayıb 
qılıncı qapdım. Əvvəl yıxılan qabağa yeriyən ortaboylu oldu. O 
birilər özlərini itirməyib mənə hücum etdilər. Vuruşmaya 
girişdik. Bunların fikri bu idi ki, məni araya alıb parçalasınlar. 
Ona görə mən də onların zərbələrini dəf edə-edə geri çəkilirdim 
və fürsət tapdıqca düşmənlərə yaralar da yetirirdim. Bir də 
üzərimə qılınc endiyini gördüm. Başımı qaçırtdım, çiynimə elə 
bil bir ağır şey düşdü. Bir tərəfimi qan bürüdü. Təpədən uçub 
düşdüm. Yaram başladı  sızıldamağa. Bu halda Nuşanın 
ürəkyandırıcı çığırtısından   başqa   bir   şey   fikrimdə  deyildi. 
*** 
Gözlərimi açıb özümü xəstəxanada gördüm. Nə təhər olub 
ki, buraya gəlmişəm – bilmirdim.   Ətrafımda   şəfqət  bacıları  
fırlanıb  dolaşmaqda idilər. Hamının üzündə bir şadlıq 
görünürdü. Elə bil demək istəyirdilər: daha əcəl səndən  əl 
çəkdi, diriliyə tərəf qədəm atmaqdasan. 
Doğrudan da özümü yaxşı hiss edirdim. Lakin zəiflikdən 
tərpənə bilmirdim.  Sabah  həkim gəldi,  yarama  baxdı    və 
onun  zərərsizliyini məlum edib, gülə-gülə dedi: 
– İndi nişanlın da gələr yanına, yaran daha da yaxşılaşar.  
Həkimin sözlərindən doluxsundum: 
– Nuşa hayandadır ki?.. – dedim. 
– Nuşa  evlərindədir,  hayanda  olacaq idi  ki!.. 
Həkim  mənə  zənlə  baxıb,  yenə gülməyə  başladı. Mən  
təbibin sözlərinə  inanmayaraq: 
– Mənimlə  zarafatmı  edirsən?  Bəs  Nuşa  buradadır,  niyə  
mənim yanıma gəlmir? 
– İstəyirsən bu saat çağırım gəlsin. 


 
428 
Həkim sözlərini qurtarmamış  qızlara bir işarə elədi və az 
çəkmədi ki, Nuşa qapıdan içəri daxil oldu. Bu sirrəngiz 
mənzərədən mütəəssir gözlərim yaşardı, istədim yerimdən 
qalxam, zəiflik aman vermədi. Nuşa çarpayının qabağında dizi 
üstə durub, məni ehmalca qucaqladı  və dodaqlarımız 
qovuşduqda odlu damcıların yanağıma tökülmələrini hiss 
etdim. Mən də kövrəldim. Göz yaşlarımız bir-birinə qarışdı. 
Həkim əlini Nuşanın çiyninə qoyub dedi: 
– Daha kifayət elər, xəstəyə ağlamaq zərərdir.  
Nuşa başını çarpayıya söykəyib, ağlamaqda davam etdi. 
Həkim bir də Nuşaya tərəf yönəldi:  
– Toxtaq olmalı,  ağlamaq zəiflər  üçün  yaranmış.  Bir  az  
toxtaqlıq, bir  az da  səbir olsa, işlər yenə əvvəlki  halına  gələ-
cək. Ancaq toy bir-iki ay ləngidi. Nə etməli?  Vəhşilərin hərə-
kətindən işlər belə oldu. 
 
*** 
Nuşa sabah axşamadək çarpayının bir tərəfində oturub, 
gözlərini  gözümdən  çəkmirdi.  Onun
  
baxışında  mənə  qarşı  o 
qədər  məhəbbət var   idi ki, tə'siri  altında   canlanıb  gün-
gündən   həyata   doğru  gəlməkdə idim. 
Zəiflikdən xilas olmuşdum, daha uzun söhbət məni 
yormurdu. Sübhdən  axşamadək Nuşa ilə taətiyi-əfkar edirdik. 
Hər məsələyə dair söhbətlərimiz   olurdu. Bircə onun macərası 
barəsində danışmırdıq. Nuşa belə razı olmurdu, deyirdi:  ' 
– Yaxşı ol, sonra nağıl edərəm. 
Bir axşam Nuşa yenə yatacağımın bir tərəfində oturub  
sükuta getmişdi. Dedim: 
– Nuşa, axır sən söz vermişdin ki, başına gələnləri mənə 
nağıl edəsən. 
Nuşa gülümsünə-gülümsünə: 
– Söz  vermişdim, vədimə  də  vəfa edəcəyəm. Ancaq 
bilmirəm səni nağılımla  narahat  etmərəm   ki?.. 
 
429
–  Əlbəttə yox! Nağıl eləməklə  məni artıq dərəcə  şad 
edərsən. 
 Nuşa əvvəl bir az qızardı, sonra tutqun səslə:  
– Müfəssəl nağıl edə bilməyəcəyəm, çünki çoxu yadımdan 
çıxıb, – dedi. 
Dedim: 
– Zərər yoxdur, hər nə yadındadır söylə. 
Nuşa başladı: 
– O  gün  qızlarla  səhraya  çiçək  dərməyə  getmişdik.  Bir  
az topladıqdan sonra çayın kənarına yığışıb, başladıq 
çiçəklərdən əklillər yapmağa. Bu halda gördük çaydan beş atlı 
keçir.  Bunların qiyafələri    bizim      xalqımızınkına  əslən 
bənzəmirdi:  əyinlərində  uzun  çuxaları,  başlarında  dəri  
papaqları  var  idi.  Özlərinin  də  başlarının ortası   qırxıq   idi.   
Bunlar  bizim tanımadığımız   bir   qövmə   mənsub  olmaqları 
aşkar idi. Atlılar yavıqlaşdılar və başladılar yad bir dildə 
bizimlə  danışmağa.  Biz  işarə elədik ki,  onların  dediklərini  
qana bilmirik. Hamı  qəhqəhə  çəkib güldü. Qara, ortaboy bir 
oğlan məndən  işarə ilə  əklillərin  nəyə lazım  olmağını    sual 
etdi.  Mən cavab verdim ki, bu əklilləri sabah başımıza taxıb 
toya gedəcəyik  və göstərdim ki, buradakı  qızların hamısının 
toyu olacaq. Mənim sözlərimdən artıq məmnun oğlan  bir  az 
da irəli gəlib söhbətə başladı, məni və atını göstərib, dağa tərəf 
işarə elədi. Məlum olurdu ki, özü ilə getməyi təklif eləyirdi və 
deyirdi ki, getsəm məni özünə arvad edəcək. Cavab   verdim: 
– Mən  nişanlıyam,  şəhadət rəsmi də  icra  olunub,  necə 
olar ki, ondan sonra özgə ərə gedəm.  
Oğlan  şad  bir  halda  məlum  elədi ki, onun heç zərəri 
yoxdur. 
Belə-belə söhbətləri bir-birimizə işarə ilə qandırdıq. Əvvəl 
mən oğlanın sözlərini zarafat hesab edirdim, sonra isə ciddi 
bilib, etinasızlıqda  davam  etdim.  Oğlan  mənim  bu 
rəftarımdan dilgir oldu və  yoldaşları   ilə   məşvərətə  başladı.   
İş   bu  yerə  gəldikdə  qızlar əklillərini   götürüb   bunlardan   


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə