418
– Arvad kimi əşrəf bir
məxluqun yolunda min cavan
şücaəti qurban olsa yenə azdır.
Sözlərimdən qız artıq mütəəssir olub, ciddi bir baxışla zənn
etdi və dedi:
– Bizim «Haqq» qəbiləsində məxluq tamam bərabərdir,
biri əşrəf, biri qeyri-əşrəf ola bilməz.
– Sözün doğru, – dedim. – Lakin təbii vəzifəsi arvad-
ların əşrəf və əziz bir məxluq olduqlarına dəlalət edir. Salamat
uşaqlar doğub, rəşid və tərbiyəli övladlar bəsləyənlər
onlardırlar. Onlarsız bizim qəbilə
ruhsuz bir bədənə
bənzərdi. Bəli, arvadlar əşrəf məxluqdurlar. Onlar bizim
evlərin nuru, zinəti və rahatlığıdırlar.
Mən söylədikcə qız qara, mənidar gözlərini üzümdən
çəkmirdi, sözlərimi ciddiyyətlə dinləyirdi. Mən gözəlin bu
halından xoşlanıb, daha da şövqlə söhbətimdə davam edirdim.
Hərdən gözlərimiz qarşı-qarşıya gəlirdi və bundan bir fövri
qüvvə aralanıb ətrafı nurla tənvir edirdi.
– Sənə nə oldu, İlyas? Axı nə oldu, bir de görüm?
Pəriüzlünün dağınıq sözləri məni guya yuxudan oyadırdı;
soyuq və zərif əllərinin alnımda gəzmələrini hiss edirdim.
Gözlərimi ətrafa döndərdim. Bulağın kənarında idim. Qız
başıma fırlanıb ana məhəbbəti ilə məni əhatə edirdi. Qız, bəli,
həmən qız idi, Nuşa, ol nazlı Nuşa idi.
– Bilmirəm yuxusuzluqdanmı belə oldun? – deyib
soruşduqda dedim:
– Nuşa, narahat oldun, əfv qıl! Özüm də halımı anlamıram.
Bir az bihiss oldumsa da, indi özümə gəldim.
Sözlərimdən Nuşanın qəmli gözləri şadlıq
nuru ilə
işıqlandı. Dodaqlarında təşəkkür bəyan edən bir təbəssüm
göründü. İlk dəfə olaraq onun sifətini diqqətlə nəzərdən
keçirdim. Onda o dərəcə gözəllik yox idi, lakin qırmızı
yanaqları, həlim gülüşü, ciddi fəaliyyət üzünə o dərəcə lətafət
verirdi ki, ona qarşı ürəkdə odlu bir məhəbbət bəsləməmək
olmurdu. Hər tərpənişi ağıl
və zəka; rəftarı xoş, sözləri
419
mülayim. Özü də ətli-canlı salamat bir adam idi. Bunlar analığa
məxsus bir vergi idi ki, təbiət Nuşaya əta etmişdi. Mənim
Nuşada bəyənib sevdiyim bu təbiət vergisi idi.
***
420
Dan yeri sökülürdü. Qızlar və oğlanlar qoşa-qoşa gəlib
bulağın başına toplanırdılar. Mən də Nuşanın qoluna qolumu
keçirib gəldim. Axşamkı kimi qızlar əl-ələ tutuşub oxuya-
oxuya rəqs başladılar:
Gəldik çeşməyə,
Sudan
içməyə,
Ağca daşlara
Təzim etməyə.
Biz də bunları əhatə edib rəqs edirdik. Rəqs bu dəfə artıq
çəkmədi. Qızlar suyun üstündən o baş-bu başa sıçramağa
başladılar. Sonra
hərə öz məhbubəsini götürub, dağlardan çiçək
dərə-dərə qəbiləyə qayıtdıq. Burada xalq yuxudan oyanmışdı.
Arvadlar və kişilər bostanlarda işə məşğul idilər, cavanlar
çiyni səhəngli sudan gəlirdilər, kimi də malları düzə aparırdı.
Qarşımıza çıxana salam verib, qəbiləmizə təbiətdən səadət
diləyirdik. Onlar da salama cavabən bizləri alqışlayırdılar. Bir
çox arvadlar «Ulduzlarınız barışsın!» –
deyə cavanlara gül-
çiçək atırdılar. Nuşa qızarmış üzünü üzümə döndərib
çöhrəsində bir təbəssüm oynadırdı; cavabında
gülümsünürdüm: bir-birimizi sözsüz anlayırdiq. Bir neçə
ağca damları keçdikdə bir bağçanın qabağında durduq.
Alçaq qapıdan qarşımıza bir kiçik qız yüyurüb «Nuşa,
Nuşa» deyə-deyə qollarını uzatdı. Nuşa çox həlim bir rəftar
və mehriban bir səslə əyilib qızı bağrına basdı və sonra mənə
təqdum etdi:
– Bacım Sara.
– Təşəkkürlər edirəm! – deyib Saranın xırdaca əlini
öpdüm.
– İndi ayrılışaq!
Nuşa gülə-gülə əlini mənə uzatdı. Mən də başımı aşağı
salıb əlini sıxdım. Burada səadət ulduzlarımızın barışmağını
hiss etdim. Ondan neçə addım bəri gəldikcə Nuşa əlindəki
421
çiçəkləri havada tərpədib «Sağ ol» deyirdi. Mən də cavab verə-
verə uzaqlaşırdım.
***
Gün-gündən Nuşa ilə dostluğumuz artırdı.
Əvvəl
Qızlar bulağında gecələri musiqi, rəqs və nəğmələrlə
keçirirdik. Sonralar da «Səfa» bağçasında hovuzun
kənarında oturub uzun-uzadı söhbətlərə məşğul idik. Bu
söhbətlər bir-birimizə ürəklərimizi açıb fikrimizi bildirirdi.
Getdikcə bir-birimizi dürüst tanıyıb gözəlcə anlayırdıq.
Nuşanın işlərinə və rəftarına nəzər yetirirdim. Dışarıda ürə-
yimi döyünməyə giriftar edən gözəl, ev dairəsində daha da
yumşaq və mehriban idi. Ən ləyaqətsiz bir ev işinə də belə
ciddiyyətlə diqqət
edirdi ki, fəxrdən qanadlanırdım. Nuşa
tez-tez bizə gəlirdi. Bunu «dostum» deyə valideynimə
təqdim etmişdim. Anam Nuşanı çox istəyirdi. Həmişə
qarşısına çıxıb «gəlinim» deyə üzündən öpərdi. Nuşa da
qızarmış üzünü utandığından aşağı salıb, titrək dodaqları ilə
anacığımın əlinə təmas edərdi.
Getdikcə, bir-birimizlə yavıqlaşırdıq. Atam, anam məni
götürüb tez-tez Nuşagilə oturmağa gedərdilər. Onlar da bunun
cavabında bizlərə gəlməmiş olmurdular. Nuşa ilə mənim
əlaqəm ən rəfiqanə bir tərzdə davam edirdi. Aralıqda
olan rəftar
və müamiləmiz bir-birimizi ifrat sevdiyimizə dəlalət edirdi.
Mən Nuşasız, Nuşa da mənsiz bir an, bir dəqiqə ayrı dura
bilməzdik; bircə gün bir-birimizi görməsə idik, az qalırdıq dəli
olaq. Beləcə ruhən yavıqlaşıb möhkəm bir dostluq əmələ
gətirmişdik. Bu dostluğa bircə rəsmiyyət də verilsə idi, onu
qəbir evinədək pozacaq bir vəsilə ola bilməzdi.
***
Bahar idi. Yenə Qızlar bulağının qabağında rəqsə məşğul
idik. Bu ilki bahar keçən ilkindən də lətif olub, ətraf tamam
gül-çiçəklə bəzənmişdi. Nuşaya dedim:
– Bu il buralar əcəb gözəlləşib!