Coğ rafi Ekologiyanın Ə sasları Fə nni Üzrə
mtahan Suallarının Cavabları
1) Ekologiya və coğ rafi ekologiyanın predmeti , ekoloji anlayış ların yaranma
mə rhə lə lə ri:
"Ekologiya" qədim yunan sözü olub, oykos-ev,logiya isə bilik,təlim məna-
sını ifadə edir."Ekologiya"nın predmetini canlı orqanizmlərlə təbii mühit arasında
mövcud əlaqələrin birliyi və ya quruluşu təşkil edir.Coğrafi ekologiya elmi
haqqındakı biliklər tarixən qədim olsa da XX əsrin ortalarından formalaşmağa
başlamışdır.Coğrafi ekologiya elmi sonrakı mərhələlərdə təkmilləşmiş müasir
forma və məzmun almışdır.Bu elm biologiya,coğrafiya,kimya elmləri kimi
dünyanın tədqiq edilməsində aparıcı yerlərdən birini tutur.Maddi aləm haqqinda
biliklərin yaranması,izah edilməsi,canlıların ətraf mühit və onun sferaları ilə,yəni
iqlim,su,torpaq və s. ilə əlaqəsi barədə yeni ideyalar yaranmışdır.Bu isə onun
tətbiqi sahəsi olan ətraf mühiti
mühafizə sahəsinə dair bilikləri
zənginləşdirmişdir.Deyilənlər
ekologiyanın
coğrafi
istiqamətlərini
də
zənginləşdirmiş,eyni zamanda təbiət-əhali-təsərrüfat sahələrinin,onların ərazi
birliklərindın
bəhs
etməsi
ümumi
ekologiya
elminə
müsbət
təsir
göstərmişdir.Coğrafi ekologiyanın ilkin görüntüləri eramızdan əvvəlki dövrdən
başlayaraq bu günə qədər müxtəlif mərhələləri əhatə etmişdir.Bu sahədə biliklər
antik və ilkin feodal dövlətlərində,qədim şərqdə,eləcə də Azərbaycanda müxtəlif
istiqamətlərdə inkişaf etmişdir.
Ekoloji proseslərin öyrənilməsində V.T.Vernadskinin biosferi qlobal
ekosistem kimi tədqiq etmək ideyasının irəli sürülməsi mühüm əhəmiyyət kəsb
edir.Burada təbiət-cəmiyyət münasibətlərində antropogen təsirlər özünü
göstərmişdir.
2) Eramızdan əvvəl ibtidai həyat tərzi haqqında məhdud biliklərin yaranması
Eramızdan
ə
vvəl
insanlar
ehtiyaclarını
ödəmək
üçün
ovçuluqla,balıqçılıqla,heyvandarlıqla,daha sonralar isə əkinçiliklə məşğul
olmuşlar. nsanlar təbii şəraiti,ehtiyatları daha əlverişli olan ərazilərdə
məskunlaşaraq təbiətə güclü təsir göstərirdilər.Bu təsirlər yerli mahiyyət kəsb etsə
də,insanlar tərəfindən ekoloji böhranların başlanğıcı olmaqla sonrakı dövrlərdə əks
təsirlə özünü biruzə vermişdir.
Qədim şərq fəlsəfəsində təbiətlə insanlar arasındakı əlaqələrə dair biliklərin
yaranması ,daha sonra yunan fəlsəfəsindəki kosmosentrik ideyalardan başlamış
insanların,bitki və heyvanat aləminin ətraf mühitdən asılılıqları ideyaları meydana
gəlmişdir.Bu ideyaların nümayəndələrinə Aristoteli,Hippokratı,Prineyi və
başqalarını misal göstərmək olar.Həmin dövrün alimləri təbiət və ətraf mühit
haqqındakı məlumatların təhlilində,xüsusidən- ümumiyə və ümumidən-xüsusiyə
doğru qiymətləndirmə ideyasını irəli sürdülər.Bununla nəinki təbiət haqqındakı
biliklər,eyni zamanda ekoloji mahiyyət kəsb edən terminlər də formalaşırdı.
btidai dövrdə insanlar iqlimə və suya daha çox bağlı olmaqla ovçuluğa və
balıqçılığa da çox meyl göstərirdilər.Heyvandarlığın,əkinçiliyin,sənətkarlığın və
digər sahələrin yaranması ilə əlaqədar olaraq təbiət və ətraf mühit haqqında yeni
fikir,münasibətlər və ideyalar yaranırdı.
Sonrakı dövrlərdə bir çox elmi müvəffəqiyyətlərə baxmayaraq təbiət tarixinə
münasibət zəifləmişdir.
3) Qə dim Şə rqdə Ekologiya və ə traf mühitə mühafizə sahə sində ki naaliyyə tlə r.
Qədim Şərqdə, eləcə də Azərbaycanda insanların Ekologiya və ətraf mühitə
münasibət məsələlərində zəngin elmi nəticələrə malik olmuşlar.Bir şox qədim Şərq
alimləri əhalinin fəaliyyətində təbiət qanunlarına üstünlük vermişlər.Bunlara bn
Sinanı, bn Rüşdü, bn Məymunu, bn Abbası və başqalarını göstərmək olar.980-
1037-ci illərdə bn Sinanın elmi fəaliyyəti ekoloji məsələlərin də təhlilində maraq
doğururdu.Xüsusilə , bütün aləmdə təbii qanunauyğunluğun "hökm" sürməsi
ideyası əsas yer tuturdu.Onun "Tibb elminin qanunu" əsərində insan
ekologiyasında dair qiymətli nəzəri və praktiki məsələlər şərh edilir.Qədim Şərqdə
ə
traf mühitlə bağlı xəstəliklərin profilaktikası və insanların sağlam həyat tərzi üçün
zəruri olan amillərin ən başlıcası kimi qiymətləndirilir və buraya aşağıdakılar aid
edilirdi:
- ətraf mühiti mühafizə;
- yaşayış binalarının səmərəli qurulması;
- əmək və istirahət rejiminin düzgün təşkili;
- hisslərin düzgün nizamlanması;
- qidaların səmərəli təşkili;
- fiziki hərəkətlər;
- orqanizmin təmizlənməsi.
Qədim Şərqdə insanın səhhəti və ətraf mühitlə bağlı tədqiqatların məzmunu,
metodları və metodologiyası bu günkü ekoloji anlayışlar,ekoloji mədəniyyətlər
cəhətdən nəinki müasir tələblərə yaxındır,eyni zamanda qədim irsimizi öyrənməklə
ümumi ekologiyanın inkişafına böyük töhvələr verə bilər.
4) Canlı aləmin ətraf mühitdən asılılığının tədqiqi:
Ekoloji proseslər və münasibətlər haqqındakı ideyalar insanları tarix boyu
düşündürmüşdür.Hər bir dövrdə həmin məsələlərə münasibət müxtəlif
olmuşdur.Qədim insanlar yaşadıqları mühitin sirlərini kortəbii dərk etmələrinə
baxmayaraq təbiətin qlobal problemləri haqqındakı bilikləri məhdud idi.Getdikcə
təbiət-cəmiyyət
münasibətlərinin
təhlili
ziddiyyət
təşkil
edirdi.Sonrakı
mərhələlərdə,xüsusilə coğrafi kəşflərdən sonra təbiətin sistematik öyrənilməyə
başlanması təbiətşünaslığın inkişafına təsir göstərmiş və bu öz növbəsində ekoloji
proseslərin öyrənilməsində mühüm yer tutumuşdur.Ümumiyyətlə təbiətşünaslığın
yaranması aşağıdakı mərhələri keçmişdir:
Birinci mərhələ antik ölkələri,Misiri,Mesopotomiyanı və Çini əhatə
etməklə,təbiət haqqında ilkin elmi bilikləri insanların məişət-təsərrüfat
fəaliyyətini,proqnozları ön plana çəkmişdi.
kinci
mərhələ
dini-fəlsəfi
ideyaların,dini
təlimlərin
yarandığı
dövrdür.Təbiətdən bəhs edən bir sıra elmlərdə elmi dəlillər kifayət etmədiyindən
təbiətə münasibət bayağılaşır,falçılığa,magiyaçılığa və s. üstünlük verilirdi.
Hər iki dövrdə elm və texnika bəsit olmaqla,məhsuldar qüvvələrin səviyyəsi
olduqca aşağı idi.Ona görə də təbiətşünaslıqda irəliləyişlər yox idi.Həmin dövr
XV-XVI əsrlərə qədər davam etmişdir.
Üçüncü nərhələ XVII əsrin əvvllərindən başlayaraq mərhələ-mexaniki və
metafiziki dövr adlanır.Bu dövrdə təbiətşünaslıqda təbii dəyişiklik və
münasibətlərin ardıcıl tədqiqi ilə yanaşı elmdən uzaqlaşma meylləri yaranırdı.XVII
və XVIII əsrdə istehsalın sənətkarliqdan manufakturaya keçməklə energetik
bazasının mexanikaya əsaslanması təbiətşünaslığa da təsir göstərirdi.Canlı
aləmin,onun ekoloji aləminin dərindən öyrənilməsində bu dövrdə bir şox alimlərin
,o cümlədən F.lamark,A.Humbolt,K.Berqman,A.Dekandol,Ç.Darvin,E.Hekkel və
başqalarının əməyi danılmazdır.
Dostları ilə paylaş: |