Microsoft Word Cografi Eko cavab az imtahan doc



Yüklə 308,08 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix11.04.2018
ölçüsü308,08 Kb.
#37288
1   ...   4   5   6   7   8   9   10   11   12

«üzvü  artım»,  «dinamik  tarazlıq»,  «artım  həddi»  kimi  konsepsiyalar  xüsusi  yer 

tutmuşdur.  

Tarazlı və ya sabit inkişafın idarəetmə sisteminə daxil edilməsi BMT-in 1992-

ci ildə Rio-de-Janeyro sammitində irəli sürülmüşdür. 

Qeyd  etmək  lazımdır  ki,  təbiətdəki  tarazlıy,  həyatda,  yəni  iqtisadi,  sosial, 

xidmət  və  s.  sferalar  ilə  substatlar  arasında  həmişə  müvazinət  yaratmır.  Həyatda 

inkişaf  təbiətlə  sosial  sferalar  arasında  tarazlı  istiqamətləndirildikdə  müvazinət 

yaranır.  Bununla  inkişafda  ətraf  mühitə  təsir  və  ətraf  mühitin  insanlara  və 

cəmiyyətə təsirini nizamlamaq imkanlarını tədqiq etmək mümkün olur.  

39) Tarazlı inkişafın mühüm amilləri və əsaslandığı 

Tarazlı inkişaf təbii və ictimai proseslərin təkrar istehsalına təminat yaratmaq, 

gələcək  nəsil  problem  qarşısında  qoymamaq  mənasını  ifadə  edir  və  bir-birilə  sıx 

bağlı olan üç mühüm amili özündə birləşdirir: 

- Tələbat anlayışını və onun optimallaşdırılmasını; 

- Bu günkü və gələcək tələbatın müəyyən edilməsini; 

-Ətraf mühitin inkişafına uyğun ekoloji tutumun müəyyən edilməsini. 

Bunlar aşağıdakı prinsiplərə əsaslanır: 

1.

 

Ə



hali  artımının  yerin  regional  və  qlobal  ekosisiteminin  ümumi  ritmi 

və ekoloji tutumu ilə uzlaşdırılmasına 

2.

 

Tükənən  ehtiyatların  alternativ  mənbələrinin  yaradılmasına  və 



tükənməyən ehtiyatlara ekoloji qiymət verilməsinə; 

3.

 



Bütün  insanların  adi  tələbatlarının  ödəilməsinə,  imkanların  həyat 

tərzinin planetin ekoloji və enerji imkanlarına uyğunlaşdırılmasına 

4.

 

Yoxsulluğun aradan qaldırılmasına, yaxşı həyata inam yaradılmasına 



Deyilənlərin  həyata  keçirilməsində  elm  sahələrinin,  xüsusilə  clğrafi 

ekologiyanın mühüm rolu vardır. 




 

40) Tarazlı inkişafın coğrafiya elmində yeri və mühafizə məsələləri 

Müasir dövrdə «tarazlı inkişaf» bazar iqtisadiyyatı şəraitində yeni ideya olub, 

XX  əsrin  ikinci  yarısında  meydana  gəlmişdir.  Tarazlığı  öyrənmək,  müvazinəti, 

strukturu  saxlamaq,  eyni  zamanda  yayılma  və  yerləşdirilmədə  sərhədlərin 

dəyişməsinə  də  müşahidə  etməyə  xidmət  edir.  Hər  zaman  tarazlığın 

formalaşmasını əyani müşahidə etmək olmur. Onu müşahidə etmək üçün müxtəlif 

variantlarda modelləşdirmək lazım gəlir. Bu modelin strukturu  müxtəlif səviyyəli 

(sadə, mürəkkəb) sistemlərdən ibarət olur.  

Coğrafiya  elmləri  sistemində  təbiət-əhali-təsərrüfat  sistemdaxili  strukturlar 

özünəməxsus halda əks olunur. Bu elmin sahələri vasitəsilə təbii və ərazi-istehsal 

komplekslərinin  tədqiqini  sintezləşdirir.  Sintezləşmədə  ilk  növbədə  ölkə  və 

regionlar  daxilində  ərazilərin  ekoloji  karkaslarını  (EK),  onların  sərhədlərini 

müəyyən etmək lazım gəlir. EK coğrafi komplekslər sistemində müvafiq inzibati-

ə

razi, iqtisadi-coğrafi rayonlar bölgələrində səmərəli idarə olunmaq kimi imkanlara 



malikdir.  EK  ölkə  və  regionlar  daxilində  nəinki  təbiətdən  istifadə  və  təbiəti 

mühafizə  sahəsində  mühmü  yer  tutur.  Həmin  ərazi  komplekslərinin  çoxtərəfli 

ə

laqələri, ekoloji prosesləri də əks etdirir. 



Müasir  dövrdə  dünya  ölkələrində  bir  sıra  təbii,  iqtisadi,  sosial  proseslərin 

tarazlı  inkişafına  dair  problemlər  qlobal  miqyasda  tədqiq  edilir.  Onlar  müxtəlif 

mövzuları  əhatə  edir:  iqlim  və  maddələr  mübadiləsi,  torpaqların  məhsuldarlığı, 

landşaftın deformasiyası, yoxsulluq, epidemiyalar, biosferin deqredasiyası və s. 



41) Coğrafi mühitdə təbii dəyişikliklərin yaranması 

Təbii  şərait  daim  dəyişir.  Bu  dəyişiklik  təbii  qanunauyğunluğa  əsaslanır. 

Təbiətdə  dəyişən  proseslər  bu  gün  də  davam  etməkdədir.  Bunların  böyük 

ə

ksəriyyəti  Yerin  özü-özünə  inkişafı  olub  təbii  sferaların  daxilində  və  sferalar 



arasında  gedir.  Elə  hadiələr  var  ki,  onlar  hər  kəsin  gözü  qarşısında  müşahidə 


edidlir. Məs: güclü sunamilər, vulkanlar, tektonik göllər və s. Bəzi təbii sistemlər 

isə min və ya yüz illər ərzində formalaşmışdır. 

Ümumiyyətlə,  Yer  kürəsi  inkişaf  tarixində  müxtəlif  mərhələri  keçmihdir. 

Onların  öyrənilməsi  bir  çox  alimlər  tərəfindən  aparılsa  da,  Qara  Namazovun 

Ceyms Çorcvodun kitabları əsasında yazdıqları daha maraqlıdır. O, yazır: 

1.

 



Yer  kürəsində  tarixən  6  yox,  8  qitə  olmuşdur.  Onlardan  Mu  və 

Atlantida qitəsi 12-15 min il bundan əvvəl okeanlarda qərq olmuşdur. 

2.

 

Sivilizasiyanın  başlanğıcı  Mu  qitəsində  yaradılan  Günəş  imperiyası 



ilə əlaqədardır 

3.

 



Günəş imperiyasını Günəş taprısının təmsil etməsi «Avesta»dakı dini 

anlayışları oxşadır 

4.

 

C.Çorvodun məlumatına görə ilk insan Cənubi Qafqaz, Xəzər və qara 



dəniz ətrafında yaranmışdır və s. 

Məlum edilmişdir ki, Sakit okeanda mövcud olmuşMu adlı qitənin uzunluğu 

9400  km,  Atlantida  okeanında  olmauş  Atlantida  qitəsinin  uzunluğu  4500  km 

olmuşdur. Mu qitəsində 60 mln-dan çox, Atlantidada 5mln əhali ekvator üzərində 

yerləşmiş, zəngin təbii şəraitə malik olmuşdur.  

42). Coğrafi mühitdə antropogen dəyişikliklərin yaranması 

nsanlar  təbiət  hadisələrininöyrənilməsində  böyük  nailiyyətlər  qazanmışla. 

Kosmosa, Aya, Marsın ətrafına edilən uçuşlar, qalaktikalar haqqında bir çox yeni 

məlumatlar  və  s.  deyilənləri  sübut  edir.  Göstrilənlər  coğrafi  mühiti  yalnız  yerli 

miqyasda  dəyişdirməyə  əsas  yarada  bilər.  Böyük  miqyasda  dəyişikliklər 

aparılmasına  insanlar  hazır  deyildir:  1)  coğrafi  mühitin  substatlar  olan  qitələr  və 

bütün yer kürəsi planetlərarası asılılığa malik olduğundan, insanlar həmin asılılığın 

qanunlarına tamamilə yiyələnməmişlər; 

2)  dünya  ölkələri  və  eləcə  də  beynəlxalq  təşkilatlar,  şüurlu  insan  müasir 

təkamüllük  səviyyəsində,  Yer  kürəsində  baş  verən  müasir  təkamüllük 




səviyyəsində,  Yer  kürəsində  baş  verən  təbii  qlobal  dəyişiklikləri  nizamlamaq 

bacarığına malik deyillər. 

Təbii  şəraitdən  səmərəli  istifadə  etmək  məqsədilə  təbiətə  təsir  etmək,  onun 

qismən  dəyişdirilməsinə  zərurət  yaranır.  Belə  ki,  tarixən  insanlar  landşaftı,  onun 

hissələrini  özlərinin  xeyrinə  dəyişdirmişlər.  Təsərrüfatların  inkişafı  məqsədilə 

təbiətin  dəyişdirilməsində  ekosistemlərin  enerji  istehsal  dövriyyələrini  nəzərə 

almaq  lazım  gəlir.  Həmin  prosesdə  təbii  və  antropogen  dəyişiklikləri 

balanslaşdırmaq  lazım  gəlir.  Həmçinin  təbiətin  bioloji  müxtəlifliyini,  estetik 

görünüşünü  mühafizə  etmək,  ona  gələcək  nəsillər  üçün  qorumaq  vacib  problem 

olaraq qalır.  



43)  Coğrafi  mühitdə  təbii  və  ictimai  məhsuldar  qüvvələrin  yeri  və  ekoloji 

xüsusiyyətləri 

Həyatda  baş  verən  təbii  və  ictimai  dəyişikliklər  coğrafi  mühitdə  özünü 

müxtəlif  dərəcədə  əks  etdirir.  nsanın  fəaliyyəti  ilə  bağlı  olan  dəyişikliklərin  bir 

çoxu  nəinki  mütəxəssislər,  hətta  adi  insanlar  tərəfindən  vizual  müşahidə  edilir. 

nsanlar  hələ  qədim  dövrləlrdə  təbii  məhsuldar  qüvvələrdən  istifadə  edərək 

primitiv həyat tərzi keçirmiş, təbiətdən hazır məhsulları toplamaqla, ov etməklə və 

s.  ilə  məşğul  olmuşlar.  Təbii  və  ictimai  əmək  bölgülərinin  və  əmək  alətlərinin 

təkmilləşdirilməsi  nəticəsində  təbiətə  təsir  sürətlənmişdir.  Sonrakı  formasiyalarda 

təkmilləşmiş  istehsal  alətləri  və  yeni  istehsal  vasitələrindən  istifadə,  kollektiv 

fəaliyyətə  əsaslanan  istehsal  münasibətləri  formalaşdırıldı.  Deyilənlər  təbiətdən 

daha  çox  götürməklə  yanaşı,  eyni  zamanda  təbiəti  dəyişdirməyi,  onu  məhsuldar 

etməyi  məqsədə  müvafiq  edirdi.  Bununla  istehsal  sahələrinin,  tikintilərin, 

mədənlərin və  s.-in inkişafı kifayət  dərəcədə  ətraf  mühitə  və  insanların səhhətinə 

böyük  ziyanlar  dəymişdir.  Beləliklə,  ibtidai  dövrlərdən  fərqli  olaraq  ictimai  və 

ə

razi  əmək  bölgüləri  dərinləşdikcə  clğrafi  mühit  formalaşmağa  başlamışdır. 



Bununla  belə  təbiətdə  təbii  dəyişikliklərlə  yanaşı  antropogen  dəyişikliklər  də 

sürətlənirdi. Alimlərin məlumatlarını aşağıdakı kimi demək olar: 




Yerin təbii əsasları ilə əlaqədar olanlar: 

- yerin tektonik şəraiti, materiklərlə okeanların nisbət fərqlərinin dəyişməsi; 

- relyef və geomorfoloji şəraitlə əlaqədar formalaşmalar; 

- planetin iqlimə təsiri; 

- yer qabığının aşınması; 

- axınların dəyişməsi;  

- yerin üzvi aləmi, o cümlədən torpaqəmələgəlmə. 

 

44) Antropogen formalaşmağa daxil edilən sahələ

- sənaye obyektlərinin yaranması; 

- kənd təsərrüfatı sahələri; 

- nəqliyyat və xidmət sahələri; 

-  yaşayış məskənləri sisteminin yaranması(urbanizasiya) 

Göstərilən təbii-antropogen proseslər müasir dövrdə də təbiətə dəyən ziyanlar 

artmaqdadır.  Cəmiyyət  hələ  də  bir  çox  təbiət  hadisələrindən  və  eləcə  də, 

antropogen  təsirlərdən  yaranan  ziyanların  qarşısını  almaqda  acizdir.  Məs.:  qlobal 

iqlim dəyişikliklərinə müdaxilə edə bilmələri buna sübutdur.  

Antropogen  təsirlərlə  planetar  iqlimə,  makro  və  mezo  relyefə,  aşınma 

qabığına, bəzən az və bəzən çoxlu təsir göstərilir.  nsanlar suların təbii axınlarına, 

torpağa,  onun  üzvi  aləminə,  yerli  iqlimə  və  mikroiqlim  dəyişmələrinə  təsir 

göstərirlər.  nsanların fəaliyyəti nəticəsində təbiətə olan təsirlər kor-koranə həyata 

keçirildikdə çox pis nəticələr verir. Onu da qeyd etmək lazımdır ki, uzun illər çöl 

zonasında  insanların  suvarma  əkinçilik  mədəniyyətiə  yiyələnmələri  bir  çox 

yerlərdə  yaxşı  nəticələrə  səbəb  olmuşdur.  Yeni  sortlar,  cinslər  yetişdirilmiş, 



istixanalardan  istifadə  etməklə  vegetasiya  və  məhsulvermə  dövrü  uzaldılmış,  bir 

çox yerdə kimyəvi sintez yolu ilə kənd təsərrüfatında yaxşı nəticələr alınmışdır. 

Beləliklə  təbii,  iqtisadi-sosial  proseslərin  öyrənilməsi,  bu  sahədə 

qanunauyğunluqların açılması təbiətin mühafizəsinin elmi əsaslarla təşkilinə şərait 

yaradır.  

45) Təbiət və cəmiyyətin qarşılıqlı təsirlərinin ekoloji xüsusiyyətləri 

nsan  fəaliyyəti  nəticəsində  təbiətin  güclü  surətdə  dəyişdirilməsi  nəticəsində 

«insanlaşmış» təbiət yaradılmışdır. Bu prosesin genişlənməsi bəzən də əks təsirlər 

yaratmışlar.  

nsan  cəmiyyəti  yaranandan  sonra  təbiətə  göstərilən  təsirlər  çoxtərəfli  olub 

tədriclə  ətraf  mühitə  mənfi  təsir  etmişdir.  Onlar  əhalinin  məşğuliyyətindən, 

məhsuldar qüvvələrin inkişafının tarixi mərhələsindən asılı olaraq coğrafi mühitin 

dərinləşməsini aşağıdakı kimi səciyyələndirirlər: 

1.

  Heyvanların əhlilləşdirilməsi və mədəni bitkilərin yetişdirilməsi 



2.

  Yaşayış məntəqələrinin və şəhərlərin salınması 

3.

  Sənaye tikintiləri, mədənlərin, şaxtaların yaradılması 



4.

  Yolların, körpülərin salınması 

5.

  Bəndlər, su anbarları, kanalların tikilməsi 



6.

  Limanların tikilməsi, sahillərin bərkidilməsi 

7.

  Tunellərin, kəhrizlərin, su kəmərlərinin çəkilməsi 



8.

  Torpaqların becərilməsi, meliorasiya işlərinin aparılması 

9.

  Torpaqların süni kübrələnməsi 



10.

  Meşələrin salınması, qırılması və emalı 

11.

 Otlaqların sıradan çıxarılması, süni çəmənsalma 



Yuxarıdakılar  məhsuldar  qüvvələrin  tədriclə  inkişafına,  ilkin  dövrlərdə  isə 

ekoloji  şəraitdə  də  çox  zəif,  bəzi  yerlərdə  optimal  təsir  göstərmişdir.  Təbii  və 

ictimai  proseslər  mürəkkəb  və  çoxsahəli  olmasına  baxmayaraq  onlar  haqqındakı 



məlumatların  məhdudluğundan  təbiətin  və  ekoloji  proseslərin  öyrənilməsində 

problemlər yaranır. 



46) Sistemli yanaşmada əsas anlayışlar 

XX əsrin 50-ci illərində kibernetikanın inkişaf etdirilməsi ilə əalqədar bir sıra 

ölkələrdə  sistemli  yanaşmaları  dair  yeni  nəzəri  konsepsiyalar  irəli  sürülmüşdür. 

Onların  bir  çoxu  sistem  anlayışıa,  tətbiqinə,  ictimai  münasibətlərin  tədqiqinə 

müsbət  təsir  göstərmişdir.  Sistemlər  bütövdən,  yarımsistemlərdən,  strukturdan, 

ə

laqələrdən, elementlərdən, münasibətlərdən və s. ibarətdir. Sistemlərin dövrülüyü 



onun  strukturlaşmasından,  enerji  və  maddələr  mübadiləsindən,  mühitdən  və  s. 

asılıdır. 

Sistemlər  qeyri-üzvi  varlıqlara  və  canlılara  bölünürlər.  Hər  iki  sahədə 

mürəkkəb və sadə sistemlər mövcud olur. Sistemlər sintetik də olurlar. Mürəkkəb 

sistemlərin  bir  çoxu  məhz  sintetik  birliklərdən  ibarətdir.  Təbii  halda  yarananlara 

dağları,  çayları,  dənizləri  və  s.,  süni  yaradılanlara  –  şəhərləri,  rayonları, 

təsərrüfatları, ölkələri əv s. misal göstərmək olar. 

Müxtəlif səviyyələrə malik oğlın məhsulu abstrakt sistemlər adlanır. Sistemlər 

dinamik  və  sabit  olmaqla  özünəməxsus  formalara  malikdirlər.  Dinamik  sistemlər 

dəyişkəndir.  Məs.:  sahil  zonaları,  çaylar,  göllər  və  s.  Həcminə  görə,  sistemlər 

müxtəlif səviyyələrdə  (mikro, mezo, makro) formalaşır. 

Keçmiş SSR -də sistemli yanaşı əsasən xalq təsərrüfat sahələrinin öyrənilməsi 

və idarə edilməsində tətbiq edilirdi.  

47) Sistemlərin strukturlaşması 

Sistemlərin strukturlaşması mühüm əhəmiyyət kəsb edir. Lakin bu sahədə çox 

böyük çətinliklər var idi: 

- sosial sitemlərin təbii əsası kifayət dərəcədə qiymətləndirilmirdi; 




- xalq təsərrüfatının idarə edilməsində təbii-ərazi sistemləri ilə, ərazi istehsal 

tipləri yalnız makrosəviyyədə qiymətləndirilir və planlaşdırılırdı; 

- sistemlər ekoloji xüsusiyyətlər, milli-ərazi birliklərə dair maraqlar hər zaman 

nəzərə alınmırdı. 

Sistemli yanaşmalarda elmi-texniki nəaliyyətlərə baxmayaraq, çox funksiyalı 

sistemlər yaradılırdı. Məsələn, « nsan və maşın», «mürəkkəb sistemlər» və s. 

Qeyd etmək lazımdır ki, sosial sistemlərdən fərqli olaraq təbii sistemlər özünü 

bərpa edəndir. 

Bütün sistemlər və eləcə də Yer kürəsi, onun formalaşmasında və hərəkətində 

iştirak  edən  daxili  və  xarici  strukturlar  simmetrik  formalaşmağa  malikdir. 

Simmetriya  formalaşmış  sistemlərin  əsas  xassəsidir  və  dörd  növü  müəyyən 

edilmişdir: güzgülü – diaterial; radial – şüalı; konusvari; şar formalı. 

Təbiətdə simmetriya hər zaman harmoniya yaratmır. Ona görə də təbiətdə və 

ona  müvafiq  olaraq  cəmiyyətdə  disproporsiyalar,  ekstremal  hadisələr,  təbii 

fəlakətlər və fövqəladə hadisələr baş verir.  

Sistemli  yanaşmada  ən  mürəkkəb  formalaşma  təbiət-cəmiyyət  prosesləri  və 

birliklərdir. Daha mürəkkəb sistemlər isə fəaliyyəti təbii proseslər ilə uzlaşdırılan 

sosial obyektlərdir.  



48) Sistemli yanaşmada coğrafi mahiyyətlə

Coğrafi sistem coğrafi ərazi ilə bağlıdır. Buraya quru ərazilər və akva ərazilər 

(akvatoriya  zonaları)  daxil  edilir.  Coğrafi  sistem  əvvəl  təbii  birliklərə,  sonradan 

iqtisadi-coğrafi sistemə  daxil edilmişdir. Sistemlərin  bir  çoxu və  eləcə  də  bioloji, 

coğrafi və geoloji sistemlər özünəməxsusluğu ilə fərqlənirlər. Coğrafi ekosistemlər 

və  onların  sərhədləri  fiziki-coğrafi  rayonlaşmaya  uyğun  gəlir.  Fiziki  coğrafi 

rayonun bölgələrinə – vilayət, rayon, yarımrayon uyğundur. Onları müvafiq olaraq 

bağlı və açıq sistemlərə ayırırlar. Ekosistemlərin bağlı və açıq olması bir çox halda 

nisbi məna kəsb edir. Bağlı və açıq sistemlər relyefin və geomorfoloji strukturların 



xarakteri  və  landşaftın  tiplərindən  asılı  olur.  Ekosistemlərdə  baş  verən  enerji 

mübadiləsi  təbii  və  antropogen  xüsusiyyətlərə  malik  olur.  Təbii  halda  maddələr 

mübadiləsi  ərazinin  coğrafi  mövqeyindən  asılı  olur.  Burada  birbaşa  düşən  Günəş 

Ş

üaları  ilə  yanaşı  Dünya  okeanı  və  daxili  suların,  mineral  süxurların,  yollalrın 



qızması əlavə olaraq istilik effekti yaradır.  stilik effektinin yaranması biosferdə elə 

bir təbii reaksiya yaradır ki, onlar insanların həyat şəraitini gərginləşdirir. Məsələn, 

müəyyən  edilmişdir  ki,  atmosferdə  oksigen  21%  olması  insanın  fəaliyyətinə 

normal şərait yaradır.  

Yer  kürəsində  oksigenin  indiki  miqdarda  olması  2  milyard  ildir  ki,  davam 

edir.  Günəşin  şüalanması  da  zamanla  dəyişmişdir.  Məs.;  3,5  mlrd.il  ərzində 

Günəşin Şüalanması 30% artmışdır.  

49) Sistemli yanaşmada ekoloji mahiyyətlə

Müəyyən  edilmişdir  ki,  biosferin  ekoloji  tutumu,  onun  sferaları  və 

sferalararası  epigenetik  prosesləri,  istiliyin  dəyişdiyi  şəraitdə  gedən  geofiziki  və 

geokimyəvi  proseslər  vasitəsilə  həyat  şəşraitini  nizamlayır.  Bununla  biosferin 

tarazlı inkişafına və ekosferada özününizamlamaya şərait yaranır. 

Biosferdə,  onun  sferalarında  baş  verən  proseslərin  geokimyəvi,  geofiziki, 

biokimyəvi  və  biofiziki  xassələri  barədə  çoxlu  müşahidələr  aparılmışdır.  Məlum 

olmaşdur ki, ilkin təsirlərdən alınan nəticələr bir çox proseslərin başlanğıcına səbəb 

olmuşdur.  Səbəb  və  nəticələrin  biotik,  abotikÖ  antropogen  proseslər  vasitəsilə 

mürəkkəb  sistemlər  yaratması  və  yaxud  dağıtması  çox  mürəkkəb  ekoloji 

proseslərin  yaranmasına  təsir  göstərir.  Bu  elmlərarası  mahiyyət  kəsb  edir.  Məs.: 

çoxsaylı  vulkanlar  vasitəsilə  lavaların  kimyəvi  tərkibinin  dəyişməsi  məlum 

olmuşdur.  Həmin  lavaların  üzərində  bitən  otlar,  onlardan  qidalanan  canlıların 

bədənində mutagen dəyişikliklər əmələ gəlmişdir. 

Coğrafi  tələblərə  görə  dünyada  yayılmış  mikroelementlərə,  xüsusilə 

atmosferdə oksigen, karbon, azot və s. balanslaşmasına monitorinq qoymaq lazım 




gəlir. Həmçinin təbii fəlakətlərə, iqtisadi, ekoloji böhranlara məruz qalan dünyanın 

və ətraf mühitin iri miqyaslı tədqiqinə böyük ehtiyac vardır. 

 

50) Sistemlərin qradasiyası və dəyişkənliyi 

Tarixən təbiətdə baş verən hadisələr, xəstəliklər milyonlarla insanın həyatına 

son  qoymuş  olsa  da,  sonralar  təbiətözünü  yenidən  bərpa  etməklə  əvvəlki  sağlam 

vəziyyətinə  qayıtmışdır  və  yaxud  dünya  ölkələrindən  təsərrüfat  sahələrinin, 

ə

halinin  inkişafı  yalnız  yüksələn  xətt  üzrə  deyil,  nisbi  də  olsa  tarazlı  inkişaf 



mərhələlərinə  keçmişdir.  Ümumi  dəyişikliklərin  baş  verməsində  təbii  proseslər 

ə

sas yer tutur. Bəzi alimlər təbiət sistemləri üçün səciyyəvi olan inkişafı tarazlığa 



keçid  dövrü  və  tarazlığa  qayıdış  mərhələsinə  bölürlər.  Nəzərə  almaq  lazımdır  ki, 

bir çox hallarda tarazlığın keçid dövründən sonra böhran vəziyyəti yaranır. Məs.: 

təbiətdə əlverişli havadan sonra tufanlar başlayır, vulkanlardan sonra sakitlik dövrü 

davam edir və s. 

Ekoloji  sistemlər  mürəkkəb  təsirləlr  nəticəsində  formalaşdığı  kimi,  müxtəlif 

təsirlər  nəticəsində  də  dəyişir.  Sistemlərin  davamlığı  onların  xarakterindən, 

müddətindən, yaşından, sistemlərin təsirlərə reaksiyasından və s. asılıdır. 

Geoekoloji  sistemlərdə  təbii  komponentləri,  onların  iştirakı  ilə  yaranan 

landşaft tiplərini qiymətləndirmək olduqca çətindir. Müasir dövrdə ən çətin məsələ 

təbii  şəraitin  və  təbii  ehtiyatların  qiymətləndirilməsidir.  Məs:  meşədə  odunu  və 

onun  itkisini  müəyyən  etmək  olar,  lakin  meşənin  bioloji  növ  müxtəlifliyini, 

məhsullarını,  landşaftın  tiplərini,  iqlimini,  hidroloji  xüsusiyyətlərini,  gözəlliyini 

qiymətləndirmək  çox  çətindir.  Ona  görə  də  təbii  şərait  və  resursların  ümumi  və 

fərdi cəhətləri müəyyən olunmalıdır.  



 

 

 




 

Yüklə 308,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə