5
DƏRSLİK
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat”
dərsliyinə milli
və
ümumbəşəri mənəvi dəyərləri özündə əks etdirən, həqiqi vətəndaşın tərbiyəsində
mühüm rol oynayan əsərlər daxil edilmişdir. Bədii əsərlər seçilərkən demokratiya
prinsiplərinə, xalqımızın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət
edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən,
milli-
mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə
malik olan şəxsiyyət yetişdirilməsi vəzifəsi əsas götürülmüşdür.
Ədəbiyyat dərslərində öyrənilmək üçün Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq-
qında” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunaraq mək-
təb və rayon kitabxanalarına yayılmış əsərlər seçilmişdir. Bu, şagirdlərə ixtisarla
öyrənilən irihəcmli bədii mətnləri bütöv şəkildə mütaliə etmək və sənətkarın yara-
dıcılığı, öyrənilən əsəri ilə bağlı məqalələrdən istifadə etmək imkanı verəcəkdir.
Eyni zamanda şagirdlər üçün hazırlanmış elektron resurs da
(Ədəbiyyat. XI
sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.) irihəcmli bədii
əsərlərin müstəqil oxusuna və mənbələrdən istifadə etməklə araşdırma aparılmasına
əlavə imkan yaradacaqdır.
“Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları Azərbaycan ədəbiy-
yatının XX əsrin əvvəllərindən müasir mərhələyədək dövrünü əhatə edir. Dərsliyə
ədəbiyyatın inkişaf dövrlərini əks etdirən icmallar, klassik və müasir sənətkarların
həyatı, yaradıcılığı ilə bağlı məlumat, monoqrafik şəkildə öyrənilən bədii
nümunələr, müstəqil mütaliə üçün
tövsiyə olunan əsərlər, lüğətlər daxil edilmişdir.
Dərslikdəki mövzular icmal və monoqrafik mövzular olmaqla iki qrupa ayrılır.
Müəyyən ədəbi dövrə aid icmal mövzuları ədəbiyyat tarixinin bu və ya digər döv-
rünün ədəbi-mədəni mənzərəsi, qüdrətli sənətkarlarımızın həyat yolu və yaradıcı-
lığı üzrə monoqrafik mövzuların öyrənilməsi üçün zəmin yaratmaq məqsədini gü-
dür. Ədiblərin həyatı, yaradıcılıq yolu, ayrıca öyrənilən əsərləri ilə bağlı zəruri
məlumatlar, tövsiyələr şagirdləri dərsdə qazandığı ədəbi bilik və bacarıqları əlavə
mənbələrlə iş zamanı dərinləşdirməyə istiqamətləndirir.
Dərslikdə
düzgünlük, əyanilik, tərbiyəedicilik, tamlıq, ardıcıllıq, yaş səviy-
yəsinə uyğunluq, təlim vaxtına uyğunluq, oxunaqlılıq, inkişafetdiricilik, inklü-
zivlik, inteqrativlik pedaqoji prinsipləri gözlənilmişdir.
Ədəbiyyatımızın interaktiv metodlar və informasiya-kommunikasiya texnolo-
giyalarından istifadə ilə öyrədilməsi imkanları,
təlimin öyrədici, inkişafetdirici,
tərbiyəedici funksiyası diqqət mərkəzində saxlanılmışdır. Ədəbiyyatımızın inki-
şaf yolu, aparıcı nümayəndələrinin yaradıcılığının öyrənilməsi, ədəbi bilik və
bacarıqların inkişaf etdirilməsi məqsədilə şagirdlərin müstəqil tədqiqatçılıq
fəaliyyətinin metodik baxımdan təşkili yolları müəyyənləşdirilmişdir.
Öyrənilən
mövzu, problem üzrə əlavə məlumatların axtarılması, sistemləşdirilməsi, kons-
pektləşdirilməsi, ümumiləşdirilməsinə şagirdin yaradıcı fəaliyyətinin tərkib hissə-
si kimi yanaşılmışdır. Müstəqil araşdırmalar zamanı şagirdlərin dərsdə qazandığı
biliklər dərinləşdirilməli, onlarda mövzu, problemlə bağlı tədqiqat aparmaq,
6
təqdimat hazırlamaq, gerçəklikdə baş verən hadisələri
təhlil etmək və qiymətlən-
dirmək bacarıqları inkişaf etdirilməlidir.
İnteraktiv təlim prosesində mətn, sual və tapşırıqlar üzrə iş fərdi, qrup və ya
cütlük şəklində araşdırmanı nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə
qərar qəbul etmək kimi həyati bacarıqların formalaşdırılmasına imkan yaradır.
Yeni təlim materialının öyrədilməsi üzrə iş aşağıdakı metodik sistem üzrə hə-
yata keçirilir:
- Motivasiya. Bu zaman mövzu, problem üzrə əvvəl qazanılmış biliklər öyrəni-
ləcək
mövzu ilə əlaqələndirilir, yeni bilik və bacarıqların mənimsənilməsi üçün
zəmin yaradılır. Yeni mövzuya maraq oyatmaq üçün şagirdlərin əsərdə qoyulmuş
problemə ilkin münasibətini aşkara çıxarmağa, mövzunu həyatla əlaqələndirmə-
yə imkan yaradan müxtəlif suallar, tapşırıqlardan da istifadə olunur, müzakirə
aparılır. Motivasiyanın bilavasitə davamı kimi
, şagirdlərin fəal iştirakı ilə araş-
dırılacaq
problem üzrə
tədqiqat sualı müəyyənləşdirilir.
- Tədqiqatın aparılması zamanı mətnin oxusu, sual və tapşırıqlar üzrə araşdırma
fərdi, cütlük və qrup şəklində yerinə yetirilə bilər. Sual və tapşırıqlar mətn üzrə
öyrənilənləri tamamlamaq, dərinləşdirməklə yanaşı, əsərin
məzmununun mənim-
sənilməsi və təhlili, şifahi və yazılı nitq üzrə bacarıqları inkişaf etdirmək məqsədi
izləyir.
Həm icmal, həm də monoqrafik mövzular üzrə mətnlərdə ədəbi dövr, sənət-
karın həyat və yaradıcılığı, əsərin təhlili ilə bağlı şagirdləri araşdırmaya
yönləndirən açıqlamalar verilir. Aparılacaq araşdırmanın əsas cizgiləri, mənbələrlə
iş, müstəqil fəaliyyət zamanı dərinləşdirilməsi və zənginləşdirilməsinə ehtiyac
duyulan məsələlər qeyd edilir.
- Təqdimatların mübadiləsi və müzakirəsi diskussiya,
müxtəlif mövqelərin
aşkara çıxarılması, söylənilən fikirlərin əsaslandırılması zəminində reallaşdırılır.
- Yaradıcı tətbiqetmə. Şagirdləri mövzu üzrə öyrənilənləri möhkəmləndirməyə,
yeni material üzərində tətbiq etməyə sövq edən sual və tapşırıqlardan istifadə
olunur.
- Nəticə və ümumiləşdirmə. Aparılan araşdırmanın yekunlaşdırılması,
yeni bilik-
lərin ümumiləşdirilməsi, nəticə çıxarılması məqsədilə aparılan müzakirə şagird-
ləri ortaq mövqeyə gəlməyə, ümumi qənaətlərə istiqamətləndirir.
- Qiymətləndirmə, refleksiya mərhələsində müəllimin dərs ərzində apardığı
qeydlər əsasında fərdi və qrup üzrə qiymətləndirmə aparılır.
Yeni biliyin mənim-
sənilməsi prosesinə bir daha nəzər salınır. Şagirdlərin təqdimatları, dərs zamanı
müzakirədə iştirak səviyyəsi barədə yığcam rəy mübadiləsi aparılır, nailiyyətlər
və çatışmazlıqlar nəzərə çatdırılır, tövsiyələr verilir.
- Evdə iş. Araşdırma şagirdlərin evdə, kitabxanada mənbələrlə iş, müstəqil tədqi-
qatçılıq fəaliyyəti ilə davam etdirilir. Bu məqsədlə verilən sual və tapşırıqlar yara-
dıcı, tətbiqedici xarakter daşıyır, onları yerinə yetirmək üçün hansı mənbələrdən
istifadə edilməsinin məqsədəuyğun olması diqqətə çatdırılır.