Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə56/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

 155
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiri-
ləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: İ.Şıxlı. Dəli Kür (ixtisarla) – 4 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan 
əsərlərdə (poema, hekayə, povest, ro-
man, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri də-
yərlərə  əsaslandırılmış münasibət bil-
dirir.  
Romanda əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə 
edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə  tənqidi 
münasibətini  əsaslandırır, 
dinləyicilərin rəyini nəzərə alır, mimika 
və jestlərdən məqsədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini 
nəzərə alır, mimika və jestlərdən 
məqsədyönlü istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yığcam müsahibə ilə aş-
kara çıxarılır. Romandan ixtisarla verilmiş parçaların məzmununun 
hansı səviyyədə qavranıldığı, oradakı mühüm fikirlərin, tanış olmayan 
sözlərin mənasının, mənşəyinin, məcazların necə müəyyənləşdirildiyi 
aydınlaşdırılır.  
 Şagirdlər oxuduqları  pərdələrdəki başlıca fikirlər, tanış olmayan 
sözlər və  məcazlarla bağlı  qənaətlərini kiçik qruplarda bölüşür, fikir 
mübadiləsi aparırlar. Bu, mənimsənilənlərin dəqiqləşdirilməsinə, zən-
ginləşdirilməsinə imkan yaradır. Qruplar daha sonra dərslikdə  təklif 
edilmiş suallara cavab hazırlayırlar. 
Qrupların təqdimatları  əsasında  məlumat mübadiləsi   müzakirə 
aparılır. Tanış olmayan sözlərin mənasının aydınlaşdırılması, məcaz-
ların müəyyənləşdirilməsi və növünün dəqiqləşdirilməsi, ikihissəli 
gündəlikdə qeydlərin aparılması, eləcə də əsərin məzmunu üzrə suallara 
(1Rus Əhmədin və Aleksey Osipoviçin qarşıya qoyduğu məqsəd nə idi? 


 156
2. Cahandar ağadan qisas almaq istəyən Allahyar başqa cür hərəkət edə 
bilərdimi? 3. Hücum edənin Allahyar olduğunu biləndə Cahandar ağa nə 
düşündü? 4. Oxuduğunuz parçalar hansı mənəvi dəyərlər barədə danış-
mağa imkan verir?) cavabların  verilməsi təqdimatlarda  əhatə edilən 
başlıca məsələlər olur. Eləcə də ikinci hissənin məzmununun yığcam na-
ğıl edilməsi səviyyəsi dəyərləndirilir. 
 Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha çox 
şagirdin iştirakına və onun diskussiya səciyyəli olmasına diqqət yeti-
rilir.  Nəticənin  çıxarılması, ümumiləşdirmənin aparılmasında müəl-
lim istiqamətləndirici suallardan istifadə edir. Nəticələrin fərziyyələrlə 
müqayisə edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: İsmayıl Şıxlı. Dəli Kür (ixtisarla) – 4 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.2.2. Obrazları xarakter və əməlləri, 
yaşadıqları dövrün sosial-siyasi şəraiti 
və əxlaqi-etik dəyərləri ilə əlaqəli 
səciyyələndirir, müqayisələr aparır. 
Romandakı obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik 
dəyərləri ilə əlaqəli səciyyələndirir. 
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sər-
bəst) şeirlərdə, süjetli bədii nümunə-
lərdə bədii təsvir və ifadə vasitələrinin 
obrazlılığın təmin edilməsindəki rolu-
na əsaslandırılmış münasibət bildirir. 
Romanda məcazların obrazlılığın 
yaradılmasındakı roluna 
əsaslandırılmış münasibət bildirir. 
1.2.4.  Bədii nümunələrin mövzusuna, 
ideyasına, başlıca probleminə, 
konfliktinə dövrün ictimai-siyasi, 
mənəvi dəyərləri kontekstindən çıxış 
etməklə münasibət bildirir və qiymət-
ləndirir. 
Romanın mövzusuna,  başlıca prob-
leminə, konfliktinə dövrün ictimai-
siyasi, mənəvi dəyərləri kon-
tekstindən çıxış etməklə münasibət 
bildirir və qiymətləndirir. 
 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır. 
Romanda yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla 
əsaslandırır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə  və ya bir 
neçə  təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq, 


 157
real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda əsərin müstəqil 
oxunmuş hissələrinin məzmununun hansı  səviyyədə qavranıldığı  diq-
qət mərkəzində saxlanılır.  
Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur. 
Motivasiya suallardan istifadə ilə yaradıla bilər. Şagirdlərə “Dəyiş-
məyə doğru gedən zəmanədə insan öz ideallarını, həyat tərzini qoruyub 
saxlaya bilərmi?” sualı ilə müraciət edən müəllim yığcam müsahibənin 
sonunda tədqiqat sualını formalaşdırır. 
 Tədqiqat sualı: Mürəkkəb tarixi şəraitdə Azərbaycan kəndində baş 
verən hadisələrdən bəhs etməkdə yazıçının məqsədi nədir?  
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqata  dərslikdəki mətnlə tanışlıq, mətnkənarı sualların  (Əsər 
hansı mövzuda yazılmışdır? Romanda hansı problemlər, konflikt, milli-
mənəvi dəyərlər öz əksini tapıb? Cahandar ağa obrazını səciyyələndirən 
başlıca xüsusiyyətlər hansılardır?)  müzakirə edilməsi və onlara ca-
vabların hazırlanması ilə başlanılır. Mətnin fərdi və ya cütlük şəklində 
oxusunu təşkil etmək məqsədəuyğundur.  
Şagirdlərə izah edilir ki, mənbələr üzrə qazanılmış biliklər əsasında 
mətnə yenidən müraciət etməklə  əsəri daha ətraflı  təhlil etmək müm-
kündür. 
Tədqiqat kiçik qruplarda tapşırıqların yerinə yetirilməsi və 
təqdimatların hazırlanması ilə davam etdirilir. Romanda işlənilmiş 
bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artırılmasında 
rolunun izah edilməsi, tədqiqatçıların dərslikdə verilmiş fikirlərinə 
münasibət bildirilməsi və s. tapşırıqlar üzrə cavablar hazırlanır. 
 “Xarakterlər xəritəsi”ndən istifadə edərək Cahandar ağa obrazını 
səciyyələndirən qruplara qəhrəmanın xarakteri, əməlləri, nitqi, başqa-
larına münasibəti barədə fikirlərini  əsərdən seçdikləri nümunələrlə 
əsaslandırmaq tövsiyə edilir. 
 Şagirdlər kiçik qruplarda fikir mübadiləsi aparır, öyrəndiklərini 
dəqiqləşdirirlər. Ardınca təqdimatlar əsasında məlumat mübadiləsi və 
müzakirə aparılır. Müəllim təqdimatların fəal dinlənilməsinə, müza-
kirənin diskussiya səciyyəli olmasına nail olur.  
Əsərin təhlili üzrə  iş dördüncü dərs saatında davam etdiyi üçün 
nəticə  və ümumiləşdirmənin  həmin dərsdə aparılması  məqsədə-
uyğundur.  Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə 
həyata keçirilir. 
 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə