Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə57/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

 158
 Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: İ.Şıxlı. Dəli Kür (ixtisarla) – 4 saat 
Dördüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.2.2. Obrazları xarakter və əməlləri, 
yaşadıqları dövrün sosial-siyasi şə-
raiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli 
səciyyələndirir, müqayisələr aparır. 
Romandakı obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik dəyər-
ləri ilə əlaqəli səciyyələndirir. 
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sər-
bəst) şeirlərdə, süjetli bədii nümunə-
lərdə bədii təsvir və ifadə vasitələrinin 
obrazlılığın təmin edilməsindəki roluna 
əsaslandırılmış münasibət bildirir. 
Romanda məcazların obrazlılığın 
yaradılmasındakı roluna əsaslan-
dırılmış münasibət bildirir. 
1.2.4.  Bədii nümunələrin mövzusuna, 
ideyasına, başlıca probleminə, konf-
liktinə dövrün ictimai-siyasi, mənəvi 
dəyərləri kontekstindən çıxış etməklə 
münasibət bildirir və qiymətləndirir. 
Romanın ideyasına dövrün ictimai-
siyasi, mənəvi dəyərləri kontekstin-
dən çıxış etməklə münasibət bildirir 
və qiymətləndirir. 
 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır. 
Romanda dil və üslub xüsusiyyətlə-
rinə istinad edərək yazıçı mövqeyi 
ilə bağlı mühakimələrini faktlarla 
əsaslandırır. 
 
Dərsin gedişi 
Ev tapşırığının (Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən top-
ladığınız məlumatlar əsasında zənginləşdirin və tamamlayın) yerinə ye-
tirilməsi səviyyəsini müsahibə və ya bir neçə təqdimatın dinlənilib mü-
zakirə edilməsi yolu ilə aydınlaşdırmaq, real vəziyyəti müəyyənləşdir-
mək olar. Hər iki halda sinifdə öyrənilənlərin digər mənbələrdən isti-
fadə ilə hansı səviyyədə zənginləşdirildiyi diqqət mərkəzində saxlanılır.  
Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur. 
Tədqiqata kiçik qruplarda başlayan  şagirdlər mətnkənarı sualların 
cavablarını oxuyub ümumiləşdirir, qısaca qeydlər edirlər. Dərslikdə 
təklif edilmiş tapşırıqlar (“xarakterlər xəritəsi”ndən istifadə ilə obraz-
lardan birinin səciyyələndirilməsi, məcazların rolunun aydınlaşdırılma-
sı, əsərin ideyası ilə bağlı mühüm fikirlərə aid nümunələrin seçilməsi və 
onlara münasibət bildirilməsi) fərdi, yaxud cütlük şəklində yerinə ye-
tirilir.  
Şagirdlər kiçik qruplarda birləşir, fikir mübadiləsi aparır, qə-
naətlərini dəqiqləşdirirlər. Ardınca təqdimatlar əsasında məlumat mü-


 159
badiləsi  və  müzakirə aparılır. Müəllim təqdimatların fəal dinlənil-
məsinə, müzakirənin diskussiya səciyyəli olmasına nail olur.  
Nəticə  çıxarılması  və ümumiləşdirmənin aparılması zamanı 
qazanılmış biliklərə bir daha nəzər salınaraq qeyd edilir ki, dəyişən, 
müstəqil yaşam şərtləri get-gedə məhdudlaşdırılan zəmanədə təklənmiş 
Cahandar ağa bütün qüsurlarına baxmayaraq, oxucuda rəğbət doğuran 
faciəvi obrazdır.  
Cahandar ağa çar məmurları ilə qarşılaşmada  əyilməzliyi ilə  
xalqımıza xas olan mənəvi dəyərləri təcəssüm etdirir. O başa düşür ki, 
artıq  əvvəlki həyat tərzinin sonu çatmışdır, onun üçün ölən dünyada 
yaşamağın bir mənası qalmamışdır. Cahandar ağanın faciəsinin  əsl 
səbəbi də bundadır.  İ.  Şıxlı XIX əsrin ikinci yarısında Azərbaycan 
kəndində gedən ziddiyyətli prosesləri, Cahandar ağanın faciəli taleyini 
qələmə almaqla milli ruhla aşılanmış, milli dəyərləri  əks etdirən 
qiymətli bir roman yaratmışdır. 
 Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə həyata ke-
çirilir. 
 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
  


 160
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Nigar Rəfibəylinin  
“Sevirəm, sevmirəm” şeiri üzrə aparıla bilər. 
 
Sevirəm, sevmirəm 
İnsanda qüruru, ləyaqəti sevirəm. 
Lovğalığı, kobudluğu sevmirəm. 
Ali hisləri, yüksək niyyəti sevirəm
 sevirəm insan təbiətində 
 dağlar ehtişamını: 
Gəncliyin coşqun səhərini, 
Qocalığın müdrik axşamını. 
Kişidə kişi sifətini sevirəm, 
Qadında qadın incəliyini, 
Bir də ana məhəbbətini sevirəm... 
Kin-küdurət yuvası  
ürəkləri sevmirəm. 
Qara arzu, diləkləri sevmirəm. 
Kobudu, tərsi sevmirəm, 
Xoşqılığı sevirəm. 
Qaranlığı sevmirəm,  
Aydınlığı sevirəm. 
Acgözləri, hərisləri sevmirəm. 
Yüksəlmək ehtirasıyla 
Diz çöküb, əl açanları sevmirəm. 
Alın təriylə çörək qazanıb, 
gecələri rahat yata bilənləri 
sevirəm. 
İnsanların üzündən  
Göz yaşını silənləri sevirəm. 
Axşam qaranlığını sevmirəm, 
Sübhü, danı sevirəm. 
Dar gündə 
kömək əli uzadanı sevirəm. 
Çöllərin ətirli küləklərini 
sevirəm. 
Vətənimin zərif çiçəklərini 
sevirəm.  
Dağlardan duman çəkiləndə sevirəm. 


 161
Göydən yerə nur töküləndə sevirəm. 
Dənizdə açıq maviliyi,  
İnsanda mərifəti, biliyi,  
Vətənə fayda verənləri sevirəm, 
İnsanı insana qardaş bilənləri, 
Ağır gündə qəmlənib 
şad gündə gülənləri sevirəm. 
Qızıl taxıl zəmiləri 
ləpələndikcə vüqarlanıram. 
Pambıq çöllərini sərvətim sanıram. 
Vətənimin qüdrətini, sərvətini sevirəm. 
Vətən oğullarının şücaətini, 
Vətən qızlarının məharətini sevirəm. 
Havası təmiz, göyləri şəffaf,  
üfüqləri parlaq baharı sevirəm. 
Azadlıq bayraqları vüqarla dalğalanan 
diyarı sevirəm. 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə