Microsoft Word ?d?b -11 mmv-capa doc


QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN SUAL VƏ



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə58/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

 162
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN SUAL VƏ 
TAPŞIRIQLAR 
1. Bədii təsvir və ifadə vasitələrini və onların növünü müəyyənləşdirin. 
 
Bədii təsvir və ifadə vasitələrinə 
nümunələr 
Bədii və ifadə vasitələrinin növü 
 
 
 
2. “Ali hisləri, yüksək niyyəti sevirəm” dedikdə şair nəyi nəzərdə tutur? 
_____________________________________________________________
____________________________________________________________ 
 
3. Əsərdə hansı mənəvi dəyərlər öz əksini tapmışdır? Fikrinizi əsaslandırın. 
_____________________________________________________________ 
_____________________________________________________________
_____________________________________________________________ 
 
4. Əsərin mövzusunu, qoyulmuş problemi müəyyənləşdirin. 
 
                 Mövzu 
                     Problem 
 
 
 
5. Şeirin lirik qəhrəmanını səciyyələndirin. 
 
    İnsanlara münasibəti 
            Öz vətəninə münasibəti 
 
 
 
6. Fikrin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu 
aydınlaşdırın. 
 
Bədii təsvir və ifadə vasitələrinə 
nümunələr. 
Fikrin təsir gücünün 
artırılmasında rolu 
 
 
 


 163
7. Şərti işarələrdən istifadə etməklə misralarda fasilələrin yerini, məntiqi 
vurğulu sözləri göstərin. 
Vətənimin qüdrətini, sərvətini sevirəm. 
Vətən oğullarının şücaətini, 
Vətən qızlarının məharətini sevirəm. 
Havası təmiz, göyləri şəffaf,  
üfüqləri parlaq baharı sevirəm. 
 
 
8. Əsərdəki fikirlərə uyğun bir neçə atalar sözü yazın. 
 
        Əsərdən nümunələr 
             Atalar sözləri 
 
 
 
9. Şeirdə başlıca fikir–ideya nədir? 
_____________________________________________________________
_____________________________________________________________ 
_____________________________________________________________ 
  
10.  Şeirin sizdə doğurduğu hisləri, düşüncələri qısaca yazın. 
_____________________________________________________________ 
_____________________________________________________________
_____________________________________________________________ 
 


 164
MÜSTƏQİLLİK DÖVRÜ ÇOXMETODLU  
AZƏRBAYCAN ƏDƏBİYYATI  
 
Mövzu: Müstəqillik dövrü çoxmetodlu  
Azərbaycan ədəbiyyatı – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
 
Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla mövzu, 
problemlə bağlı təqdimat və çıxışlarında 
obrazlı ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini 
əsaslandırır, dinləyicilərin 
rəyini nəzərə alır, mimika və 
jestlərdən məqsədyönlü istifadə 
edir. 
Müzakirələrdə mövzuya, problemə 
tənqidi münasibətini əsaslandırır, fərqli 
fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (Mövzulardan birini seçib işləyin: a) “İ.Şıxlının 
“Dəli Kür” romanında həyat həqiqətləri” mövzusunda məqalə yazın;                  
b) “Cahandar ağa obrazına münasibətim” mövzusunda esse yazın) ye-
rinə yetirilməsi səviyyəsi bir neçə  təqdimatın dinlənilməsi və müzaki-
rəsi  əsasında müəyyənləşdirilir. Təqdimatlarda mövzuya müstəqil mü-
nasibətin hansı  səviyyədə olmasına, mülahizələrin  əsaslandırılmasına 
xüsusi diqqət yetirilir. Müzakirə zamanı yaradıcı yazıların dil, üslub 
xüsusiyyətlərinə münasibət bildirilir, tövsiyələr verilir.  
 Motivasiya  mərhələsində
 
yeni mövzunun öyrənilməsinə  zəmin 
yaratmaq məqsədilə  dərslikdəki tapşırıq  əsasında  (Müstəqillik dövrü 
Azərbaycan  ədəbiyyatı haqqında bildiklərinizi yada salıb yığcam 
müzakirə aparın. BİBÖ-dən istifadə edin)  təşkil edilən müsahibədə 
şagirdlərin müstəqillik dövrü ədəbiyyatımız haqqında biliklərinin 
aşkara çıxarılması ilə başlanılır. Xüsusən IX sinifdə bu mövzu ilə bağlı 
biliklərin hansı  səviyyədə  mənimsənildiyi müəyyənləşdirilir.  Şagird-
lərin müasir sənətkarlarımızın yaradıcılığı barədə hansı  məlumata 
malik olduğu üzə çıxarılır. Cavabların ümumiləşdirilərək qeyd edilməsi 
üçün BİBÖ-dən istifadə edilir. 


 165
Müsahibə  nəticəsində  tədqiqat sualı müəyyənləşdirilir:  Müstəqillik 
dövrü  ədəbiyyatımızın hansı xüsusiyyətləri onu yeni mərhələ adlandır-
mağa əsas verir? 
Tədqiqatın aparılması  mərhələsində araşdırma dərslikdəki sual-
ların və onların aydınlaşdırılmasına istiqamət verən cavabların – mətn-
lərin oxusu ilə davam etdirilir. Kiçik qruplar dərslikdəki mətn üzrə 
sualların (Müstəqillik dövrü ədəbiyyatımızın birinci mərhələsi üçün da-
ha çox səciyyəvi olanlar nədir?  Müstəqillik dövrü Azərbaycan poeziya-
sını  səciyyələndirən  əsas cəhətlər hansılardır? Müstəqillik dövrü Azər-
baycan nəsri hansı özəllikləri ilə diqqəti cəlb edir? Müstəqillik dövrü 
ədəbiyyatında çoxmetodluluq özünü necə büruzə verir?) aydınlaşdırıl-
masına istiqamət verən cavablarla tanış olurlar.  
Şagirdlərin istifadəsində əlavə məlumat mənbələrinin (dərslikdə göstə-
rilənlərdən bəziləri, ədəbiyyatşünaslıq lüğətləri, müəllimin məqsədəuyğun 
saydıqları  və s.) olması vacibdir. Araşdırma zamanı kiçik qruplar 
dərslikdəki tapşırıqları  (Mətnkənarı sualların cavablarını ümumiləşdirib 
yazın; Oxu zamanı sizi düşündürən sualları qeyd edin; Venn diaqra-
mından istifadə etməklə sovet dövrü və müstəqillik dövrü ədəbiyyatımızın 
başlıca xüsusiyyətlərini müqayisə edin) yerinə yetirirlər. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra kiçik qrupların 
təqdimatları  əsasında  məlumat mübadiləsi   müzakirə  aparılır. 
Diskussiya zamanı müstəqillik dövrü Azərbaycan  ədəbiyyatının milli 
ədəbiyyatın böyük örnəklərini meydana qoyması, dünya təcrübəsinə və 
ölkə reallıqlarına əsaslanmaqla çoxəsrlik ədəbiyyatımızı yeni mövzular, 
cəlbedici bədii formalar, fərqli obrazlarla daha da zənginləşdirdiyi qeyd 
edilir.  
 Müstəqillik dövrü ədəbiyyatımızın çoxmetodlu səciyyə daşıması ilə 
bağlı  fərqli mülahizələr dinlənilir və onlara əsaslandırılmış münasibət 
bildirilir. Müzakirədə 
sərbəst fikir mübadiləsinə, söylənilən 
mülahizələrin diqqətlə dinlənilməsinə  şərait yaradılır, hər bir tənqidi 
fikrin, fərqli mülahizənin əsaslandırılmasına nail olunur.  
Nəticə  və  ümumiləşdirmə müəllimin istiqamətləndirici suallarının 
tətbiqi ilə həyata keçirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31−38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə