18
inkişaf etmiş mədəni cəmiyyətləri hansısa universal bir din yaratmaq-
la birləşdirmək fikri utopiyadan başqa bir şey deyil. Bunun əvəzinə
ümumbəşəri dəyərlərdən, ədalətdən, humanizmdən danışmaq olar.
Əslində universal din rolunu oynamağa əsas namizəd məhz elm ola
bilərdi. Elmi təfəkkür, dünyagörüşü insanın formalaşmasında rol oy-
nayır, şəxsin ləyaqət hissinə də təsir edir; elm həyat tərzini müəyyən
edən mühüm amildir. Lakin elmin sitayiş etdiyi mütləq həqiqətdən
kənarda da zənginlik və gözəllik var - poeziya, musiqi, incəsənət və
bu sırada - möminlərin qəlbində yuva salan inam, fəzilət və ahəng!
Elmi düşüncənin çox əlçatan olmaması və kütləni arxasınca
apara bilməməsi elmin dinə çevrilə bilməməsini, “elmi din”in daşıyı-
cılarının az saylı qalmasını şərtləndirir. Hans-Georg Gadamer elmin
daim isbat tələb etməsini onun xoşqılıqlı (tolerant) olmaması kimi
şərh edirdi (xüsusilə dinə, fəlsəfə və dünyagörüşünə qarşı).
Dini təzyiq alətinə çevirmək, siyasiləşdirmək təhlükəli nəticələ-
rə, təməl insan haqları və insan azadlığının ciddi surətdə məhdudlaş-
dırılmasına gətirib çıxara bilir. Çağdaş dünyanın çox böyük qismində
din dövlətdən ayrılıb. Din əvvəllər ona xas olan siyasi və dövləti ida-
rəetmə funksiyalarını itirib; o, daha cəza aparatı deyil (hərçənd ki, in-
sanda qorxu hissinin olmasını vacib sayır). Din Galileo Galilei (Qali-
ley) ilə barışıb, lakin Darvini hələ tam qəbul etmək istəmir. Dinin if-
rat təəssübkeşləri Əhdi-Ətiq, Qur`an və bəzi digər müqəddəs kitabları
çağdaş elmi nailiyyətləri özündə əks etdirən elmi kitab kimi qələmə
verməkdə israrlıdırlar. Elm və dinin fərqli sahələr olduğu, elmin əx-
laq və mənəviyyat məsələlərində dinə, dinin sırf elmi məsələlərdə el-
mə ehtiram göstərməsi dinlə elm arasında sülhün, əməkdaşlığın əsası
ola bilər; monopolist olmaq ətrafdakıların hörmət və rəğbətini qazan-
maq işinə xeyir vermir. Bununla yanaşı dinin yaşayacaq, dinə ehtiyac
var. Din insanın ümid bəslədiyi inamı və sığınmaq istədiyi fövqəl-
qüvvəni ona bəxş edə bilir, ilahi və müqəddəs olana sitayiş etmək im-
kanı yaradır. Din möminlərə onların ürəklərindən keçən xoşbəxt son-
luğu vəd edir və ora gedən yolu göstərir. Mömin adam varlıq, möv-
cudluq şübhələrinə qapılmır, o, rahatdır.
19
Din sülhə və ədalətə çağırır, zəifə maddi və mənəvi kömək et-
məyi tövsiyə edir, güclünün zəifi bağışlamasını istəyir, pis əməllər-
dən çəkindirir, qorxudur, əxlaqı saflaşdırır. Bu çox yaxşıdır. Xüsu-
silə, iradəsi zəif olan insanlara, yolunu çaşanlara, tövbə etmək istə-
yənlərə din əlini uzadır, onların ayaq üstə qalxmasına kömək edir.
Ümidsizlik, tənhalıq və ruh düşkünlüyü olan insanlar əyləncəyə, həz-
zə, hay-küyə can atırlar, bu halda din sadəliyə, mənəviyyata, sakitliyə
səsləyən alternativ cazibə məkanı kimi ortaya çıxır.
Din ləyaqəti qorumağa, əldə olunan və mümkün olanla qane ol-
mağa çağırır. Din mənəvi həzzi maddiyyətdən daha yüksək saymaqla
insanların özlərini xoşbəxt hiss etmələrinə kömək edir –mən bu fikrin
tərəfdarları sırasındayam. Dinlər haqqında görüşlər çox müxtəlif olsa
da, qardaşlıq, bərabərlik, ədalət və mərhəmət hisslərinin müdafiəsin-
də və davamlılığında dinlərin böyük rolu şəksizdir. Əlbəttə ki, İlahi
qüdrətə sitayişlə, dini çərçivələrlə, məhdudiyyətlərlə yanaşı din için-
də insan ləyaqəti, insan əzəməti, insan dühası da unudulmamalıdır.
Burada Allaha müraciət edən Məhəmməd İqbal yada düşür:
Məhəmməd də sənin, Cəbrail də sənin, Quran da sənin
Lakin müəllifi mənəmmi, sənsənmi bu şirin sözlərin?!
٭ ٭ ٭
Azərbaycan oxucularına İranlı müəllif Hüseyn Tövfiqi`nin “Bö-
yük dinlərlə tanışlıq” kitabını təqdim edirik. Əsər öz məzmun və
şərhləri ilə bu sahədə Azərbaycan oxucularına məlum olan kitab və
digər qaynaqlardan fərqlənir, onun Azərbaycan türkcəsinə tərcümə
üçün seçilməsi də məhz bu xüsusiyyəti ilə bağlıdır.
“Böyük dinlərlə tanışlıq” kitabı həcmcə bir-birinə yaxın və möv-
zu baxımından təbii ardıcıllığa malik dörd hissədən ibarətdir. Birinci
hissədə din haqqında ümumi məlumat verilir, qədim dünyanın dinləri
və Hindistan, Çin, Yaponiya xalqlarının dinləri haqqında danışılır.
Ikinci hissə yəhudiliyə, üçüncü-xristianlığa və nəhayət, dördüncü his-
sə İslam və onun digər dinlərlə müqayisəsinə həsr olunmuşdur.
20
Dini anlayışların tərifi, dinlərin təsnifatı və ya qruplaşdırılması
kimi məsələlər çox müxtəlif təbiətə malik subyektlər haqqında ümu-
miləşmiş rəy tələb edir və bu, ilk baxışdan göründüyü qədər sadə de-
yil. Məsələn, müəllif dini mənsubiyyətin hansı əlamətlərə görə müəy-
yən edilməsi məsələsinə xas olan qeyri-müəyyənliyə diqqət yetirir.
Zənnimcə, bu və ya digər dinə mənsub olma bu dinə hansı şəkildə isə
inananların və ya möminlərin sayı ilə müəyyən edilmir; bütün insan-
ların dinə inanma dərəcələrini təyin etmək çox ağır iş olardı. hər han-
sı dinə mənsub olmanın tərifi az-çox dəqiq ölçülə bilən “tarixi-mə-
dəni yanaşma” ilə verilə bilər. Məsələn, müsəlman deyəndə tarixən
islam mədəniyyətinə aid edilmiş, müsəlman sayılmış xalqın nüma-
yəndələri başa düşülür. Əgər müsəlman sayılan bir kəs rəsmi olaraq
başqa dinə keçibsə, o, artıq müsəlmanların deyil, keçdiyi yeni dinin
nümayəndələri sırasında hesaba alınır. Həmçinin, tarixi-mədəni ba-
xımdan müsəlman və ya xristian sayılanların heç də hamısı dindar,
mömin deyillər, ibadətlə məşğul olmurlar, onlar içində ateistlər də
var (çox zaman bunu xüsusi bəyan etməyən). Bəzi tədqiqatçılar dün-
ya əhalisinin təqribən beşdə birinin ateist olduğunu iddia edirlər.
Təqdim etdiyimiz kitabda təbiətə sitayişlə bağlı olan ibtidai din-
lər və qədim dünyanın dinləri – Misir və Babilistanda, Yunan və Ro-
mada, ərəb dünyasında və əlbəttə ki, qədim İran və onun təsirində
olan ölkələrdə mövcud olmuş dinlər (Zərdüştlük, Manilik, Məzdə-
kizm...) diqqətlə və yığcam şəkildə təqdim edilmişdir. Allahlar pante-
onu, bütpərəstlik, xeir və şərin mübarizəsi kimi prinsiplər üzərində
qurulmuş müxtəlif qədim dinlərin öyrənilməsi bəşər tarixinin mühüm
hissəsini təşkil edir.
Qədim dünyanın Hindistan, Çin, Yaponiya kimi böyük xalqla-
rının və onların təsir dairəsində yaşayan xalqlarının dinləri fəlsəfi
dinlər, fəlsəfi təbiətli dünyagörüşü kimi təqdim oluna bilər. Kitabın
Hindistan dinlərinə aid hissəsini oxuyarkən dil, tarix, din, çağdaş hə-
yat və mədəniyyət baxımından çox rəngarəng, hər çalara malik Hin-
distana növbəti bir səfərimdə yazılmış bir miniatür (və onu oxucular
üçün şərh edən cümlə) yadıma düşdü:
Dostları ilə paylaş: |