21
Biri quran, biri yıxan, biri qoruyan
1
Allahların diyarında qaldım bir zaman.
Qurmaqdan məmnun olmuşam, yıxmaqdan uzaq
Qorumaq nə ağır dərdmiş, bərk dur, ay aman!
Din tarixinə və ya dinlərlə tanışlığa həsr olunmuş hər hansı
kitabda Tövhidi, İbrahimi dinlər və ya Vəhy dinləri kimi tanıdılan
Yəhudilik, Xristianlıq və İslam üçlüyü mərkəzi yer tutur; Hüseyn
Tövfiqi`nin “Böyük dinlərlə tanışlıq” kitabı da bu mənada istisna
təşkil etmir. Yəhudiliyə aid fəsildə yaranışdan, əsas peyğəmbərlərdən
başlamış çağdaş İsrail dövlətinin qısa yaranma tarixinə qədər dövr
əhatə olunur. Kitab (bunu bölgəmizi yaxşı tanıyan oxucular təxmin
edə bilər) İsrail dövlətinə xüsusi məhəbbətlə seçilmir. Əhdi-ətiq ki-
tablarının, o cümlədən tarixi (ilk beş kitab-Tövrat daxil olmaqla) ki-
tabların, hikmət, minacat, dua və şeir kitablarının (Davudun “Zə-
bur”u, Əyyubun və Süleymanın kitabları daxil olmaqla) və nəhayət,
peyğəmbərlərin gələcəyi xəbər verdikləri kitabların qısa məzmunu
və şərhi verilmişdir. Müəllif, həmçinin, Tövratın təfsiri sayılan Təl-
mud, o cümlədən məad - qiyamət günündə dirilmə hadisəsi, dini eh-
kamlar, müxtəlif firqələr-təriqətlər haqqında məlumatlarla Yəhudilik
fəslini dolğun etməyə çalışıb.
Kitabın maraqlı hissələrindən biri xristianlığa, İsanın şəxsiyyəti,
əməli və ardıcıllarına həsr olunmşdur. Müəllifin şərhində İsa inqilab-
çıdır. 12 elçi-həvarilərin və xristianlığın memarı sayılan Pavlosun
(Azərbaycanda rus dilinin təsiri ilə Müqəddəs Pavel deyirlər) fəaliy-
yətinə xüsusi diqqət verilmişdir; Pavlosun qüdrət sahibləri qarşısında
xristianları itaətə çağırması sanki İsanın inqilabi ruhuna tərs gəlir. Ki-
tabda kilsənin get-gedə gücləndikcə siyasətə daha çox qarışması və
Papalıq siyasətinə də yer ayrılıb. Xristianlığın əsas kitabı sayılan
Əhdi-Cədidin, o cümlədən İncilin (ilk dörd kitab) qısa məzmunu,
xristian adət və mərasimləri, kilsədə (xristianlıqda) yaranmış firqələr
1
Hindistanda yazılıb. Hindi allahlar panteonunda əsas yerləri tutan Brahma (tək işi
dünyanı yaratmaq olub), Şiva (rəqs edən, yıxıb-dağıdan allah) və Vişnu (yarananı
qoruyan) adlı allahlara işarədir.
22
və kilsə islahatları da xristianlıq haqqında yığcam məlumat almaq
istəyənlərə maraqlı və faydalı olacaq.
Kitabın sonuncu fəsli İslam və onun digər dinlərlə müqayisəli
təhlilinə həsr olunmuşdur. Bu fəsil, ilk baxışdan zəruri kimi görünən,
İslamın əsasları və ya İslam dininə girişdən ibarət deyil; görünür ki,
müəllif öz kitabını İslamın əsaslarını bilən oxucular üçün nəzərdə
tutmuşdur. Burada, əsasən, üç İbrahimi dinlər arasında mövcud olan
oxşarlıqlar, əlaqələr və münasibətlərə baxılır. Allah və peyğəmbərlik,
din, dövlət və siyasət məsələləri müzakirə olunur. Dünyanın sonu və
xilas, doğruçu və yalançı xilaskarlar haqqında məlumat verilir; Dəc-
cal məsələsinin şərhi, zənnimcə, subyektiv xarakter daşıyır. Məişət və
ailə məsələlərinin, dini adət və ehkamların müqayisəli təsvirinə də
xüsusi yer ayrılmışdır. Allah və onun tanınması məsələsi, istər-istə-
məz, antropomorfik müqayisələrə, maddi ünsürlərə, Allahın insanı si-
fətlərinə gətirib çıxarır. Təsvir edənin insan olduğunu və təsvirin in-
sanlar üçün olduğunu, insanların ilahi söz sahibi olmadıqlarını nəzərə
alsaq, Allahın tanınması sanki metafizika məsələsinə gəlib çıxır,
maddi məna ilə məcazi məna arasında şərhlərə yol açılır. Din və ir-
fan, sufizm və ariflər haqqında qısa məlumat verilir. Müqəddəs və sə-
mavi kitabların müəllifləri və mötəbərliyi, tərcümə, təfsir, təvil (her-
menevtika) kimi anlama, qavrama üsulları haqqında söhbət misallarla
müşayiət olunsaydı, məna və məzmun, yəqin ki, daha aydın açılar,
məsələ və hadisələrə nüfuz daha şəffaf olardı.
Müzakirə etdiyimiz bu sonuncu fəsildə digər İbrahimi dinlərin
İslamla müqayisədə tənqidinə mühüm yer ayrılmışdır. Təəssübkeş
müsəlman bir sıra hallarda alimi üstələyir, hər halda, mənə belə gəldi;
az qala hər məsələdə İslamın üstünlüyünü nümayiş etdirmək səyi ay-
dın görünür. Müəllif kitabın birinci hissəsində tərəfsiz, obyektivdir,
sonra buna cəhd etsə də, İslam baxışı üstün gəlir; az olsa da, şiə ba-
xışı da görünür. Böyük dinlərin təsviri və təhlilində, bu yolda qarşıya
çıxan metafiziki problemlərin şərhində din ilə eyni anadan süd əmən
fəlsəfəyə (İbn Rüşd) müraciət edilməsi arzu olunur. “Böyük dinlərlə
tanışlıq” kitabı müəllifinin də bu fikirdə olduğu güman edilə bilər (ki-
tabında din fəlsəfəsini təhlilə xüsusi cəlb etməsə də). Sadəcə, tanışlıq
23
xarakteri daşıyan kitabın məzmun və həcm məhdudiyyətləri oldu-
ğunu da unutmaq olmaz.
Bu kitabın Azərbaycan türkcəsinə tərcüməsi və nəşri Xəzər uni-
versiteti və İranın SƏMT –Humanitar Elmlər üzrə Universitet dərs-
liklərinin Tədqiqi və Tərtibi Təşkilatı (Səazman-i-Motale`i və Təd-
vin-i-kotob-i-insani-i-daneşgah ha) arasındakı əməkdaşlığa borclu-
dur. 1985-ci ildə təsis edilmiş SƏMT elmi kitabların, universitet
dərslikləri və dərs vəsaitlərinin tərtibi, nəşri, tərcüməsi ilə yanaşı
müəyyən elmi-tədqiqat və təşkilati işlərlə də məşğul olur, ayrı-ayrı
tədqiqatçı, müəllif və təşkilatlara dəstək verir. SƏMT-in fəaliyyət
göstərdiyi dillər arasında fars, ingilis, rus və Azərbaycan türkcəsi se-
çilir. SƏMT-in möhtərəm sədri Höcətülislam Dr. Əhməd Əhmədi və
müavinləri ilə Bakıda və Tehranda görüşlərimiz, müzakirə və təhlil-
lərimiz nəticəsində əməkdaşlıq etməyi, Azərbaycan türkcəsi və
farscadan bir-birinə kitab tərcüməsi və nəşri işinə başlamağı qərara
aldıq. Bakıda İran Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri də bu
işə xeyrxah münasibətini əsirgəmədi. Onlara təşəkkür edirəm.
Farscadan Azərbaycan türkcəsinə tərcüməsi və nəşrə hazırlıq
zamanı bir sıra çətinliklərin aradan qaldırılmasında, ilkin tərcümə
mətninin təshih edilməsində tərcüməçi - Xəzər universiteti Şərq dil-
ləri və dinşünaslıq departmentinin müəllimi Dr. Rüstəm Lazımov, adı
çəkilən departmentin müdiri Elnurə Əzizova mənə kömək etdilər.
Çox sağ olsunlar. Redaktə işi də asan olmadı. Vaxt məhdudiyyəti ol-
masa, tərcümə mətni daha mükəmməl ola bilərdi. Mümkün xətalara
görə əvvəlcədən üzr istəyirik. İstənilən halda Hüseyn Tövfiqi`nin
“Böyük dinlərlə tanışlıq” kitabı Azərbaycan türkcəsində yeni həyata
başlayır; oxuculara faydalı olacağını düşünürəm.
Hamlet İsaxanlı
Dostları ilə paylaş: |