Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   2   3   4   5   6   7   8   9   ...   24

 

sferası  kompaniyaları  milli  sərhədlərini  aşaraq  fəaliyyətlərini  beynəlmiləlləşdirirlər. 



Kapitalın  transmilliləşməsi  prosesinə  digər  ölkələrin  şirkətlərini  öz  kapitalı  ilə 

inhisara alma, müştərək müəssisə yaratma, xarici banklardan maliyyə vəsaitləri cəlb 

etmə və uzunmüddətli möhkəm əlaqələr yaratma xarakterikdir. 

Beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsi  ayrı-ayrı  ölkələrin  milli 

təsərrüfatlarını daha sıx birləşdirir. Bu baxımdan da xarici iqtisadi sferada artım milli 

təsərrüfatlara nisbətdə daha çox sürətlə gedir. Beynəlxalq əmək bölgüsü ictimai əmək 

bölgüsünün xüsusi növü olaraq, istehsalın beynəlxalq ixtisaslaşması və mübadiləsinə 

ə

saslanmaqla hazırlanmasına daha ucuz resurslar və digərlərinə nisbətdə üstün şəraiti 



olan ayrı-ayrı əmtəə növləri istehsalı üzrə ölkələrin ixtisaslaşmasını ehtiva edir. 

Beynəlxalq əmək bölgüsü müxtəlif ölkələrin müəssislərinin müəyyən əmtəə və 

xidmətlər  istehsalı  üzrə  ixtisaslaşdıqları  və  sonradan  bu  əmtəə  və  xidmətlərlə 

mübadiləni  həyata  keçirdikləri,  qarşılıqlı  surətdə  asılı  olan  istehsalın  təşkili  və  ya 

üsulu  olaraq  insan  cəmiyyətində  ictimai  bölgünün  inkişafının  qanunauyğun  məntiqi 

nəticəsi kimi çıxış edir. 

Bu  proses  insan  fəaliyyətinin  müxtəlif  növlərinin  keyfiyyət  diferensasiyası  ilə 

baş verir. Ölkədaxili əmək bölgüsünün inkişafı zəminində yaranan beynəlxalq əmək 

bölgüsü nəticəsində istehsalın təşkili və kapitalın hərəkəti beynəlxalq xarakter alır ki, 

bu da dünya iqtisadiyyatının obyektiv əsasını təşkil edir. 

Beynəlxalq  əmək  bölgüsü  istehsalın beynəlxalq ixtisaslaşması və  mübadiləsinə 

ə

saslanır.  Təsərrüfatın  beynəlmiləlləşməsi  mübadilə  sferasından  başlanğıc  almışdır. 



Dünya  mübadilə  ticarəti  lokal  beynəlxalq  bazarların  yaranışına  gətirmişdir.  Lokal 

sahələrarası ticarət mərkəzlərinin vahid dünya bazarına çevrilməsi ilkin kapital yığımı 

mərhələsində baş vermişdir. 

Regional  səviyyədə  dünya  təsərrüfatına  beynəlmiləlləşməsi  də  inteqrasiya 

proseslərində  mühüm  rol  oynayır.  Xarici  iqtisadi  fəaliyyətin  maliyyələşdirilməsində 

ssuda kapitalı daha böyük inkişaf templəri ilə hərəkət edir. 

ETT  məhsuldar qüvvələrin inkişafına təkan verir. Statistika göstərir ki, hazırda 

dünya  istehsalı  əhali  artımını  iki  dəfə  üstələyir.  nformasiya-kommunikasiya 

texnologiyalarının  inkişafı,  nano  sənayenin  təşəkkülü  bu  istiqamətdə  yeni  sıçrayışlı 



 

dəyişikliklərə rəvac vermədədir. 



Bir sıra ölkələrdə postindustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçidi də 

dünya  iqtisadiyyatında  məhsul  seqmentinin  dəyişməsində  əks  olunur  və 

təkraristehsalın daha intensiv tipinin formalşmasına rəvac verir [15, 20, 29]. 

Dünya  iqtisadiyyatı  sadəcə  milli  təsərrüfatların  qarşılıqlı  rabitəli  və  hərəkətli 

məcmusu deyil. O, müxtəlif qarçılıqlı rabitədə olan milli təsərrüfatlar bütöv və vahid 

bir əsasda birləşdirən sistemdir. 

Milli  təsərrüfatlar  dünya  iqtisadiyyatının  əsas  konstruksiyası  və  başlanğıc 

struktur  yaradan  elemetidir.  Bu  baxımdanda  dünya  iqtisadiyyatının  strukturu  dünya 

iqtisadi sisteminin nizamlanmış müxtəlif elementlərinin məcmusudur. 

Bu struktur elementlər aşağıdakılardır [1, 7, 30]: 

 milli  təsərrüfatlar,  onların  sektorları,  sahələri,  müəssisələri  və  digər  iqtisadi 

subyektləri; 

 beynəlxalq iqtisadi münasibətlər; 

 milli və beynəlxalq bazarlar və dünya bazarı; 

 dövlətlərin ticarət-iqtisadi ittifaqları. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxem 1.1. Dünya iqtisadi sisteminin struktur elementləri 



Milli və beynəlxalq bazarlar və dünya bazarı

 

Milli təsərrüfatlar

 

Beynəlxalq iqtisadi münasibətlər

 

Dünya 

iqtisadi sistemi 

Dövlətlərin ticarət-iqtisadi ittifaqları. 


 

 



Dünya iqtisadiyyatının strukturu həmcins deyildir. Belə ki, bu sistemdəki milli 

təsərrüfatlar bir çox fərqliliklərə malikdirlər. 

Bu fərqlilikləri aşağıdakı kimi dəyərləndirilir [25, 31]: 

 iqtisadiyyatın miqyası və strukturu ilə; 

 iqtisadi inkişafın templəri və səviyyəsi ilə; 

 makroiqtisadi və sosial-iqtisadi moddellərlə; 

 beynəlxalaq iqtisadi münasibətlər sistemində iştirakının miqyasına, səviyyə 

və formasına görə, beynəlxalq əmək bölgüsündə roluna görə. 

Dünya iqtisadiyyatı milli iqtisadiyyatlar, onlar sektorları və sahələrinin bu və ya 

digər  meyarlar  əsasında  qruplaşan  müxtəlif  sistemaltılar  kimi  təqdim  olunur.  Məhz 

buradan  da  milli  iqtisadiyyatların  çoxtərəfli  təsnifatlığı  və  dünya  iqtisadiyyatının 

çoxçaxəliyi  irəli  çıxır.  Bu  baxımdan  da  dünya  iqtisadiyyatı  dünya  ölkələrinin 

təsnifatlığı  ilə  yanaşı  sahə,  təkraristehsal,  ərazi,  sosial  və  digər  strukturu 

komponentlərini əhatə edir. 

stehsal  amillərinin  yenidən  yaranışı  üçün  istifadəsi  təkrar  istehsalı  xarakterizə 

edir.  Təkrar  istehsal  strukturunu  istehsal  və  onun  inkişafı,  genişlənməsi  və 

yeniləşməsinə yönələn kapitalın strukturu əhətə edir. 

Tarixən istehsal dövlət ərazisi çərçivəsində inkişaf etmişdir. Dünya miqyasında 

isə  proses  istehsalın  beynəlmiləşməsi,  istehsal  gücləri  və  istehsal  amillərinin 

dünyəviləşməsi fonunda irəliləyiş tapmışdır. 

Təsərrüfat həyatının bu hadisələri müxtəlif formalarda təzahür edir [17, 18]: 

 beynəlxalq istehsalın inkişafı; 

 kapital və texnologiyaların hərəkəti; 

 əmtəə və xidmətlər mübadiləsi. 

Dünya  iqtisadiyyatının  sahə  strukturu  ictimai  əmək  bölgüsü  sistemində  oxşar 

istehsal  şərtlili  təsərrüfat  vahidlərinin  həmcins  keyfiyyətdə  məsmusunu  ifadə  edir. 

Sahə strukturu aşağıdakı təsnifatlandırmaya malikdir [22]: 

I Sahə - kənd təsərrüfatı və hasilat sənayesi; 

II Sahə - emal sənayesi və tikinti; 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə