Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

19

onun  makrosəviyyədə  və  mikrosəviyyədə  mahiyyətinin  açılışını  tələb  edir. 



Makrosəviyyədə B M dünya təsərrüfatında milli iqtisadiyyatların əlaqələrinin forma 

və üsullarıdır: xarici ticarət, istehsal amillərinin beynəlxalq miqrasiyası və s. 

Mikrosəviyyədə  B M  beynəlxalq  əmək  bölgüsünə  əsaslanan,  xarici  iqtisadi 

ə

laqələrə  istiqamətlənən  milli  iqtisadi  vahidlərin  xüsusi  fəaliyyət  sahəsidir.  Milli 



istehsalçılar  və  istehlakçıların  nöqteyi-nəzərindən  B M  əmtəələrin,  xidmətlərin, 

kapitalın,  texnologiyaların  ixracı,  idxalı,  təkrar  ixracı,  təkrar  idxalı,  istehsalın 

beynəlxalq kooperasiyası və s. kimi başa düşülür. 

B M-in obyekti kimi çıxış edirlər [9]: 

1.Maddi  formada  olan  əmtəələr  (xammal  və  ərzaq  malları,  hazır  məhsullar, 

emal sənayesinin məhsulları və s.

). 


2.Xidmətlər  (beynəlxalq  injinirinq,  konsaltinq,  audit,  lizinq,  turizm,  daşımalar, 

köçürmələr və s.

). 


3.Texnologiyalar (patentli və patentsiz lisenziyalar, əmtəə nişanları və s.). 

4.Kapital (birbaşa və portfel investisiyaları, beynəlxalq kredit və s.). 

5. şçi qüvvəsi və s. 

B M-in  hər  bir  formasının  xüsusi  sferasının  və  reallaşma  üsullarının, 

vasitələrinin olmasına baxmayaraq, onlar bir-birləri ilə sıx qarşılıqlı əlaqədə olmaqla 

vahid bir sistem əmələ gətirirlər.  

Yuxarıda qeyd edildiyi kimi, B M bir sistem kimi özündə bir-birlərini qarşılıqlı 

surətdə şərtləndirən və qarşılıqlı fəaliyyətdə olan B M formalarının məcmusunu əks 

etdirir.  Belə  ki,  əmtəələrlə  beynəlxalq  ticarət  xidmətlərlə  beynəlxalq  ticarətin 

inkişafını şərtləndirir. 

Ə

mtəələr və xidmətlər üzrə dünya bazarının inkişaf tendensiyaları isə kapitalın 



beynəlxalq  miqrasiyasının  artım  dinamikasına  və  coğrafi  istiqamətlərinə,  onun 

transmilliləşməsinə,  istehsalın  beynəlxalq  ixtisaslaşmasına  və  kooperasiyalaşmasına 

təsir  göstərir  ki,  bunlar  da  öz  növbəsində  işçi  qüvvəsinin  beynəlxalq  hərəkətinin 

intensivləşməsinə gətirib çıxarır [23, 27]. 

B M-in  praktiki  reallaşdırılması  onun  həyata  keçirilmə  mexanizminin  olmasını 

tələb  edir.  B M-in  mexanizmi  dedikdə  milli  və  dövlətlərarası  səviyyədə  qəbul 




 

20

olunmuş  hüquqi  normaların  və  onların  reallaşdırılması  alətlərinin  məcmusu  başa 



düşülür.  B M  iştirakçılarının  fəaliyyətinin  əsasını  marketinq  yanaşması  təşkil  edir. 

Potensial  ixracatçı  məhsulunu  ixrac  etmək  istədiyi  ölkənin  istehlakçılarının 

xüsusiyyətləri  barədə  lazımi  və  zəruri  informasiyaya  malik  olmasa  son  nəticədə 

müvəffəqiyyətsizliyə  uğraya  bilər.  Bunun  üçün  həmin  bazarın  detallarına  qədər 

öyrənilməsi, iqtisadi, təbii-iqlim, ekoloji, sosial-mədəni, dini-etnik, psixoloji və siyasi 

şə

rtlərin  müəyyən  edilməsi  vacibdir.  B M  sferasında  vacib  olan  yanaşmalardan  biri 



də rəqabətin təhlilidir. 

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  B M-də  haqsız  rəqabətə  qarşı  barışılmaz 

mövqe  tutulur  və  bazarda  hökmran  mövqedən  sui-istifadə  hallarının  qarşısının 

qətiyyətlə  alınmasına  çalışılır.  Bu,  rəqabətin  beynəlxalq  bazarda  daxili  bazara 

nisbətən  daha  kəskin  olması  səbəbindən  mühüm  əhəmiyyət  kəsb  edir.  Rəqiblərin 

rəqabət  qabiliyyətliliyinin  dərəcəsinin  etibarlı  surətdə  müəyyən  edilməsi  və 

qiymətləndirilməsi  xarici  bazara  çıxış  zamanı  müvəffəqiyyət  qazanmağın  əsas 

amillərindən  biridir.  Bu  zaman  həmçinin  B M  subyektinin  özünün  malik  olduğu 

rəqabət üstünlüklərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. 

1.2.3. Milli və beynəlxalq bazarlar və dünya bazarı 

qtisadi  nəzəriyyədə  bazar,  mübadilə  prosesi  kimi  geniş  təkrar  istehsalın  dörd 

mərhələsindən  birini  təşkil  edir.  Mübadilə  mərhələsi  beynəlxalq  əmək  bölgüsüsnün 

və  ixtisaslaşmanın  nəticəsi  olaraq  əmtəə-pul  münasibətlərində  təzahür  edir.  Bazar 

iqtisadi mahiyyətdə əmtəə mübadiləsi sferasında fəaliyyət göstərərək, həm də sosial-

siyasi, ideoloji və fəlsəfi kateqoriya kimi çıxış edir. 

Bazarları  rəqabətin  səviyyəsinə  görə  mükəmməl  bazar  və  qeyri-mükəmməl 

bazarlara  bölünür.  Mükəmməl  bazar  eynicinsli  əmtəələri  vahid  şərtlər  altında 

reallaşdırıldığı  mükəmməl  rəqabətin  tələblərinə  cavab  verən  bazardır.  Mükəmməl 

bazar satıcı və alıcıların çoxluqu ilə fərqlədirilir. Bu zaman onların heç biri və heç bir 

qrupu  bazar  proseslərinə,  əsasən  də  qiymətlərə  təsir  göstərmək  qabliyyətində 

olmurlar.  Belə  bazarda  bütün  satıcılar  tərəfindən  xüsusi  əmtəə  nişanları  və 

markalarını  əks  etdirməyən,  özünəməxsus,  identik  standartlaşmış  əmtə  və  xidmətlər 

təklif olunur. Burada bütün maddi, maliyyə və digər resurslar tam çevikdir və bütün 




 

21

alıcılar  və  satıcılar  bazar  haqında  tam  informasiyaya  malikdirlər.  Qeyri-mükəmməl 



bazar  eynicinsli  əmtəələri  müxtəlif  şərtlər  altında  reallaşdırıldığı  bazar.  Qeyri-

mükəmməl  bazar  inhisarçı  rəqabətli,  oliqapolik,  xalis  inhisarçı  rəqabətli  bazar 

növlərini  əhatə  edir.  nhisarçı  rəqabətli  bazar  vahid  pərakəndə  qiymətlərlə  deyil, 

geniş qiymət diapazonunda sövdələşmə aparılan alıcı və satıcılar bazarı. Bu bazarda 

ə

həmiyyətli  dərəcədə  qeyri-qiymət  rəqabəti  fəaliyyət  göstərir.  Oliqopolik  bazar  bir 



neçə  iri  şirkətin  standartlaşmış  və  differensiya  olunmuş  əmtəələrin  satışını 

reallaşdırdığı bazar tipi. Əsas əlaməti bazarda hakim satıcılar sayının məhdudluğu və 

azlıq təşkil etməsidir. Xalis inhisarçı bazar əmtəəni yalnız bir satıcı satır və burda şərt 

inhisar mövcuddur [16]. 

Bazar milli bazar, regional bazar və dünya bazarı kimi növlərə malikdir [5, 20]: 

Milli bazar dövlətin inzibati sərhədləri ilə məhdudlaşan bazardır. Milli bazarları 

həmçinin daxili bazarlar da adlandırırlar. 

Regional bazar iqtisadi münasibətlərin xüsusi forma və şərtlərini ehtiva edərək 

dərinləşən  əmək  bölgüsü  ilə  bağlı  olan  bir  qrup  dövlətin  formalaşdırdığı 

bazarlardırlar. 

Dünya  bazarı  bir-biri  ilə  beynəlxalq  əmək  bölgüsündə  iştirakla  əlaqədar 

dövlətlər, sahibkarlar, kommersiya təşkilatları, müxtəlif dövlətlərin firmaları arasında 

dayanıqlı  əmtəə-pul  münasibətləri  sistemi  kimi  tələb  və  təklif  sferasını,  əmtəə  və 

xidmətlərin  kommersiya  mübadiləsini  özündə  birləşdirən  milli  bazarların  məcmusu 

dünya təsərrüfatının tərkib hissəsidir. 

Qloballaşma  şəraitində  dünya  təsərrüfat  əlaqlələrinin  genişlənməsi  və 

dərinləşməsi ilə bazarlar özlərinin milli və ərazi sərhədlərini itirərək bütün ölkələrin 

iştirak  etdiyi  dünya  bazarına  çevrilirlər.  Dünya  təsərrüfatının  subyektləri  tərəfindən 

maddi nemətlərin ümumi tələb və təklifin qlobal sistemi, əməyin coğrafi bölgüsünün 

amilli  və  nəticəsi  olaraq  dünya  bazarı  müxtəlif  bazar  növlərini  xidmət,  maliyyə, 

resurs, əmək, ticarət, kapital, informasiya, işçi qüvvəsi və s. özündə birləşdirir. Dünya 

bazarının  ayrı-ayrı  sahələr  üzrə  fəaliyyəti  beynəlxalq  sazişlərlə  tənzimlənir.  Hər  bir 

məhsul  bazarında  bazis  qiymətlərin  tanındığı  müvafiq  əmtəə  ticarəti  üzrə  müvafiq 

ticarət  mərkəzləri  “əsas  bazarlar”  formalaşır.  Ticarətin  təşkili  baxımından  bazarlar, 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə