80
formalarını dəyişəcək ki, özlərindən enerjini buraxacaqlar. Hər
an rəng öz tərkibini dəyişir. Nələrisə artırır, nələrisə azaldır. Bu
artırıb-azaltma gecə-gündüz vəhdətində, enerji kəmiyyətinin
müxtəlifliyində baş verir.
İ
yilərin və dadların enerji kriteriyası ilə izah olunması
İ
yi və dad siqnaldır, enerji axınıdır. Burada fərqlilik (fərqli
iyilər və dadlar) enerjidən, sürətdən, qüvvədən (məsələn,
sürtünmə qüvvəsindən) və təsirlərdən meydana gəlir. İyili və
dadlı olan, həmçinin müəyyən görünüşə malik olan bir şey
digər bir maddə ilə qarışdıqda, qarşılıqlı əlaqələrdə reaksiyaya
daxil olur. Reaksiyalar sayəsində iyili və dadlı olan şeylər öz
strukturlarını itirməyə, tərkib kəmiyyətlərini dəyişməyə
başlayırlar. İyili olan bir şey öz iyisini ətrafla əlaqələrdən
itirməyə başlayır. Gül, çiçək və digər iyili olan
bir şey ətrafa iyi
buraxır və iyini tədricən azaldır, tərkibini azaldır. Enerji
reaksiyaları məhz iyilərin və dadların azalmasına səbəb olur.
İ
stənilən bir şey öz dadını vəhdətdən, yəni digər elementlərlə
qarşılıqlı birləşmələrdən götürür. Eyni zamanda öz iyisini də
vəhdətdən buraxır. Təsirlər sayəsində azalma baş verir.
Həmçinin tərkiblər meydana gəlir. Dadlar, iyilər, görünüşlər,
səslər-hər bir əlamət məhz digəri ilə əlaqədə və təsirdə
formalaşır.
Hər bir element varlıqdır. Görünüş, iyi və dad, eşitmə
varlığın əsasıdır. Element varsa, onun hərəkətlər məkanında
səsi, iyisi, dadı və görünüşü də vardır. Bu baxımdan da təbiətdə
iyisiz və dadsız nə isə ola bilməz. Ən kiçik zərrəcik də iyiyə və
dada malik olmalıdır. Lakin ən kiçik həcmli iyi və dadı özündə
birləşdirir. Biz insanların iyi kimi hiss edə bilmədikləri və dada
bilmədikləri şeylər ümumiyyətlə, iyisiz və dadsız ola bilməz.
İ
yi və dad enerinin, aktivliyin və varlığın əsasıdır. (Qeyd:
təbiətdə rəngsiz, iyisiz, tamsız heç nə ola bilməz; çünki varlıq
onlar vasitəsilə əks olunur). Ən kiçik hissəcikləri biz iyi kimi