Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   37   38   39   40   41   42   43   44   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
177
olaydım”, “Beşinnən on beş olaydım” misralarının mə-
nasını aydın  şəkildə başa düşmək üçün bu misraların 
özünə yer aldığı  bəndi olduğu kimi verməyi məqsədə-
uyğun sayırıq. 
 
Bir atadan beş olaydım, 
Beşinnən on beş olaydım, 
Mən onnan qardaş olaydım, 
Giziroğlu Mustafa bəy! 
 
“Koroğlu” dastanında “Həmzənin qıratı aparması” 
boyundakı bir məqamla bağlı da fikir söyləmək yerinə 
düşər. Qeyd etdiyimiz boyda Koroğlu qarıya deyir: 
 
Qarı deyəndə tozlanır, 
Gəlin deyəndə nazlanır, 
Qabaqda qarpız gizlənir, 
Dalında topxanası var. 
 
Burada “Qabaqda qarpız gizlənir” misrası qarının 
qarnının olmasına, kök olmasına işarədir. Eyni zamanda 
“Dalında topxanası var” misrası da qarının tam əldən 
düşməsinə, gücü qalmadığına bir ehyamdır. 
 
14.12.2015 


B U L U D X A N   X Ə L İ L O V  
 
178
 
 
Qabilin ədəbi portreti 
 
Uşaq ana bətnində ananın 
qanı ilə, dünyaya gəldikdən 
sonra anasının südü ilə böyü-
yür. Bir müddətdən sonra qi-
daya düşür və  dünya nemət-
ləri ilə qidalanır. Qan və 
süddən başqa, yerdə qalan 
dünya nemətləri – qidalar in-
sanın nəfsini daha tez üzə 
çıxarır. Yüzlərin, minlərin, 
milyonların içərisində  barmaqla sayılacaq adamlar nəf-
sini qoruyur, dünya nemətlərinə uymur, dünya nemət-
lərinə  şirniklənmir, nəfsinin quluna çevrilmir. Burada 
insanın mənəvi aləmi, daxili keyfiyyətləri,  şəxsiyyəti, 
böyüdüyü mühit və s. böyük rol oynadığı kimi, onun ge-
netikası da az əhəmiyyət kəsb etmir. Bax bu genetikanın 
içərisində qanın və südün rolunu heç cür inkar etmək ol-
maz. Qanı təmiz, südü halal olanların övladları da halal 
yaşamağa, dünya nemətlərinin qulu olmamağa üstünlük 
verirlər. Xalq şairi Qabil kimi. 
Qabil təmiz qanın, halal südün acında ola-ola, bu tə-
mizlik və halallıqla qidalana-qidalana böyümüş boya-
başa çatmış, Azərbaycan xalqının görkəmli şairini Xalq 
şairi kimi yüksək mərtəbəyə ucalmışdır. “Şöhrət” və 
“İstiqlal” ordenlərinə layiq bilinmişdir.  Əməkdar 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
179
incəsənət xadimi, Dövlət mükafatı laureatı kimi adlarla 
təltif olunmuşdur. Onun mayası anası Suğra xanımın 
qanı, südü ilə yoğrulmuşdur. Elə onun anasına olan 
sadiqliyi, həyat yoldaşı Bəyim xanıma olan məhəbbəti, 
nəvələri Suğraya və Bəyimə etdiyi babalıq qayğısı, oğlu 
Mahirə öyrətdiyi həyat məktəbi  − bütün bunların 
hamısının kökündə  təmiz qana, halal südə bağlılıq 
dayanmışdır. Təsadüfi deyil ki, onun “Anamın sözləri”, 
“Ana”  şeirləri, “Anamın qanı...” novellası anası Suğra 
xanımın xatirəsinə həsr olunmuşdur. Bu şeirlərdə Qabil 
anasının halallığına övlad kimi etirafını gizlətmir. Həm 
də bu şeirlərlə Qabil tərcümeyi-halının müəyyən 
məqamlarını yazır. Bununla da biz Qabili daha yaxından 
tanımalı oluruq. Onu tanıdıqca, ona dərindən bələd 
olduqca Qabilin böyüklüyünü qəbul etməli olursan. Hiss 
edirsən ki, Qabil uşaqlıqdan hər  şeyin səbəbinə varan, 
hər  şeyin nəticəsini axtaran, hər  şeyin kökünü 
öyrənməkdən çəkinməyən bir uşaq olmuşdur. Sonralar 
bu keyfiyyətlər onun daxili aləmində  əsas gostəricilərə 
çevrilmişdir. “Anamın qanı...” novellasında Böyük 
Vətən Müharibəsi illərində   anası Suğra xanımın 
yaralılara qan verərək  əvəzində ailəsinin dolanışığını 
qazanması səhnəsi o qədər təsirli və  təbiidir ki, oxucu o 
anları, məqamları yaşamalı olur, həm də hissini, 
duyğusunu gizlədə bilmir. “Anamın qanı...” 
novellasında Qabil yazır: 
 
Bir gün dərsdən evə gəldim: 
Bu nə deməkdir? 


B U L U D X A N   X Ə L İ L O V  
 
180
Bu nə süfrə, bu nə dəsgah, bu nə yeməkdir? 
Lap ağ çörək... qolbas... süzmə... holland pendiri, 
Hələm-hələm ələ düşməz dənəvər kürü... 
Kərə yağı... şəkər tozu... mürəbbə, filan... 
 
Təsvirsiz bir təbəssümlə 
Anam dedi ki: 
−Gəl çıx, hardasan 
  Keç əyləş, bala! 
Süfrəyə baxdım, getdim xəyala. 
Kişilik − qeyrət hissim oyandı, 
Qəlbimdə şübhə alovu yandı. 
                                       Soruşdum: 
−Ay ana, hardandır bular, 
Axı, hansı evdə bu saat bu var?.. 
Anam söylədi ki: 
− Boyuna qurban 
Əyləş, çörəyini ye, 
Olma nigaran... 
Allah ruzusudu – pakdı, halaldı. 
Bunun boyuna bax, bu nə sualdı? 
Könülsüz yedim, uddum... yemədim, 
Heç nə demədim. 
  
Axı bu dünyada başqa xislətli analar da var. Övladı-
na laqeyd, biganə analar. Odur ki, Qabil anası Suğra xa-
nımın timsalında əsl ananın necə olmasını oxucuya təq-
dim edir. Bu nizam tərəzisini itirmiş dünyada, həm də 
narahat dünyada, terrorun, qətlin haqsızlığın baş alıb 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
181
getdiyi dünyada Suğra xanımlara ehtiyac var. “Cənnət 
anaların ayaqları altındadır” kəlamının hər zaman aktual 
olduğuna inam hissi ilə Qabil anasının dili ilə yazır: 
  
Gedirəm qan verirəm yaralılara, oğlum. 
Tapılmayan bu şeylər taqətimçün verilir. 
Yenə də qan verməyə növbətimçin verilir. 
Bu süfrə, bu naz-nemət qanıma əvəz, oğlum! 
Get, ay anası ölmüş, get arxayın gəz, oğlum! 
  
Qabilin xarekterindəki etiraf etməyi bacarmaq key-
fiyyəti anası Suğra xanıma münasibətdə  də  ən ali hiss 
kimi aydınca görünür. 
                                          
Düşdüm ayaqlarına məsum anamın bu dəm: 
−Ay anam, belə çıxır mən qanını yeyirəm? 
Qan bahası süfrəni bir də açsan əgər sən, 
Axtarma, baş götürüb qaçacağam bu evdən. 
 
   Açığı deyək ki, “Ana” mövzusu Azərbaycan  ədə-
biyyatında  şah mövzulardandır. Bu mövzuya müraciət 
edənlər az olmamışdır. “Ana” mövzusuna müraciət edib 
uğur qazanmaq da asan deyildir. Ancaq Qabilin “Ana” 
mövzusunda yazdıqları  uğurludur. Bunun çoxlu səbəb-
ləri sırasında bir də o dayanır ki, Qabilin anaya münasi-
bətində genetik halallıq hər  şeyi üstələyir. Bir də ki 
Qabildə, görünür ki, uşaq təmizliyi də var. Həmin uşaq 
təmizliyi onu ömrü boyu müşayiət etmiş, izləmişdir. O, 
namaz qılan, ibadət edən, din-iman sahibi olan qadın-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə