Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
171
ları əks etdirən daş abidə insanı heyrətləndirməyə bil-
mirdi. Bu doğrudanmı çobanın və qoyunların
daşa çev-
rilməsi idi?! Yoxsa Allahın bir sehri, möcüzəsi idi?! Hər
halda qeyri-adi bir mənzərə idi. İndi, gəl aç, görüm, bu
mənzərənin sirrini, sehrini?!
12.11.2015
B U L U D X A N X Ə L İ L O V
172
“Koroğlu” dastanında bəzi təhriflər
barədə
“Koroğlu” dastanın-
da Koroğlunun Giziroğlu
Mustafa bəy haqqındakı
tərifində diqqəti cəlb edən
bəzi məsələlər var. Əvvəl-
cə Koroğlunun Giziroğlu
Mustafabəyi
tərif edən
şeir parçasına diqqət yetirək:
Şeşpərinin ucu qanlı,
İyidlər var dəmir donnu,
Bir iyiddi, addı, sannı,
Giziroğlu Mustafa bəy!
Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy!
Alapaça haya təpər,
Hayxıranda huya təpər,
Koroğlunu çaya təpər,
Giziroğlu Mustafa bəy!
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.508)
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
173
Koroğlunun Giziroğlu
Mustafa bəyi tərif etdiyi bu
şeir parçasında ikinci bəndin xüsusi izahata ehtiyacı
vardır:
Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy!
Bu bənd “Koroğlu” dastanında “Durna teli”
qolunda belə gedir:
Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.139)
Yeri gəlmişkən qeyd edək ki, Koroğlunun Gizir-
oğlu Mustafa bəyi tərif etdiyi şeir parçası “Durna teli”
qolunda fərqli bir variantdadır. Yəni Azərbaycan Milli
Elmlər Akademiyasının Folklor İnstitutunun elmi ar-
xivində saxlanılan, yuxarıda
qeyd etdiyimiz üç bəndlik
şeir “Durna teli” qolunda fərqli bir variantda və beş
bənddən ibarətdir:
Analar oğul doğubdu,
Giziroğlu Mustafa bəy.
Bu dünyaya tək gəlibdi,
Giziroğlu Mustafa bəy.
B U L U D X A N X Ə L İ L O V
174
Nizəsinin ucu qanlı,
Dəliləri dəmir donlu,
Bir igiddi adlı-sanlı
Giziroğlu Mustafa bəy.
Bir atı var Alapaça
Aman vermir Qırat qaça,
Nizəsinin ucu haça,
Giziroğlu Mustafa bəy.
Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.
Hay deyəndə haya basar,
Huy deyəndə huya basar,
Koroğlunu çaya basar,
Giziroğlu Mustafa bəy.
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.139-140)
Bundan başqa, buradakı:
“Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.”
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
175
bəndi Milli Elmlər Akademiyasının Folklor İnstitutunun
elmi arxivində saxlanılan üç bəndlik şeir parçasından da
və bu bənddən də:
“Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy.”
fərqlənir. Bizə elə gəlir ki, bu bənd daha qədimdir. Son-
ralar bu bəndin mahiyyətini
başa düşməyənlər onu dəyi-
şib, sadələşdiriblər. Əslində isə buradakı etnoqrafiya-
mızla bağlı olan faktı təhrif ediblər. Təhrifin nədən iba-
rət olduğunu izah etmək üçün bir daha bu bəndə fikir
verək:
Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy.
Koroğlu “Bir atadan beş olaydım” deməklə ana-
dan doğulanda beş günlük uşağın sağlamlığında olma-
sını söyləyir. “Beşinnən on beş olaydım” dedikdə isə
beş günlük uşaqlıq günlərini keçirib on beş günlük ol-
masını nəzərdə tutur. Niyə bəs beş günlük uşaq və on
beş günlük uşaq? Bu, elə - belə işlənməmişdir. Belə ki,
beş günlük uşağın ana südü çox güclü olur.
Ümumiy-
yətlə, on beş gün ərzində ananın südü gücünü, vitami-
nini və dəyərini itirmir. Beş və on beş gün arasındakı
B U L U D X A N X Ə L İ L O V
176
ana südü övladı güclü, sağlam edir və xəstəliklərdən qo-
ruyur. Təbii ki, beş və on beş günlük süd çox yağlı ol-
ması ilə fərqlənir.
Müqayisə üçün qeyd edək ki, bu süd
heyvanlarda
ağuz adlanır.
Ağuz sağmal heyvanlar doğ-
duqda məmələrindən çıxan ilk süddür. Məs.: (Səba) ca-
mışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı. S.Rəhi-
mov. (bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cild-
də. I cild. Bakı, “Şərq-Qərb”, 2006, s.72) Sağmal hey-
vandan sağılan
ağuz südündən
bulama hazırlanır.
Deməli,
bulama təzə doğan sağmal heyvanların
ilk günlərdə sağılan südündən hazırlanır. Məs.: Nənəm
o şişək qoyun;
Yunu bir döşək qoyun;
Bulamanı tez ye-
tir; Qırıldı uşaq, qoyun. (sayaçı sözü). Məmmədağanın
inəyi də yenicə doğmuşdur. Ləzzətli
bulaması var,
–
deyə Tağı əmi tərif etdi. S.S.Axundov. (bax: Azərbay-
can dilinin izahlı lüğəti. Dörd cilddə. I cild, Bakı, “Şərq-
Qərb”, 2006, s.357).
Ağız südündən hazırlanan
bula-
manın içərisinə yumurta və şəkər qatmaqla
köppəcə də
hazırlanır. Ancaq bu
köppəcə, “Azərbaycan dilinin
izahlı lüğəti”ndə səhv olaraq
bulama kimi izah edilmiş-
dir. Bu mənada “Azərbaycan dilinin izahlı lüğəti”ndə
oxuyuruq: “Yumurta, süd və şəkərdən hazırlanan yemək
(yəni bulama – B.X.). (Mərdəli:) Bəs
bulama necə? Bu
ondan deyil!.. Anam yumurta vurub. Ə.Əbülhəsən.
(bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I
cild, Bakı, “Şərq-Qərb”, 2006, s.357).
Beləliklə, Koroğlu
Giziroğlu Mustafabəyin qəhrə-
man, igid olmasını tərif edərək “Mən onnan qardaş
olaydım” fikrini də söyləyir. “Bir daha “Bir atadan beş