Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə79/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   73   74   75   76   77   78   79   80   81

 
285
Sırf gürcü mahnılarına gəldikdə isə qeyd etməliyik ki
onun nə  dərəcədə özünəməxsusluğu, bənzərsizliyi, son dərəcə 
milliliyi dünyaya məlumdur. 
 
Xristianlıqdan sonra  
gürcülərin qoruyucu elementi dil oldu 
 
Professor Hamlet İSAXANLI: 
 
– Deyərdim ki, çox gözəl müzakirə gedir. Gürcülər qə-
dimdən həmişə bizim qonşumuz olub. Çox məsələləri bir-birinə 
yaxın vaxtlarda və bir-birinə yaxın tərzdə həll etmişik. Amma 
tarixən onların dilə necə həssas yanaşdıqları da bizim gözümü-
zün qabağında olub. Sovet dövründə  də gürcülər dilə  həssas 
olublar, hətta üsyan qaldırıblar.  
İmir müəllim çox yaxşı izahat verdi ki, xristianlıqdan əla-
və, ruslarla birləşəndən sonra qoruyucu element, millətin müqa-
vimət elementi dil oldu. Bu məsələdə mənim başqa bir izahım 
da var. Baxın, gürcü dilinin yaxşı inkişaf etdiyi bir dövrdə – 
Rustaveli dövründə qoruyucu element olan xristianlıq da var 
idi. Amma Rustaveli gürcü dilində gürcülərin ən qüvvətli əsəri-
ni yazdı. Gürcü dili artıq XII əsrdə özünün böyük əsərlərindən 
birini yaratdı. Bilirik ki, bizim böyük ədiblər o dövrdə, hətta 
ondan xeyli sonralar da fars dilində yazırdılar.  
Bunun bir izahı olmalıdır. Mən buna tərcümə  məsələləri 
ilə əlaqədər bir yazıda ötəri toxunmuşdum. Məncə, xristian və 
İslam mədəniyyətlərinin müəyyən fərqləri burada rol oynayıb. 
İslam mədəniyyətinin mərkəzində Quran dayanırdı. Quran de-
yirdi ki, Allah onu ərəb dilində göndərib və onu elə ərəb dilində 
oxumaq lazımdır. Ona görə orta əsrlərdə uzun müddət Quranı 
heç tərcümə etmirdilər və tərcümə edəndə də deyirdilər ki, bu 
bir izahdır,  şərhdir, sətiraltıdır. Məncə, bu səbəbdən Quran və 
İslam dini milli dillərin inkişafına meydan açmırdı. Daha çox 
ümumi  ərəb dili, ümumi müsəlman ümməti, ümumi mədəniy-


 
286
yət var idi və ona görə müsəlmançılıq baxımından ayrı-ayrı dil-
lərin inkişafına dərin ehtiyac duyulmurdu.  
Xristianlıq isə bütün aparıcı Avropa xalqlarının dillərinin 
inkişafında çox böyük və həlledici rol oynadı. Məsələn, alman 
dilinin inkişafında Martin Lüterin xidməti  əvəzsizdir. Onun 
“Bibliya”nı (“İncil”i) alman dilinə çevirməsi misilsiz bir işdir. 
Hesab edirlər ki, o, müasir alman dilinin atasıdır. Elə bir savadlı 
alman yox idi ki, “Bibliya”nı oxumasın. Əksəriyyətin oxuduğu, 
əzbərlədiyi bir əsəri Martin Lüter canlı danışıq almancasında 
ilk dəfə yazdı  və bu, alman dilinin ümumi inkişafına böyük 
təsir göstərdi. Eyni şeyi ingilislər, fransizlar haqqında da deyə 
bilərik. Hamı o dini əsəri çevirib öz dilində oxuyurdu və bu 
savadlılığı daha da genişləndirirdi. Bu əsər həm məktəblərdə 
keçilir, həm də bütün xalq onu oxuyur və öz dilini inkişaf 
etdirirdi.  
Bizdə isə ərəb dilindən Azərbaycan türkcəsinə nəinki tər-
cümə etmirdilər, Quranı öz dilimizdə öyrənmirdilər, hətta o 
ayinlər bu gün də ərəb dilində ifa olunur. Ona görə də bizim bir 
çox ziyalılarımızın həyatı və fikirləri göstərir ki, (Sabir və baş-
qaları) bizi öz dilimizdə oxumağa, yazmağa qoymurdular. Mən-
cə, bu təsir qeyd olunmalıdır. Müsəlman cəmiyyətləri arasında 
türk xalqında dilin qoruyucu vasitə olması farslardan bir qədər 
zəif olub. İslam ora da gəldi, amma farslar öz inkişaf etmiş dil-
lərini, ədəbiyyatlarını ona qarşı qoydular. Ona görə Firdovsidə 
antiislam ruhu var. Bu antiislam ruhu əslində o dili, mədə-
niyyəti qorumağa yönəlmişdi. Doğrudur ki, Firdovsi buna ifra-
tçılıqla yanaşırdı, o, iddia edərdi ki, səhrada yaşayan vəhşi 
ərəblər gəldilər, bizim dərin mədəniyyətimizi, tariximizi zədə-
lədilər. Farslar dilə qarşı çox həssas olublar.  
Burada belə bir süal da yarandı: Gürcüstan Qərbdir, yoxsa 
Şərq? Gürcülər Qərb xalqıdır, ya Şərq xalqıdır? Bu məsələlər 
də müzakirə olunmalıdır. Bu, Gürcüstanın özündə də müzakirə 
olunur.  


 
287
Yəqin hamı məşhur “Əli və Nino” əsərini oxuyub. Bilirsi-
niz ki, o əsəri yazan yəhudidir (Lev Nussimbaum), Azərbaycan 
yəhudisi – ləqəbi Qurban Səiddir. Qurban Səid Azərbaycanı 
qeyri-adi dərəcədə çox sevən bir müəllifdir. Özü də Azərbayca-
nın xalqının psixologiyasını, azadlığını, adət-ənənələrini, məsə-
lən,  İrandakı  “şaxsey-vaxsey”i, elə azərbaycanlı kimi bilir və 
izah edir. Gürcülər haqqında deyir ki, onlar bir qədər başqadı. 
O, Gürcüstana da yumorla yanaşır – oturub hər biri deyir ki, biz 
knyaz nəslindənik, hər birimiz qədim nəsildənik. Nə bilim, o 
hamam  əhvalatları, yemək-içmək  əhvalatları  və s. Bugünkü 
Gürcüstanda yaşayan da elə  həmin o gürcü xalqıdır. Bununla 
bərabər yazıçı deyir ki, onlar bir az qərblidirlər, amma tamam 
qərbli də deyillər.  
Gürcülər bir tərəfdən bizə  həddindən artıq yaxındırlar, 
müəyyən ortaq tərəflərimiz var, amma yəqin ki, müəyyən fərq-
lərimiz var. Biz onu da görməliyik, bunu da. Məsələn, konti-
nental Avropa xalqları da ingilislərlə  həm bir-birlərinə yaxın 
cəhətlərin, həm də bir-birlərinə uyğun gəlməyən cəhətlərin 
olduğunu deyirlər. Fransız dilində bir ifadə var, ruslar da onu 
bir ara işlədiblər. “Qonaq gəldi, salamlaşdı, oturdu, sagollaşma-
dan çıxıb getdi” hadisəsi barədə deyirlər: “İngilis gedən kimi 
getdi”. Eyni ifadə ingilislərdə  də var: “Fransız gedən kimi 
getdi”. Yəni bu xalqların o biri xalqları xarakterizə etməsində 
özünü dəqiq görməmək, başqasının cəhətlərini qabarıq, şişirdil-
miş şəkildə görmək, yəni bir sünilik də var. Ona görə deyirəm 
ki, etnopsixolgiya ciddi bir elmə çevrilə bilmir. 
Süleyman müəllim, buyurun! 
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə