Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə80/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   73   74   75   76   77   78   79   80   81

 
288
Türk aşığı gələndə 
ermənilər elə valeh olurlar ki... 
 
Professor Süleyman ƏLİYARLI: 
 
– Məsələnin bəzi tarixi açılışı ilə bağlı bir-iki kəlmə söz 
demək istəyirəm. Bizim müəllifin məsələyə yanaşması bu gü-
nün baxımından daha gerçəkdir. O mənada ki, biz uzun zaman 
(heç mən yalnız sovet ideoloji təsiri altinda olduğumuz zamanı 
nəzərdə tutmuram), elə XIX əsrdə öz böyük maarifçilərimiz, 
böyük yazıçılarımız da Qafqaz xristian xalqları ilə yaxınlı-
ğmızı, qonşuluğumuzu, bir havada böyüməyimizi, bir təbiətin 
övladları olmağımızı qeyd ediblər. Təbii ki, bu çox düzgün, çox 
humanist bir mövqedir. Amma bu, bizim xalqımız üçün tarixi 
baxımdan, məncə, yaxşı heç nə vermədi. Ona görə  də Hamlet 
müəllimin sözünə qüvvət demək istəyirəm ki, biz kifayət qədər 
aramızda olan fərqləri, ayrılıqları o qədər də  dərindən dərk 
etməmişik və bu dərketməyə bizi yönəldən məktəbin tətbiqi 
olmamışdı. Çünki hesab etmişik ki, bu yaxşı deyil, nəsilləri bir-
birindən, qonşudan uzaqlaşdırmaq nəyə lazımdır?  
Mən bu məsələni filosofların ixtiyarına buraxmaq istəyi-
rəm. Ksenofobiya İslami etiqadda daha çoxdur, yoxsa xaç dün-
yasında? Amma mənə  şəxsən belə  gəlir ki, xaç dünyasında 
daha çoxdur. Xaç dünyasının az-çox tanış olduğumuz bütün 
yazılarında İslama, İslamın mənəvi dəyərlərinə, müqəddəs kita-
bımıza, xalqımıza, peyğəmbərimizə qarşı çox çirkin ifadələr iş-
lədirdilər. XIV–XV əsrlərdən başlayan bu münasibət hətta 
sovet dövründə  də davam etdirilirdi. O yazılar təbii ki, bizə 
qarşı qonşu xaçlı ölkələrdə və millətlərdə heç də yaxşı qonşuluq 
quyğuları yaratmamışdır.  
Yenə tarixçı kimi mən bir neçə tarixi qaynağa müraciət 
etmişəm. Ermənilərin XIX əsrdə ən böyük, ən humanıst mədə-
niyyətinin nümayəndənəsi Xaçatur Abovyanın yazdıqlarını sizə 
xatırladım: “Turоk prоklyat, nо blоqоslаvеn  еqо yazık”. Mən 


 
289
bir dəfə onun yazısını tərcümə etməyə çalışdım. Xeyli keçdik-
dən sonra təqribən belə çevirdim: “Türkü lənətə gəlsin, amma 
onların dili Allah iltifatı ilə yaranmışdır”. Türkün dilinə belə 
münasibət türkün özünə  lənət damğası ilə, yalnız nifrətlə 
yanaşma yüzillərin və minilin təcrübəsində bugünkü formaya 
gəlib çıxıb. Biz bunu əslində qonşuluqda duymadan, hiss etmə-
dən yaşamışıq. Ona görə də, bu faciələr başımıza gəldi. Çünki 
fərqləri görməyə və fərqlərin dərinliyini anlamağa bizi çağıran 
məktəb, yazar olmadı. 
Burda bir məsələ də var: gürcülərdə, xüsusilə ermənilərdə 
Azərbaycan aşıq sənətinə qovuşmaq. Həmin Xaçatur Abovyan 
bu haqda yazıb: “Siz görün türk aşığı, türk sazəndələri gələndə 
erməni uşaq, böyük, qoca, cavan hamısı yığışırlar və elə valeh 
olurlar, elə qulaq asırlar ki, vallah, birinin barmağını, ya başqa 
əzasını hansını kəssən xəbəri olmaz”. Yəni ermənilərin və gür-
cülərin bizim mədəniyyətin müəyyən sahələrinə girişməsi 
tələbatdan irəli gəlmişdir, sadəcə bunsuz keçinə bilməmişlər. 
Amma bu istehlakçı nüfuz və təmas onların bizə qarşı yürüşlə-
rini, duyğularını və hisslərini, təəssüflər olsun ki, heç azaltma-
mışdır, əksinə, əsrdən-əsrə keçdikcə gücləndirmişdir.  
Mən 2005–2006-cı illərdə iki dəfə Tiflisdə oldum. Yaxın 
zamanda Tiflisin nə qədər çox dəyişdiyinin şahidi oldum. Gənc 
yaşlarımda gördüyüm Tiflislə indiki Tiflis arasında yerlə göy 
qədər fərq var idi. Amma həmin münasibət yenə dəyişməmişdi. 
Nəhayət, bir məsələyə də yenə də tarixi baxımdan münasi-
bət bildirmək istərdim. Ümumiyyətlə, İmir müəllimin yanaşması 
orijinal yanaşmadır. Mən çox lakonik şəkildə gürcü mədəniyyəti 
haqqında çox yaxşı bir mühazirə aldım. Amma gürcülər özləri də 
XII Georgini o dərəcədə sevmirdilər. Çünki XII Georginin və-
siyyətinə görə Böyük Gürcüstan özü-özünü Rusiyanın qucağına 
atdı. Gürcülər də bu Şərq düşüncəsinə dayanaraq Gürcüstanı 
verməmək istəyirdilər, lakin həmin Georgi İrakleviçin gərək ki, 
böyük rolu oldu. Bu, bizim içimizə gəlirdi, İrana gedirdi, özünü 
ora-bura vururdu. Əslində, Sisiyanovun Car-Balakəndə tökdüyü 
qanlar  şahzadə Aleksandrın üstündə olub. Çünki gəlib onlara 


 
290
sığınmışdi. Sisiyanov yazırdı ki, onu mənə verin, onlar da de-
yirdilər: “Biz onu çağırmamışıq axı. O, bizə qonaq kimi gəlib və 
bizim atalarımızın qanunlarına görə, qonağı ələ vermək mümkün 
deyil. Özü gəlmişdir, yəqin özü də gedəcəkdir”.  
Sisiyanov Aleksandrın acığını bizim millətdən çıxdı, on 
millərlə adamı  qətlə yetirdi. Hətta onun Car camaatına məşhur 
məktubu da qalır: “Mən gəlib qadınların qarnını cırıb uşaqları çı-
xaracaq və sizin qanınızla çəkmələrimin boğazınızı yuyacağam”. 
Demək istəyirəm ki, gürcülərin özləri də tarixin bu mərhələsində 
özlərini göstərə bilmədilər. Gürcülər ruslara sığındılar. 
 
 
1812-ci ildə Kaxet üsyanı baş verdi, üsyanın səbəbləri ba-
rədə gürcülər özləri orada yazırdılar: “Biz müsəlman zülmün-
dən qaçaraq sizə gəldik, sizə pənah gətirdik. Amma müsəlman-
ların yapmadığını bizə yapdınız”. Orada xanımlarla bağlı bir 
detal var: “Bizim xanımlarımızı generalların göstərişi ilə yataq-
dan alıb kazarmalara aparırdılar və ona görə 1812-ci ildə böyük 
üsyan oldu, çox böyük qırğın çıxdı”.  


 
291
Demək istəyirəm ki, yəni bu mədəniyyətlərin yaxınlığı da 
provaslavla, ruslarla təxminən 100–150 il əvvəl, I Pyotrdan 
başlayaraq, bir az ondan qabaq da var idi, bu cür münasibətlər 
yaranmışdı. Yəni tarixdən dərs ala bilmək qabiliyyətini göstər-
mək səviyyəsində  mədəniyyət anlayışını  mən təəssüf ki, nə 
bizdə, nə onlarda görmədim. 
Çox sağ olun! 
 
İmir MƏMMƏDLİ: 
 
– Ümumiyyətlə, oxşarlığa gəldikdə, eyni mədəniyyət sə-
viyyəsində, eyni xarakterlərə gəldikdə mən söhbətimin əvvəlin-
də də dedim ki, gürcü xalqı ilə Azərbaycan xalqı arasında əgər 
bir oxşarlıq varsa, ilk növbədə bizim hər ikimizin “ar mədəniy-
yəti”nin təmsilçisi olmağımızdır, bizim davranışımızdır. Yerdə 
qalan şeylərdə biz fərqliyik.  
Amma bu gün mənim borcumdur ki, gürcü xalqının bir 
maraqlı xüsusiyyəti barədə sizə deyim. Bəzən gürcülərin azsay-
lı xalqın özü də  İslam dünyasının  əhatəsində olan, bir yandan 
bayaq qeyd olunduğu kimi rusun özü də onun dostu olmayıbdır. 
Belə bir əhatədə olan azsaylı gürcü xalqının yaşayıb, yaradıb bu 
günə qədər öz mədəniyyəti ilə gəlib çatmasının sirri nədədir? 
Bayaq dediyim kimi, xristian dini onu qoruyub saxlayıb. 
Gürcü xalqın dili də çox böyük faktor idi. Bu xüsusiyyət də 
gürcü xalqını qoruyub saxladı, təkcə vuruşmaq yox. Mən əmi-
nəm ki, heç bir vuruşqan, döyüşkən xalq özünü yalnız qılınc 
zoruna, qalxan zoruna qoruyub saxlaya bilməz. Milləti, xalqı 
qoruyub saxlamaq üçün böyük bir məhəbbət, sevgi lazımdır. 
Bu da gürcü xalqnda olubdur, bunu da etiraf etməliyik.  
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə