Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə12/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   8   9   10   11   12   13   14   15   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
29
ondan düşər.  Çünki o, dindən çıxmaqla ibadətə əhil olmaqdan çıxmış olur. İbadət 
əhliyyəti ibadət edənin onun savabına əhil olması ilə sabit olur.
42
 
19. 
 ُﺮﻳِدﺎَﻘَﻣ
 
 ِةَدﺎَﺒِﻌْﻟا
 
 ُفَﺮْﻌُـﺗ
 
 ِﻒﻴِﻗْﻮﱠـﺘﻟﺎِﺑ
 
 َﻻ
 
 ِيْأﱠﺮﻟﺎِﺑ
:  “İbadətlərin miqdarı ictihadla yox, tövqif 
(vəhy) ilə bilinir”. Sərəxsi bu qaydanı Kəbəni sol tərəfə alaraq yeddi şəvt təvaf etmək 
haqqındakı hədisi
43
 qeyd etdikdən sonra söyləmişdir.
44
 
20. 
 ُضْﺮَﻔْﻟا
 
 ُﺖﱠﻗَﻮَـﺘَـﻳ
 
 ٍﺖْﻗَﻮِﺑ
 
 ُﻞَﻔﱠـﻨﻟاَو
 
 َﻻ
 
 ُﺖﱠﻗَﻮَـﺘَـﻳ
: “Fərz üçün müəyyən bir vaxt qoyulur, nafilə 
üçün isə müəyyən bir vaxt qoyulmur”. Şafeinin fikrincə, ümrə həcc ibadəti kimi 
fərz olan bir ibadətdir. Dəlili “Həcci və ümrəni Allah üçün tamamlayın”
45
  ayəsi və 
“Ümrə  həccin fərzidir”
46
  hədisidir. Hənəfilərə görə isə, ümrə sünnədir. Dəlili də 
“Həcc cihaddır, ümrə isə nafilədir”
47
 hədisi ilə ümrənin fərz olub-olmadığı sualına: 
“Xeyr! Lakin ümrə etmək sənin üçün daha yaxşıdır”,
48
 – cavabını verdiyi Hz. 
Peyğəmbərin digər bir hədisidir. Odur ki, ümrə ilin hər hansı bir vaxtı ilə 
məhdudlaşdırılmamışdır. Nafilə ilə  fərz yalnız bununla fərqlənir. Çünki  fərz üçün 
müəyyən bir vaxt qoyulur, nafilə üçün isə müəyyən bir vaxt qoyulmur. Həmçinin nafilə 
başqa bir niyyətlə də yerinə yetirilə bilər.
49
 
21. 
 َﻻ
 
يِﺮْﺠَﻳ
 
 ُﻞُﺧاَﺪﱠﺘﻟا
 
ﻲِﻓ
 
 ِةَدﺎَﺒِﻌْﻟا
“İbadətdə tədaxül cərəyan etməz”. Bir şəxs ehramlı 
ikən dırnaqlarını fərqli yerlərdə kəsərsə, hər birinə ayrı-ayrı cəza lazım gələr. Çünki 
sözügedən hərəkət müxtəlif yerlərdə edilmişdir. Bunlardan hər biri tam bir günah olub 
hər biri bir cəza qurbanını vacib edir. Bu məsələ bir yerdə saç kəsib başqa bir yerdə 
dırnaqları  kəsmək kimidir. Çünki ehram cəzalarında ümumiyyətlə ibadət mənası 
əsasdır. İbadətdə isə tədaxül cərəyan etməz.
50
 
22. 
 ُتاَدﺎَﺒِﻌْﻟا
 
 ُﺔﱠﻴِﻧَﺪَﺒْﻟا
 
 َﻻ
  َﺗ
 ْﺠ 
ِﺮ
ي
 
 ُﺔَﺑﺎَﻴﱢـﻨﻟا
 
ﻲِﻓ
 
ﺎَﻬِﺋاَدَأ
:  “Bədənlə edilən ibadətlərin yerinə 
yetirilməsində vəkalət yoxdur”. İmam Məhəmmədə görə, adına həcc ibadəti yerinə 
yetirilən şəxs həclə bağlı verdiyi xərclərin yalnız savabını qazanar. Həcc isə, sadəcə, 
onu yerinə yetirən üçün etibarlı olur. Çünki həcc bədənlə edilən bir ibadətdir. Bədənlə 
edilən ibadətlərin yerinə yetirilməsində isə vəkalət yoxdur. Çünki ona fərz olan, həcc 
yolunda malını sərf etməsi və həcc ibadətini yerinə yetirməsidir. Həcc etməkdən aciz 
olduğuna görə onun öhdəsində yalnız gücünün çatdığı borc, yəni həcc yolunda malın 
xərclənməsi məsuliyyəti qalır. Odur ki, vəkil olana həcc yolunda xərcləməsi üçün 
lazımi pulu verməlidir.
51
 
                                                 
42
 Sərəxsi, “Məbsut”, III, 125. 
43
 Bax. Müslim, Həcc, 150; Tirmizi, Həcc, 33; Nəsai, Mənasik, 149. 
44
 Sərəxsi, “Məbsut”, IV, 10. 
45
 Bakara, 2/196. 
46
 Darəqütni, “Sünən”, II, 284. 
47
 İbn Macə, Mənasik, 44. 
48
 İbn Hənbəl, “Müsnəd”, III, 316. 
49
 Sərəxsi, “Məbsut”, IV, 58. 
50
 Sərəxsi, “Məbsut”, IV, 78. 
51
 Sərəxsi, “Məbsut”, IV, 148. 


     
Anar Qurbanov
 
 
30
23. 
ﻲِﻓ
 
 ِتاَدﺎَﺒِﻌْﻟا
 
 ِﺔﱠﻴِﻧَﺪَﺒْﻟا
 
 ُﺮَـﺒَﺘْﻌُﻤْﻟا
 
 ُﻊْﺳُﻮْﻟا
 
 َﻻَو
 
 ُﺮَـﺒَﺘْﻌُـﻳ
 
 ُﺰْﺠَﻌْﻟا
 
 ِلﺎَﺤْﻠِﻟ
“Bədənlə edilən ibadətlərdə imkan 
nəzərə alınar, müvəqqəti acizlik nəzərə alınmaz”. Çünki həcc ibadətini yerinə 
yetirmək ömürdə bir dəfə fərzdir. Bu səbəbdən həcci fiziki baxımdan yerinə yetirmə 
ilə bağlı bir ümidsizlik meydana gələrsə, ömrün geri qalan hissəsində daim acizlik 
məsələsi nəzərə alınar. Məsələn, acizlik yatalaq xəstəliyi kimi sağalmayan bir 
xəsətəlikdən irəli gəldiyi təqdirdə, vəkil göndərilərək həccin yerinə yetirilməsi caizdir. 
Ancaq həcc fərz olan şəxsin xəstə  və  həbsxanada olması ucbatından sona çatması 
gözlənilən müvəqqəti bir vəziyyətdirsə və bu həcc vəkil vasitəsilə yerinə yetirilərsə, 
baxılar,  əgər bu üzr ölənə  qədər davam edərsə, həcci fiziki baxımdan yerinə 
yetirməkdən ümid kəsilər və yerinə yetirilən bu həcc caiz olar. Əks təqdirdə, fərz olan 
həcc yerinə yetirilməli və edilən həcc də nafilə həcc olmuş olar.
52
 
24. 
 ُرﺎَﺠْﺌِﺘْﺳ ِﻻا
 
ﻰَﻠَﻋ
 
 َﻋﺎﱠﻄﻟا
 ِتﺎ
 
ﻲِﺘﱠﻟا
 
 َﻻ
 
 ُزﻮُﺠَﻳ
 
ﺎَﻫُؤاَدَأ
 
 َﻦِﻣ
 
 ِﺮِﻓﺎَﻜْﻟا
 
 َﻻ
 
 ُزﻮُﺠَﻳ
:  “Kafir tərəfindən yerinə 
yetirilməsi caiz olmayan ibadətlərdə pulla adam tutmaq caiz deyil”. Bu qaydaya 
əsasən Hənəfilərə görə, bir şəxsin öz adına həcc etməsi üçün başqasını pulla tutması 
caiz deyil. Şafeiyə görə isə, caizdir. Onun fikrinə görə, bir şəxsin yerinə yetirməyə 
borclu olmadığı hər bir işdə vəkil təyin edilməsi etibarlı olduğuna görə, pulla adam 
tutmaq da caizdir. Onun bu məsələdəki dəlili bir səhabənin ilan sancan bir adama 
“Fatihə” surəsini oxuyub, bunun müqabilində bir qoyun sürüsü mükafat alması və Hz. 
Peyğəmbərin (s.ə.s) buna: “Kim oxuyub üfürməyə görə veriləni yeyərsə, bu batildir. 
Sən isə yerində və düzgün oxuma müqabilində veriləni yedin”,
53
 – deyə buyurmasıdır. 
Hənəfilərin bu məsələ ilə bağlı dəlilləri isə “...Allahın Kitabını oxumaq müqabilində 
şərt qoşmaqdan çəkin!”
54
 hədisidir.
55
 
25. 
 ُﺔﱠﻴﱢـﻨﻟا
 
 ِﺔَﻟِﺰْﻨَﻤِﺑ
 
 ِﻦْﻛﱡﺮﻟا
 
ﻲِﻓ
 
 َدﺎَﺒِﻌْﻟا
 ِتا
:  “Niyyət ibadətlərdə rükn dərəcəsindədir”. Bir 
vəkildən iki nəfər öz adlarına həcc etməsini istəsələr, vəkil də birisi adına həcc niyyəti 
ilə təlbiyə deyər və ikisindən biri adına niyyət etməzsə, Əbu Hənifə və Məhəmmədə 
görə, vəkilin bu iki nəfərdən istədiyinə niyyətini çevirmə haqqı vardır. Əbu Yusifə 
görə isə, bu ehram vəkilin öz adına sayılar. Odur ki, vəkil hər ikisinin verdiyi pulu 
geri verməlidir. Onun bu mövzudakı dəlili belədir ki, vəkilə bu ikisindən hər biri üçün 
xüsusi niyyət etmə göstərişi verilmişdir. O, bunu etməməklə  təlimata zidd hərəkət 
etmişdir. Həmçinin onların hər ikisi adına niyyət etdiyi təqdirdə  də  nəticə eynidir. 
Ancaq ana-ata adına vəkil olan isə bundan fərqlidir. Çünki bu vəkilə ana-atası 
tərəfindən göstəriş verilməmişdir. Onun ana-atası adına niyyəti etibarlıdır. Belə olan 
təqdirdə, onlardan hər hansı birini müəyyən etmədən ana-atadan biri adına deyərək 
niyyət etməsi də eyni şəkildədir. Çünki niyyət ibadətlərdə rükn dərəcəsindədir. Çünki 
bir işin dəyəri niyyətlə olur.
56
 
                                                 
52
 Sərəxsi, “Məbsut”, IV, 152, 153. 
53
 İbn Hənbəl, “Müsnəd”, V, 210. 
54
 Şövkani, “əl-Fəvaidül-məcmuətü fil- əhadisil-mövduəti”, Beyrut-Livan 1995/1416, s. 277. 
55
 Sərəxsi, “Məbsut”, IV, 158. 
56
 Sərəxsi, “Məbsut”, IV, 159.  Həmçinin oxşar bir qayda üçün bax. XII, 213. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə