Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
31
26.
َﻻ
َﺘُـﻳ
ُرﱠﻮَﺼ
ُءاَدَْﻷا
َﻞْﺒَـﻗ
ِكاَرْدإ
ِﺖْﻗَﻮْﻟا
:
“Vaxt girmədən əvvəl əda təsəvvür edilməz”.
Züfərə görə, bir xristian müsəlman olsa
və ya uşaq həddi-büluğa çatsa, sonra da
miqata
57
çatmadan əvvəl ölsə və hər biri öz adına həcc edilməsini vəsiyyət etsə,
onların vəsiyyəti batildir. Çünki miqata çatmadan əvvəl bu ikisinə də həcc fərz deyil.
Vaxt girmədən əvvəl əda təsəvvür edilməz. Odur ki, onların etdikləri vəsiyyət
etibarsızdır. Əbu Yusifə görə isə, etibarlıdır. Çünki vacip
olma səbəbi onlar barəsində
dəqiqləşmişdir. Miqatı yerinə yetirmək isə şərtidir. Yerinə yetirmə şərtinin olmaması
vacib olma səbəbinin gerçəkləşməsinə əngəl deyil.
58
27.
َﻻ
َﻞﻴِﻛْﻮَـﺗ
ﻲِﻓ
ِةَدﺎَﺒِﻌْﻟا
ًﻼْﺻَأ
:
“İbadətlərdə başqasını vəkil etmək yoxdur”. Hənəfilərə
görə, heç bir məcburiyyət olmadığı halda Hz. Peyğəmbər dəfələrlə and içmişdir. Uca
Allahın
“
Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allahdan qorxmanıza
və insanlar arasında sülh yaratmağınıza dair bir maneəyə çevirməyin. Allah
eşidəndir, biləndir
”
59
ayəsi andına tabe olmağa və ya pozmağa riayət etmədən necə
gəldi and içməklə əlaqədardır. Bu da, bir şey üçün and içənin, andını pozmasını daha
məqsədəuyğun hesab etməsi halında, pozmasının caiz olduğuna dəlil təşkil edir. Hz.
Ömər bir
qrupa bir şey verməyə and içib, sonra andını pozduğu və bir nəfəri təyin edərək
on yoxsulu doyuzdurması ilə bağlı nəql edilən rəvayət kəffarə ödəyərkən birisini vəkil
təyin etməyin caiz olduğuna dəlildir. Bəzi alimlər də Hz. Ömərin bir topluluğa bir şey
verməyə and içib, sonra andını pozduğu və birisini təyin edərək on yoxsulu doyurması
ilə bağlı rəvayət edilən xəbər, kəffarə ödəyərkən, birisini vəkil təyin etməyin
caizliyinə dəlil olduğunu bildirmişlər.
Bəzi alimlər isə “
İnsana ancaq öz zəhməti
(səyi, çalışması, əməli) qalar
”
60
ayəsinin mənasına baxaraq ibadətlərdə başqasını
vəkil təyin etməyin caiz olmadığını bildirirlər.
61
28.
ُتاَدﺎَﺒِﻌْﻟا
َﻻ
ُﺖُﺒْﺜَـﺗ
ﺎًﺳﺎَﻴِﻗ
ِل َﻻْﺪِﺘْﺳ ِﻻا ِﻞﻴِﺒَﺳ ﻰَﻠَﻋ ْﻦِﻜَﻟَو
:
“İbadətlər qiyasla deyil, dəlilə
söykənməklə sabit olur”. Qurban ibadətinin vacib olduğunu nəqli dəlillərlə isbat
etdikdən sonra Sərəxsi
belə deyir: “Bu mövzuda qiyas yolu ilə bir fikir bildirmək
mümkün deyil. Çünki
ibadətlər qiyasla deyil, dəlilə söykənməklə sabit olur”.
62
29.
ُﺔَﺑْﺮُﻘْﻟا
َﻻ
ىﱠدَﺄَﺘَـﺗ
ﺎَﻤِﺑ
َﺲْﻴَﻟ
ٍﺔَﺑْﺮُﻘِﺑ
:
“Bir ibadət, ibadət olmayan bir şeylə yerinə
yetirilməz”. Qurbanlarda və digər vaciblərdə vəhşi inəyi, yabani uzunqulağı və
ceyranı kəsmək caiz deyil. Çünki qurbanın ibadət olması din tərəfindən bildirilmişdir.
Din ev hayvanlarından qoyun, keçi, inək və dəvənin qurban edilə bildiyini
57
“Miqat” kəlməsi fiqhdə “həcc ziyarəti üçün Məkkədən başqa yerlərdən gələn zəvvarların ehrama
girmələri üçün müəyyən edilmiş xüsusi yerlər” mənasına gələn bir termindir (bax.
Mehmet Erdoğan,
“Fıkıh ve Hukuk Terimleri Sözlüğü”, Rağbet yayınları, İstanbul 1998, s. 301).
58
Sərəxsi, “Məbsut”,
IV, 173.
59
Bəqərə, 2/224.
60
Nəcm, 53/39.
61
Sərəxsi, “Məbsut”,
VIII, 149-150.
62
Sərəxsi, “Məbsut”,
XII, 9.
Anar Qurbanov
32
bildirmişdir. Digər tərəfdən yabani bir heyvanın qanını axıtmaq ibadət deyil. Bir
ibadət, ibadət olmayan bir şeylə yerinə yetirilməz.
63
30.
ُﻪُﻨْﻫَر ُزﻮُﺠَﻳ َﻻ ِﺔَﻋﺎﱠﻄﻠِﻟ ُنﻮُﻜَﻳ ﺎَﻣ:
İbadət üçün istifadə olunan əşyaların girov verilməsi
caiz deyil”.
Bu qayda Şiələrə aiddir. Belə ki, Sərəxsi burada hədisləri qeyd etdikdən
sonra belə deyir: “Bu hədislər dəyəri olan bütün malların girov qoyula bildiyini
göstərir. Girov verilən malın ibadət və ya başqa bir məqsəd üçün istifadə edilə bilən
olması nəticəni dəyişdirmir. Çünki Hz. Peyğəmbərin
zirehi cihad üçün istifadə
olunurdu. Belə olan tədriqdə, bu, müshəfin belə girov olaraq verilə bildiyinə dəlalət
edir. Ancaq Şiələr ibadət üçün istifadə edilən əşyaların girov verilə bilmədiyi fikrini
irəli sürürlər. Çünki bu kimi hallarda girov verilən əşya ibadətdən əngəllənmiş olur”.
64
31.
َﻻ
ُزﻮُﺠَﻳ
ُطﺎَﻘْﺳإ
ِﺐ ِﺟاَﻮْﻟا
َﺪْﻨِﻋ
ِف َﻼِﺘْﺧا
ِرﺎَﺛ ْﻵا
:
“Fərqli rəvayətlər ucbatından vacibi
düşürmək tərk etmək caiz deyil”. Dəvələrin zəkatı ilə bağlı Hənəfilərə görə, yüz
iyirmi dəvədə iki hiqqə
65
verilməlidir. Bu, rəvayətlərin və ümmətin icması ilə sabitdir.
Bu hökm, sadəcə, özü qədər güclü bir dəlillə aradan qaldırıla bilər. Yüz iyirmidən
sonrasında fərqli rəvayətlər olmasına baxmayaraq vacibi düşürmək caiz deyil.
66
32.
ُتﺎَﺒِﺟاَﻮْﻟا
ُفﺎَﻀُﺗ
ﻰَﻟإ
ﺎَﻬِﺑﺎَﺒْﺳَأ
:
“Fərzlər səbəblərinə nisbət edilir”. Hənəfilərə görə,
kəffarə yemək, içmək və cinsi əlaqədən ötrü olur. Çünki buradakı əsas günah harama
məhəl qoyulmamasıdır. Çünki hədisdə sual soruşan bədəvi
cinsi əlaqədə olduğunu
söyləmiş və onun günah olmadığını bildirmişdir. Çünki cinsi əlaqə onun malik olduğu
öz xanımında işlənmiş bir feildir. Günah isə oruc pozma günahıdır. Demək ki,
kəffarəni vacib edən səbəb orucu pozma günahıdır. Kəffarə oruc pozmağa söykənir.
Bir qayda olaraq
fərzlər səbəblərinə nisbət edilir. Bunun da dəlili oruc pozma
olmadığı üçün unudaraq yeyib içənə kəffarənin lazım olmadığıdır. Tam bir
günah olan
oruc pozma cinsi əlaqə ilə meydana gəldiyi kimi, yeməklə də meydana gəlir. Belə ki,
cinsi əlaqə oruc pozmaq üçün bir vasitədir. Hökm isə, vasitəyə yox, səbəbə bağlanır.
67
63
Sərəxsi, “Məbsut”,
XII, 17.
64
Sərəxsi, “Məbsut”,
XXI, 64.
65
“Hiqqə” temrini fiqhdə “üç yaşı tamam olub dördüncü yaşa keçən dəvə” mənasına gəlir (bax. Mehmet
Erdoğan, “Fıkıh ve Hukuk Terimleri Sözlüğü”, Rağbet yayınları, İstanbul 1998, s. 150).
66
Sərəxsi, “Məbsut”,
II, 153.
67
Sərəxsi, “Məbsut”,
III, 73, 131, IV, 2.