Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə11/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   7   8   9   10   11   12   13   14   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
27
Lakin o, Allahın onlara vəd etdiyi ruzi müqabilində fağırın ehtiyaclarını aradan 
qaldırmaq üçün sərf olunur. Buna görə  də, verilən zəkat onun ehtiyacını aradan 
qaldırmaq üçün münasib bir şey olmalıdır. Belə olan təqdirdə, qurbanın və hədyin 
əksinə zəkat dəyəri ilə də verilə bilər. Çünki qurban və hədydə qan axıtmaq əsasdır. 
Ona görə də, qurban olaraq kəsilən heyvan yoxsullara paylaşdırılmadan tələf olarsa, 
onun əvəzinə başqa bir qurbanlığın kəsilməsi vacib deyil. Əslində, qan axıtmaq nə 
dəyəri olan bir mal, nə də səbəbi əqli baxımdan izah edilə bilən bir şeydir. Yanaq və 
çənə üzərinə səcdə etmək də əsli baxımdan ibadət deyil. Odur ki, alın və burun üzərinə 
səcdədən aciz olduqda, yanaq və çənə üzərinə səcdə edilməz. İbadət olmayan bir şey 
ibadət yerinə keçməz. Bir malın dəyərini zəkat və ya sədəqə olaraq vermək isə 
ibadətdir. Onunla yoxsulun ehtiyacı aradan qaldırılır. Bu səbəbdən onu sədəqə olaraq 
verməklə güdülən məqsəd yerinə yetirilmiş olur.
34
  
12. 
ﻰَﻨْﻌَﻣ
 
 ِء َﻼِﺘْﺑ ِﻻا
 
 ٌبﻮُﻠْﻄَﻣ
 
ﻲِﻓ
 
 ِةَدﺎَﺒِﻌْﻟا
“İbadətlərdə sınaq məqsədi vardır”. Bir şəxs zəkat 
öhdəliyi daşıyanın göstərişi olmadan onun adına yoxsula mal versə, zəkat niyyəti 
olmadığı üçün fərz olan zəkat yerinə yetirilmiş sayılmaz. Çünki ibadətlərdə  sınaq 
məqsədi vardır. Bu da, zəkat fərz olan şəxsin göstərişi olmadan başqasının verməsi 
ilə gerçəkləşməz.
35
 
13. 
 ُءﺎَﻘَـﺑ
 
 ِةَدﺎَﺒِﻌْﻟا
 
 ِءﺎَﻘَـﺒِﺑ
 
ﺎَﻬِﻨْﻛُر
:  “Bir ibadətin davamı, onun rüknünün davamına 
bağlıdır”. Oruclu həcəmət üsulu ilə qan aldırsa, onun orucu pozulmaz. Çünki 
bədəndən qanın çıxması orucun rüknünü aradan qaldırmır. Bir ibadətin davamı, onun 
rüknünün davamına bağlıdır.
36
 
14. 
 َﻻ
 
 ُرﱠﻮَﺼَﺘُـﻳ
 
 ُءاَدَأ
 
 ِةَدﺎَﺒِﻌْﻟا
 
 ِنوُﺪِﺑ
 
ﺎَﻬِﻨْﻛُر
:  “Rüknü olmadan ibadətin yerinə yetirilməsi 
təsəvvür edilməz”. Hənəfilərə görə, məzməzə  və istinşaqda sünnəni tamamlayan 
mübaliğənin oruclu ikən qadağan edilməsi
37
 boğaza suyun getməsinin orucu 
pozduğuna dəlildir. Həmçinin orucun rüknü xəta üzrü ilə aradan qalxmışdır. Rüknü 
olmadan ibadətin yerinə yetirilməsi təsəvvür edilməz.  Əslində, unudan üçün də 
qiyasın (ümumi prinsipin) gərəyi budur. Lakin bu qiyas sünnəyə görə tərk edilmişdir. 
Xəta etmə unutma kimi deyil. Çünki unutmaqdan çəkinmək mümkün deyil, lakin bu 
kimi xətalardan çəkinmək mümkündür. Həmçinin burada orucun rüknü, yəni imsak 
mənən də ortadan qalxmışdır. Əgər səhvən kiçik bir daş udaraq orucun rüknü, mənən 
olmasa da şəklən aradan qalxarsa, oruc pozulmuş olar. Belə olan təqdirdə, orucun 
rüknü mənən aradan qalxdıqda, onun pozulmasında heç bir şübhə yeri qalmır. Çünki 
ibadətlərdə mənaları gözləmək, şəkilləri gözləməkdən daha mühümdür.
38
 
15. 
 َﻻ
 
 َﻞَﺧْﺪَﻣ
 
 ِسﺎَﻴِﻘْﻠِﻟ
 
ﺎَﻤﻴِﻓ
 
ىﱠدَﺄَﺘَـﺗ
 
 ِﻪِﺑ
 
 ُتاَدﺎَﺒِﻌْﻟا
:  “İbadətlərin nə ilə yerinə yetiriləcəyi 
məsələsində qiyasla hökm verilə bilməz”. Sərəxsi bu qaydanı qeyd etməklə Həsən 
                                                 
34
 Sərəxsi, “Məbsut”, II, 157. 
35
 Sərəxsi, “Məbsut”, III, 35. 
36
 Sərəxsi, “Məbsut”, III, 57. 
37
 Bax. İbn Macə, Təharət, 44; Tirmizi, Səvm, 69. 
38
 Sərəxsi, “Məbsut”, III, 65-67. 


     
Anar Qurbanov
 
 
28
Bəsrinin (ö. 110/728) fikrini tənqid etmişdir. Belə ki, Həsən Bəsriyə görə, oruc 
kəffarəsində kölə azad etməkdən aciz olan bir dəvə və ya inək qurban kəsməlidir. O 
bunu, ehramlı ikən cinsi əlaqədə olana qiyas etmişdir. Hənəfilərə görə isə, kəffarənin 
nə ilə yerinə yetirilməli olduğuna qiyasla hökm vermək olmaz. Bu yalnız dəlillə 
bilinər. Oruc kəffarəsinin dəvə və ya inək qurban kəsilərək ödənməli olduğuna dair 
heç bir dəlil yoxdur. İbadətlərin nə ilə yerinə yetiriləcəyi məsələsində qiyasla hökm 
vermək qeyri-mümkün olmaqla yanaşı, ibadətlərdə işlənən günaha görə lazım olan 
şey məsələsində də qiyasla hökm verilə bilməz.
39
 
16. 
 ُﺮﱡﺧَﺄﱠﺘﻟا
 
 ْﻦَﻋ
 
 ِﺖْﻗَو
 
 ِءﺎَﻀَﻘْﻟا
  
 ِﺮﱡﺧَﺄﱠﺘﻟﺎَﻛ
 
 ْﻦَﻋ
 
 ِﺖْﻗَو
 
 ِءاَدَْﻷا
“Qəzanı vaxtından sonraya təxirə salmaq, 
ədanı vaxtından sonraya təxirə salmaq kimi qəbul edilir”. Bu qayda İmam Şafeiyə 
(ö. 204/767) aiddir. Belə ki, onun fikrincə, orucu qəza etmək iki ramazan arasındakı 
vaxtla məhduddur. Qəzanı vaxtından sonraya təxirə salmaq, ədanı vaxtından sonraya 
təxirə salmaq kimi qəbul edilir.  Ədanı vaxtından sonraya tərk etməyin bir cəzası 
olduğu kimi, qəzanı vaxtından sonraya tərk etməyin də eynilə bir cəzası olmalıdır. Bu 
səbəbdən ramazan orucu bir sonrakı ramazana qədər qəza edilməzsə, qəza ilə birlikdə 
hər gün üçün fidyə verilməlidir. Hənəfilərə görə isə, qəza ilə bağlı ayə açıq-aydındır 
və hər hansı bir vaxt müəyyən edilməmişdir. Odur ki, burada vaxt müəyyən etmək, 
ayəyə əlavə etməkdir.
40
 
17. 
 ِﻪِﻟﱠوَﺄِﺑ  ِﻪِﻧاَﺮِﺘْﻗا  َطْﺮَﺷ  ِةَدﺎَﺒِﻌْﻟا  ُطْﺮَﺷ  ُنﻮُﻜَﻳ  ﺎَﻣ:  “İbadət üçün şərt olan bir şeyin ibadətin 
başından etibarən olması  şərtdir”. Bu qayda İmam  Şafeiyə aiddir. O bunu 
Hənəfilərin orucu vacib olan etikafın  şərtlərindən qəbul etmələrinə qarşı qeyd 
etmişdir. Belə ki, onun fikrincə, oruc tutmaq burada (nəzir edilən etikafda) şərt deyil. 
Etikafa girməyi nəzir edən üçün etikaf günəşin batmasından etibarən başlayır. İbadət 
üçün şərt olan bir şeyin ibadətin başından etibarən olması şərtdir. Məsələn, namaz 
üçün təharət belədir. Həmçinin etikaf gecə və gündüz davam edər. Halbuki gecə oruc 
tutulmur. Bununla da orucun etikafın şərti və rüknü olmadığı ortaya çıxır. Çünki oruc 
dinin təməl ibadətlərindən birisidir. Etikaf isə fərzlərə əlavə olaraq edilən nafilə bir 
ibadətdir. Bu baxımdan qüvvətli olan zəif olana rükn ola bilməz. Hənəfilərin birinci 
dəlilləri budur ki, Hz. Peyğəmbər (s.ə.s) orucsuz etikafa girməmişdir. İkincisi isə, bir 
şeyin şərti istər söylənmiş, istərsə də söylənməmiş olsun o şeyə bağlı olur və onun 
sabit olması ilə sabit olur. Bu, eynilə  dəstəmazlı namaz qılacağını  şərt qoşana 
bənzəyir.
41
 
18. 
 ُﺔﱠﻴِﻠْﻫَْﻷا
 
 ِةَدﺎَﺒِﻌْﻠِﻟ
 
 ِﻪِﻧْﻮَﻜِﺑ
 
 ًﻼْﻫَأ
 
ﺎَﻬِﺑاَﻮَـﺜِﻟ
“İbadət əhliyyəti ibadət edənin onun savabına əhil 
olması ilə sabit olur”. Bir nəfər etikaf nəzir edər, sonra da dindən çıxar və daha sonra 
təkrar müsəlman olarsa, Allahın vacib etməsinə görə borclandığı  şeylərə qiyasla 
                                                 
39
 Sərəxsi, “Məbsut”, III, 72, 124. 
40
 Sərəxsi, “Məbsut”, III, 77. 
41
 Sərəxsi, “Məbsut”, III, 116. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə