Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə13/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   9   10   11   12   13   14   15   16   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
31
26. 
 َﻻ
  
َﺘُـﻳ
 ُرﱠﻮَﺼ
 
 ُءاَدَْﻷا
 
 َﻞْﺒَـﻗ
 
 ِكاَرْدإ
 
 ِﺖْﻗَﻮْﻟا
:  “Vaxt girmədən  əvvəl  əda təsəvvür edilməz”
Züfərə görə, bir xristian müsəlman olsa və ya uşaq həddi-büluğa çatsa, sonra da 
miqata
57
 çatmadan əvvəl ölsə  və  hər biri öz adına həcc edilməsini vəsiyyət etsə, 
onların vəsiyyəti batildir. Çünki miqata çatmadan əvvəl bu ikisinə də həcc fərz deyil. 
Vaxt girmədən  əvvəl  əda təsəvvür edilməz. Odur ki, onların etdikləri vəsiyyət 
etibarsızdır. Əbu Yusifə görə isə, etibarlıdır. Çünki vacip olma səbəbi onlar barəsində 
dəqiqləşmişdir. Miqatı yerinə yetirmək isə şərtidir. Yerinə yetirmə şərtinin olmaması 
vacib olma səbəbinin gerçəkləşməsinə əngəl deyil.
58
 
27. 
 َﻻ 
 َﻞﻴِﻛْﻮَـﺗ
 
ﻲِﻓ
 
 ِةَدﺎَﺒِﻌْﻟا
 
 ًﻼْﺻَأ
“İbadətlərdə başqasını vəkil etmək yoxdur”. Hənəfilərə 
görə, heç bir məcburiyyət olmadığı halda Hz. Peyğəmbər dəfələrlə and içmişdir. Uca 
Allahın 
Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allahdan qorxmanıza 
və insanlar arasında sülh yaratmağınıza dair bir maneəyə çevirməyin. Allah 
eşidəndir, biləndir

59
 ayəsi andına tabe olmağa və ya pozmağa riayət etmədən necə 
gəldi and içməklə əlaqədardır. Bu da, bir şey üçün and içənin, andını pozmasını daha 
məqsədəuyğun hesab etməsi halında, pozmasının caiz olduğuna dəlil təşkil edir. Hz. 
Ömər bir qrupa bir şey verməyə and içib, sonra andını pozduğu və bir nəfəri təyin edərək 
on yoxsulu doyuzdurması ilə bağlı nəql edilən rəvayət kəffarə ödəyərkən birisini vəkil 
təyin etməyin caiz olduğuna dəlildir. Bəzi alimlər də Hz. Ömərin bir topluluğa bir şey 
verməyə and içib, sonra andını pozduğu və birisini təyin edərək on yoxsulu doyurması 
ilə bağlı  rəvayət edilən xəbər, kəffarə ödəyərkən, birisini vəkil təyin etməyin 
caizliyinə  dəlil olduğunu bildirmişlər. Bəzi alimlər isə  
İnsana ancaq öz zəhməti 
(səyi, çalışması,  əməli) qalar

60
 ayəsinin mənasına baxaraq ibadətlərdə başqasını 
vəkil təyin etməyin caiz olmadığını bildirirlər.
61
 
28. 
 ُتاَدﺎَﺒِﻌْﻟا
 
 َﻻ
 
 ُﺖُﺒْﺜَـﺗ
 
ﺎًﺳﺎَﻴِﻗ
 
 ِل َﻻْﺪِﺘْﺳ ِﻻا  ِﻞﻴِﺒَﺳ  ﻰَﻠَﻋ  ْﻦِﻜَﻟَو
:  “İbadətlər qiyasla deyil, dəlilə 
söykənməklə sabit olur”. Qurban ibadətinin vacib olduğunu nəqli dəlillərlə isbat 
etdikdən sonra Sərəxsi
 
belə deyir: “Bu mövzuda qiyas yolu ilə bir fikir bildirmək 
mümkün deyil. Çünki ibadətlər qiyasla deyil, dəlilə söykənməklə sabit olur”.
62
 
29. 
 ُﺔَﺑْﺮُﻘْﻟا
 
 َﻻ
 
ىﱠدَﺄَﺘَـﺗ
 
ﺎَﻤِﺑ
 
 َﺲْﻴَﻟ
 
 ٍﺔَﺑْﺮُﻘِﺑ
:  “Bir ibadət, ibadət olmayan bir şeylə yerinə 
yetirilməz”. Qurbanlarda və digər vaciblərdə  vəhşi inəyi, yabani uzunqulağı  və 
ceyranı kəsmək caiz deyil. Çünki qurbanın ibadət olması din tərəfindən bildirilmişdir. 
Din ev hayvanlarından qoyun, keçi, inək və  dəvənin qurban edilə bildiyini 
                                                 
57
 “Miqat” kəlməsi fiqhdə “həcc ziyarəti üçün Məkkədən başqa yerlərdən gələn zəvvarların ehrama 
girmələri üçün müəyyən edilmiş xüsusi yerlər” mənasına gələn bir termindir (bax. Mehmet Erdoğan
“Fıkıh ve Hukuk Terimleri Sözlüğü”, Rağbet yayınları, İstanbul 1998, s. 301). 
58
 Sərəxsi, “Məbsut”, IV, 173. 
59
 Bəqərə, 2/224. 
60
 Nəcm, 53/39. 
61
 Sərəxsi, “Məbsut”, VIII, 149-150. 
62
 Sərəxsi, “Məbsut”, XII, 9. 


     
Anar Qurbanov
 
 
32
bildirmişdir. Digər tərəfdən yabani bir heyvanın qanını axıtmaq ibadət deyil. Bir 
ibadət, ibadət olmayan bir şeylə yerinə yetirilməz.
63
 
30. 
 ُﻪُﻨْﻫَر ُزﻮُﺠَﻳ  َﻻ ِﺔَﻋﺎﱠﻄﻠِﻟ ُنﻮُﻜَﻳ ﺎَﻣ: İbadət üçün istifadə olunan əşyaların girov verilməsi 
caiz deyil”. Bu qayda Şiələrə aiddir. Belə ki, Sərəxsi burada hədisləri qeyd etdikdən 
sonra belə deyir: “Bu hədislər dəyəri olan bütün malların girov qoyula bildiyini 
göstərir. Girov verilən malın ibadət və ya başqa bir məqsəd üçün istifadə edilə bilən 
olması  nəticəni dəyişdirmir. Çünki Hz. Peyğəmbərin zirehi cihad üçün istifadə 
olunurdu. Belə olan tədriqdə, bu, müshəfin belə girov olaraq verilə bildiyinə dəlalət 
edir. Ancaq Şiələr ibadət üçün istifadə edilən əşyaların girov verilə bilmədiyi fikrini 
irəli sürürlər. Çünki bu kimi hallarda girov verilən əşya ibadətdən əngəllənmiş olur”.
64
 
31. 
 َﻻ
 
 ُزﻮُﺠَﻳ
 
 ُطﺎَﻘْﺳإ
 
 ِﺐ ِﺟاَﻮْﻟا
 
 َﺪْﻨِﻋ
 
 ِف َﻼِﺘْﺧا
 
 ِرﺎَﺛ ْﻵا
:  “Fərqli rəvayətlər ucbatından vacibi 
düşürmək tərk etmək caiz deyil”. Dəvələrin zəkatı ilə bağlı Hənəfilərə görə, yüz 
iyirmi dəvədə iki hiqqə
65
 verilməlidir. Bu, rəvayətlərin və ümmətin icması ilə sabitdir. 
Bu hökm, sadəcə, özü qədər güclü bir dəlillə aradan qaldırıla bilər. Yüz iyirmidən 
sonrasında fərqli rəvayətlər olmasına baxmayaraq vacibi düşürmək caiz deyil.
66
  
32. 
 ُتﺎَﺒِﺟاَﻮْﻟا
 
 ُفﺎَﻀُﺗ
 
ﻰَﻟإ
 
ﺎَﻬِﺑﺎَﺒْﺳَأ
:  “Fərzlər səbəblərinə nisbət edilir”. Hənəfilərə görə, 
kəffarə yemək, içmək və cinsi əlaqədən ötrü olur. Çünki buradakı əsas günah harama 
məhəl qoyulmamasıdır. Çünki hədisdə sual soruşan bədəvi cinsi əlaqədə olduğunu 
söyləmiş və onun günah olmadığını bildirmişdir. Çünki cinsi əlaqə onun malik olduğu 
öz xanımında işlənmiş bir feildir. Günah isə oruc pozma günahıdır. Demək ki, 
kəffarəni vacib edən səbəb orucu pozma günahıdır. Kəffarə oruc pozmağa söykənir. 
Bir qayda olaraq fərzlər səbəblərinə nisbət edilir. Bunun da dəlili oruc pozma 
olmadığı üçün unudaraq yeyib içənə kəffarənin lazım olmadığıdır. Tam bir günah olan 
oruc pozma cinsi əlaqə ilə meydana gəldiyi kimi, yeməklə də meydana gəlir. Belə ki, 
cinsi əlaqə oruc pozmaq üçün bir vasitədir. Hökm isə, vasitəyə yox, səbəbə bağlanır.
67
 
 
 
 
 
                                                 
63
 Sərəxsi, “Məbsut”, XII, 17. 
64
 Sərəxsi, “Məbsut”, XXI, 64. 
65
 “Hiqqə” temrini fiqhdə “üç yaşı tamam olub dördüncü yaşa keçən dəvə” mənasına gəlir (bax. Mehmet 
Erdoğan, “Fıkıh ve Hukuk Terimleri Sözlüğü”, Rağbet yayınları, İstanbul 1998, s. 150). 
66
 Sərəxsi, “Məbsut”, II, 153. 
67
 Sərəxsi, “Məbsut”, III, 73, 131, IV, 2. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə