Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə10/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   6   7   8   9   10   11   12   13   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
25
4. 
 ُعوُﺮﱡﺸﻟا
 
 ٌمِﺰْﻠُﻣ
  
 ِرْﺬﱠﻨﻟﺎَﻛ
“Başlamaq nəzir etmək kimi vacib edir”. Bir şəxs dörd rükət 
qılmaq niyyəti ilə nafilə namaza başladıqdan sonra danışsa, iki rükət qəza etməlidir. 
Çünki nafilənin hər iki rükəti də ayrı-ayrılıqda təkbaşına bir namazdır. Başlamadıqca 
və ya nəzir etmədikcə hər hansı bir şey vacib olmaz. Hətta bəzilərinə görə, yüz rükətə 
belə niyyət etsə, niyyət etdiyi qədər namazı  qəza etməlidir. Çünki başlamaq nəzir 
etmək kimi vacib edir.
23
 
5. 
 َﻻ 
 ُﻊِﻤَﺘْﺠَﻳ
 
 ِنﺎَﺿْﺮَـﻓ
 
ﻲِﻓ
 
 ٍﺖْﻗَو
 
 ٍﺪِﺣاَو
“Bir vaxtda iki fərz bir yerə gəlməz”. Bir şəxs cümə 
günü evində günorta namazını  qıldıqdan sonra imamla birlikdə cümə namazını 
qılarsa, onun fərzi cümə namazıdır. Günorta namazı isə onun üçün nafilə olur. Çünki 
o, günorta namazını qılmaqla cümə namazına getmə  əmrini yerinə yetirmiş olmur. 
Belə olan təqdirdə, cümə namazını qılmaqla fərzi qılmış olur. Çünki bir vaxtda iki fərz 
bir yerə gəlməz. Cümə namazının fərz olması əvvəlki namazın nafiləyə çevrilməsini 
vacib edir.
24
   
6. 
 ُةَدﺎَﺒِﻌْﻟا
 
 َﻻ
 
ىﱠدَﺄَﺘَـﺗ
 
ﺎَﻤِﺑ
 
 َﻮُﻫ
 
 ﱞﻲِﻬْﻨَﻣ
 
 ُﻪْﻨَﻋ
:  “İbadət qadağan edilmiş bir şeylə yerinə 
yetirilməz”. Bu qayda Bişr ibn Qiyas əl-Mərisiyə (ö. 218/833)
25
 aiddir. Onun 
fikrincə, bir şəxs qəsb edilmiş bir ərazidə və ya qəsb edilmiş bir paltarla namaz qılarsa, 
namazı caiz deyil. Çünki ibadət qadağan edilmiş bir şeylə yerinə yetirilməz
Hənəfilərə görə isə, qadağa namazla bağlı bir şeydən ötrü qoyulmamışsa, namazın 
caiz olmasına  əngəl təşkil etməz. Bu məsələ ilə bağlı qadağanın dəlili də  Əbu 
Hüreyrənin nəql etdiyi “Hz. Peyğəmbər yeddi yerdə namaz qılınmasını qadağan 
etmişdir: heyvanların kəsildiyi yer, zibillik, qəbiristanlıq, hamam, yolun ortası, dəvə 
ağılları və Kəbənin üstü”
26
 məzmunlu hədisidir.
27
 
7. 
 ُءاَدَأ
 
 ِةَدﺎَﺒِﻌْﻟا
 
 ِﺔَﻔِﺼِﺑ
 
 ِلﺎَﻤَﻜْﻟا
 
 ٌﺐِﺟاَو
“İbadətin nöqsansız yerinə yetirilməsi vacibdir”
Sərəxsi bu qaydanı  səhv səcdəsinin vacib və ya sünnə olduğu mövuzusunu izah 
edərkən Kərxinin İmam Məhəmmədin (ö. 189/805) “imam səhvə yol verərsə, ona tabe 
olan camaatın səcdə etməsi vacib olar” sözünü dəlil gətirərək vacib olduğu fikrini 
qəbul etdiyini qeyd edir və belə davam edir: “Səhv səcdəsi ibadətdəki nöqsanlığı 
aradan qaldırmaqdır. Belə olan halda səhv səcdəsi həcdəki cəza qurbanı kimi vacibdir. 
Çünki  ibadətin nöqsansız yerinə yetirilməsi vacibdir. Onun nöqsansız olması da 
yalnız nöqsanlığın aradan qaldırılması ilə mümkündür”. Digər Hənəfi fəqehlər isə,  
                                                 
23
 Sərəxsi, “Məbsut”, I, 159. Eyni və ya oxşar qaydalar üçün bax. I, 181, 208, 209, III, 70, 83, 97. 
24
 Sərəxsi, “Məbsut”, I, 176. 
25
 Yaşadığı dövrdə  Hənəfi fəqehlərin məşhurlarından biri olan Bişr fiqh elmini Əbu Yusifdən (ö. 
182/798) əxz etmiş və onun fiqhi məsələlərdə çoxlu sayda fikirlərini nəql etmişdir. Həmçinin o, kəlam 
elmi ilə  də  məşğul olmuş  və  Cəhmiyyə ilə Mürciə  cərəyanlarının fikirlərini mənimsəmişdir.  Əlavə 
məlumat üçün bax. Ahmet Saim Kılavuz, “Bişr b. Ğıyas el-Merisi, Hayatı, Görüşleri ve İslam Düşünce 
Tarihindeki Yeri”, T.C. Uludağ Üniversitesi İlahiyat Fakültesi Dergisi, Sayı: 2, Cilt: 2, Yıl: 2, 1987,  
s. 99-109; Kılavuz “Bişr b. Gıyas”, DİA, İstanbul 1992, VI, 220-221.  
26
 Hədisin tam mətni üçün bax. Tirmizi, Səlat, 141. 
27
 Sərəxsi, “Məbsut”, I, 206. 


     
Anar Qurbanov
 
 
26
İmam Məhəmmədin “səhv səcdəsi etmək üçün qayıtmaq təşəhhüdü aradan qaldırmaz” 
sözünü dəlil gətirərək, bu səcdənin sünnə olduğunu bildirmişlər və  “əgər vacib 
olsaydı, tilavət səcdəsində olduğu kimi təşəhhüdü aradan qaldırardı” fikrini irəli 
sürmüşlər.
28
 
8. 
 ُءﺎَﻀَﻘْﻟا
 
 ِﺔَﻔِﺼِﺑ
 
 ِءاَدَْﻷا
:  “Qəza  əda sifəti ilədir”. Sərəxsi bu qaydanı  Bəlxinin (ö. 
199/814)
29
 görüşü kimi qeyd etmişdir. Belə ki, bir kəs iki rükətdə “Fatihə” surəsini 
oxuyub əlavə surə oxumağı yaddan çıxarsa, bu surəni son iki rükətdə qəza edə bilər. 
Bunun dəlili Hz. Ömərin axşam namazının rükətlərindən birindəki  əlavə surəni 
oxumağı unudarak tərk etdikdən sonra onu üçüncü rükətdə  qəza etməsidir.  İmam 
Məhəmməd “əl-Əsl” adlı  əsərində  bərkdən oxumalı olduğunu söyləmiş, Bəlxi də 
bununla yalnız surəni nəzərdə tutduğunu bildirmişdir. Çünki qəza  əda sifəti ilədir
Yəni, yerində və vaxtında əda necə edilirsə, qəza da eynilə yerinə yetirilməlidir. Bu 
rükətlərdəki “Fatihə” isə yerində və vaxtında oxunur. Buna görə də onu son iki rükətdə 
oxuyarkən yavaşdan oxumalıdır.
30
 
9. 
 ُﻢْﻜُﺣ
 
 ِزاَﻮَﺠْﻟا
 
 ٌﻖﱢﻠَﻌَـﺘُﻣ
 
 ِءاَدَﺄِﺑ
 
 ِنﺎَﻛْرَْﻷا
:  “Cəvaz hökmü rüknlərinin  ədasına bağlıdır”
Sərəxsi vacibin tərk edilməsi ilə namazın təzədən qılınmasının lazım olmadığını, 
bunun kərahət və nöqsanlıq olmaqla yanaşı, namazı pozmadığını bildirdikdən sonra 
sözügedən qaydanı qeyd etmişdir. Çünki cəvaz hökmü rüknlərinin ədasına bağlıdır.
31
 
Yəni, namazın caiz və etibarlı olması, onun fərzlərinin yerinə yetirilməsinə bağlıdır. 
10. 
 ُدﱠﺮَﺠُﻣ
 
 ِﺔﱠﻴﱢـﻨﻟا
 
 َﻻ
 
 ُﺐِﺟﻮُﻳ
 
ﺎًﺌْﻴَﺷ
 
ﺎَﻣ 
 ْﻢَﻟ
  ُﻳ
 ْعَﺮْﺸ
“Əməli olaraq başlanmamışsa, sadəcə olaraq 
niyyət etmək hər hansı bir şeyi vacib etməz”. Bir şəxs altı rükət namaz qılmağa 
niyyət edərək günorta namazına başlayar, sonra bundan vaz keçib dördüncü rükətin 
axırında salam verərsə, namazı tamamlanmış olar və  hər hansı bir şey də lazım 
gəlməz. Çünki o, niyyət etdiyi məsələdə səhv hərəkət etmiş, sonra da buna peşman 
olmuşdur. Peşman olmaq da bir tövbədir.  Əməli olaraq başlanmamışsa, sadəcə 
olaraq niyyət etmək hər hansı bir şeyi vacib etməz.
32
 Bundan əlavə, Sərəxsi Kitabüs-
səlat bölməsində buna oxşar bir qayda qeyd edərək belə demişdir: “Qayda budur ki
hərəkətdən təcrid edilən niyyət hər hansı bir nəticə meydana gətirməz. Belə ki, bir 
şəxs səfərə çıxmağa niyyət edərsə, əməli olaraq səfərə çıxmayınca, niyyət hərəkətdən 
təcrid edildiyi üçün həmin adam yolçu sayılmaz”.
33
 Odur ki, bu qaydalardan mücərrəd 
niyyətin kifayət etmədiyi, əməlin də meydana gəlməsinin şərt olduğu aydın olur. 
11. 
ﺎَﻣ
 
 َﺲْﻴَﻟ
 
 ٍﺔَﺑْﺮُﻘِﺑ
 
 َﻻ
 
 ُمﺎَﻘُـﻳ
 
 َمﺎَﻘَﻣ
 
 ِﺔَﺑْﺮُﻘْﻟا
:  “İbadət olmayan bir şey ibadət yerinə keçməz”
Hənəfilərə görə, zəkat olaraq verilən mal yoxsulun haqqı yox, sırf Allah haqqıdır. 
                                                 
28
 Sərəxsi, “Məbsut”, I, 218-219. 
29
 Mənbələrdə bildirildiyinə görə, Əbu Müti Bəlxi Əbu Hənifənin tələbəsi olmuş və onda “əl-Fiqhül-
əkbər” ilə “əl-Fiqhül-əbsət” adlı əsərləri nəql etmişdir. Geniş məlumat üçün bax. Mehmet Şener, “Ebu 
Muti el-Belhi”, DİA, İstanbul 1992, X, 194. 
30
 Sərəxsi, “Məbsut”, I, 221. Eyni qaydalar üçün bax. II, 124, IV, 119. 
31
 Sərəxsi, “Məbsut”, I, 223. 
32
 Sərəxsi, “Məbsut”, I, 232. 
33
 Sərəxsi, “Məbsut”, I, 239. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə