Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə18/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   14   15   16   17   18   19   20   21   ...   156

İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
43
heykəl forması qısa bir müddətdən sonra insana çevriləcəyi üçün Uca Allah ondan 
“Adəm” deyə bəhs etmişdir.
41
 
Razi
  ٍبِز َﻻ ٍﻦﻴِﻃ ْﻦِﻣ ْﻢُﻫﺎَﻨْﻘَﻠَﺧ ﺎﱠﻧإ“Həqiqətən, Biz onları yapışqan palçıqdan yaratdıq”
42
 
ayəsində keçən
بزﻻ  ﲔﻃ  “yapışqan palçıq”  ifadəsinin də Adəmin palçıqdan 
yaradıldığına işarə etdiyini və  əksər təfsirçilərin də bu fikirdə olduqlarını qeyd 
etmişdir. Eyni zamanda bu ifadə ilə digər insanların yaranmasında rol oynayan kişinin 
sperması ilə qadının heyz qanından yaradıldıqlarına işarə edildiyini irəli sürmüşdür. 
Yəni, heyz qanı da, sperma da qandan yaranır, qan isə qidalardan meydana gəlir. 
Nəticə etibarilə qidalar da palçıq kimi bir torpaqdan yetişir.
43
 
Almalılının ilk insanın yaradılması ilə bağlı fikirlərinə nəzər yetirəsi olsaq, ilk 
əvvəl qeyd edək ki, o öz dövründə müzakirə mövzusu olan “təkamül nəzəriyyəsi” 
haqqında təfsirində müəyyən izahlara yer vermişdir. Almalılı “Fatihə” surəsindəki 
 ﱡبَر
 َﻦﻴِﻤَﻟﺎَﻌْﻟا“Aləmlərin Rəbbi”
44
ifadəsini təfsir edərkən “Rəbb” kəlməsini “dərəcə-dərəcə 
təkamül etdirən və  tərbiyə edən” kimi izah etmişdir. Almalılıya görə, təkamüldə 
varlıqlar öz-özlərinə deyil, bir yaradıcının var etməsi ilə meydana gəlir. Yəni, 
kainatdakı  hər bir maddə  və canlının yaradıcısı  və bir yaranma səbəbi vardır. 
Təfsirçi yaratma məsələsində “səbəbiyyət” qanununun mühüm rol oynadığını 
bildirmiş və həmin qanunu belə izah etmişdir: 
“Səbəbiyyət ümumi şəkildə belə tərif edilir: “Yox ikən var ola bilən bir şeyin 
mütləq bir səbəbi vardır”. Yəni, “sonradan var olan hər şeydən əvvəl bir varlıq 
var və onun təsiri altındadır” qaydasından başa düşülür ki, yoxluq varlığın səbəbi 
ola bilməz və yoxluqdan heç bir şey meydana gələ bilməz. Yəni, yox ikən var 
olan şeylər öz-özlərinə deyil, hökmən var olan bir yaradıcının təsiri ilə meydana 
gəlirlər. Xülasə, hər bir hadisədən əvvəl onun bir səbəbi vardır. Belə ki, səbəblər 
bitdiyində nəticə də bitər. Nəticə bilindiyi zaman onun səbəbini mütləq bilərik və 
nəticələr nə qədər çox olursa olsun, səbəblərlə eyni nisbətdə olarlar. Buna görə 
də  təbiətşünaslar təbiətdə  yəni, dünyada təkamül qanununun mövcudluğunu 
qəbul edərkən kor və nöqsanlı bir təbiətin hər şeyin başlanğıc nöqtəsi və səbəbi 
olmasını deyil, Vacibül-vücud (varlığı  zəruri olan) Allah-Təalanı düşünmək və 
qəbul etmək  şərti ilə  təbiətdə  təkamülü və mükəmməlləşməyi qəbul edib izah 
etmişlər. Çünki belə olmasaydı, təkamül qanunu elmin və  sənətin əsas prinsipi 
olan səbəbiyyət və  səbəbiyyət nisbətləri qanununa zidd olduğu üçün elmi bir 
qanun ola bilməzdi”.
45
 
                                                 
41
Razi, e.a.ə., VIII, 68. 
42
Saffat, 37/11. 
43
Razi, e.a.ə., XXVI, 110. 
44
Fatihə,1/2. 
45
Yazır, Elmalılı Hamdi, “Hak Dini Kur’an Dili”, Eser Neşriyat, 1979, I, 67-68. 


     
Ələddin Sultanov
 
 
44
Yəni, Almalılıya görə, elm adamları  təkamül qanunlarının mövcudluğunu və 
təkamül nəzəriyyəsini müdafiə edərkən təbiətdəki inkişafı Allahın sonsuz 
mükəmməlliyini təsdiq etmək şərti ilə ələ almaları gərəkir. Təfsirçimizə görə, yoxsa 
onların nəzəriyyələri səbəbiyyət qanununa zidd olar və elmi bir nəzəriyyə olmaqdan 
uzaq qalar. Almalılı təbiətdəki təkamül və inkişafın bütün mərhələlərində kənardan 
ona təsir edən yaradıcı bir qüvvənin olduğunu söyləyir.
46
 
Yer üzündəki ilk insanın yaradılması ilə əlaqəli olaraq Almalılı
 ﻦِﻣ َنﺎَﺴﻧِْﻹا ﺎَﻨْﻘَﻠَﺧ ْﺪَﻘَﻟَو
 ٍﻦﻴِﻃ ﻦﱢﻣ ٍﺔَﻟ َﻼُﺳ“Biz insanı süzülmüş palçıqdan yaratdıq”
47
 ayəsinin izahında ilk insanın 
palçıqdan sıyrılaraq yaradılmış bir sülalədən, yəni, süzülmüş palçıqdan meydana 
gəldiyini, bunun da insanın yaradılmasındakı bir mərhələ olduğunu və o mərhələdə 
Adəmin orqanlarının yaranma prosesinin getdiyini irəli sürmüşdür. Təfsirçimizə 
görə,Hz. Adəmdən əvvəl dünyada heç bir insan yaşamamışdır. Eyni zamanda 
ﲔﻃ ﻦﻣ ﺔﻟﻼﺳ 
süzülmüş palçıq” ifadəsini bəzi təfsirçilərin qida maddələri olaraq açıqladıqlarını 
qeyd etmiş və bu görüşə etiraz etməmişdir. Həmçinin bununla insanın yaranması üçün 
lazım olan ilk maddənin nəzərdə tutulduğu  ehtimalını da qəbul etmişdir.
48
 
Almalılının bu mövzudakı fikirlərini belə xülasə edə bilərik; İlk insan olan Hz. 
Adəmin yaradıldığı süzülmüş palçıq, ilk insan hüceyrəsinin yaradıldığı zaman 
kəsiyinə qədər süzülmüş palçıq formasında olub daha sonra insanın ruzisini meydana 
gətirən üç elementin əsasıdır. Yəni, Allah ilk əvvəl “sülalə” dediyimiz palçıqdan 
bitkiləri, heyvanları  və  mədənləri yaratmış, daha sonra onların bir tərkibindən də 
insanı yaratmışdır. Beləcə, insan yer üzündəki varlıqların ən sonuncusu olmuşdur. 
Təfsirçimiz yuxarıda qeyd etdiyimiz üç elementlə bağlı izahında  İbn Türkə 
İsfəhanidən (ö. 1432) sitat gətirərək bunların mədənlər, bitkilər və heyvanlar 
olduğunu ifadə etmişdir. Bu nəzəriyyəyə görə, bu elementlərdən hər birinin sərhədi, 
digər elementin başlanğıcına keçid mərhələsidir. Misal üçün mədənlərin son 
mərhələsi və bitkilərin ilk mərhələsi göbələkdir. Bitkilərin sonuncusu və heyvanların 
ilki xurmadır. Heyvanların son mərhələsi olub insanların ilk mərhələsi isə 
meymunlardır.
49
 
Bununla yanaşı Almalılının bu nəzəriyyəsinə zidd görünən başqa bir açıqlaması 
isə bu şəkildədir: 
“Əslində bütün heyvanların cəsədləri mükəmməl bir şəkildə təsnif edildiyi zaman 
görülür ki, onların arasında nöqsandan kamilə doğru gedən bir silsilə vardır. 
Aralarında böyük fərqlər olmasına baxmayaraq bu təkamül ortaya çıxır. Ancaq 
bununla yanaşı heç bir heyvan növünün digər heyvan növündən törədiyinə dair bir 
təcrübəyə, yaxud bir şahidə rast gəlməmişik. İnsan insandan doğulur. Aslan aslandan 
                                                 
46
Yazır, e.a.ə., I, 68. 
47
Müminun, 23/12. 
48
Yazır, e.a.ə., V,3433. 
49
Yazır, e.a.ə., V,3434-3436. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə