Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə21/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   17   18   19   20   21   22   23   24   ...   156

İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
49
müraciət etdiyi üçün bu hadisə ilə bağlı Tövratda keçən məlumatları vermək yerində 
olar. Həvvanın yaradılmasına Tövratda daha geniş  şəkildə yer verilmiş  və onun 
Adəmin qabırğa sümüyündən yaradıldığı ifadə edilmişdir. Tövratda Adəmin 
zövcəsinin adı “Havvah” olaraq keçir və bu söz İbrani dilində “yaşayan, canlı” kimi 
mənalara gəlir. Bu adın tarixi ilə əlaqədar daha geriyə getsək, Şumer ədəbiyyatındakı 
“Enki və Ninhursag” adlı  əfsanədə  də qabırğa sümüyünə  işarə edən bir hadisə ilə 
qarşılaşırıq. Belə ki, bu əfsanədə adı keçən Enkinin səkkiz orqanı xəstəliyə tutulur. 
Buna görə  dəanası Ninhursaq,Enkinin ağrıyan səkkiz orqanı üçün səkkiz tanrı 
dünyaya gətirir və onu sağaldır. Enkinin xəstə orqanlarından biri də  məhz qabırğa 
sümüyü idi və o sümüyü sağaltmaq üçün NinhursaqNintini dünyaya gətirir. Ninti isə 
“qabırğa xanım” və “yaşayan xanım” kimi mənalara gəlir.
71
 Bəzi təhqiqatçılara görə 
Şumer ədəbiyyatındakı bu isim “Havvah” olaraq Tövrat kitabına keçmişdir. 
İslam alimləri də bu mövzuda müxtəlif fikirlər səsləndirmişlər. Razi bu mövzu 
ilə əlaqədar qeyd etdiyimiz ayənin təfsirində bildirir ki, bu xüsusda təfsirçilər arasında 
iki fərqli görüş vardır. Birinci görüşə görə, Allah Hz. Adəmi yaratdığı zaman onu bir 
müddət yuxulatdı. Sonra da onun sol qabırğa sümüyündən Həvvanı yaratdı. Adəm 
oyandığı vaxt onu gördü və ona meyil edib onunla ünsiyyət qurdu. Bu görüşdə 
olanlarHz. Peyğəmbərin (s.ə.s): “Qadın əyri bir qabırğa sümüyündən yaradılmışdır. 
Əgər onu düzəltməyə çalışsan, qırarsan. Onu əyri vəziyyətdə saxlasan, ondan istifadə 
edərsən
72
hədisini də buna dəlil göstərirlər. 
Raziyə görə, ikinci görüş isə Əbu Müslim İsfəhaninin görüşüdür və Razi də bu 
görüşü qəbul edir. Belə ki, Allah Həvvanı da Adəm kimi insan olaraq yaratmışdır. Bu 
ayədə keçən 
 ﺎَﻬْـﻨِﻣ “ondan” ifadəsi ilə məhz insan növü nəzərdə tutulmuşdur. Razi, 
Adəmi torpaqdan yarada bilən Allahın Həvvanı da torpaqdan yaratmağa qadir 
olduğunu bildirərək, onun qabırğa sümüyündən yaradılmasının məntiqsiz olduğunu 
ifadə etmişdir.
73
 
Həvvanın yaradılmasına işarə edən “Sizi bir tək candan (Adəmdən) yaradan və 
onunla ünsiyyət etməsi üçün ondan zövcəsini (Həvvanı) yaradan Odur
74
 ayəsinin 
izahında da Razi, Həvvanın Adəmin qabırğasından yaradıldığı fikrinin yanlış 
olduğunu təkrarlamışdır. Eyni zamanda burada bir problemli məsələ olduğunu 
bildirən təfsirçi belə bir açıqlama vermişdir: 
 “Biz nə üçün: “Allah-Təala Həvvanı da birbaşa yaratdı”, - demirik? İnsanı tək 
bir sümükdən yaratmağa qadir olan, onu birbaşa yaratmağa nə üçün qadir olmasın? 
Həmçinin: “Onun sol qabırğalarının sayı sağ qabırğalarının sayından  əskikdir” 
şəklindəki ifadə də tibb elminə ziddir və bu düşündürücü bir haldır”.
75
 
Görüldüyü kimi Razi eyni zamanda məsələyə elmi cəhətdən yanaşmış  və 
məsələni tibbi yöndən ələ alaraq kişinin hər iki tərəfindəki qabırğa sümüklərinin eyni 
                                                 
71
Bax. Harman, ÖmerFaruk “Havva”, DİA, XVI, 542-543. 
72
Buxari, Ənbiya, 1; Müslim, Rəda, 60. 
73
Bax. Razi, e.a.ə., IX, 477-478. 
74
Əraf, 7/189. 
75
Razi, e.a.ə., XV, 427. 


     
Ələddin Sultanov
 
 
50
sayda olduğunu xatırladaraq bu fikrə qarşı özünə görə bir dəlil gətirmişdir. Yəni, əgər 
Həvva həqiqətən də Adəmin sağ qabırğa sümüyündən yaradılsaydı, kişilərin sağ 
qabırğa sümüklərindən biri əskik olmalı idi. Nəticə etibarilə Razi Adəmin zövcəsinin 
də onun kimi torpaqdan yaradıldığını irəli sürmüşdür. 
Almalılının bu məsələ ilə bağlı görüşünə  gəldikdə, bu mövzuda təfsirçi bəzi 
məqamlarda Razidən fərqli düşünür. O, “Ey insanlar! Sizi tək bir nəfsdən 
(Adəmdən)yaradıb, ondan zövcəsini (Həvvanı) xəlq edən və o ikisindən də bir çox 
kişilər və qadınlar törədən Rəbbinizdən qorxun!”
76
ayəsinin təfsirində bu məsələni 
izah etmiş və Hz. Peyğəmbərin qadınla bağlı yuxarıda qeyd etdiyimiz “Qadın əyri bir 
qabırğa sümüyündən yaradılmışdır. Əgər onu düzəltməyə çalışsan, onu qırarsan. Onu 
əyri vəziyyətdə saxlasan, ondan istifadə edərsən
77
 hədisi-şərifinə də yer vermişdir. 
Ancaq Almalılıya görə, bu hədisdə ifadə edilən qabırğa sümüyü yarılmağa işarə edir. 
Yəni, burada kişi və qadın arasındakı fiziki fərqliliyə və qadınların kişiləşdirilməyə 
çalışılmaması  gərəkdiyinə  işarə edilir. Eyni zamanda burada onların könlünü 
qırmamağa çağırış vardır. Almalılı kişini insan nəslinin başlanğıc nöqtəsi olaraq 
görür. Buna görə də insanlığın yaradılmasının başlanğıcında birinci kişi, ikinci olaraq 
da qadın gəldiyi üçün qadın kişidən ayrılmış olur. Almalılı Həvvanın yaradılmasını 
bir az üstüörtülü və ədəbi bir üslubla bu şəkildə açıqlayır: 
“İnsanlığın başlanğıcı Adəm və Həvva olaraq adlandırılan bir cütlüyə, yəni, bir 
kişi ilə bir qadına söykənir. Bunların arasında kök birliyini ifadə edən bir nəfs əlaqəsi 
vardır. Bu əlaqədə kişi əvvəl, qadın isə ondan sonradır. Buna görə də o qadın kişinin 
canından ayrılmış və onun ruhundan qopmuşdur. Ancaq bu ayrılmada heyrətamiz bir 
hal vardır. Çünki zəruri olaraq onların ata-anası yoxdur və o qadının kişidən ayrılması 
bir uşağın anasından doğması kimi deyildir. İki cinsi daşıyan bir kökdən ayrılan və 
gələcəkdə bir-birləri ilə qarşılaşmaq üzrə aralarında bir cazibə olan və ayrı-ayrılıqda 
eyni məqsədə qulluq edən fərqli xüsusiyyətlərə malik bir cüt yarpağın ayrılması 
kimidir. Bu isə torpaqdan insanı yaratmaq kimi məhz Allahın yaratması ilə izah edilə 
bilər”.
78
 
Buradan başa düşülür ki, Almalılıya görə, Həvva Adəmin vücudundan ayrılmaq 
surəti ilə deyil, ondan ayrı olaraq yaradılmışdır. Ancaq o, Həvvanın yaradılmasının 
keyfiyyətinə hər hansı bir izah gətirməmişdir. Nəticə etibarilə Almalılı açıq şəkildə 
Həvvanın qabırğa sümüyündən, yaxud torpaqdan birbaşa yaradıldığı xüsusunda dəqiq 
bir fikir bildirməmişdir.  
 
 
 
                                                 
76
Nisa, 4/1. 
77
Buxari, Ənbiya, 1; Müslim, Rəda, 60. 
78
Yazır, e.a.ə.,II, 1275. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə