Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə23/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   19   20   21   22   23   24   25   26   ...   156

     
Ələddin Sultanov
 
 
54
 
РЕЗЮМЕ 
 
Существуют некоторые разногласия в толкование актов Корана о создании 
Пророка Адама между классиками и новыми толкователями Корана. Фахраддин 
Рази  считается  одним  из  выдающихся  классиков  в  области  толкования  как  и 
Алмалылы Хамди Йазыр один из выдающихся современников в этой области. 
И по этой причине мы будем стараться сравнивать мысли этих двух ученных в 
толковании  аятов  о  создании  Пророка  Адама.  И  в  то  же  время    попытаемся 
узнать совпадают ли мысли этих учёных с Эволюцией Дарвина. Так как Рази в 
убеждении что Аллах создал Адама без  этапов а прямо из глины. Но Алмалылы 
Хамди  Йазыр    продвинул  мысль  что  Аллах  создал  Пророка  Адама  в 
определённых эволюционных этапах и отнесся к этому чуть не традиционно как 
это в Эволюции Дарвина. 
 


Qadınların şahidliyi ilə əlaqəli Quran mətninin izahına bəzi rəvayətlərin təsiri haqqında
 
 
55
 
 
QADINLARIN ŞAHİDLİYİ İLƏ ƏLAQƏLİ QURAN MƏTNİNİN  
İZAHINA BƏZİ RƏVAYƏTLƏRİN TƏSİRİ HAQQINDA 
 
Dilavər Məmmədov 
AMEA akad. Ziya Bünyadov adına  
Şərqşünaslıq İnstitunun Din və ictimai fikir tarixi şöbəsi 
 
 
Açar sözlər: Qadın, şahidlik, borc, hədis, prinsip, faydalılıq, ədalət 
Key words: woman, testimonu, debt, hadith, principal, usefulness, fairness.  
Ключевые  слова:  Женщина,  свидетельство,  долг,  хадис,  принцип, 
полезность, справедливость. 
 
İslama görə qadının statusu mövzusu uzun müddətdir müzakirə obyektinə 
çevrilmişdir.  İslamdan  əvvəlki Cahiliyyət dövründə qadınlara hansı münasibətin 
olmağı  məlum məsələdir. Məhəmməd peyğəmbərdən  əvvəl  ərəb cəmiyyətində 
qadınların vəziyyəti qənaətbəxş deyildi.  Qadınlar  ərəb cəmiyyətində cinsi həzz 
obyekti olub, humanist münasibətdən məhrum edilmişdilər. Qız doğulduqları üçün 
körpələrin valideynləri tərəfindən diri-diri torpağa basdırılması bu qeyri-insani 
münasibət haqqında çox şeyi deyir: Bu barədə Qurani-Kərimdə məlumat verilmişdir: 
“Onlar Allaha qızlar isnad edirlər. (Mələklər Allahın qızlarıdır-deyirlər). Allah pakdır, 
müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə gəldikdə isə istədiklərini 
(oğlan uşaqlarını) aid edirdilər. Onlardan birinə  qızı olması ilə müjdə verdikdə 
qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb 
gizlənər. Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? 
(Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları 
özlərinə götürüb qızları Allaha isnad edirlər)” (ən-Nəhl,57-59).  
Ailə daxilində qadınların həyat yoldaşları qarşısında heç bir hüququ yox idi. 
Vəziyyət o həddə çatmışdı ki, əgər bir qadının  əri vəfat etsəydi və onun başqa 
qadından uşaqları var idisə, onda ikinci qadından doğulan böyük oğul atasının varisi 
olaraq həmin dul qadınla evlənə bilərdi. Belə acınacaqlı  vəziyyət  Ərəbistan 
yarımadasında islamın meydana çıxmasınadək davam etmişdi. Qeyd edilməlidir ki, 
əslində islam qadınlara yeni nə isə  bəxş etməmişdi. Qadının da bir insan olduğu 
düşüncəsinin yenidən formalaşdırılması məqsədini əsas alan  İslam dini,  cəmiyyətdə 
yaranmış sosial ədalətsizliklər və hakim qüvvələrin, qəbilə təəssübkeşliyinin meydana 
çıxardığı “kasta” sisteminin sərf-nəzər etdiyi hüquqları geri qaytarmışdı. Qadının  söz 
sahibi olması, cəmiyyətdə müəyyən hüquqlara və statusa sahib olması    Ərəb 
cəmiyyətində  hər  şeyi  əlində tutan güc sturukturları  tərəfindən sərt  şəkildə  tənqid 
edildi. Tarixin hər bir dövründə  əzilənlər  sinfini təmsil edən qadınların artıq öz 
hüquqları vardı; kişilərlə eyni status əldə etmiş, cəmiyyətdə söz sahibi olmuşdular.  


     
Dilavər Məmmədov
 
 
56
İslam  ərəb cəmiyyətində yaradılışla  əlaqəli bir çox hökm təsis etmiş, qadınlarla 
kişilərin eyni kökdən törəməyi (“Nisa” surəsi, 1-ci ayə), qadınların ailədə  miras 
hüququna sahib  olmağı, (“Nisa” surəsi,4-cü ayə) işlədikləri xeyir əməllərə görə həm 
dünyada, həm də axirətdə savabla mükafatlandırılacağı  (“Nisa” surəsi, 124-cü ayə) 
təsəvvürlərini meydana çıxartmışdı.  
İslam, hər  şeydən  əvvəl,  əsrlərdir qadınlarla  əlaqədar formalaşmış  səhv təsəv-
vürlərin tədricən ləğv edilməsi addımını atmışdı. Hakim sinfə yeni nöqteyi-nəzərlər 
təqdim olunur, cəmiyyətə yeni təlimləri mənimsəmək təlqin edilirdi. Beləliklə, ərəb 
cəmiyyətində  həqarət obyekti olaraq seçilmiş qadınlar yenidən tarix səhnəsinə 
qayıdır, hüquqlarını tələb edir, islam təlimlərinin cəmiyyətə aşılanması işi ilə məşğul 
olur, haqqı və ədaləti bərqərar etmək məsələsində Məhəmməd peyğəmbərə sadiqlik 
andı içir, dinc və müharibə şəraitində cəmiyyətin həyatında aparıcı tərəflərdən biri 
kimi çıxış edir, dini bilikləri mənimsəyir, Peyğəmbərdən islamı öyrənirdilər.  
İslamda qadınların yüksək statusu və onlara verilmiş hüquqlar ayrı mövzudur və 
biz bu məqalədə bu barədə söhbət açmayacağıq. Biz yazımızda qadınların şahidliyi, 
klassik müsəlman ənənəsində qadınların hansı məsələlərdə şahidlik etmək hüququ, iki 
qadın şahidin bir kişi şahidə bərabər olmağı, dini mətnlərdəki (ayə və hədislərdə) bəzi 
məqamların iki qadının  şahidliyinə arqument göstərilməsi, ictihad mövzusu hesab 
edilən  şahidlik məsələsində qadınları  bəzi sosial statuslardan məhrum edən 
təsəvvürlərin formalaşması məsələlərinə toxunmaq istəyirik.  
İddia oluna bilər ki, Quranın qadınlarla əlaqədar ayələri heç də onlara hər hansı 
status və ya hüquq verməmişdir. Amma problemə o dövrkü ərəb cəmiyyətinin 
mövcud vəziyyəti baxımından nəzər salsaq, məsələnin nə  qədər  əhəmiyyətli və 
taleyüklü olduğunu görərik. Çünki adi söz haqqına sahib olmayan qadınların bir çox 
məsələdə, o cümlədən iqtisadi-maliyyə məsələsində həlledici tərəf seçilməsi, ədalətin 
təminində əsas fiqur kimi götürülməsi dövrün düşüncə tərzini bütövlükdə alt-üst edən 
inqilab sayılmalıdır. 
 
a. “Borc” ayəsi və bu ayənin subyektiv təfsirinə təsir göstərən hədislər 
 
Birinci hədis 
İbn Abbas rəvayət edir ki, bir dəfə Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı 
olsun!) dedi: “Mənə Cəhənnəm göstərildi. Cəhənnəm əhlinin əksəriyyətinin nankor  
qadınlar olduğunu gördüm.” Soruşdular: “Onlar Allaha qarşı nankordurlarmı?” Dedi: 
“Onlar əzizlərinə qarşı nankordurlar, edilən yaxşılığı heç görməzlər. Onlardan birinə 
ömür boyu yaxşılıq etsən və o, səndən xoşu gəlməyən bir şey görsə, deyər: “Mən 
səndən heç xeyir görməmişəm!” (1. Səh 15) 
 
İkinci hədis 
Abdullah ibn Ömər Peyğəmbərdən (Ona Allahın xeyir-duası və salamı olsun!) 
belə nəql edir:  


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə