Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə20/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   16   17   18   19   20   21   22   23   ...   156

İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
47
hesab etmişlər.
60
 Ancaq bu şəxslər təkamül nəzəriyyəsinin  əksinə, canlı növlərinin 
sabit qaldıqlarını  və  dəyişmədiklərini irəli sürdükləri üçün bu nəzəriyyəni 
mənimsədikləri söylənə bilməz.
61
 Son əsrlərdə Seyyid Əhməd Xan, Hüseyin əl-Cisr 
və Fərid Vəcdi kimi İslam mütəfəkkirləri də bu nəzəriyyəni qəbul edənlərdəndir. Eyni 
zamanda türk əsilli  İslam alimlərindənİsmail Haqqı, Ömər Nəsuhi Bilmən və 
Süleyman Atəş kimi şəxslər də təkamül nəzəriyyəsinə qarşı çıxmamışlar.
62
 
Bu məlumatlar işığında Razi və Almalılının ilk insanla əlaqəli fikirlərini 
müqayisə etdikdə görürük ki, Razi insanın Allah tərəfindən  əsas iki elementdən - 
torpaq və sudan yaradıldığını  və bunun qısa bir müddət  ərzində baş verdiyini irəli 
sürür. Qurani-Kərimdə Hz. Adəmin yaradıldığı maddənin quru torpaq, palçıq, 
süzülmüş palçıq və s. kimi müxtəlif formalarda ifadə edilməsini də onun yaranma 
mərhələləri olaraq görür. Təkamül nəzəriyyəsini dəstəkləyəcək mahiyyətdə heç bir 
fikir irəli sürməyən Razinin, insanın digər canlılarla eyni kökdən gəldiyi, yaxud 
insanın təkamül mərhələləri keçirdiyi şəklində hər hansı bir iddiası da yoxdur. 
Ancaq AlmalılıRazidən fərqli olaraq təkamül nəzəriyyəsini qismən mənimsəyir. 
Belə ki, insan Allahın iradəsi altında müəyyən bir təkamül mərhələsi keçərək 
yaradılmışdır. Ancaq insanın meymunlarla eyni atadan gəldiyi  şəklindəki görüşü 
qətiyyətlə rədd etmiş və onun özünə məxsus bir təkamül mərhələsi keçərək kamil bir 
insan halına gəldiyini ifadə etmişdir.  
 
B. Hz. Adəmə ruhun üfürülməsi 
Qurani-Kərimdə ilk insanın yaradılması ilə bağlı diqqət çəkən digər bir xüsus da 
ona Allah tərəfindən ruhun üfürülməsidir. Bu hadisə
 َﻦﻳِﺪِﺟﺎَﺳ ُﻪَﻟ اﻮُﻌَﻘَـﻓ ﻲِﺣوﱡر ﻦِﻣ ِﻪﻴِﻓ ُﺖْﺨَﻔَـﻧَو ُﻪُﺘْـﻳﱠﻮَﺳ اَذِﺈَﻓ
“Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz onun üçün səcdə edin!”
63
 
ayəsində xəbər verilir.  
Raziyə görə, Allah Hz. Adəmin dəyərini göstərmək və onu şərəfləndirmək üçün 
burada Adəmin ruhunu 
ﻲ ِﺣوﱡر ﻦِﻣ “ruhumdan” deyə ifadə etmişdir. Bunu “Beytullah” 
(Allahın evi) termini ilə müqayisə edən Razi Allahın evi deyilərək came və 
məscidlərin  şərəfləndirildiyini misal vermiş  vəona görə  də buna zahiri bir məna 
verilməsinin doğru olmadığını bildirmişdir. Yəni, Hz. Adəmə Allahın ruhu deyil, 
Onun mülkü olub mahiyyətini bilmədiyimiz bir ruh üfürülmüşdür. Xristianların Hz. 
İsaya “Ruhullah” deyərək Allaha oğul isnad etdiklərini xatırladan təfsirçi əks təqdirdə, 
müsəlmanların da belə bir xətaya düşəbiləcəklərinə diqqət çəkmişdir.
64
Hz. Adəmə 
üfürülən ruhun mahiyyətini isə bu şəkildə izah etmişdir: 
 
 
                                                 
60
Bax. Bayraktar, Mehmet, “Tekamülnazariyesi”, DİA, XXXX, 337-338. 
61
Taslaman, Caner, “EvrimTeorisiFelsefeve Tanrı”, İstanbul yayınevi, İstanbul 2013,s.42. 
62
Bax.Bayraktar, e.a.ə.,XXXX, 337-338. 
63
Hicr, 15/29; Sad, 38/72. 
64
Bax. Razi, e.a.ə., XXV, 152. 


     
Ələddin Sultanov
 
 
48
“Bu ruhun o bədənə necə üfürüldüyü məsələsinə  gəlincə, bil ki, belə demək 
doğruya daha yaxın olar: “Ruhun cövhəri  şəffaf və nurlu, elementləri ülvi və 
müqəddəs olan bir neçə maddədən ibarətdir. Buna görə də o, işığın havada, alovun 
kömür üzərindəki hərəkəti kimi hərəkət edib bədənə sirayət edər. Biz ancaq bu 
qədərini bilirik. Ancaq bu üfürmənin necə edildiyi məsələsinə  gəlincə, bu ancaq 
Allah-Təalanın bildiyi şeylərdəndir”.
65
 
Buradan da başa düşüldüyü kimi Razi insan ruhunu Allahın bir hissəsi olaraq 
qəbul etməmiş və insana ruh üfürülməsinə açıq bir izah gətirməmişdir. Sadəcə olaraq 
mahiyyəti haqqında özünə xas bəzi məlumatlar vermiş və onu alov və işıqla müqayisə 
etmişdir. 
Almalılı bu məsələyə “Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz 
onun üçün səcdə edin!”
66
 ayəsinin təfsirində aydınlıq gətirmişdir. O da Razi kimi 
düşünərək ayədə qeyd edilən Hz. Adəmə ruhun üfürülməsini  şərəfləndirmə  və 
ucaltma mənasında təfsir etmişdir. Eyni zamanda Almalılıya görə, bununla Adəmin 
yaradıldığı maddənin mükəmməl bir hala gəldiyinə  işarə edilmişdir.
67
Ruh Allahın 
əmrindən olduğu üçün onun mahiyyəti və həqiqəti dərk edilə bilməz. Ancaq bununla 
maddənin canlanması təmsili bir şəkildə ifadə edilmişdir. Almalılıya görə bu, insanın 
canlılıq əlamətlərindən biri sayılan nəfəs alıb-vermək şəklində də açıqlana bilər.
68
 
İlk insan olan Hz. Adəmə ruhunun üfürülməsi məsələsində  hər iki təfsirçinin 
ortaq qənaəti odur ki, bu ifadə ilə Allah tərəfindən insanın şərəfləndirilməsi və ona 
dəyər verilməsi nəzərdə tutulmuşdur. Ancaq Almalılı Razidən fərqli olaraq insanın 
nəfəs alıb-vermə funksiyasını da ruhun üfürülməsi olaraq izah etmişdir. Onu da qeyd 
edək ki, bu izah eyni zamanda Tövratda Adəmin yaradılması ilə bağlı  “... Onun 
burnuna həyat nəfəsini üfürdü və Adəm yaşayan can oldu”
69
 ifadəsi ilə oxşarlıq təşkil 
edir. Ancaq biz Almalılının bu barədə Tövratı əsas aldığını iddia edə bilmərik. Ola 
bilsin ki, ayədə keçən 
 َﺦَﻔَـﻧ (üfürdü) feili hava ilə əlaqədar bir hərəkət ifadə etdiyi üçün 
təfsirçi bu şəkildə bir izaha yer vermişdir. 
 
C. Həvvanın yaradılması 
Qurani-Kərimdə Hz. Adəmin yaradılması ilə yanaşı ona zövcə olaraq yaradılan 
Həvvadan da qısaca bəhs edilmiş, ancaq onun adı və yaradılma şəkli haqqında ətraflı 
məlumatverilməmişdir. 
اَي
 
 َﻠَﺧ يِﺬﱠﻟا ُﻢُﻜﱠﺑَر ْاﻮُﻘﱠـﺗا ُسﺎﱠﻨﻟا ﺎَﻬﱡـﻳَأ
 ﺎَﻬَﺟْوَز ﺎَﻬْـﻨِﻣ َﻖَﻠَﺧَو ٍةَﺪِﺣاَو ٍﺲْﻔﱠـﻧ ﻦﱢﻣ ﻢُﻜَﻘ
 “Ey insanlar! 
Sizi tək bir nəfsdən (Adəmdən)yaradıb, ondan zövcəsini (Həvvanı) xəlq edən və o 
ikisindən də bir çox kişilər və qadınlar törədən Rəbbinizdən qorxun!”
70
ayəsində 
məhz bu hadisəyə  işarə edilir. Bu ayənin təfsirində  bəzi təfsirçilər  İsrailiyyat
                                                 
65
Razi, e.a.ə., XXVI, 199. 
66
Hicr, 15/29; Sad, 38/72. 
67
Yazır, e.a.ə., V, 3062. 
68
Yazır, e.a.ə.,VI, 4109. 
69
Tövrat, Təkvin, 2/7. 
70
Nisa, 4/1. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə