Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə22/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   18   19   20   21   22   23   24   25   ...   156

İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
51
 
NƏTİCƏ 
 
Nəticə olaraq onu deyə bilərik ki, həm Fəxrəddin Razi, həm də Almalılı Həmdi 
Yazır təfsir əsərlərini qələmə alarkən öz dövrlərindəki fəlsəfi fikirlərin, müsbət elmin 
və  tərəqqinin təsiri altında qalmış  və ayələri təfsir edərkən müsbət elmin gətirdiyi 
izahlardan istifadə etmişlər. 
Razi ilk insan olan Hz. Adəmin torpaqdan yaradılarkən müəyyən mərhələlərdən 
keçdiyini, ancaq bu mərhələlərin torpaqdan insana çevrilənə qədər olan torpağa aid 
mərhələlər olduğunu irəli sürmüşdür. Almalılı isə ondan fərqli olaraq Adəmin təkamül 
mərhələlərindən keçərkən canlı bir varlıq olaraq yaşadığını, hətta bütün canlıların 
buna bənzər təkamül mərhələlərindən keçdiyini bildirmişdir. Ancaq onun bu görüşü 
Darwinin “Təkamül nəzəriyyəsi” ilə tamamilə üst-üstə düşmür. Çünki o, insanın 
heyvanlarla eyni kökdən gəlməyib ayrı bir canlı olaraq bu mərhələləri keçdiyini və 
təkamül mərhələlərinin özbaşına deyil, Allahın iradəsi və təsiri altında baş verdiyini 
irəli sürmüşdür. 
Həvvanın Allah tərəfindən yaradılması mövzusunda isə Razi onun da torpaqdan 
yaradıldığınıifadə etmiş, Almalılı isə bu mövzuya bir az ehtiyatlı yanaşmış və Razi 
qədər cəsarətli ola bilməmişdir. Ancaq o da Həvvanın torpaqdan yaradıldığı fikrini 
üstüörtülü bir şəkildə ifadə etmişdir. 
Onu da əlavə etmək lazımdır ki, Qurani-Kərim bir elm kitabı yox, bir hidayət 
rəhbəri və öyüd-nəsihət kitabıdır. Ona görə də müəyyən ayələrə elmi izahlar gətirmək 
daha sonrakı dövrdə həmin təfsirçini çıxılmaz bir vəziyyətdə qoya bilər. Ona görə də 
Qurani-Kərimin bu kimi mütəşabeh ayələrinin təfsirində qəti bir fikir söyləmək doğru 
olmaz. Qənaətimizə görə, müsbət elm tərəfindən qəti şəkildə isbat edilmiş bir həqiqət 
varsa, Qurani-Kərimdə bu mövzu ilə bağlı ayələri həmin elmi həqiqətlərin işığında 
təfsir etmək daha məqsədəuyğun olar. Quranı müsbət elmlə qarşı-qarşıya gətirmək isə 
müsəlmanları çıxılmaz bir vəziyyətə salmaq deməkdir. 
 
 


     
Ələddin Sultanov
 
 
52
 
ƏDƏBİYYAT 
 
Bilmen, Ömer Nasuhi, “Büyük Tefsir Tarihi” (sadeleştiren: Abdulaziz Hatip), 
Semerkand yayınları, İstanbul 2014. 
Buxari, Məhəmməd ibn İsmayıl,  “Səhihi-Buxari”, II nəşri, Riyad 1419/1999. 
Cerrahoğlu, İsmail, “TefsirTarihi”, Fecr yayınevi, Ankara 1996. 
Demirsoy, Ali, “Yaşamın Temel Kuralları, Hacettepe Üniversitesi Yayınları, 
Ankara 1985. 
DİA (Türkiye Diyanet Vakfı  İslam Ansiklopedisi), Türkiye diyanet vakfı 
yayınları, İstanbul 1995. 
Əbu Davud, Süleyman ibn Əşas ibn İshaq əl-Əzdi əs-Sicistani, “Kitabüs-sünən”, 
I-III, Darul-Qabləlis-Səqafətil-İslamiyyə, Ciddə 1998. 
Əhməd ibn Hənbəl, Əbu Abdullah əş-Şeybani, “Müsnəd”, I-IV, Misir 1949. 
İbn Həcər, Əbülfəzl Şəhabəddin əl-Əsqəlani, “Lisanül-mizan”, Beyrut 1971. 
İbn Xəlliqan, Əbul-Abbas Şəmsəddin Əhməd ibn Mühəmməd, “Vəfəyatül-əyan 
və ənbau ənbaiz-zaman”, Daru-sadir, Beyrut 1968. 
İbn Kəsir,  Əbulfida  İmadəddin  İsmail ibn Ömər, “əl-Bidayə  vən-nihayə”, 
Məktəbətül-Məarif, Beyrut 1981. 
İbn Mənzur, Cəmaləddin, “Lisanül-ərəb”, Daru-sadir, Beyrut h.1414. 
Kırca, Celal, “Kur’anve Modern İlimler”, Marifet Yayınları, İstanbul 1981. 
Müslim,  Əbu Hüseyin əl-Qüşeyri  ən-Nisaburi, “əl-Camiüs-səhih”, I-V, əl-
Məktəbətül-İslamiyyə, Qahirə 1956. 
Razi, Fəxrəddin, “Məfatihül-qeyb”, Darül-Kutubil-İlmiyyə, Beyrut, 1990. 
Taslaman, Caner, “Evrim Teorisi Felsefe ve Tanrı”, İstanbul Yayınevi, İstanbul 
2013. 
Uludağ, Süleyman, “Fahrettin Razi : hayatı, fikirleri, eserleri”, Kültür Bakanlığı, 
Ankara 1991. 
Yazır, Elmalılı Hamdi, “Hak Dini Kur’an Dili”, Eser Neşriyat, 1979. 
Zəhəbi, Əbu Abdullah, “Tarixül-İslam”, Darul-Kitabil-Ərəbiy, Beyrut 1990. 
 
 
 


İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
53
 
XÜLASƏ 
 
Qurani-Kərimin bir çox ayəsində Hz. Adəm və onun zövcəsinin yaradılması 
haqqında xəbər verilir. Ancaq təfsirçilər bu yaradılmanın mahiyyəti barəsində ixtilafa 
düşmüşlər. Klassik və müasir təfsirçilər arasında da bu mövzuda böyük fikir ayrılığı 
mövcuddur. Fəxrəddin Razi klassik təfsirçilərin görkəmli nümayəndələrindən biri 
hesab edildiyi kimi, son dövrün böyük təfsirçilərindən biri də Almalılı Həmdi Yazır 
sayılır. Bu səbəbdən məqaləmizdə Qurani-Kərimdə Hz. Adəmin xəlq edilməsindən 
bəhs edən ayələr çərçivəsində bu iki təfsirçinin fikirlərini müqayisə etməyə çalışdıq. 
Eyni zamanda bu iki təfsirçinin görüşlərinin Darwinin “Təkamül nəzəriyyəsi” ilə 
örtüşübörtüşmədiyiniaraşdırdıq. Raziyə görə Allah Adəmi heç bir mərhələdən 
keçirmədən birbaşa torpaqdan yaratmışdır. Lakin Almalılı Adəmin müəyyən təkamül 
mərhələlərindən keçərək yaradıldığını irəli sürmüşdür. Almalılının bu nəzəriyyəsi 
Təkamül nəzəriyyəsindən fərqlənir. Belə ki, Darwininin irəli sürdüyü Təkamül 
nəzəriyyəsinə görə təkamül mərhələləri keçən insan və meymunların nəsli ortaq bir 
ataya dayanır. Ancaq Almalılı bu iddianı qəbul etməmiş və insanın Allahın iradəsi 
altında özünəməxsus bir təkamül prosesi keçərək kamil bir bəşər halına gəldiyini irəli 
sürmüşdür. 
 
 
SUMMARY 
 
There are some differences between classical and modern interpreters of Quran 
in explanation of verses about Prophet Adam`s creation in the Quran. Fakhraddin Razi 
is considered one of prominent representatives of classical interpreters and Almalili 
Hamdi Yazar is considered the modern interpreter. So, in this article we tried to 
compare the views of these two interpreters related to verses about Adam`s creation 
in Quran. In addition we examined whether the opinions of these two interpreters 
correspond with Darwin`s theory of evolution. According to Razi God created Adam 
from the soil without of any stages. But Almalili suggested that Adam was created 
through certain evolutionary stages and this stages are partly different from theory of 
evolution.  
 
 
 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə