Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə19/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   15   16   17   18   19   20   21   22   ...   156

İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
45
doğulur. At atdan, meymun meymundan, it də itdən doğulur”.
50
 “Elə isə onların 
arasındakı inkişaf silsiləsi təbii deyil, qeyri-təbiidir və Allahın  əsəridir. Onlardan 
hansının hansından dünyaya gəldiyini sadəcə  məntiq elmi bildirə bilməz. Bunu ya 
müşahidə, ya təcrübə, yaxud da vəhy bildirər. Təbiət nizamlı bir hala gəldikdən indiyə 
qədər balıqdan qurbağa, meymundan insan doğulduğu heç vaxt görülməmişdir. Bu, 
Paster nəzəriyyəsinə
51
 də ziddir. Vəhy isə bizə insanların meymuna çevrilməsi barədə 
bəzi xəbərlər versə  də bunun əksini xəbər verməmişdir... Elə isə  təkamül 
nəzəriyyəsinin səhv bir formasını  qəbul etmək üçün bu gün heç bir məntiqli səbəb 
yoxdur”.
52
 
Görüldüyü kimi Almalılı  təbiətdəki təkamül və çevrilişi tamamilə  rədd etmir. 
Ona görə, təkamülü həyata keçirən təbiət deyil, təbiətlərin üstündə hakim olan 
Allahdır. O təbiətin ağıllı bir varlıq olduğunu qəbul etmir. Almalılıya görə, əgər təbiət 
yaratma işini bilsəydi, palçıq təbii palçıq olaraq qalar və ondan hər hansı bir sülalə  
çıxmazdı, beləcə insan və nütfənin təkamülü baş verməzdi. Hətta nütfə var olsa belə, 
daha sonra ondan insan yarana bilməzdi.
53
  Təfsirçimizə görə, yaratma işi təbiətin 
öhdəsinə qalsaydı, ondan nəinki insan və ya heyvan yaranar, hətta ot belə cücərməzdi. 
Yəni, təbiətdə özbaşına bir təkamül baş verə bilməz.
54
  İnsanın özünə  məxsus bir 
təkamül prosesi keçirdiyini irəli sürən təfsirçimizə görə bu proses aşağıdakı şəkildə 
baş vermişdir; 
1.  Bütün maddələr aləmini təmsil edən bir kölgə. 
2.  Ona verilən dinamikadan meydana gətirilən həyat. 
3.  Yağışın yağması nəticəsində meydana gələn həyat. 
4.  Yer üzündə həyatın müxtəlifləşməsi. 
5.  Ondan xüsusilə bir bəşər növünün yaradılması. 
6.  Bəşər növünün müxtəlif irqlərə bölünməsi.
55
 
Bütün bu açıqlamalardan yola çıxaraq deyə bilərik ki, Almalılı CharlesDarwinin 
irəli sürdüyü “Təkamül nəzəriyyəsi”nə qarşıdır və bunu qəti surətdə  rədd edir. Bu 
nəzəriyyəyə qarşı o, bunu müdafiə edərək insanların meymunlarla eyni kökdən 
gəldiyini iddia edənlərin, insanın da təkamül nəticəsində meymuna çevrilə biləcəyini 
bir qayda olaraq qəbul etmələri gərəkdiyini irəli sürür.
56
 
                                                 
50
Yazır, e.a.ə., I,330-335. 
51
Bu nəzəriyyənin sahibi fransız  əsilli bioloq Lui Pasterdir (ö. 1895). Bu nəzəriyyəyə görə,cansız 
materiyadan canlıların yaranması mümkün deyildir. Lui PasterDarwinintəkamül nəzəriyyəsini rədd 
edən elm adamı kimi tanınır (bax: https://az.wikipedia.org/wiki/Lui_Paster, 01.02.2017, 23:06). 
52
Yazır, e.a.ə., I,332. 
53
Yazır, e.a.ə., V, 3436. 
54
Yazır, e.a.ə., V, 3058. 
 
55
Yazır, e.a.ə., V, 3437. 
56
Bax.Yazır, e.a.ə.,III, 1725. 


     
Ələddin Sultanov
 
 
46
Bununla bağlı Almalılı“Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da 
bilmişdiniz. Biz də onlara “Həqir meymunlar olun!” - dedik...”
57
 ayələrinin 
təfsirində insanla meymun arasında bir müqayisə apararaq belə deyir: 
“Əslində insanla meymun arasındakı əsil fərq sadəcə olaraq tük və quyruq fərqi 
deyildir. Aralarında ağıl, məntiq, xasiyyət və əxlaq fərqi də var. Meymunun bütün 
məharəti təqlid etmə hissiyyatının inkişaf etmiş olmasıdır. İnsanın etdiyi hərəkətləri 
görən meymun dərhal onu təqlid edir. Bu təqlid qabiliyyəti bir çoxlarının nəzərində 
meymunu insana yaxınlaşdırır. Halbuki, meymunun önündə günlərcə od yandırın və 
soyuq günlərdə odun qarşısında isinməyi öyrədin, sonra da onu tənha bir yerə aparıb 
önünə kibrit, odun və kömür qoyun. Görəcəksiniz ki, o yenə  də  üşüdüyü zaman 
bunlarla od qalayıb isinə bilməyəcəkdir”.
58
 
Beləcə, Almalılı insanın meymunla eyni kökdən gəldiyini irəli sürən bir 
nəzəriyyəni özünə məxsus dəlillərlə rədd etmişdir. Ancaq qənaətimizə görə, gətirdiyi 
bu dəlillərin nə  qədər etibarlı  və  məntiqli olduğu sual altındadır. Nəticə etibarilə 
Almalılı təkamülü kamilləşmə və yer üzündəki bütün canlıların Allah tərəfindən tək-
tək xüsusi bir şəkildə yaratması olaraq görür. 
Razi və Almalılının ilk insanın yaradılması mövzusundakı fikirlərini düzgün bir 
şəkildə müqayisə edə bilmək üçün əvvəlcə müsbət elmin bununla bağlı nə dediyinə 
nəzər salmaq daha doğru olar.  
Orta çağ fəlsəfəçilərinin bu haqda fikirlərini yuxarıda qeyd etmişdik. Ona görə 
də burada müasir dövrün elmi inkişafı və kəşfləri çərçivəsində mövzunu ələ alacağıq. 
1789-cu ildə Fransa inqilabı baş verdikdən sonra Avropada müsbət elmlər sahəsi 
sürətli bir şəkildə inkişaf etməyə başlamışdır. Bu inkişafın nəticəsi olaraq insan 
oğlunun mənşəyi haqqında da elm adamları  tərəfindən araşdırılmalar aparılmağa 
başlanmış  və  nəhayət, ilk dəfə CharlesDarwin (ö. 1882) tərəfindən “Təkamül 
nəzəriyyəsi” ortaya atılmışdır. Darwin ilk dəfə Qalapaqos adalarında bitkilər və 
heyvanlar üzərində apardığı araşdırmalar nəticəsində təbii seçim, mühitə uyğunlaşma 
və s. faktorlar əsasında bütün canlı növlərinin az miqdarda ibtidai canlılardan törəyib 
meydana gəldiyini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə, insan və meymunlar eyni 
kökdən gəlirlər.
59
 Yəni, insanların və meymunların ortaq ataları vardır ki, bu canlılara 
elm adamları “primat” adını vermişlər. Son dövrün elm adamlarından yeni 
Darwinçilər dediyimiz bir qrup alim də  təkamül nəzəriyyəsinin elmi cəhətdən 
doğruluğunu qəbul edirlər. 
İslam dünyasının “Təkamül nəzəriyyəsi”nə baxış tərzinə gəldikdə, bəzi Avropalı 
tarixçilər təkamül, həyat mübarizəsi və mühitə uyğunlaşma kimi ifadələrə öz 
əsərlərində yer verən orta çağ müsəlman mütəfəkkirlərindən sayılan Nəzzam, Cahiz, 
İxvani-səfa, Biruni və  İbn Miskəveyhidə  təkamül nəzəriyyəsinin qabaqcıllarından 
                                                 
57
Bəqərə, 2/65-66. 
58
Yazır, e.a.ə., I, 379. 
59
Bax. Demirsoy, Ali, “Yaşamın Temel Kuralları, Hacettepe Üniversitesi Yayınları, Ankara 1985, I, 547. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə