Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə27/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   23   24   25   26   27   28   29   30   ...   156

Müasir dövrdə mədəni və psixoloji identiklik problemləri
 
 
65
UOT 159.9 
 
MÜASİR DÖVRDƏ MƏDƏNİ VƏ PSİXOLOJİ İDENTİKLİK 
PROBLEMLƏRİ 
 
psixol. ü.f.d. İmdad Bayramov 
BDU-nun psixologiya kafedrasının dosenti 
 
 
Açar sözlər: qloballaşma, psixoloji davranış, psixoloji identiklik, gənclik, 
mədəniyyət, qlobal mədəniyyət  
Keywords: globalization, psychological functioning, psychological identity, 
young people, cultures, global culture 
Ключевые 
слова: 
глобализация, 
психологическая 
поведение, 
психологическая идентичность, молодежь, культура, глобальная культура 
 
Müasir qloballaşma şəraitində və geosiyasi proseslər kontekstində hər bir xalqın 
və millətin öz mövcudluğunu qoruyub saxlaması, inkişafı sistematik səciyyə daşıyan 
bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında ilk növbədə milli 
identiklik və özünüdərk gəlir. Xüsusilə  də qloballaşma dövründə milli özünüdərk, 
identiklik və inteqrasiya bir millətin bütövlüyünü təmin edən və onu qoruyub saxlayan 
ümumi mexanizm qismində  çıxış edir. Milli identiklik və milli kimlik xalqın və 
millətin bütövlüyünü və mövcudluğunu təmin edən həyati ünsürdür. Bəzi 
araşdırmaçılar isə belə bir yanaşma ilə çıxış edirlər ki, xalq, geniş mənada isə millət 
insanların tale birliyidirsə, milli özünüdərk və identiklik, eyni zamanda, eyni milli-
etnik köklərə malik olan xalqların paritet inteqrasiyası bu birliyin təminatçı 
faktorudur. Başqa sözlə, nəzəriyyəçilər qloballaşma  şəraitində xalqların öz 
mövcudluğunu qoruyub saxlaması, paritet inteqrasiyası nöqteyi-nəzərindən milli 
identikliyə, həmrəylik və bütövlük amilinə xüsusi diqqət yetirirlər. Ümumiyyətlə, 
sadalananları daha yaxşı anlamaq üçün ilk növbədə müasir geosiyasi proseslər 
kontektində qloballaşma tendensiyasının mahiyyəti və  əsaslarına diqqət yetirmək 
lazımdır. Bəlli olduğu kimi, qloballaşma prosesi müasir dünya siyasəti və beynəlxalq 
münasibətlər sisteminin başlıca tendensiyalarından biri hesab edilir. Məhz buna görə 
də bu problem müxtəlif strateji araşdırmaların fundamental tədqiqat obyekti kimi çıxış 
etməkdədir. Qloballaşma yeni proses olmayıb, tarixin müxtəlif dövrlərində bu və ya 
digər səviyyə və formada təzahür etmişdir [1]. 
Hər bir transformasiya prosesi şəxsiyyətin və  cəmiyyətin formalaşmasına 
müxtəlif cür təsir göstərir. Bu şəraitdə iki mədəniyyət arasında qalan sosial qrup və ya 
şəxsiyyətin identiklik və adaptasiya ilə bağlı oxşar və  fərqli psixoloji problemləri 
yaranır. Mürəkkəb psixoloji vəziyyətdən çıxış yollarının axtarılması, yeni şəxsiyyət 
modelinin, yeni sosial-mədəni sistemlərin və qrupların yaranmasına,  şəxslərarası 
münasibətlərin yeni sosiomədəni müstəvidə formalaşmasına  şərait yaradır. Sosial 


     
psixol. ü.f.d. İmdad Bayramov
 
 
66
idealların, dəyərlərin sosiopsixoloji differensiasiya və inteqrasiya ardıcıllığı ilə 
müşayiət olunan özünütəşkil qanunları, ardıcıl olaraq yeni keyfiyyətlərlə səciyyələnən 
yeni insan idealını formalaşdırır. 
Dəyişkən tipli təfəkkür, sosial qarşıdurmaların nəticəsi kimi, müxtəlif mədəni-
tarixi təfəkkür formalarının və sosial normaların toqquşması şəraitində ortaya çıxır. 
Bu təfəkkür mövcud sosial sistemin tələblərə uyğun olmadığını müəyyənləşdirir və 
yeni inkişaf yolları axtarır.  İnsanın hər iki tarixi prosesdə, sivilizasiyalı  və 
transformasiyalı sosial inkişaf formalarında sosial-psixoloji rolları da müxtəlif olur. 
[2,s.56]. 
Qloballaşma prosesinə cavab olaraq ortaya çıxan psixi dəyişikliklər, aparılan 
psixoloji tədqiqatların nəticələrinə görə,  əsasən  şəxsiyyətin təməl prinsiplərinin 
formalaşdığı və cəmiyyətdə baş verən dəyişikliklərə daha həssas yaş qrupuna aid olan 
gənc nəsil arasında daha aydın nəzərə çarpır. Çünki onlar yaşlı nəsildən fərqli olaraq 
ənənəvi dəyərlərə, sosial-mədəni stereotiplərə  hələ tamamilə yiyələnməmiş,  əsasən 
ailənin  ənənəvi tərbiyəsi altında böyüyən uşaq və yeniyetmələrdən fərqli olaraq
nisbətən cəmiyyətin sosial-mədəni həyatı ilə daha yaxından bağlı olan yaş qrupuna 
aiddirlər. Bu baxımdan qloballaşma psixologiyası, gənc nəslin psixikasında və onun 
şəxsiyyətinin formalaşmasında daha dərindən təsir etmək imkanlarına malikdir. Gənc 
nəsil yaşlı  nəsildən fərqli olaraq zaman və  məkan duyumunda fərqlənirlər. Çünki 
onlar postmodernizmin məkansızlıq prinsipinə uyğun olaraq, yeni informasiya və  
yüksək tezlikli həssas texnologiyalara yiyələnməklə, aktiv şəkildə qarşılarına çıxan 
bütün məkan maneələrini asanlıqla dəf edə bilir və psixoloji olaraq vahid qlobal 
məkanın sakininə çevrilirlər. Mövcud psixoloji tranformasiya prosesinə adaptasiya 
olmayan yaşlı nəslin dəyərləri, artıq gənc nəslin mənimsədiyi yeni dəyərlər sistemi ilə 
ailə, cəmiyyət miqyasında toqquşur. Hər bir cəmiyyətin daxilində  gərgin psixoloi 
durumlarla müşayiət olunan bu sosial-mədəni hadisələr, dünya miqyasında ənənəvi 
və qeyri-ənənəvi cəmiyyətlər, dövlətlər, mədəniyyətlər və sivilizasiyalar arasında da 
baş verir. Bu isə şəxsiyyət, ailə, cəmiyyət və dünya müstəvisində formalaşmaqda olan 
yeni psixoloji sistemlərin varlığından xəbər verir. Bu proseslərin sosial-psixoloji 
aspektdən araşdırılmasının böyük elmi əhəmiyyəti vardır.  
Qloballaşma prosesi özünü dünyanın hər bir qitəsində bu və ya digər  şəkildə 
biruzə verir. Lakin dünyanın ümumi psixoloji mənzərəsi müxtəlif mədəniyyətlərin
dinlərin, ənənəvi dünyagörüşü və psixiloji sistemlərin tarixi formalarının vəhdətindən 
ibarətdir. Qloballaşmanın sosial-mədəni, psixoloji unifikasiya prosesi, bir tərəfdən 
onların identiklik məsələsinə təhlükə yaratdığı halda, digər tərəfdən psixoloji olaraq 
identiklik probleminə qarşı  həssaslığını daha da artırır [3,s.33].  Qloballaşmanın 
unifikasiya prosesi özünü daha çox kütləvi urbanizasiya, miqrasiya, kompyuterləşmə 
hadisələrində biruzə verir.  Bunu kütləvi şəkildə təhsil, əmək və digər məqsədlərlə 
müşayiət olunan miqrasiyalarda, gender məsələlərinin aktuallaşması ilə, əhalinin kənd 
yerlərindən kütləvi  şəkildə  şəhərə, meqapolislərə axını ilə, kompyuterləşmənin, 
internetin dünyanın  ən ucqar yerlərinə  qədər yayılması, bazar iqtisadiyyatı 
psixologiyasının dünya iqtisadi sistemini müəyyənləşdirməsi ilə, ingilis dilinin geniş 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə