Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə24/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   20   21   22   23   24   25   26   27   ...   156

Qadınların şahidliyi ilə əlaqəli Quran mətninin izahına bəzi rəvayətlərin təsiri haqqında
 
 
57
“Ey qadınlar, çoxlu sədəqə verin və tez-tez günahlarınızın bağışlanması üçün 
Allaha dua edin. Çünki mən cəhənnəmdə əhlinin siz olduğunu gördüm.” Onlardan biri 
belə dedi: “Bizim cəhənnəm əhli olmağımızın səbəbi nədir?”  Dedi: “Siz, çoxlu lənət 
edər və ərlərinizə qarşı nankorluq edərsiniz. Ağılda və dində sizdən daha qüsurlusunu 
görmədim.” Həmin qadın bir daha soruşdu: “Ey Allah rəsulu, ağıl və dinimizin qüsuru 
nədədir ki?” Buyurdu: “Məgər qadının  şahidliyi kişinin  şahidliyinin yarısı  qədər 
deyil?! Bu ağlı naqisliyidir.” Sonra əlavə etdi: “Məgər qadın heyz olarkən oruc tutub, 
namaz qılır?! Bu da qadının dinin naqisliyidir.” (2. Səh 86) 
Qeyd etməliyik ki, yuxarıda qeyd edilən bu və buna bənzər  hədislər klassik dövr 
alimləri tərəfindən bir çox hüquqi hökm üçün qaynaq kimi istifadə edilmiş, bir çox 
hallarda qadınların əleyhinə istifadə edilərək haqlarının pozulmasına zəmin yaratmışdır.  
 
b. “Borc” ayəsi və  əsas prinsip məsələsi 
Bu ayə Quranın ən uzun ayələrindən  biridir. Ayədə göstərilir: “Ey iman gətirənlər! 
Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda 
bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun 
qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və 
Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız 
və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun 
(əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid 
tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. 
Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu 
işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, 
borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu 
işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz 
üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nağd) ticarət zamanı 
onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid 
tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin 
üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah 
bütün işləri biləndir!” (əl-Bəqərə, 282) 
 
Əgər ayəyə diqqətlə  nəzər salsaq görərik ki, Uca Allah mövcud problemin 
həllində ədalət prinsipini əsas gətirmişdir. Yəni işin kökündə  şahidlərin sayı və cinsi 
durmur,  əsas olan borcun verildiyi zaman onun yazılması, yazılmadığı  təqdirdə 
unutqanlıq nəticəsində ciddi problemlərin baş verəcəyi mesajının insanlara 
çatdırılması, şahidlərin seçilməsində də ədalət prinsipinin qorunması təlimi aşılanır.  
İkinci əsas məsələ isə faydalılıq prinsipinə əsaslanır. Belə düşünürük ki,  həmin 
dövrün iqtisadi sistemi əsasən kişilərin əlində olması  və iqtisadi məsələlərdə ixtisas 
sahibi olmaları onların  fayda verəcək  əsas tərəf olmalarını önə  çıxarmış  və    tək 
şahidlikləri  əsas götürülmüşdür.  Maraqlı burasındadır ki, bu iki əsas məsələ əksər 
hallarda  demək olar ki, fəqihlər, islam alimləri və düşünürləri tərəfindən çox da 


     
Dilavər Məmmədov
 
 
58
gündəmə çıxarılmamış,bu məsələdə qadının fizioloji  və psixoloji xüsusiyyətləri əsas 
müzakirə obyekti olmuşdur.  
 
c. Klassik islam alimlərinin sözügedən ayə ilə bağlı fikirləri:  
İbn Həcər (ö. 852/1449) yazır: “Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə 
iki qadının şəhadəti kifayətdir –ayəsi haqda İbn Münzir deyib: “Alimlərin bu ayənin 
zahiri mənasında ittifaq etmiş, qadınların kişilərlə birgə şahidliyinə icazə vermişlər. 
Cümhur alimləri borc və pul məsələsində şahidliyin keçərli olacağını söyləmiş, hədd 
və qisas məsələsində qadının  şahidliyini qəbul etməmişdirlır. Bəzi alimlər qadının 
evlilik, boşanma, nəsəb məsələsində  şahid olub-olmamasından ixtilaf etsələr də, 
cümhur buna icazə verməmişdir. Ancaq kufəlilər isitisna” (3.səh 266) 
İmam Sərəxsi   (ö. 483/1090 )  “Məbsut” adlı  əsərində  (ö. 483/1090 ) yazır: 
“Ağıllarının və dinlərinin nöqsanlığı qadınların tək şahidlik  etməsinə maneədir.Allah 
Rəsulu (Ona Allahın salamı və xeyir-duası olsun!) onları bu cür vəsf etmişdir. Daha 
sonra zəlalət və unutqanlıq, tez aldadılma, həva-həvəsə meyilli olmaq onlarda təzahür 
etdiyinə görə, onların tək şahidliyi tam dəlil kimi qəbul edilməz. Ancaq kişilərin baxa 
bilmədiyi məsələlərdə (doğum, ayıbların aşkar edilməsi) qadınların  şahidliyi 
icazəlidir... ” (4. 142) 
Hənəfi hüquqçularından Mövsili (ö.683/1284) bu barədə yazır: “Qadının şahidlik 
etmə haqqı Quran ayəsi ilə sabitdir, bu səbəbdən də onun şahid olmaq haqqı vardır. 
Çünki qadın da kişi kimi görmə, gördüyünü yadda saxlama və bunu anlatmaq 
qabiliyyətinə malikdir. Ancaq çox tez unutqan olması və bu zəifliyi yanında bir şahid 
əlavə edilməsi ilə həll edilir.Ancaq yenə də qadınların şahidliyində şübhə edilir. Bu 
səbəbdən də hədd və qisas məsələlərində qadının şahidliyi qəbul edilmir.” (5.140). 
Qadınların ağıllarının nöqsanlı olması ilə bağlı  hədis  ədəbiyyatında Həzrət 
Peyğəmbərə istinad edilən hədislər (Ona Allahın salamı və xeyir-duası olsun!) klassik 
islam alimlərinin sözügedən ayəni bu cür izah etmələrinə zəmin yaratmışdır. Bu məsələdə 
klassik islam alimlərinin həmfikir olduqlarını söyləyə bilərik.  İki qadın  şahidin 
şahidliyinin bir kişi şahidin şahidliyinə bərabər olduğu ilə bağlı fərqli bir görüş yoxdur.  
İmam  Şafei (ö. 204/820) “əl-Umm” adlı  əsərində qeyd edir: “... Qadınların 
şahidliyinə yalnız iki məsələdə icazə verilir. İqtisadi məsələlərdə isə kişilərin bir-
birinə  şahidliyi keçərlidir. Qadınların  şahidliyinə icazə verilmir. Əgər sayları çox 
olarsa, onlarla birgə bir kişi şahidin olması tələb olunur. Kişilərlə şahidlik etmələri 
üçünsə, qadınların sayı ikidən az olmamalıdır...”(6.50) 
Hənbəli alimlərindən İbn Qüdamə (ö. 682/1283) “Əl-Müğni” adlı əsərində  bu 
barədə yazır: “… Cümhur alimləri şahidlik məsələsində azad kişilərin olmasını şərt 
qoymuşlar. Qadınların və kölələrin  şahidliyi qəbul olunmur. Malik, Şafei və  Rəy 
əhlinin fikri budur.  Ancaq Əbu Sövr kölənin şahidliyinin qəbul ediləcəyini deyərək 
xətaya yol vermişdir” (7. 130) 
Məsələn, hənəfilər qadının hədd və qisas məhkəmələrindən  şahidlik edə 
bilməyəcəklərini Zöhridən nəql edilən “qadınlar hədlər, qisas və nigahla bağlı 
məsələlərdə  şahidlik edə bilməzlər” rəvayətinə istinad edərək qadının  şahidliyində 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə