Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə32/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   28   29   30   31   32   33   34   35   ...   156

«Su adamları» və Simaşki dövlətinin Azərbaycan tarixində yeri
 
 
77
 
 
Digər  mənbənin – Şu-Suenin  canişini  Arad-Nannarın  silindrik  möhürü  üzə-
rindəki mətnin məlumatına görə ona Sabum, Qutebum, Urbilum, Hamazi, Karahar, 
«Suların  ölkəsi»,  Karda  və  digər  yerləri  əhatə  edən  geniş  əraziyə  inzibati  nəzarət 
həvalə olunmuşdur [37, s. 106]. Siqris və Sisirtum Madaya (=Midiya) hərbi yürüşlərlə 
əlaqədar Aşşur hərb salnamələrində də qeydə alınıblar [4, c. 209, 212, 220, 270]. 
Şu-Suenin  xatırlanan  yazısında  bildirilir  ki,  Simaşkinin  ərazisi  «Anşanın 
hüdudlarından Yuxarı dənizə qədər» uzanırdı.
2
 Tədqiqatçılar  hesab edir ki, bu mətndə 
Təli-Məliandan (Şirazın 43 kilometrliyində) Xəzər dənizinin cənub sahillərinə qədər 
olan geniş ərazi nəzərdə  tutulur [45, p. 228; 36, p. 141]. O zaman Elam və Simaşki 
əslən Anşandan olan sülalə tərəfindən idarə olunduğundan rəsmi sənədlərdə «Anşan» 
və «Elam» məvhumları sinonim kimi çıxış edirdilər. «Yuxarı dəniz» anlayışı heç bir 
halda Xəzəri bildirmirdi. Çünki Mesopotamiya sakinlərinin Xəzərlə  ilk tanışlığı e.ə. 
822-ci ilə təsadüf edir və o zaman bu dəniz tamti ša nipih šamši «Gün doğan dəniz» 
                                                 
2
  Мянбядя:  LÚ.SU.Kİ. ma-da Za-ab-ša-li
ki
 zag An-ša-an
ki
-ta a-ab-ba igi-nim-ma-še  «Сима
šки 
юлкяляри вя  Забшали вилайяти Аншандан йухары дянизядяк» [40, п. 10]. 
  


     
Allahverdi Əlimirzəyev
 
 
78
adlanırdı [4, c. 164-165; 27, pp. 60, 196]. E.ə.  III  minilliyin  mətnlərində  «Yuxarı 
dəniz» məvhumu Urmiya gölünə şamil olunurdu.
3
       
Göründüyü  kimi,  mövcud  yazılı    mənbələr  «Su  adamlarının  ölkəsinin» – 
Simaşkinin  şimal vilayətlərinin Cənubi Azərbaycanda yerləşdiyini göstərir. Fikrimizi 
Simaşki  konfederasiyasına    daxil  olan  subyektlərin  adlarının  yazılış  variantlarının 
təhlili də təsdiq edə bilər. Məsələn, e.ə. III minilliyin ikinci yarısında tərtib olunmuş 
kitabələrdə -A- və -ZA- hecaları oxşar qrafikalı  mixi işarələrlə yazıldıqlarından Za-
ha-ra və A-za-ha-ar formalarında qeydə alınan Simaşki şəhərinin adını A-ha-ra və 
A-a-ha-ar kimi də oxumaq  olar [2, s. 23]. Belə oxunuş deyilən Simaşki şəhərini indiki 
Əhər  ilə  (Təbrizdən 100 km  şimal-şərqdə)  eyniləşdirməyə  əsas  verə  bilər.  Hazırda 
Meşkin  (və  ya  Meşkinşəhr;  Əhərdən  təxminən 150 km  şimal-şərqdə)  yaxınlığında 
Anzan  adlı  kəndin  mövcudluğu  bölgənin  vaxtı  ilə  elamlıların  nəzarəti  altında 
olduğunu təsdiq edir. 
3.Hərbi və diplomatik əlaqələr.  Mesopotamiya sakinlərinin «Su adamları» ilə ilk 
hərbi münaqişələri Akkad sülaləsinin banisi I Sarqonun zamanına (e.ə. 2316-2261) 
təsadüf edir. Hakimiyyətinin son illərində onun qoşunları Kardede (=Karda), Zahara 
(=Əhər), Barahşe və Qunilaha ölkələrinin hərbi blokuna qalib gəlmişdir [28, s. 47]. I 
Sarqonun  varisi  Rimuşun  (e.ə. 2260-2251) kitabələrindən  məlum  olub  ki,  Elam, 
Zahara, Barahşe, Qubin və Yunilaha ölkələrinin müttəfiq qüvvələri Kablitum çayının 
(indiki Kerha çayının qolu Kaşqan-rud) sahilində Akkad qoşunları tərəfindən məğlub 
edilmişdir [23, s. 217-219; 19, p. 57-58; 28, s. 62-63]. Növbəti  illərdə  «SU 
adamlarının»,  eləcə  də  kutilərin  və  lullubilərin  hərbi  fəallığının  artması,  ara-sıra 
Şumer və Elam məskənlərinə dağıdıcı yürüşləri Akkad hökmdarı Naram-Suenlə Elam 
çarı Puzur-İnşu-şinak (elamca Kutik-İnşuşinak) arasında təxminən e.ə. 2005-ci ildə 
dostluq  və  hərbi  əməkdaşlıq  sahəsində  tarixin  ilk  beynəlxalq  müqaviləsinin 
bağlanmasını zəruri edir. Müqavilənin şərtlərinə əməl edərək Puzur-İnşuşinak Urmiya 
hövzəsində məskunlaşan tayfalara qarşı hərbi əməliyyatlara başlayır və 80-dən artıq 
yaşayış məskəni dağıdılır. Onun qələbə stelasının mətnində viran qoyulan məskənlər 
sırasında Simaşki toponimləri də xatırlanır.
4
 Stelanın mətni belə tamamlanır: ki-ma 
šarri Simašgi
ki
 il-li-kam-ma DU.Puzur-
d
İnšušinak iş-ba-at «Kima – Simaşkinin 
çarı Puzur-İnşuşinakın ayağını qucaqladı»
5
 [38. pp. 9-12]. 
Lakin Puzur-İnşuşinakın və Naram-Suenin ölümündən sonra Urmiya bölgəsinin 
sakinləri yeni hərbi ittifaq yaradaraq itirilmiş mövqelərini geri qaytarmaqla yanaşı, 
                                                 
3
 Мясялян, Луллуби юлкясинин чары Анубанининин Сарипули-Зющабдакы гайацстц китабясиндя: тамтум 
šа елиатум [17, с. 74] 
4
Стеланын  мятниндяки  Зи-ит-ща  топоними  Зитану  иля,  [….]-ща-ра  сонлуглу  топоним  Защара  иля 
ейниляшдириля биляр [23, с. 323-324]. Пузур-Иншушинакын щярби йцрцшц кути (мятндя Ку-ту ки) вя луллуби 
тайфаларынын  мяскунлашдыьы  району  да  ящатя  етмишдир.  Мятндяки  Щу-ту-ун
ки
  топоними  ЫЫ  
Ашшурназирапалын  заманында  (е.я. 881-859) луллубилярин  Замуа  юлкясиндя  йерляшян  Щудун 
шящяринин ады иля ейниляшдирилир [9, ъ. 27]. 
5
 Бязи тядгигатчылар ки-ма ишаряляр групуну исим дейил, заман зярфи (аккад дилиндян тяръцмядя «о 
вахт») щесаб едирляр [23, с. 324; 39, п. 201, нот. 31]. 


«Su adamları» və Simaşki dövlətinin Azərbaycan tarixində yeri
 
 
79
Elamın şimal torpaqlarını da zəbt edirlər. Akkad çarı Şarkalişarri (e.ə. 2200-2175) 
elamlı  müttəfiqlərinə  yardım  məqsədi  ilə  Elama  və  Zaharaya  (Əhərə)  hərbi  yürüş 
təşkil edir, hətta döyüşlərin birində kuti dəstələrinin başçısı Sarlaqı əsir alır [23, s. 54, 
D-27; 19, p. 183].  Lakin  bu  müvəqqəti  qələbə  Şumer  və  Elam  şəhərlərinin  şimal 
tayfaları tərəfindən işğalının qarşısını ala bilmir. Təxminən 60 illik kuti işğalı dövrün-
də Elamda və Simaşkidə baş verən hadisələr haqqında mətnlərdə məlumat verilmir. 
E.ə. 2109-cu ildə Uruk şəhərinin çarı Utuheqalın başçılığı ilə Şumerdə kutilərin 
işğalına
 qarşı qələbə ilə nəticələnən azadlıq hərəkatı baş verir. Təxminən eyni vaxtda 
urukluların  müttəfiqi,  Ur  şəhərinin  III  sülaləsinin  banisi  Ur-Nammu  qonşuluqdakı 
Suziananı  kutilərin  hakimiyyətindən  azad  edərək  siyasi  təsir  dairəsinə  salır.  Suziana  
itirildiyindən Elamın  hakim elitası Anşanı və Simaşkini özlərinin yeni siyasi fəaliyyət  
mərkəzlərinə çevirirlər. Ur-Şumer dövlətinin hökmdarları Şulgi və Şu-Suen Anşandakı 
hakim sülaləni nəzarətdə saxlamaq üçün onlarla diplomatik nikahlar qursalar da, ara-
sıra itaətdən çıxan Anşana qarşı hərbi əməliyyatlardan çəkinmirdilər. Simaşkini idarə 
edən elamlı elita isə Suzun kuti işğalından azad olunmasından ötən 80 il ərzində Ur 
hökmdarlarına xərac verməklə şəhərlərini dağıntı və talandan qorumağa çalışırdılar.
6
 
Ur-Şumer  dövlətinin  rəsmi  təsərrüfat  sənədlərində  Simaşkidən  gələn  elçilərin 
xatırlanması və ezamiyyət müddəti ərzində onların ərzaqla təchizatına dair qeydlər adi 
hal  almışdı.  Şu-Suenin  hakimiyyətinin  altıncı  ili  ilə  tarixlənən  (e.ə. 2030) belə 
sənədlərin  birində  Kirname  adlı    şəxsin  elçisinə  Ur  şəhərində    ezamiyyət  müddəti 
ərzində ərzaq məhsulları, o cümlədən qoyun ayrılmasına dair rəsmi qeydiyyat aparılıb 
[36, p. 147]. Bu ad Suzdan tapılan və  e.ə. XVII əsrdə yazıldığı güman olunan hökmdar 
siyahısında  Simaşkinin  birinci  çarı  Ki-ir-na-am-me  ilə  eyniləşdirilir.  Ehtimal  ki, 
elçinin  missiyası  uğursuzluqla  nəticələndiyindən  növbəti  il  Ur-Şumer  qoşunları 
Simaşkiyə  iri  miqyaslı  hərbi  yürüş  təşkil  edərək  vilayətləri  viran  qoyur  və  zəngin 
qənimətlə geri dönürlər. Bu yürüşdən daha çox Zabşali vilayəti ziyan çəkdiyindən Şu-
Suenin hakimiyyətinin yeddinci ili rəsmi təsərrüfat sənədlərində «Zabşalinin dağıdıldığı 
il» kimi tarixlənir [44, texts №№ 17, 33, 34, 37, 51, 57, 66, 80, 85, 90]. 
Suzdan  tapılan  akkaddilli  hökmdar  siyahısında  hakimiyyət  müddəti 
göstərilmədən 12 Simaşki  çarı xatırlanır: 
1.  Ki-ir-na-am-me 
2.  I Ta-zi-it-ta 
3.  I E-ba-ar-ti 
4.  II Ta-zi-it-ta 
5.  Lu-[…]-ak?-lu-uh-ha-an 
6.  Ki-in-da-ad-da 
7.  I İ-da-ad-du 
8.  Tan-Ru-hu-ra-te-er 
9.  II E-[ba]-ar-ti 
                                                 
6
  Мясялян,  Ур  щюкмдары  Шулэинин  щакимиййятинин 47-ъи  или  (е.я. 2046) му  нам-ра-ак  ЛÚ.СУ
«Симашкидян хяраъ алындыьы ил» адланыр [36, пп. 138, 142]. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə