Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə25/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   21   22   23   24   25   26   27   28   ...   156

Qadınların şahidliyi ilə əlaqəli Quran mətninin izahına bəzi rəvayətlərin təsiri haqqında
 
 
59
şübhədən qaçınılmayacağını  dəlil gətirmiş, ancaq yenə Zöhridən rəvayət edilən 
“qadınlar hədlər, nigah və boşanma məsələsində şahidlik edə bilməzlər” rəvayətinə 
əməl etməyərək, nigah və boşanma məhkəmələrində qadınların  şahidliyini qəbul 
etmişdilər. Buna dəlil olaraq, haqq məhkəmələrinin şübhəli dəlillərlə belə sübut edilə 
biləcəyini iddia etmələri olmuşdur.  (8.22) 
Yuxarıda klassik İslam alimlərindən məsələ ilə bağlı bir çox sitatlar gətirmək 
mümkündür. Klassik fiqh kitablarına nəzər salsaq görərik ki, haqqında ayə  və  hədis 
olmadığı halda verilən fətvalar əksər hallarda bir yönlü nəzərə alınmış, qadınların şahidlik 
məsələsi əksər hallarda qadınlara xas məsələlərdə öz əksini tapmışdır. İbn Həzm kimi 
klassik dövr alimlərindən bəziləri qadının bütün məsələlərdə  şahidlik etmə haqqının 
olduğunu desələr də, cümhur alimlər bəzi rəvayətlərə əsaslanaraq, qadının unutqanlıq, 
aldadılmağa meyillilik, dini və əqli nöqsanlıqlarını önə sürmüşlər. Bu cür yanaşma zaman 
keçdikcə qadının bir çox məsələdə sosial statusunu zədələmiş, onu cəmiyyətdən uzaq 
salmışdır. Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi Quranda nazil olan ayələr əbədi, 
qiyamətə qədər davam edəcək prinsiplərə xidmət edir. Bu prinsiplərin reallaşmasında Uca 
Allah qadın və kişiyə eyni məsuliyyət yükləmişdir.  Şahidliyin  əhəmiyyəti də haqların 
qorunması, ədalətin bərpasına xidmət edir. Yəni şahidlik haqların zay olmasını qoruyan 
bir vasitədir. Burada əsas məqsəd cəmiyyətdə baş verəcək hərc-mərcliyin qarşısını almaq, 
hüzur və stabilliyi qorumaqdır. Bu səbəbdən də şahidlərlə bağlı kriteriyalar istər insanların 
əxlaqi xüsusiyyətlərinin dəyişməsinə paralellik nöqteyi-nəzərindən, istərsə  də  şahidlik 
edəcəkləri məsələyə göstərdikləri marağın azlığı  və çoxluğu nisbətində sosial-mədəni 
dəyişikliklərə açıq olmalıdır. Nəticə etibarilə sözügedən bu və buna bənzər məsələlərdə, 
bütün insanları və zaman faktorunu nəzərə almadan dəyişməz qaydalar qoymaq imkansız 
görünür. Məsələ ilə bağlı ayə və rəvayətlərə də bu nöqteyi-nəzərdən baxılması, onları izah 
edib, bir hökmün icrasında qaynaq kimi istifadə edərək zamanın sosial-mədəni şərtlərinin 
diqqətə alınması qaçınılmaz görürünür.  
Yuxarıda qeyd edilən bu və buna bənzər rəvayətlərin  saf-çürük edilməməsi, 
onlara kor-koranə bağlılıq  İslam dünyasında qadının vəziyyətinə sözün həqiqi 
mənasından xələl gətirmişdir. Qərbin  İslama hücum istiqaməti əksər hallarda qadın 
məsələsinə görə olmuşdur. Müasir dövr  müsəlman mütəfəkkirlərindən biri olan Tariq 
Ramazan problemin ciddiyyətini belə dilə gətirir: “Qərb dünyası ilə İslam arasındakı 
əngəllərdən ən üzdən olanı, heç şübhəsiz, qadın məsələsidir.Qərbin müzakirəni hər 
zaman qadın məsələsi üzərində  cəmləşdirməsi ilk baxışda düşmən münasibətdən 
qaynaqlanırmış kimi görünsə  də, problemin səbəb olduğu tənqidlərə kor-koranə 
yanaşmamalıyıq. Çünki nəticə etibarilə bir çox müsəlman cəmiyyətində qadının 
vəziyyəti bir problem qaynağına çevrilmişdir… Məğrib ölkələrində yaşayan 
qadınların yazıb-oxuma səviyyələrinin aşağı olması, bəzi dövlətlərdə qadınların bəzi 
hüquq imkanlarından məhrum qalması, Səudiyyə Ərəbistanında qadınların sürücülük 
hüququndan məhrum olmaları  və bu kimi vəziyyətlərə  şəriət nöqteyi-nəzərindən 
hüquqi don geyindirilməsi-bütün bunlar qəbul edilməməli və ifşa edilməlidir. Belə 
olduğu təqdirdə sosial bir reform həyata keçə bilər və o zaman İslamın həqiqi 
tətbiqatının şahidi ola bilərik.” (9.377) 


     
Dilavər Məmmədov
 
 
60
 
NƏTİCƏ 
 
Əgər söhbət prinsiplərdən və  ədalətin bərqərar olması, cəmiyyətdə rifahın 
yaradılmasından gedirsə, digər məsələlərədə olduğu kimi şərtlərin və zamanın 
dəyişməsi ilə vasitələrin də  dəyişəcəyi həqiqətini qəbul etməliyik. Qloballaşan 
dünyada artıq qadınlar iqtisadi və sosial məsələrdə söz sahibi olmaq üçün təhsil alır, 
dünyanın adlı-sanlı  təhsil ocaqlarında professor, doktor elmi dərəcələrinə sahib 
olurlar.  İslam dünyasının öndə  gələn alimləri  İslamın haqq din olduğunu dünya 
ictimaiyyətinə çatdırmaq istəyirlərsə, dini mətinlərin zaman və  məkana görə izah 
edilməsinə, reallığın nəzərə alınmasına, ilahi təlimlərin arxasında gizlənən həqiqi 
amalın düzgün başa düşülməsinə, obyektivliyin qorunmasına , klassik irsimizə tənqidi 
yanaşma metodologiyasını formalaşdırılmasına zəmin yaratmalıdırlar. Əks təqdirdə 
İslam qadın haqlarına hörmətlə yanaşır, İslam qadını heç bir zaman əzməyib-deməklə
qadının əqli və dini nöqsanlğını, istək və arzularına yenilməyə meyilli olduğunu deyən 
rəvayətlərə bel bağlayırıqsa, sadəcə özümüzü aldatmış olacaq, haqqı bərqara etmək 
niyyətimiz təmiz olsa belə, haqsızlığın yayılmasına xidmət edəcəyik. Onu da 
unutmamalıyıq ki, unutqanlıq, emosianallıq, yalana meyillilik təkcə qadına aid olan 
xarakterlər deyildir. İstər kişi, istərsə də qadın düşdüyü ətraf mühit və şəraitdən asılı 
olmayaraq bu cür psixoloji nöqsanlıqlara sahib ola bilər.  Əgər bir insan mənəvi  
paklığa nail olmayıbsa, qadın və kişi olmasından aslı olmayaraq heç bir məsələdə 
güvənə layiq deyildir.  
 
 


Qadınların şahidliyi ilə əlaqəli Quran mətninin izahına bəzi rəvayətlərin təsiri haqqında
 
 
61
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1. əl-Buxari, Məhəmməd ibn İsmayıl Əbu Abdullah. Səhih əl-Buxari / şərh və 
tədqiq edən: Mustafa Dib əl-Bağa, Dəməşq: “Dar Tuq ən-Nəcat”, 2001. 
2.əl- Müslim, İbn Həccac əbu Həsən əl-Quşeyri ən-Nisapuri. Səhih əl-Müslim / 
tədqiq edən: Məhəmməd Fuad əl-Baqi, Beyrut: “Dar Ehya ət-Turas əl-Ərəbi”. 
3.  əl-Əsqəlani,  Əhməd ibn Əli  İbn Həcər. Fəth  əl-Bari  şərh Səhih  əl-Buxari / 
tədqiq edən və çapa hazırlayan: Muhib əd-Din əl-Xətib, Beyrut: “Dar əl-Mərifət”, 6-
cı cild, 1960 
4.əs-Sərəxsi, Məhəmməd ibn Əhməd ibn Əbu Səhl Şəms əl -Əimmə. əl-Məbsut. 
Beyrut: “Dar əl-Mərifət”, 1993.  
5. Əl-Mövsili, Abdullah ibn Mahmud ibn Mövdud  əl-Bəldəhi. əl-İxtiyar li təlil 
əl-Muxtar / tədqiq edən: Şeyx Mahmud əd-Dəqiqə, Qahirə: “Mətbə əl-Hələbi”, 1937. 
6. əş-Şafei, Əbu Abdullah Məhəmməd ibn İdris ibn Abbas ibn Osman ibn Şafei 
ibn Əbdül Müttəlib ibn Əbdül Mənaf əl-Qureyşi əl-Məkki. əl-Umm. Beyrut: “Dar əl-
Mərifət”, 1990.  
7. İbn Qüdamə, Əbu Məhəmməd Müvəffəqəddin ibn Əhməd ibn Məhəmməd əl-
Cəmailiyyi əl-Müqəddəsi əd-Dəməşqi əl-Həmbəli. Əl-Müğni. Qahirə : “Məktəbə əl-
Qahirə”, 1968.  
8.   Nihat Dalqın. Kadın ve Erkeğin Şahitliği İle İlgili Naslardaki Düzenlemelerin 
İslam Hukukuna Yansımaları Üzerine Değerlendirme: Dinbilimleri dergisi, 5-ci cild, 
2005-ci il
 
http://www.dinbilimleri.com/Makaleler/2008551300_0501010291.pdf 
9.   Ramazan, Tariq. İslam medeniyyetlerin yüzleşmesi-hangi modernite için 
hangi proje / Ankara. İstanbul matbaası. 2003.  
 
 
 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə