Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə14/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   10   11   12   13   14   15   16   17   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
33
 
NƏTİCƏ 
 
Dini elmlər İslam tarixinin müxtəlif dövrlərində formalaşmağa başlamışdır. İslam 
hüququ da ta Hz. Peyğəmbər dövründən etibarən bir elm kimi formalaşması başlamış 
və xüsusilə, müctəhid imamlar dövründə inkişaf edərək tam şəkildə sistemləşmişdir. 
Bütün hüquq sistemlərində mövcud olan qanunvericiliyin əsas prinsipləri 
mahiyyətindəki qanunlar İslam hüququnda da qəvaid elmi adı altında ortaya çıxmış və 
IV/X  əsrdən etibarən formalaşmağa başlamışdır. Məhz bu dövrdə, yəni IV/X əsrdə 
fiqhin xüsusi sahəsi sayılan qəvaid elmi (İslam hüququnun ümumi prinsipləri) 
formalaşmağa başlamış, VII/XIII əsrdən etibarən daha da inkişaf etmiş  və  İslam 
hüquqşünasları tərəfindən “qəvaid”, “füruq”, “əşbah” və “nəzair” adları altında İslam 
hüququnun ümumi prinsiplərini əhatə edən çoxlu sayda müxtəlif əsərlər təlif edilmişdir. 
Bəzi fiqhi qaydaların bilavasitə Quran və Sünnədən əxz edilməsinə baxmayaraq, 
ümumi prinsiplərin əksəriyyətini müctəhidlərin “təlil”, “qiyas”, “istidlal” və “istiqra” 
(induksiya) metodları ilə ortaya qoyulan qaydalar təşkil edir. Bu kimi qaydalar 
təkbaşına dəlil sayılmasa da, fiqh elminə yiyələnmək istəyənlərə bir sıra asanlıqlar 
gətirmiş, hüquqi məsələlərin həllində köməkçi rol oynamış  və bir sıra lüzumsuz 
məsələləri əzbərləmək yerinə çoxlu sayda məsələləri öz əhatəsində cəmləşdirən fiqhin 
külli qaydalarının əzbərlənməsi ilə hüquq məntiqini qavrama imkanı vermişdir. 
Xüsusilə, Sərəxsinin “Məbsut” əsəri kimi Hənəfi məzhəbində əsas mənbə sayılan 
bir əsərdə fiqhi qaydalara tez-tez müraciət edilməsi, fiqhi qaydaların hüquqi təfəkkür 
baxımından nə  qədər mühüm olduğuna dəlalət edir. Beşinci  əsrdə Mavəraünnəhr 
(Orta Asiyada tarixi bölgə) bölgəsində yaşayan Hənəfi məzhəbinə  mənsub  İslam 
hüquqşünaslarının  ən məşhur simalarından olan Sərəxsinin, məzhəbin banilərinin 
fikirlərini  şərh etdiyi qisimlərdə müraciət etdiyi qaydaları, məzhəbin söykəndiyi 
məntiqi izah etmək və üstün tutulan fikrin məntiqi tutarlılığını ortaya qoymaq 
məqsədilə istifadə etdiyi nəzərə çarpır. Həmçinin Sərəxsiyə qədər gəlib çatan üç əsrlik 
məzhəb fikirlərini izah edərkən fiqhi qaydalara müraciət etməsi, özündən əvvəlkilərin 
söykəndikləri prinsiplər və onların xüsusiyyətləri barəsində mühüm məlumatlar verir. 
Onu da qeyd etmək lazımdır ki, Sərəxsi yalnız öz məzhəbinin görüşlərini izah 
edərkən fiqhi qaydalara müraciət etməmiş, digər məzhəblərin rəylərini bildirərkən 
onların söykəndikləri qaydaları da vurğulamışdır.  
İslam hüququnun ümumi prinsipləri fəri dəlillərin sonuncusu sayılmış və xüsusilə 
fitvanı  və ya verilən hökmü qüvvətləndirmək məqsədilə istifadə edilmişdir. Lakin 
eyni mövzuda müxtəlif dəlillər və təfsir metodlarına istinadən müctəhidlər tərəfindən 
fərqli hökmlər ortaya qoyulmuşsa, fiqh qaydaları həmin rəylərdən ən üstün olanını 
(racih) seçmədə müctəhidin köməkçi vasitəsi olmuşdur. Yəni, fiqh qaydaları istinbat 
və təxricdə olmasa da, tərcehdə istifadə olunmuşdur. 
Nəticə etibarilə tətbiqata nəzər saldıqda, sırf fiqh qaydalarına istinadən hər hansı 
hökm verilməmiş və ümumi prinsiplər hüquqi məsələnin hökmünü, həmin mövzu ilə 
bağlı xüsusi nəssə  və ya müvafiq qaydanın söykəndiyi nəssə  əsasən müəyyən 
edildikdən sonra məsələnin hikmət və illətini gücləndirmək məqsədilə  qəvaiddən 
istifadə olunduğu nəzərə çarpır. 


     
Anar Qurbanov
 
 
34
 
ƏDƏBİYYAT 
 
“Azərbaycan dilinin izahlı lüğəti”, I-IV, Şərq-Qərb, Bakı 2006. 
Bahüseyn, Yaqub ibn Əbdülvəhhab, “əl-Qəvaidül-fiqhiyyətü” (əl-Məbadi,  əl-
Müqavvimat, əl-Məsadir əd-dəliliyyə, ət-Tətəvvür), Riyad 1998/1418. 
Baktır, Mustafa, “Kaide”, DİA, İstanbul 2001, XXIV, 205-209. 
Bilge, Necip, “Hukuk Başlangıcı Hukukun Temel Kavram ve Kurumları”, 
Ankara 2001. 
Bilmen, Ömer Nasuhi, “Hukuku İslamiyye ve Istılahatı  Fıkhiyye Kamusu”, 
İstanbul 1985. 
Buxari, Əbu Abdullah Məhəmməd ibn İsmayıl, “əl-Camiüs-səhih”, Riyad 1999. 
Burnu  Əbül-Haris Qəzzi, Məhəmməd Sidqi ibn Əhməd, “Mövsuətül-qəvaidil-
fiqhiyyə”, Beyrut 2003/1424. 
Darəqutni,  Əli  İbn Ömər, “Sünən”,  (təhqiq edən  Əbdullah Haşim Yəmani  əl-
Mədəni), Qahirə 1966. 
Dəbusi, Əbu Zeyd Übeydullah Ömər ibn İsa, “Təsisün-nəzər”, Beyrut tarixsiz. 
Dönmez,  İbrahim Kafi, Hz. Peygamber`in Tebliğine Hakim Olan Başlıca 
Hukuk Prensipleri”, Yeni Ümit cilt: 3, sayı: 18 (1992). 
Edis, Seyfullah, “Medeni Hukuka Giriş ve Başlangıç Hükümleri”, Ankara 1993. 
Erdoğan, Mehmet, “Fıkıh ve Hukuk Terimleri Sözlüğü”, Rağbet yayınları, 
İstanbul 1998. 
Əbu Davud, Süleyman İbn Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani, “Sünən”, Riyad 1999. 
İbn Macə, Əbu Abdullah Məhəmməd ibn Yəzid ər-Rəbəi əl-Qəzvini, “Sünən”, 
Riyad 1999. 
Kərxi, Əbül-Həsən, “Üsul”, (“Təsisun-Nəzər” əsəri ilə birlikdə), Beyrut tarixsiz. 
Kılavuz, Ahmet Saim, “Bişr b. Ğıyas el-Merisi, Hayatı, Görüşleri ve İslam 
Düşünce Tarihindeki Yeri”, T.C. Uludağ Üniversitesi İlahiyat Fakültesi Dergisi, Sayı: 
2, Cilt: 2, Yıl: 2, 1987,  s. 99-109;  
---------, “Bişr b. Gıyas”, DİA, İstanbul 1992, VI, 220-221. 
Kızılkaya, Necmettin, “Hanefi Mezhebi Bağlamında  İslam Hukukunda Külli 
Kaideler”, İz yayıncılık, İstanbul 2013. 
Müslim,  Əbül-Hüseyn  əl-Qüşeyri  ən-Nisaburi Müslim ibn əl-Haccac, “əl-
Camiüs-səhih”, Riyad 1999. 
Sərəxsi, Şəmsül-əimmə Əbu Bəkr Məhəmməd ibn Əbu Səhl, “Məbsut”, I-XXX, 
Darül-mərifə, Beyrut-Livan 1993/1414. 
Şener, Mehmet, “Ebu Muti el-Belhi”, DİA, İstanbul 1992, X, 194. 
Şövkani, Məhəmməd ibn Əli, “əl-Fəvaidül-məcmuətü fil-əhadisil-mövduəti”, 
Beyrut-Livan 1995/1416. 
Tirmizi, Əbu İsa Məhəmməd ibn İsa İbn Sövrə əs-Süləmi, “Sünən”, Riyad 1999. 
Yaman, Ahmet, “Bir Kavram Olarak “Fıkıh Kaideleri” ya da İslam Hukukunun 
Genel ilkeleri”, Marife Dergisi, yıl: 1, sayı: 1, Konya 2001. 
Zərqa, Mustafa Əhməd, “əl-Mədxəlül-fiqhiyyül-amm”, I-III, Dəməşq 1967-68. 
-------, Şərhül-qəvaidil-fiqhiyyə, Dəməşq 2001/1422. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə