Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə16/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   12   13   14   15   16   17   18   19   ...   156

İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
39
oğludur.
11
 Gənc yaşlarından etibarən İstanbul şəhərində yaşamağa başlayan Almalılı 
təhsilini bitirdikdən sonra bir müddət Şeyxülislamlıq təşkilatında işləmiş, daha sonra 
siyasi həyata addım ataraq millət vəkili və nazir kimi vəzifələri icra etmişdir. Almalılı 
1942-ci ildə  İstanbulda vəfat etmiş  və  Səhrayi-cədid qəbiristanlığında dəfn 
edilmişdir.
12
 
Elmi fəaliyyətinə  gəldikdə, orta məktəbi Almalılıda bitirmişdir.  İstanbula 
gəldikdən sonra isə “Ayasofya” mədrəsəsində  və “Məktəbi-nüvvab”da təhsilini 
davam etdirmişdir. Bununla yanaşı Almalılı fərdi olaraq bir çox din alimindən də elm 
əxz etmiş, dini elmlərdən başqa fəlsəfə, musiqi və  ədəbiyyat kimi sahələrə  də 
yiyələnmişdir.
13
 Təhsilini tam başa vurduqdan sonra bir müddət Şahzadə və Bəyazid 
camelərində tələbələrə dini dərslər vermiş, daha sonra bir neçə dövlət mədrəsəsində 
müəllimlik etmişdir.
14
 Ona yaxın  əsəri olan Almalılı, eyni zamanda müxtəlif 
jurnallarda çap edilmiş iyirmiyə yaxın elmi məqalənin də müəllifidir.
15
 Ancaq onu 
İslam elmləri sahəsində  məşhur edən  əsəri “Haqq Dini Quran Dili” adlı 10 cildlik 
təfsir kitabıdır.  
“Haqq dini Quran dili” həm rəvayət baxımından, həm də dirayət baxımından 
xeyli zəngin bir əsərdir. Təfsirçi bu əsərində  əvvəlki təfsir kitablarında yer alan 
rəvayətləri və ictihadi görüşləri nəql etməklə kifayətlənməmiş, həmçinin Quran 
ayələrini yaşadığı dövrdəki elmi tərəqqinin işığında təfsir etməyə çalışmışdır. Yəni, 
Almalılı da Razi kimi elmi təfsiri qəbul etmiş vətəfsirində bir çox ayəni bu üsulla təfsir 
etmişdir. 
 
III.İlk insanın yaradılması  
Qurani-Kərimdə Allahın xəlifəsi olaraq ifadə edilən
16
  insanın yaradılması 
haqqında bir çox ayədə  məlumatlar verilmişdir. Bu ayələrə  nəzər salmazdan əvvəl 
qeyd edək ki, insan sözü ərəb dilindəki 
ﺲﻧا kökündən törəmiş və “öyrəşmək, ünsiyyət 
qurmaq” kimi mənalara gəlir.
17
 Bu kəlimə Quranın on səkkiz yerində “
ﺲْﻧِا” (ins)
18

altmış beş yerində 
نﺎَﺴْﻧِا (insan)
19
, bir yerində 
ﻰ ِﺴْﻧِا (insi), digər bir yerdə cəm halında 
ﻰ ِﺳﺎَﻧَا (ənasi) və həmçinin iki yüz otuz yerində cəm halında سﺎَﻧ (nas)
20
formasında keçir. 
Qurani-Kərim insanın müxtəlif yaradılma mərhələlərindən bəhs edir. Bu mərhələləri 
əsas iki kateqoriyaya ayırmaq olar. Bunlardan biri dünyadakı ilk insanlar olan Hz. 
                                                 
11
Yavuz,YusufŞevki, “ElmalılıMuhammedHamdi”, DİA,İstanbul 1995, XI, 57. 
12
Bilmen, ÖmerNasuhi, “BüyükTefsirTarihi” (sadeleştiren: AbdulazizHatip), Semerkandyayınları, 
İstanbul 2014, II, 418. 
13
Yavuz, e.a.ə.,XI, 58. 
14
Bilmen, e.a.ə., II,  418; Yavuz, e.a.ə., XI, 57. 
15
Yavuz, e.a.ə.,XI, 62. 
16
Bax.Bəqərə, 2/30. 
17
İbn Mənzur, Cəmaləddin, “Lisanül-ərəb”, Daru-sadir, Beyrut h.1414, VI, 13. 
18
Bax. Rəhman, 55/39, 56; Vaqiə, 56/74. 
19
Bax.Nisa, 4/28; Yunus, 10/12; İbrahim, 14/34. 
20
Bax. Hədid, 57/24; Həşr, 59/21; Nas, 114/1. 


     
Ələddin Sultanov
 
 
40
Adəm və zövcəsi Həvvanın Allah tərəfindən yaradılması, ikincisi isə onların nəsli 
olan digər insanların valideynlərindən dünyaya gəlmələridir. Ancaq biz burada yalnız 
birinci kateqoriyanı, yəni ilk insanın yaradılması ilə əlaqəli ayələri təhqiq edib Razi 
və Almalılının bu mövzu ilə əlaqəli fikirlərini ortaya çıxartmağa çalışacağıq. 
 
A. Adəmin torpaqdan yaradılması 
Qurani-Kərim yer üzündəki ilk insanın Hz. Adəm olub onun da torpaqdan 
yaradıldığını xəbər verir. Əvvəlcə bu mövzu ilə əlaqəli Quran ayələrinin bir qismini 
təqdim etmək istəyirik: 
 ًﺔَﻔﻴِﻠَﺧ  ِضْرَﻷا ﻲِﻓ ٌﻞِﻋﺎَﺟ ﻲﱢﻧِإ ِﺔَﻜِﺋَﻼَﻤْﻠِﻟ  َﻚﱡﺑَر  َلﺎَﻗ ْذِإَو“(Ey peyğəmbər!) Xatırla ki, sənin Rəbbin 
mələklərə demişdi: “Mən yer üzündə bir xəlifə yaradacağam”...”
21
 
 َﻞَﺜَﻣ ﱠنِا
  ِﻋ
 َمَدٰا  ِﻞَﺜَﻤَﻛ ِﷲا َﺪْﻨِﻋ ﻰٰﺴﻴ
 ۜ◌
 
 َﺧ
 ُنﻮُﻜَﻴَـﻓ  ْﻦُﻛ ُﻪَﻟ  َلﺎَﻗ ﱠﻢُﺛ  ٍباَﺮُـﺗ ْﻦِﻣ ُﻪَﻘَﻠ
“Həqiqətən, Allah nəzdində 
İsanın məsəli (İsanın atasız dünyaya gəlməsi), Adəmin məsəli kimidir. (Allah) onu 
(Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” - dedi, o da dərhal oldu”.
22
 
 
  ْنَأ  ِﻪِﺗﺎَﻳآ  ْﻦِﻣَو
 ٍباَﺮُـﺗ  ْﻦِﻣ  ْﻢُﻜَﻘَﻠَﺧ
  
“Sizi torpaqdan yaratması da Onun 
(varlığının)dəlillərindəndir...”
23
  
 
 ُﻪَﻘَﻠَﺧ ٍءْﻲَﺷ ﱠﻞُﻛ َﻦَﺴْﺣَأ يِﺬﱠﻟا
 
 ٍﻦﻴِﻃ  ْﻦِﻣ  ِنﺎَﺴﻧِﻹا َﻖْﻠَﺧ َأَﺪَﺑَو
“O (Allah) ki, yaratdığı hər şeyi gözəl 
şəkildə xəlq etmiş və insanın yaratmağa palçıqdan başlamışdır”.
24
 
 
 ٍنﻮُﻨْﺴَﻣ ٍﺈَﻤَﺣ ْﻦِﻣ  ٍلﺎَﺼْﻠَﺻ ْﻦِﻣ َنﺎَﺴْﻧِﻹا ﺎَﻨْﻘَﻠَﺧ ْﺪَﻘَﻟَو
 
“And olsun ki, Biz insanı (bişmiş) quru və 
formalaşmış qara palçıqdan yaratdıq!”
25
 
 
 ٍبِز َﻻ ٍﻦﻴِﻃ ْﻦِﻣ ْﻢُﻫﺎَﻨْﻘَﻠَﺧ ﺎﱠﻧِإ“Həqiqətən, Biz onları yapışqan bir palçıqdan yaratdıq”.
26
 
  ِرﺎﱠﺨَﻔْﻟﺎَﻛ  ٍلﺎَﺼْﻠَﺻ ْﻦِﻣ َنﺎَﺴﻧِﻹا َﻖَﻠَﺧ“(Allah) insanı saxsı kimi quru palçıqdan yaratdı”.
27
  
 ٍﻦﻴِﻃ  ﻦﱢﻣ  ٍﺔَﻟ َﻼُﺳ  ﻦِﻣ  َنﺎَﺴﻧِْﻹا  ﺎَﻨْﻘَﻠَﺧ  ْﺪَﻘَﻟَو“And olsun ki, Biz insanı, süzülmüş palçıqdan 
yaratdıq”.
28
 
Hz. Peyğəmbər (s.ə.s) də bu mövzu ilə bağlı bir hədisində belə buyurmuşdur: 
İnsanlar Adəmin oğullarıdır. Adəm də torpaqdandır”.
29
 Digər bir hədisində isə belə 
demişdir:  “Allah-Təala Adəmi yer üzünün hər tərəfindən bir ovuc torpaq alaraq 
ondan yaratmışdır. Buna görə də Adəm oğulları dünyanın rəngləri və təbiətləri kimi 
müxtəlifformalardadır. Onların bəzisi qırmızı, bəzisi bəyaz, bəzisi qara, bəziləri də 
                                                 
21
Bəqərə, 2/30. 
22
Ali-İmran, 3/59. 
23
Rum, 30/20. 
24
Səcdə, 32/7. 
25
Hicr, 15/26. 
26
Saffat, 37/11. 
27
Rəhman, 55/14. 
28
Müminun, 23/12. 
29
Əhməd ibn Hənbəl, “Müsnəd”, 2/534. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə