Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə17/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   13   14   15   16   17   18   19   20   ...   156

İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
41
bunların ortasında bir rəngdədir. Təbiəti etibarilə də insanların bəzisi mülayim, bəzisi 
sərt, bəzisi pis, bəzisi də yaxşı xasiyyətlidir”.
30
 
Yer üzündəki ilk insana verilmiş ad olan “Adəm” kəlməsinə  nəzər salsaq, bu 
sözün mənşəyi barəsində elm adamlarının müxtəlif fikirlər səsləndirdiyini görərik. 
Bəziləri bu sözün Şumer dilindəki “adamu” (atam) sözündən, bəziləri Asur dilindəki 
“adamu” (yaradılmış) sözündən, bəziləri də Sabii dilindəki “adam” (qul) sözündən 
götürüldüyünü iddia etmişlər. Eyni zamanda bu söz İbrani dilində insan irqi üçün 
işlədilən ümumi bir isimdir.
31
 Necəki, Hz. Adəmin yaradılması Tövratda belə ifadə 
edilmişdir: “... Rəbb Allah yerin torpağından Adəmi yaratdı və onun burnuna həyat 
nəfəsini üflədi. Beləcə, Adəm yaşayan bir can oldu”.
32
 
İlk insan haqqında ümumi məlumatları verdikdən sonra mövzu ilə əlaqəli olaraq 
əvvəlcə Razinin görüşlərini  ələ almaq istəyirik. Yuxarıdakı ayələrdə  də görüldüyü 
kimi Qurani-Kərimdə ilk insan olan Hz. Adəmin yaradıldığı maddə  fərqli-fərqli 
terminlərlə ifadə edilmişdir. Razi bu ayələrdə Hz. Adəmin yaradılma mərhələlərinin 
müxtəlif formalarda təsvir edildiyini bildirmiş  və  həmin mərhələləri bu şəkildə 
sıralamışdır; Torpaq 
(باَﺮُـﺗ), su (ءﺎَﻣ), palçıq(ﲔِﻃ), süzülmüş palçıq(ﲔِﻄْﻨِﻣ  ٌﺔَﻟ َﻼُﺳ),yapışqan 
palçıq 
(بِز َﻻ ٌﲔِﻃ), çürümüş palçıq(لﺎَﺼْﻠَﺻ).  
Yəni, Raziyə görə, ilk insanın yaranma mərhələləri bu şəkildə olmuşdur; ilk 
mərhələdə Adəmin yaradıldığı torpaq maddəsi “saxsı kimi səs çıxaran palçıq” olmuş, 
ikinci mərhələdə “bir müddət suda qaldığı üçün rəngi qaralmış bir maddə” olmuş, 
üçüncü mərhələdə isə “qoxusu dəyişmiş bir maddə” halına gəlmişdir.
33
 
Adəmin yaradılmasındakı bu mərhələlərə diqqət çəkən Razi əsas olaraq ilk 
insanın iki maddədən, yəni torpaq və sudan yaradıldığı fikrinə üstünlük verir. 
Torpaqdakı örtmə (günahların üstünü örtmə) və təvazö kimi xüsusiyyətlərin insana 
keçməsi və insanların torpaqla iç-içə olmaları üçün Hz. Adəmin Allah tərəfindən 
məhz torpaqdan yaradıldığını irəli sürən təfsirçimiz, yer üzünün xəlifəsi ola bilməsi 
üçün insanda bu xüsusiyyətlərin olması  gərəkdiyini düşünür. Raziyə görə, insan 
ehtiras, şəhvət və qəzəb atəşinə sahib olub bu atəşi ancaq torpaq söndürə bilər. Eyni 
zamanda onda saflıq və duruluq olsun deyə Allah insanı sudan yaratmışdır. 
Raziyə görə, həm ilk insanın yaradılmasında, həm də onun nəsli olan bütün 
insanların yaranmasında əsas iki element var ki, bunlar torpaq və sudur. Allah insanı 
yaratmazdan  əvvəl torpaq və suyu yaratmışdır. 
 ِﻪِﺗﺎَﻳٰا  ْﻦِﻣَو
 ٓ◌
 
 َذِا ﱠُﰒ  ٍباَﺮُـﺗ  ْﻦِﻣ  ْﻢُﻜَﻘَﻠَﺧ  ْنَا
 ٓ◌
 ٌﺮَﺸَﺑ  ْﻢُﺘْـﻧَا ا
 َنوُﺮِﺸَﺘْﻨَـﺗ“Sizi torpaqdan yaratması da Onun (varlığının)dəlillərindəndir. Sonra siz
(yer üzünə) yayılan insanlar olursunuz”
34
 ayəsində bütün insanların atası olan 
                                                 
30
Əbu Davud, “Sünən”, Sünnə, 16. 
31
Bax.SüleymanHayriBolay, “Adem”, DİA, I, 358. 
32
Tövrat, Təkvin, 2/7. 
33
Bax.Razi, Fəxrəddin, “Məfatihül-qeyb”,Darül-kutubil-ilmiyyə, Beyrut 1990, VIII, 74-75. 
34
Rum, 30/20. 


     
Ələddin Sultanov
 
 
42
Adəmin torpaq parçasından yaradıldığının ifadə edilməsinin Allahın varlığına dəlil 
olaraq göstərildiyinə diqqət çəkən Razi, eyni zamanda torpağın canlı bir varlıq 
olmaqdan  ən uzaq bir maddə olduğunu irəli sürmüşdür. Yəni, torpaq soyuq və 
qurudur. Ancaq həyat və canlılığın ola bilməsi üçün rütubətə və istiliyə ehtiyac vardır. 
Razinin yaşadığı dövr olan orta çağ İslam fəlsəfəsində dörd element (
ﻊﺑرﻷا ﺮﺻﺎﻨﻌﻟا/ənasiri-
ərbəə)
35
 yəni, su, torpaq, od  hava təbii varlıqların əsası hesab edilirdi. Onlara görə, 
insan da bu dörd elementdən meydana gəlmişdi. Təfsirçimiz bu fikri nə rədd, nə də 
qəbul etmişdir. Ancaq bu mövzuda Razinin baxış tərzi belədir ki, İslam dininə görə, 
bu fikirlər Qurana zidd və təhlükəli deyildir. O, fəlsəfəçilərin bu iddiası doğru olsa 
belə, onların arasından gözlə müşahidə edilə bilən iki elementin torpaq və su 
olduğunu, ona görə  də Quranda insanın bu iki elementdən yaradıldığının ifadə 
edildiyini bildirmişdir.
36
 Eyni zamanda bu dörd element arasında canlılıqdan ən uzaq 
elementin torpaq olduğunu iddia edən Razi, bu səbəbdən Adəmin torpaqdan 
yaradıldığını və bunun da bir dəlil və möcüzə olduğunu ifadə etmişdir.
37
 
Razi bəzi ayələrin təfsirində Darwinin təkamül nəzəriyyəsinə zidd fikirlər də 
səsləndirmişdir. Məsələn, yuxarıdakı ayənin sonunda yer alan “Sonra siz, (yer üzünə) 
yayılan insanlar olursunuz”, ifadəsindəki 
اَذإədatınınmüfacəə (dərhal baş vermək) 
mənasını verdiyini ifadə edən Razi insanların yer üzünə yayılmasının uzun bir 
zamanda olmadığını irəli sürmüşdür. Təfsirçiyə görə, bu ədat həmçinin bilavasitə 
insanın torpaqdan yaradıldığını ifadə edir.
38
 Qurani-Kərimdə Hz. Adəmin yaradıldığı 
torpağın fərqli formalarda ifadə edilməsi haqqında isə belə deyir: 
“Bu xüsusda canlılığa  ən uzaq maddə torpaqdır. Sonra buna daha yaxın olan 
palçıqdır. Yaradılmağa bundan da yaxın olan formaya salınmış palçıq, ondan da daha 
yaxın olan isə quru palçıqdır... Beləcə, bu ifadələr arasında hər hansı bir ziddiyyət 
olmadığı sübuta yetirilər”.
39
 
İlk insanın torpaqdan yaranma mərhələlərini bu şəkildə izah edən Razi, 
 ﻰَﺴﻴِﻋ َﻞَﺜَﻣ ﱠنِإ
 ُﻜَﻴَـﻓ ﻦُﻛ ُﻪَﻟ َلﺎَﻗ ﱠِﰒ ٍباَﺮُـﺗ ﻦِﻣ ُﻪَﻘَﻠَﺧ َمَدآ ِﻞَﺜَﻤَﻛ ِﷲا َﺪﻨِﻋ
 ُنﻮ
“Həqiqətən, Allah nəzdində İsanın məsəli (İsanın 
atasız dünyaya gəlməsi), Adəmin məsəli kimidir. (Allah), onu (Adəmi) torpaqdan 
yaratdı. Sonra ona: “Ol!” - dedi, o da dərhal oldu”
40
ayəsində ziddiyyətli kimi 
görünən bir məsələnin olduğunu qeyd etmişdir. Belə ki, bu ayədə əvvəlcə Hz. Adəmin 
yaradıldığı, sonra da ona: “Ol!” – deyə əmr verildiyi xəbər verilir. Öz dövründəki bəzi 
təfsirçilərin bu ifadəni, Hz. Adəmə ruhun üfürülməsi olaraq açıqladıqlarını bildirən 
Razi bu görüşü qəbul etməmişdir. Onun fikrincə Adəmin torpaqdan düzəldilmiş 
                                                 
35
Bax. Karlığa,Bekir, “Anasır-ı erbaa”, DİA, III, 149. 
36
Razi, e.a.ə., XXIII, 75. 
37
Razi, e.a.ə., XXV, 95. 
38
Razi, e.a.ə., XXV, 96. 
39
Razi, e.a.ə., XXVI, 198. 
40
Ali-İmran, 3/59. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə