Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə152/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   148   149   150   151   152   153   154   155   156

Bir daha Albaniya və Albanlar haqqında
  
373 
tərəfindən Alp Ər Tunqa adlanırdı. Mahmud Kaşğari öz “Divan”ında həmin adı şərh 
edərək yazır ki, buradakı “alp” sözü “igid”deməkdir (13, 41). V. Qukasyana görə
tunğa “bəbir”, alp “qəhrəman”, ər isə “qəhrəman kişi” deməkdir. Deməli, “Ağuan” 
kimi “Alpan” da “mərdlər, comərdlər, alicənablar ölkəsi” mənasında işlənmişdir” (11, 
74). 
A.A. Bakıxanov da bu sözü latın dili ilə bağlamış, lakin onu “azadlar” və yaxud 
“azad adamlar” kimi şərh etmişdir (14, 17). O, həmçinin “alan” və “alban” sözlərinin 
bir-biri ilə bağlı ola bilməsi ehtimalını da irəli sürmüşdür. A.A. Bakıxanov əlavə edir 
ki, antik müəlliflərin əsərlərində rast gəlinən Alban şəhərini Dərbənd şəhəri, Albanus 
çayını isə Samur çayı hesab etmək olar (14, 18-19). 
N.Y. Marr “Dağıstan” kimi “”Albaniya” adının da “dağlıq ölkə” mənası verdiyini 
bildirir. S.M. Qazıyev isə  İ.İ. Meşşaninova istinad edərək Urartu mixi yazılarında 
“Kuh Albaniya” adına rast gəlindiyini qeyd edir. Həmin müəllifə görə, “alb” və “alp” 
sözləri xet dilində də “dağlıq” mənasındadır (15, 75).  
C. Zeynaloğluya görə, Albaniya yunanca “dağlar məmləkəti” deməkdir (16, 6). 
Lakin nədənsə, özünün Şirvan tarixinə  həsr etmiş olduğu  əsərində onu “yenilməz 
ölkə” kimi dəyərləndirmişdir. Yunan coğrafiyaşünası Eratosfenin yurdumuzu 
“Albaniya” adlandırmasını xatırladan müəllif, Strabonun və Ptolomeyin bu ölkə haq-
qında daha geniş məlumat verdiyini qeyd edir. C. Zeynaloğlu yazır ki, Albaniyanın 
Qafqaz Azərbaycanında, yoxsa Dağıstanda olması haqqında mübahisələr uzun müd-
dət davam etmiş, yalnız 1846-cı ildə rus şərqşünası M. Yanovskinin tədqiqatlarından 
sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edilmişdir. Onun bu 
mövqeyi B. Dorn tərəfindən də qəbul olunmuşdur. Beləliklə, Albaniyanın Dağıstan 
deyil, məhz “Qafqaz Azərbaycanı” olması təsdiqlənmişdir (17, 75).  
Zaman-zaman “Albaniya” anlayışından siyasi məqsədlərlə sui-istifadə etmək 
cəhdləri də olmuşdur. Bu cəhdlər Azərbaycan tarixçiləri tərəfindən layiqincə tənqid 
olunmuşdur (3, 373-400). Hal-hazırda ölkəmizin ərazisində kökündə “alb” (“alp”), 
“alban” (“alpan”) sözü olan yer adları (Alban divarları, Aqvan çayı, Alvan qapısı, 
Alvandərə, Aqvanlı  kəndi, Alban kəndi, Alpan qalası) qalmaqdadır. Azərbaycanda 
rast gəlinən Alpout (Alpağut) sözü də “igid” mənasındadır. Belə ki, Mahmud 
Kaşğariyə görə, “Albağut – təkbaşına düşmənə saldıran igidə deyilir” (13, 144).  
Q.Ə. Qeybullayev hesab edir ki, “alban” adı həm ümumi (Albaniyada yaşayan 
əhalinin hamısına münasibətdə), həm də xüsusi mənada (“alban” etnik adını daşıyan 
xalqı bildirmək üçün) işlədilmişdir (18, 172). O, Albaniyanın “Dağıstanın latın 
forması olması” və “Dağlıq ölkə mənası daşıması” fikri ilə razılaşmır və albanları sak, 
ijmax, qarqar, kəngər və hunlarla birlikdə türkmənşəli xalqlar sırasına aid edir (19, 
73-76). Müəllif öz əsərində albanları iranmənşəli sayan P. Blayxştaynerin və türkdilli 
sayan F. Kırzıoğlunun onları saklarla bağlamaq cəhdlərinə də münasibət bildirmişdir. 
Tədqiqatçının fikrincə, “sakların bizim eradan əvvəl yaşadığı Orta Asiya və 
Qazaxıstanda indi də alban adlı tayfa vardır” (18, 195). Sözlərinə davam edən müəllif 
daha sonra əlavə edir ki, “lakin alban tayfasının sakların tərkibində gəlməsi faktını 
sübut edəcək mənbələr yoxdur” (18, 195).  


T.ü.f.d. Ramil Əyyub oğlu Ağayev
  
374 
F.C. Məmmədova “alban” adlı etnosunun mövcudluğunu inkar edənləri kəskin 
tənqid edərək bildirir ki, “alban etnosunun və bu etnosun mövcudluğunu əks etdirən 
Albaniya (Ağvank) ölkəsinin olmasını sübut etməyə və ya danmağa cəhd göstərmək 
yersizdir” (20, 69).  
XX əsr Sovet tarixşünaslığında albanların qafqazdilli olduğunu iddia edən bütöv 
bir tədqiqatçılar (A.Q. Şanidze, Q.A. Melikişvili, K.A. Klimov, K.V. Trever, İ.M. 
Dyakonov, S.T. Yeremyan və başqaları) ordusu var idi. Lakin onların tədqiqatlarında 
bu iddianı sübut edəcək heç bir tutarlı fakta rast gəlinmir.  
F. Kırzıoğlu, Ş. Kaya və A. Seferoğlu kimi Türkiyə tədqiqatçıları albanları skif 
tayfa ittifaqına daxil olan türkmənşəli xalqlar sırasına aid etmişlər (21, 192). Ə.N. 
Nəcəf Çin mənbələrində rast gəlinən “yüe-ban” adlı hun tayfasının “alban” ola 
biləcəyi ehtimalına yer verir. (21, 192-195). 
O. Süleymanov yazır ki, “Rus-Çin lüğəti”ndə çinlilər “Alban” sözünü “Azər-
baycan” deyə tərcümə edirlər (22, 148). Bu təsadüfidirmi? Axı Şimali Azərbaycan 
ərazisinə bir vaxtlar həm də “Albaniya” deyilib. Ola bilər ki, çinlilər eramızın ilk 
əsrlərindən, Böyük ipək yolunun bu ərazidən keçib getdiyi dövrlərdən başlayaraq öz 
dillərində “alban” sözünün ənənəsini qoruyub saxlamışdır. Tyan-Şan dağlarının 
ətəklərində lap qədimdən “alban” adlı bir qazax qəbiləsi yaşayır. Çinlilər onlara 
“Azərbaycan” deyirlər. Bəlkə onlar həmin albanların bir hissəsidir?  Əlbəttə, bütün 
bunların doğru olduğunu sübut etmək üçün daha tutarlı faktlara ehtiyac duyulur. S.S. 
Əliyarlı alban etnoniminin Azərbaycan türklərinə şamil edilməsini mümkün saymış 
(23, 15), Z.M. Bünyadov isə əksinə, onları türk sayanları tənqid etmişdir (10, 14). 
Beləliklə, alban etnosu haqqında söylənilən müxtəlif fikirlərin tərəfdarlarının hər 
birinin öz arqumentləri vardır və bu fikirlərə hörmətlə yanaşılmalıdır. Bununla belə, 
mövcud fikirlərin heç biri birmənalı şəkildə nə qəbul oluna, nə də inkar edilə bilməz. 
Başqa sözlə, bütün ideya tərəfdarlarının öz fikirlərini  əsaslandırmaq üçün gətirdiyi 
faktlar kifayət qədər yetərli deyildir. Belə olan halda, bir sıra suallar cavabsız qalır: 
“Alban” termini etnik anlayışdır, yoxsa coğrafi? Bu ad yerli mənşəlidir, yoxsa 
kənardan verilmiş addır? Doğurdanmı ölkəmizin ərazisində rast gəlinən “alp” köklü 
sözlər “alb” tərkibi ilə bağlıdır? Əgər “alban” adını etnik anlayış kimi qəbul etsək, o 
zaman digər suallar meydana çıxır. Alban ölkəsi kimi geniş bir əraziyə öz adını vermiş 
alban etnik toplumu mənşəcə hansı dil ailəsinə məxsus idi? Hansı soykökü üzərində 
yaranmışdı? Bu anlayış niyə sonrakı ərəb mənbələrində işlədilmədi? Nə üçün bu ad 
birdən-birə ortadan çıxdı?  
Ola bilər ki, alban adı yerli mənşəyə malik olmasın. O da mümkündür ki, alban 
sözü yerli xalqın dili ilə bağlı olsun və arxaik sözə çevrilsin. Həm də onun doğurdan 
da “alb” və “alp” sözləri ilə bağlılığı üzərində düşünmək olar. Digər tərəfdən, 
adlarında “alb” və “alp” kökü olan yer adlarını əsasən, türk dillərindəki “uca”, “igid” 
mənası verən “alp” sözü ilə əlaqələndirmək mümkündür. Əlbəttə, bütün bunlar yalnız 
ehtimal olaraq qalır.  
Zənnimizcə, “Alban” məfhumu ilə bağlı istinad edilən yunan və latındilli 
müəlliflərin əsərləri daha dərindən və diqqətlə nəzərdən keçirilməlidir. Bu sahədə bir 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə