Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   2   3   4   5   6   7   8   9   ...   89

 11 
yatın nümunəsində müasir ədəbi düşüncə tariximizin diq-
qətdə saxlanılması əsas yanaşmalardan biridir. 
Problemə tarixi yanaşma müqayisəli üsula əsaslanır. 
Tarixən müxtəlif obraz, motiv və ideyaların «Dədə Qor-
qud» eposunda və müasir ədəbiyyatda öyrənilməsi onların 
müqayisəsini tələb edir. Burada tarixi yanaşma ilə müqa-
yisəli yanaşma vəhdət təşkil edərək tarixi-müqayisəli me-
todun tətbiqini əsaslandırır. 
Problemə tarixi və müqayisəli yanaşma eyni zaman-
da tipoloji yanaşmanı  zərurətə çevirmişdir. Müqayisə bü-
tün hallarda təsadüfi göstəricilərin yox, qanunauyğunluq-
larda təzahür edən tipoloji dəyərlərin müqayisəsi demək-
dir. Bu cəhətdən «Kitabi-Dədə Qorqud» dastanlarının 
Azərbaycan ədəbiyyatına təsiri tipolojiləşdirmə üsuluna da 
əsaslanmaqla müqayisəli-tipoloji metodun tətbiqini zəru-
rətə çevirmişdir. 
İşin nəzəri  əsasları  aşağıdakı istiqamətlərdəki tədqi-
qatları əhatə edir: 
1. «Kitabi-Dədə Qorqud» abidəsinin mövzu, məz-
mun, mündəricə, obraz, motivlər sistemini, bütövlükdə 
poetik məna və quruluş aləmini, tarixi-mədəni, milli-mə-
nəvi dəyər və əhəmiyyətini və s. arayıb ortaya qoyan qor-
qudşünaslıq araşdırmaları. 
2. «Kitabi-Dədə Qorqud»un ümumən ədəbi təfəkkür, 
yazılı  ədəbiyyat, xüsusən müasir ədəbiyyatla  əlaqələrini 
araşdıran tədqiqatlar. 
3. «Folklor və  ədəbiyyat» problematikası ilə bağlı 
ümumnəzəri ədəbiyyat. 
Göstərilən istiqamətlərdəki ədəbiyyatlar «Kitabi-Də-
də Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına 
təsiri probleminin işlənməsi üçün ciddi və sanballı nəzəri-
təcrübi bünövrə vermişdir. Araşdırmada bu nəzəri-meto-
doloji bazadan istifadə olunmaqla tədqiqatın probleminə 
sistemli monoqrafik yanaşma reallaşdırılmışdır. 
 12
I  FƏSİL 
 
«KİTABİ-DƏDƏ QORQUD»UN  
AZƏRBAYCAN ƏDƏBİ DÜŞÜNCƏSI  
TARİXİNDƏKI YERİ VƏ ROLU 
 
«Ktabi-Dədə Qorqud» dastanları və müasir Azərbay-
can ədəbiyyatı» elmi problem kimi zəngin məzmuna malik 
mürəkkəb məsələdir. İlk baxışdan yalnız zəhmət və diqqət 
tələb edən mövzu kimi çox sadə görünür. Doğrudan da, 
«Kitabi-Dədə Qorqud» eposunun XX əsrdə Azərbaycanın 
müasir milli həyatına konkret daxil olma dövrü var. Hə-
min dövrdən (XX əsrin birinci yarısından) başlayaraq abi-
də ilə maraqlanan yazıçı və şairlərimiz bu mövzuda uzun 
onilliklər boyu bədii əsərlər yazmışlar. Həmin əsərlər, on-
ların müəllifləri, bütövlükdə  ədəbi proses göz qabağında-
dır və bu anlamda «Kitabi-Dədə Qorqud» dastanlarının 
müasir Azərbaycan  ədəbiyyatı ilə  əlaqələrinin araşdırıl-
ması, bir növ, bütün konturları ilə görünən problemdir. 
Lakin bu, yalnız ilk baxışda belədir. «Kitabi-Dədə Qor-
qud» dastanları  və müasir Azərbaycan  ədəbiyyatı» prob-
lemini yalnız «görünən faktura» əsasında həll etməyə ça-
lışmaq, yəni eposun təkcə mövzu, ideya, obraz, süjet, mo-
tivlərindən və s. müasir milli ədəbi düşüncədə necə isti-
fadə olunduğunu araşdırmaq,  əslində, bu problemin ma-
hiyyətindən uzaq düşmək, yaxşı halda onu zahiri cəhətdən 
öyrənmək deməkdir. Gerçəklikdə isə «Kitabi-Dədə Qor-
qud» dastanları və müasir Azərbaycan ədəbiyyatı» bir el-
mi problem kimi zaman və  məkan sərhədləri təkcə XX 
əsrin birinci yarısından günümüzə  qədərki dövrü (ədəbi 
zamanı) və onun ədəbiyyatını  (ədəbi məkanı) yox, Azər-
baycan  ədəbi düşüncəsinin bütün tarixini əhatə edən 
qlobal konturlara malik məsələdir. Burada məsələnin       


 13 
biri-birinə bağlı, biri-digərində ayrılıqda təsəvvür olunma-
yan iki aspekti var:  
1.«Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan ədə-
biyyatı; 
2.«Kitabi-Dədə Qorqud» və Azərbaycan  ədəbi 
düşüncə tarixi. 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan  ədəbiyyatına təsiri məsələsini tarixi aspektdə gö-
türmədən problemin dərinliklərinə enmək, XX əsrin birin-
ci yarısı Azərbaycan ədiblərinin yaradıcılığı ilə təmsil olu-
nan «müasir Azərbaycan  ədəbi düşüncəsinin» ona olan 
coşğun, həm də sözün həqiqi mənasında əsrarəngiz mara-
ğının «sirlərini» açmaq mümkün deyildir. Epos XX əsr 
Azərbaycan milli düşüncə mühitində göründüyü «an»dan 
ədəbi düşüncənin bütün sferalarının diqqətini özünə  cəlb 
etdi. Ona maraq təkcə yazıçı  və  şairləri yox, tarixçiləri, 
dilçiləri, etnoqrafları, psixoloqları, bir sözlə, bütün elm 
sahələrini  əhatə etdi. Lakin burada «marağı özünə  cəlb 
etmək» ifadəsi «Kitabi-Dədə Qorqud» eposu ilə bağlı XX 
əsr Azərbaycan cəmiyyətində baş verən milli düşüncə 
proseslərini tam şəkildə  səciyyələndirmək gücündə deyil. 
Burada söhbət sözün həqiqi mənasında milli düşüncəmizin 
düşdüyü «Kitabi-Dədə Qorqud» cazibəsindən gedə bilər. 
Epos Azərbaycan cəmiyyətini heyrətə saldı: onu öz tarix 
və  mədəniyyətinin parlaq faktı ilə üzbəüz qoydu. Bu 
«an»dan milli düşüncənin bütün sahələrindən daha çox 
ədəbiyyatda coşğun «Dədə Qorqud» dövrü başlandı. Sanki 
milli ədəbi düşüncədə bir «Dədə Qorqud» yanğısı var imiş 
və «Kitabi-Dədə Qorqud» eposu əlyazmalarının tapılması 
və Azərbaycanda çap olunması ilə bu yanğı alovlanıb 
tonqala döndü. Məsələnin burada bir qədər obrazlı 
qoyuluşunun kökləri əslində bununla - XX əsr Azərbaycan 
ədəbiyyatının  əsrlər boyu varlığında mövcud olan «Dədə 
Qorqud» ruhu ilə bağlıdır. «Kitabi-Dədə Qorqud» 
 14
dastanının XX əsrdə Azərbaycanda çap olunub yayılması 
ilə bu ruh oyandı və XX əsrin birinci yarısından bu günə 
qədər «Dədə Qorqud» mövzusunu yazıçı  və  şairlərimizin 
düşüncəsində aktual və diri saxlayan da elə həmin ruhdur. 
Mövzuya münasibətdə  ədəbiyyatşünas alim Ş.Alı-
şanlının bir fikri səciyyəvidir. O yazır: «XX əsr  ədəbi-
bədii və  nəzəri-estetik fikrinin, o cümlədən poeziyasının 
çağdaş meyarlar mövqeyindən dəyərləndirilməsi istiqamə-
tində  səmərəli metodoloji prinsipə nail olmaq üçün bu 
problemin nəzəri, tarixi və müasir məsələlərini vəhdətdə 
götürmək lazımdır» (37, 27). 
Ş.Alışanlının yanaşmasında diqqəti cəlb edən nöqtə 
«metodoloji prinsip» məsələsidir. «Kitabi-Dədə Qorqud» 
dastanlarının müasir Azərbaycan ədəbiyyatı ilə əlaqəsinin 
(ona təsirinin) araşdırılmasının metodoloji prinsipinin ta-
pılması mövzunun ilk baxışdan sadə görünməsinə bax-
mayaraq, çox mürəkkəb quruluşa malik olduğunu bir daha 
göstərir.  Ş.Alışanov «metodoloji prinsip» olaraq proble-
min «nəzəri, tarixi və müasir məsələlərinin vəhdətdə götü-
rülməsini» zəruri hesab edir. Fikrimizcə, tədqiqatımızın 
başlıca məqsədinin həyata keçirilməsinin  ən doğru və 
səmərəli metodoloji prinsipi problemin tarixi və müasir 
mərhələlərinin vəhdətidir. Bu cəhətdən «Kitabi-Dədə Qor-
qud» dastanları və müasir Azərbaycan ədəbiyyatı» mövzu-
sunun həlli aşağıdakı istiqamətləri əhatə edir:  
1. «Folklor və yazılı ədəbiyyat» aspekti: 
Bu məsələnin çox mühüm aspektlərindən biri olub, 
problemin ümumnəzəri əsaslarını əhatə edir. «Kitabi-Dədə 
Qorqud» bütün hallarda şifahi  ədəbi düşüncənin - folklor 
yaradıcılığının məhsuludur. Bu halda «Kitabi-Dədə Qor-
qud» dastanlarının müasir Azərbaycan  ədəbiyyatına təsiri 
mövzusu öz problematikası etibarilə «folklor və yazılı 
ədəbiyyat» münasibətlər modelini nəzərdə tutur.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə