Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə83/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   79   80   81   82   83   84   85   86   ...   89

 333 
qarşılaşdırılmış, pyesin dramatik idealı - yazıçının bədii-
fəlsəfi məfkurəsi oğuz cəmiyyətinə sülh, barış, dinclik, 
qurub-yaratmaq ideyalarını gətirmək istəyən Dəli Domrul 
obrazında təcəssüm etdirilmişdir. 
 «Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan dramaturgiyasının inkişafına təsirinin reallaşdığı 
daha bir mühüm sahə eposun mətni  əsasında hazırlanmış 
tamaşalardır. «Dədə Qorqud» eposunun keçən əsrin 90-cı 
illərində - xalqımızın müstəqillik uğrunda mübarizəyə baş-
ladığı çağlarda ictimai şüurda, milli yaddaşda xüsusi ak-
tuallıq kəsb etməsi teatrlarımızın da diqqətini eposa yö-
nəltdi. Ancaq bu sahədə edilmiş  hər bir təcrübə  uğurlu 
alınmadı. Bu cəhətdən bilavasitə «Kitabi-Dədə Qorqud»un 
mətni əsasında hazırlanmış işlər içərisində Vaqif İbrahim-
oğlunun rəhbərlik etdiyi «Yuğ» teatrında hazırlanmış 
tamaşalar xüsusilə diqqətəlayiq oldu. 
Tədqiqat göstərmişdir ki, «Kitabi-Dədə Qorqud» 
eposunun çağdaş Azərbaycan  ədəbi düşüncəsinin drama-
turji kodunu belə coşqulu  şəkildə  hərəkətə  gətirməsi, 
əslində, bir təsadüf olmaqdan, yaxud xalqımızın öz milli 
eposuna məhəbbətinin ifadəsi olmaqdan ziyadə dastanın 
«bətnindəki» dram potensiyasının müvafiq şəraitdə «işə 
düşməsi» demək idi. Heç təsadüfi deyildir ki, Azərbaycan 
dramaturgiyasında «Dədə Qorqud» mövzusu həmişə milli 
düşüncə, milli özünəqayıdış ideyaları ilə bağlı olmuşdur. 
Bu, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə 
yazılmış «Dədə Qorqud» pyeslərinə eyni dərəcədə aiddir. 
Sovet dönəmində «Kitabi-Dədə Qorqud» eposu ümumən 
ədəbiyyatda və dramaturgiyada milli düşüncəni ölməyə 
qoymayan ideyalar qaynağı, eposdakı obraz və motivlər 
milli ideyaların veriliş - təqdimat vasitəsi kimi istifadə olu-
nurdusa, müstəqillik dövründə «Dədə Qorqud» artıq milli 
özünüdərkin təkamül qaynağı kimi istifadə olunmaqdadır. 
Bu da göstərir ki, bu epos, əslində, ölməz milli düşüncə 
 334
qaynağıdır. O - milli düşüncənin başlanğıcıdır; milli ədə-
biyyat milli düşüncənin  əsaslarından biridir. Bu mənada 
müasir Azərbaycan ədəbiyyatının, o cümlədən dramaturgi-
yasının «Kitabi-Dədə Qorqud» mövzusuna dönə-dönə qa-
yıtması milli düşüncənin inkişaf dialektikasından doğurdu. 
Bu cəhətdən Azərbaycan milli düşüncəsinin  əsas kodla-
rından olan milli ədəbiyyatımız bütün tarixi boyunca heç 
vaxt «Kitabi-Dədə Qorqud»dan ayrı düşməmişdir. Öz 
inkişafında dönə-dönə - ritmik şəkildə daim ona qayıtmış, 
ondan poetik enerji almışdır.  


 335 
ƏDƏBİYYAT 
 
Azərbaycan türkcəsində 
 
1. Abbaslı  İ.  Əfsanə  və  rəvayətlərin janr özünəməx-
susluğu / Azərbaycan  şifahi xalq ədəbiyyatına dair təd-
qiqlər. XI cild, Bakı: Səda, 2002, s. 3-19. 
2. Abbaslı  İ. Azərbaycan dastanlarının yayılması  və 
təsiri məsələləri. Bakı: Nurlan, 2007, 272 s.     
3. Abbasov E. Koroğlu: poetik sistemi və strukturu 
(Paris nüsxəsi əsasında). Bakı: Nurlan, 2008, 140 s. 
4. Abdulla B. «Kitabi-Dədə Qorqud»un poetikası. 
Bakı: Elm, 1999, 224 s.  
5. Abdulla B. Dəli Domrul «Kitabi-Dədə Qorqud»da 
və qorqudşünaslıqda. Bakı: Təhsil, 2002, 60 s. 
6. Abdulla B. «Kitabi-Dədə Qorqud»da rəng sim-
volikası. Bakı: Çaşıoğlu, 2004, 128 s. 
7. Abdulla B.  Folklorda say simvolikası. Bakı: Elm, 
2006, 148 s. 
8. Abdulla K. «Kitabi-Dədə Qorqud» dastanlarının dili 
və mifoloji təfəkkürü // «Ulduz» jur., 1979, № 1, s. 57-59 
9. Abdulla K. «Dədə Qorqud» şeirləri // «Azərbaycan» 
jur., 1980, № 7, s. 152-157 
10. Abdulla K. «Dədə Qorqud» nəsrinin spesifik 
xüsusiyyətləri // «Azərbaycan» jur., 1981, № 6, s. 151-157 
11. Abdulla K. Azərbaycan mifologiyasının sistemli 
tədqiqi təcrübəsindən / Azərbaycan filologiyası məsələləri. 
Birinci buraxılış. Bakı: Elm, 1983, s. 205-211 
12. Abdulla K. Tədqiqatçı mövqeyi və dil abidəsinin 
öyrənilməsi / Azərbaycan filologiyası  məsələləri.  İkinci 
buraxılış. Bakı: Elm, 1984, s. 205-211 
13. Abdulla K. Müəllif - əsər - oxucu. Bakı: Yazıçı, 
1985, 156 s. 
 336
14. Abdulla K. Beyrəyin taleyi. «Dədə Qorqud» 
boylarından // «Ulduz» jur., 1986, № 4, s. 46-51 
15. Abdulla K. Dönük peyğəmbər: «Gizli Dədə 
Qorqud» silsiləsindən // «Ədəbiyyat və incəsənət» qəz., 
1989, 3 mart 
16. Abdulla K. Gizli Dədə Qorqud Bakı: Yazıçı, 1991, 
152 s. 
17. Abdulla K. Beyrəyin taleyi (iki hissəli dram) / 
K.Abdulla. Unutmağa kimsə yox. Bakı: Azərbaycan Döv-
lət Nəşriyyatı, 1995, s. 4-61  
18. Abdulla K. Sirr içində dastan və yaxud gizli Dədə 
Qorqud - 2. Bakı: Elm, 1999, 288 s.  
19. Abdulla K. Casus (pyes) / Qorqud ədəbiyyatı 
(bədii əsərlər). Bakı: Öndər Nəşriyyat, 2004, s. 290-322 
20. Abdulla K. Yarımçıq  Əlyazma. Bakı: «XXI» - 
YNE, 2004, 288 s. 
21. Abdulla K. Mifdən Yazıya və yaxud gizli Dədə 
Qorqud Bakı: Mütərcim, 2009, 376 s. 
22. Abdullayev C. Səməd Vurğun yaradıcılığında folk-
lor motivləri // ADU-nun «Elmi əsərləri». Dil və ədəbiyyat 
seriyası, 1958, № 1, s. 55-64 
23. Abdullayev C. Səməd Vurğun folklor haqqında // 
ADU-nun «Elmi əsərləri». Dil və ədəbiyyat seriyası, 1960, 
№ 4, s. 47-57 
24. Abdullayev C. Səməd Vurğun və «Kitabi-Dədə 
Qorqud» dastanı / Dədə Qorqud - 1300. Bakı: Bakı Uni-
versiteti Nəşriyyatı, 1999, s. 125-134 
25. Abdullayev C. «Dədə Qorqud»dakı  şeirlər barə-
də... / «Kitabi-Dədə Qorqud» - 1300. Filoloji araşdırmalar. 
IX kitab. Bakı: AAMM, 1999, s. 92-102 
26. Abdullazadə A. Ulu Qorqud (poema) / Abdulla-
zadə A. Ulu Qorqud (poema və  şeirlər) Bakı: Kitab 
cəmiyyəti, 1999, s. 121-149 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə