Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə82/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

 329 
Ümumiyyətlə, «Kitabi-Dədə Qorqud»un obraz, süjet, 
motiv və ideyaları  müasir Azərbaycan poeziyasına güclü 
şəkildə  təsir etmiş, bu mövzuda saysız  şeirlər və  zəngin 
bədii məzmuna malik poemalar yaradılmışdır. Eposun 
çağdaş  şeirə  təsiri davamlı olmaqla uzun onillikləri  əhatə 
etmişdir. Millilik poeziyadakı Dədə Qorqud «xəttinin» ana 
cizgisini təşkil edir. Bu cəhətdən janrından, formasından 
və  həcmindən asılı olmayaraq, «Dədə Qorqud» üstündə 
yaradılmış istənilən bədii nümunədə millilik davamlı  xətt 
kimi müşahidə olunur. «Kitabi-Dədə Qorqud»un müasir 
Azərbaycan poeziyasına təsirinin başlıca xarakterik 
xüsusiyyətlərindən biri  bu təsirin ideya tükənməzliyidir. 
Müşahidələr göstərir ki, bütöv Azərbaycan  ədəbiyyatında 
olduğu kimi, müasir poeziyada «Dədə Qorqüud» ideyala-
rından istifadə artan xətlə gedir. Bu mövzuda yeni forma 
və məzmunda əsərlər meydana çıxır. Bu da öz növbəsində 
«Kitabi-Dədə Qorqud»un müasir Azərbaycan  şeirindəki 
inikası məsələsinin mürəkkəb, çoxplanlı və dinamik səciy-
yəyə malik elmi problem olduğunu bir daha təsdiq edir. 
«Dədə Qorqud» motivlərinin müasir Azərbaycan 
dramaturgiyasına təsiri məsələsinin tədqiqi göstərmişdir 
ki, epos milli dramaturgiyanın inkişafına xüsusi təsir et-
miş, dastanın motivləri  əsasında dərin məzmuna malik 
dram əsərləri yazılmışdır. Bu əsərlərin, demək olar ki, ha-
mısı tamaşaya qoyulmuş və bunlardan bəzilərinə Azərbay-
can teatrları dönə-dönə müraciət etməkdədirlər. 
Müasir Azərbaycan  ədəbiyyatında «Dədə Qorqud» 
motivləri  ədib-alim  Ə.Dəmirçizadənin keçən  əsrin 40-cı 
illərində yazdığı «Dədə Qorqud» librettosu və «Qaraca 
Çoban» pyesi ilə başlanmış, daha sonra nəsr və poeziyada 
biri-birindən gözəl əsərlər meydana gəlmişdir. Lakin «Də-
də Qorqud»un dram taleyi Ə.Dəmirçizadənin bu əsərləri 
ilə  məhdudlaşmamış, sonralar N.Xəzri, K.Abdulla, 
A.Məmmədov və başqaları eposa müraciət edərək, 
 330
bilavasitə dastanın mövzuları ilə bağlı  səhnə  əsərləri 
yaratmışlar. Tədqiqatda Azərbaycan dramaturgiyasında 
«Dədə Qorqud» mövzusunun üç təzahür səviyyəsi aşkar 
edilmişdir: Birincisi, «Dədə Qorqud» motivləri ilə birbaşa 
bağlı olan əsərlər: bu əsərlərin mövzusu və  qəhrəmanları 
eposdan götürülmüşdür. İkincisi, «Dədə Qorqud» motivlə-
ri ilə dolayısı ilə bağlı olan pyeslər. Üçüncüsü, Azərbay-
canın müxtəlif teatrlarında, yaradıcılıq studiyalarında bila-
vasitə «Kitabi-Dədə Qorqud» eposunun mətni  əsasında 
hazırlanmış tamaşalar.  
Ə.Dəmirçizadə yaradıcılığının «Azərbaycan  ədəbiy-
yatında «Dədə Qorqud» motivləri» mövzusu baxımından 
müstəsna mövqeyi vardır. Ədəbiyyatımızda «Kitabi-Dədə 
Qorqud» mövzusunda ilk bədii  əsər  Ə.Dəmirçizadənin 
Ş.Şeyxovla müştərək 1943-cü ildə  qələmə aldığı libret-
todur. Alimin «Kitabi-Dədə Qorqud» eposuna olan bədii 
marağının  əsasında onun elmi marağı dururdu. «Dədə 
Qorqud» librettosunun əsas ideya xətti yurdun düşməndən 
müdafiəsi ilə bağlıdır.  Əsər sadə  qəhrəmanlıq süjeti üzə-
rində qurulmuşdur. Burada iki ideya xətti aydın müşahidə 
olunur: Birincisi, xalqın yadelli işğalçılara qarşı mübarizə 
ruhunun təsviri;  İkincisi, el-obanın dar günündə xalqın, 
zəhmətkeş kütlənin öz içərisindən çıxan qəhrəmanın  əsas 
rol oynaması. Hər iki xətt dövrlə, zamanla, əsərin yazıldığı 
vaxtın siyasi-ideoloji ovqatı ilə müəyyənləşirdi.  
Ə.Dəmirçizadənin «Dədə Qorqud» librettosu və 
«Qaraca çoban» pyesinin əsasında «Kitabi-Dədə Qorqud» 
eposundakı «Salur Qazanın evinin yağmalanması» boyu-
nun motivləri durur. Ə.Dəmirçizadə «Qaraca çoban» pye-
sində eyni eposa və onun eyni boyuna yenidən müraciət 
etməklə «Kitabi-Dədə Qorqud» eposunun dramaturgiya 
sahəsində geniş imkanlara malik olduğunu təsdiq etmişdir.  
Azərbaycan  ədibləri içərisində «Kitabi-Dədə Qor-
qud» eposuna ardıcıl şəkildə müraciət edən sənətkarlardan 


 331 
biri görkəmli Azərbaycan şairi Nəbi Xəzri olmuşdur. Şair-
dramaturqun «Dədə Qorqud» motivləri üstündəki poema 
və əsərləri eposun ikinci boyu olan «Salur Qazanın evinin 
yağmalanması» oğuznaməsi ilə bağlıdır. Sənətkar bu bo-
yun  əsasında bir poema və iki mənzum pyes («Torpağa 
sancılan qılınc» və Burla Xatun») yazmışdır. N.Xəzri öz 
«Dədə Qorqud» yaradıcılığında (poema və pyeslərində) 
qabartdığı, əsərlərinin əsas ideyası kimi götürdüyü Qadın - 
Ana amalı Azərbaycan xalqının milli mənəviyyat tarixinin 
əsas cizgilərindən biridir. Müəllifin yaradıcılığında «Ana - 
Qadın» ideyası «Ana - Vətən» ideyası ilə ayrılmazdır. 
Şair-dramaturqun  əsərlərində Ana ilə  Vətən eyniləşdiril-
miş, Vətənin müqəddəsliyi və  mənafeyi ilə Ananın mü-
qəddəsliyi və  mənafeyi arasında bərabərlik işarəsi qoyul-
muşdur. N.Xəzri «Vətən - Ana» amalını tərənnüm etməklə 
xalqımızın tarixi yaddaşını oyatmağa çalışıb, xalqı milli 
tarixin «Ana» adlanan ən müqəddəs dəyəri əsasında yeni-
dən təmizlənməyə, paklanmağa, «Torpaq Anamızı» «Qan 
Anamız» bilib, onu göz bəbəyi kimi qorumağa çağırıb. 
K.Abdullanın «Casus» və «Beyrəyin taleyi» pyesləri 
«Yarımçıq  Əlyazma» romanı ilə  məzmun və yozum 
konsepsiyasına görə  sıx bağlıdır. «Casus» komediya
«Beyrəyin taleyi» dramdır. Sonuncu əsər hətta müəyyən 
mənada faciəvi dramdır. Onda Oğuz gerçəkliyinin görün-
məyən və  oğuzlar üçün daim bəlalara, faciələrə  gətirən 
tərəfləri  əks olunmuşdur. Bu nöqteyi-nəzərdən «Casus» 
pyesi komediya olsa da, burada fərqli rakursdan yenə  də 
oğuzların həyatının görünməyən və problemlərə  səbəb 
olan tərəfləri gülüş kodu ilə inikas olunmuşdur. K.Abdulla 
oğuz gerçəkliyinə «Casus»da gülüş prizmasından, «Bey-
rəyin taleyin»də ciddi prizmadan yanaşmışdır. Lakin bu 
pyeslər arasındakı fərq, sadəcə olaraq, baxış bucaqlarının - 
prizmaların fərqindən ibarət deyil. Bu əsərlərin hər biri 
mövzu, məzmun, mündəricə, ideya, metaforik ifadələnmə 
 332
planı və s. baxımından tamamilə fərqli olan müstəqil dram 
əsərləridir. Sənətkarın pyesləri, o cümlədən «Casus» və 
«Beyrəyin taleyi» bir mətn kimi çoxplanlı qavrama-görün-
tü quruluşuna malikdir. Bu əsərlərdə müəllifin «Kitabi-
Dədə Qorqud» eposunu tamamilə yeni kontekstdə yozmaq 
cəhdləri, əslində, dünyanın tarixi zamanının ikinci minilli-
yini tamamlayıb üçüncü minilliyə başlayan çağdaş insanı-
nın fikir dünyasını inikas edir.  
Müasir Azərbaycan  ədəbiyyatında «Dədə Qorqud» 
motivlərindən istifadənin tarixi ilk dəfə keçən  əsrin 40-cı 
illərində  Ə.Dəmirçizadənin dramaturgiyası («Dədə Qor-
qud» librettosu və «Qaraca Çoban» mənzum pyesi) ilə 
başlansa da, bu ənənə sonralar nəsrdə  və  poeziyada da-
vam etdirilmiş, lakin bir neçə onillik ərzində dramaturgi-
yada bu mövzuya müraciət olunmamışdır. Uzun fasilədən 
sonra dramaturqlardan birinci olaraq bu mövzuya Altay 
Məmmədov baş vurmuşdur. Yazıçının «Dəli Domrul» ko-
mediyası «Dədə Qorqud» dastanının Dəli Domruldan bəhs 
edən boyu əsasında yazılmışdır. Əsərin gözə çarpan ümdə 
cəhəti müəllifin Dəli Domrul obrazını tamamilə yeni key-
fiyyətdə  təqdim etməsidir. A.Məmmədov dastanda Dəli 
Domrulun tikdirdiyi körpünü əsas motiv kimi alaraq onu 
pyesin ideya-məzmun leytmotivinə çevirmişdir. Kome-
diyada körpü Dəli Domrulun tikdirdiyi adi bir obyekt yox, 
onun ömür yolunun, həyat  əqidəsinin və bir obraz kimi 
poetik tutumunun əsas mənasını  təşkil edən mahiyyətdir. 
Körpünün çoxmənalılığı onun əsərdə adi bir tikinti obrazı 
olmaqdan çıxıb, yazıçı konsepsiyasını əks etdirən, onu pil-
lə-pillə, mərhələ-mərhələ açan bədii fiqur olmasında ifadə 
olunub. Pyesdə körpü obrazının axıradək aktual qalması 
A.Məmmədovun əsərin əsas ideya mahiyyətini, bədii mə-
na yükünü bu obrazda təcəssüm etdirməsini göstərir. Ko-
medik üslubda yazılmış bu əsərin birinci hissəsində müha-
ribə  və sülh, döyüş  və quruculuq ideyaları biri-biri ilə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə