313
dastanının «Bamsı Beyrək» boyuna istinadən yazıb tama-
şaya qoyduğu «Oğul» tamaşası da bir sıra yaxşı cəhətləri
ilə seçildi...
Burada oğul igidliyi, dəyanəti ilə yanaşı, ana
müqəddəsliyi, ana ürəyi, ana məhəbbəti öz əksini tapmış-
dır. Ailənin kişi ilə tamhüquqlu üzvü olan ana yalnız tərbi-
yəçi deyil, həm də xilaskardır. Ana adı əsərdə çox qürurla
səslənir. Ailə şərəfi, saf məhəbbət uğrunda mübarizə apa-
ran ana həm də cəfakeşdir, sədaqət rəmzidir, dözümlüdür»
(195).
Sənətşünas İ.Rəhimliyə görə, «Yuğ» teatr studiyası-
nın «Dədəm Qorqudun kitabı»ndan «Baybörənin oğlu
Bamsı Beyrək boyu» üzərində «Oğul» adlı yuğlaması ilk
və bəlkə də, buna görə də duyğulu və ehtiraslı sözdür...»
(284).
Rejissor V.İbrahimoğlu sözü gedən boyu səhnələşdi-
rərkən bir sıra priyomlardan istifadə etmişdir. Aktyorlar
qədim türk dilində danışırlar, eposun məntiqinə söykənir-
lər. Rejissor bunu belə əsaslandırır: «Çağdaş dünyaduyu-
mumuzu, düşüncəmizi nəzərə almışıq.
Bu gün azərbaycan-
lı adlanan insanın - sənin, mənim, qohum-tanışlarımızın
şüurunda, mənəviyyatında, ruh aləmində materializm, əski
inanclar və islam dininin məzmunlu dəyərləri, nemətləri
elə qatışıb, bitişib ki, onları bir-birindən ayırmaq, əslində,
mümkün deyildir» (284).
Başqa sözlə, V.İbrahimoğlu tamaşada cəmi bir boya
əsaslansa da, bu boy vasitəsi ilə Azərbaycan mənəviyyat
tarixinin bütün ruhunu təcəssüm etdirməyə çalışıb. Boyu
konkret bir dövrün, konkret bir zamanın epik faktı kimi
yox, bətnində, ruhunda özündən əvvəlki və özündən son-
rakı zamanı təcəssüm etdirən
milli mədəniyyət hadisəsi
kimi təqdim etmişdir. Əsərə baxan tamaşaçı oğuz tarixinin
bu səhifəsində təkcə dünəni yox, bugünü və dünənlə bu
gün arasındakı bütün tarix yolunu görə bilir. Bəs bu, ta-
maşaçıya nə verir?
314
İ.Rəhimli yazır ki, tamaşada «dəfələrlə səslənən bu
sözlər («Qutlu olsan dövlətiniz» - Y.İ.) əski tariximizin də-
rinliyindən, ən son həddən-səddən, ulu və qəhrəman əc-
dadlarımızdan bizə xeyir-dua kimi səslənir, qayğılı xəbər-
darlıq kimi anlaşılır. Bir anlığa sehrli-ovsunlu uyğudan
oyanırsan, ulu Dədəmizin milli,
etnik birliyi uğrunda çaba-
lamalarının çağdaş mənalarını görürsən. Bir anda anlayıb-
duyursan ki, uğursuz nə insan yaşaya bilər, nə toplu, nə də
dövlət» (284).
V.İbrahimoğlu eposun «Dəli Domrul» boyunun mo-
tivlərindən artıq «Mən Dədə Qorqud» tamaşasında istifadə
etsə də, eyni boya bir müddətdən sonra tamamilə fərqli bir
uslubda yenidən müraciət etmişdir. Rejissor burada əski
mətni tam yeni yozumda gerçəkləşdirmişdir. Prof. R.Bə-
dəlov yozumlar arasındakı fərq haqqında yazır: «Vaqif İb-
rahimoğlu on il bundan qabaq (1982-ci ildə - Y.İ.) Tədris
Teatrında özünün ən önəmli tamaşalarından olan «Mən -
Dədə Qorqud»da Dəli Domrula müraciət etmişdi. O
tamaşada Dəli Domrul üsyankar, ittihamçı idi, hətta Dədə
Qorqudun təmsil etdiyi əski şaman ruhuna qarşı qiyamlı
idi və onların qarğışı artıq Domrulu tutmurdu.
Yeni Allaha
pərəstiş əski ovsunların tilsimini qırmışdı, yeni Allaha diz
çökürdü, pənah diləyirdi, Domrul və Allah-təalaya məhz
bu hərəkət «xoş gəlirdi». O tamaşanın mayası rejissorun
fikir, nəzəriyyə axtarışları idi və məhz Domrul bu fikirlə-
rin özəyi idi. On ildən sonra (1992-ci ildə) indi rəhbər ol-
duğu «Yuğ» teatrında Vaqif yenidən Dəli Domrula müra-
ciət etdi, monotamaşa qurdu, onu aktrisa Mehriban Zəkiyə
tapşırdı, tamaşanın adınısa «Xatun» qoydu. Amma bu
dəfəki Dəli Domrul tam başqa cür alındı... Əslində, Vaqif-
lə Mehribanın «Xatun»unda dərin,
gizli mənalar axtarmaq
lazım deyil. Daha dəqiq desək, bu tamaşada nəzəriyyədən
əsər-əlamət qalmayıb, keçmiş «Mən - Dədə Qorqud»
tamaşasının fikir aşkarlığı, fikir təməli əriyib» (69).
315
«Yuğ» teatrının «Dəli Domrul» boyu əsasında hazır-
ladığı «Xatun» tamaşası da bir sıra üstün cəhətləri ilə se-
çildi. Burada qadın-kişi münasibətlərindəki ülvilik, cəfa-
keşlik, qadın məhəbbəti, qadın sədaqəti ön plana çəkilib.
Rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi «Xatun» ta-
maşasında gənc aktrisa Mehriban Zəkinin orijinal oyun ma-
nerası rejissor taktı, rejissor dinamikası ilə birləşərək belə
bir həqiqəti təsdiqlədi ki, yüksək sənətkarlıq güclü texnika
ilə qovuşduqda hər bir fiziki hərəkət və cest düşünülmüş
məna yükü ilə tamamlandıqda
oyunun səmimiyyətinə inam
yaradır, ifanın tamaşaçıya təsirini artırır (195).
Maraqlıdır ki, 1992-ci ildə - müstəqilliyimizə təzə
qədəm qoyduğumuz dövrdə tamaşaya qoyulmuş «Xatun»
tamaşası mətbuatda həm də Azərbaycan cəmiyyətinin gələ-
cəyinin - siyasi narahatlıqların arxada qalıb xalqın yalnız
mədəni qayğılarla yaşayacağı dövrün müjdəsi kimi qiymət-
ləndirildi: «...Və gün gələcək... İstiqlal bərkiyəcək və Sənət
Teatrosu Siyasət teatrını üstələyəcək. Biz o günün dadını, o
günün işığını dünən axşam gördük və yaşadıq!..» (278).
Bilavasitə «Kitabi-Dədə Qorqud» mətni əsasında
hazırlanmış tamaşalar içərisində «Dədə Qorqud» tamaşası-
nı da qeyd etmək olar. Dastanın «müqəddiməsi əsasında
Vidadi Həsənovun iştirakı ilə göstərilən mono-tamaşa
Qorqud tamaşaları sırasına daxil oldu. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin «Səda» tədris
teatrında hazırlanmış «Dədə Qorqud» tamaşası da öz
estetik mahiyyəti, poetikliyi ilə nəzəri cəlb edirdi» (195).
Beləliklə, «Kitabi-Dədə Qorqud» müasir Azərbaycan
dramaturgiyasının inkişafına
qüvvətli şəkildə təsir etmiş,
onun motivləri əsasında bir çox görkəmli sənətkarlar tərə-
findən dram əsərləri yazılmış, rejissorlarımız birbaşa
(müstəqil şəkildə) eposa müraciət edərək mətnin dramatik
potensiyasını səhnədə «hərəkətə» gətirmişlər. Bu cəhətdən
eposun müasir Azərbaycan dramaturgiyası və teatr
316
tarixindəki təsirinin davamlı milli hadisə olması Azərbay-
can Teatr Xadimləri İttifaqının 1999-cu ildə keçirdiyi «Ki-
tabi-Dədə Qorqud» və Azərbaycan teatrı» mövzusundakı
elmi-praktiki konfransının əsas leytmotivini təşkil etmişdir
(343).
«Kitabi-Dədə Qorqud» eposunun çağdaş Azərbaycan
ədəbi düşüncəsinin dramaturci kodunu belə coşqulu şəkil-
də hərəkətə gətirməsi, əslində, bir təsadüf olmaqdan, ya-
xud xalqımızın öz milli eposuna məhəbbətinin ifadəsi ol-
maqdan ziyadə dastanın «bətnindəki» dram potensiyasının
müvafiq şəraitdə «işə düşməsi» demək idi. «Kitabi-Dədə
Qorqud» bir
milli dastan - epos olsa da, o, tədqiqatçıların
təsdiq etdiyi kimi, Azərbaycan milli teatr düşüncəsinin ən
əski və əsas qaynaqlarından birini təşkil edir (141, 113).
Milli oyanış milli düşüncə simvollarının hərəkətə gəlməsi
ilə baş verir. Heç təsadüfi deyildir ki, Azərbaycan drama-
turgiyasında «Dədə Qorqud» mövzusu həmişə milli dü-
şüncə, milli özünəqayıdış ideyaları ilə bağlı olmuşdur. Bu,
istər sovet dönəmində, istərsə də müstəqillik dövründə
yazılmış «Dədə Qorqud» pyeslərinə eyni dərəcədə aiddir.
Sovet dönəmində «Kitabi-Dədə Qorqud» eposu ümumən
ədəbiyyatda və dramaturgiyada milli düşüncəni ölməyə
qoymayan ideyalar qaynağı, eposdakı obraz və motivlər
milli ideyaların veriliş - təqdimat
vasitəsi kimi istifadə
olunurdusa, müstəqillik dövründə «Dədə Qorqud» artıq
milli özünüdərkin təkamül qaynağı kimi istifadə olunmaq-
dadır. Bu da göstərir ki, bu epos, əslində, ölməz milli dü-
şüncə qaynağıdır. O - milli düşüncənin başlanğıcıdır; milli
ədəbiyyat milli düşüncənin əsaslarından biridir. Bu məna-
da müasir Azərbaycan ədəbiyyatının, o cümlədən drama-
turgiyasının «Kitabi-Dədə Qorqud» mövzusuna dönə-dönə
qayıtması milli düşüncəsinin inkişaf dialektikasından do-
ğur. Milli düşüncə milli sxemlər əsasında gerçəkləşir. Bir
milli düşüncə öz genetik sxemlərindən qırağa çıxarsa, o,