Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə74/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   70   71   72   73   74   75   76   77   ...   89

 297 
mahiyyəti, süjet konflikti, yazıçının bədii təcəssüm etdir-
mək istədiyi bədii konsepsiya bu nəğmədə ifadə olunub: 
 
Oğuz oğlu at belində doğulub, 
Onun qanı atəşlərdən yoğrulub, 
Domrul, sənin igidliyin sovrulub, 
Yerdə qalıb bənna Domrul, Daş Domrul, 
İşin sənin nədən belə yaş, Domrul! 
                                    Domrul, hey! 
                                    Domrul, hey! (238, 216) 
 
Göründüyü kimi, qızların bütöv Oğuz elinin Domru-
lun tikdirdiyi körpüyə münasibətini ifadə edən bu nəğmə-
sində biz iki Domrulun qarşılaşdırıldığını  və ikinciyə 
istehza olunduğunu görürük: 
Birincisi, at belində doğulmuş, qanı atəşlərlə yoğrul-
muş igid Domrul; 
İkincisi, igidlikdən, at çapıb, qılınc çalmaqdan imtina 
edərək, bənnalığı, körpü qurmağı özünə həyat yolu seçmiş 
Domrul. 
Əsərin birinci hissəsi, demək olar ki, bu iki Domru-
lun ideya-məfkurə hadisəsi kimi qarşılaşdırılması üzərində 
qurulub. Məlum olur ki, o, artıq oğuzların döyüş  fəlsəfə-
sindən, bir növ imtina etmiş, dinc quruculuq yolunu tut-
muşdur. Bu, onun qızların xoruna verdiyi cavabda aydın 
şəkildə ifadə olunmuşdur: «Bu da mübarək dediyinizdir-
mi, az... ay ağızları süd qoxuyanlar, neyləyirəm? Körpü 
salıram də. Nə qanırsınız siz tikməyi, qurmağı. Nişanlınız 
ölməyib savaşda, qardaşınızın vay xəbərinizi eşitməyib-
siniz» (238, 216). 
Domrulun bu ilk cavabından onun öz həyat siyasə-
tində müharibədən imtina etməsi, sülh, quruculuq, dinc ya-
şayış yolunu tutması bəlli olur. Əsərdə onun keşikçi, dostu 
Dəli Dondar və digərləri ilə mübahisəsində iki siyasi, 
 298
məfkurəvi həyat fəlsəfəsi - müharibə  və sülh biri-biri ilə 
qarşılaşdırılır. Domrul - sülhün, demək olar ki, bütün 
qalan oğuzlar - müharibənin tərəfdarı kimi təqdim olunur. 
Qızların oxuduğu xorda oğuz həyat fəlsəfəsi əks olunur: 
 
Kərpic hara, suvaq hara, sən hara? 
Körpü hara, kömrük hara, sən hara? 
Döyüş, talan, mərdlik olmuş sifətin, 
İndi nədən qorxan oldun, a Domrul? 
Söylə nədən qorxan oldun, a Domrul?  
                                    Domrul, hey! 
                                    Domrul, hey! (238, 217) 
 
Beləliklə, komedik üslubda yazılmış bu əsərin birinci 
hissəsində müharibə və sülh, döyüş və quruculuq ideyaları 
biri-biri ilə qarşılaşdırılmış, pyesin dramatik idealı - 
yazıçının bədii-fəlsəfi məfkurəsi oğuz cəmiyyətinə sülh, 
barış, dinclik, qurub-yaratmaq ideyalarını gətirmək istəyən 
Dəli Domrul obrazında təcəssüm etdirilmişdir. 
Əsərdəki bu müharibə-sülh qarşıdurması  təsadüfi 
olmayıb, pyesin yazıldığı dövrdəki (keçən  əsrin 70-ci 
illərinin  axırı - 80-ci illərinin əvvəlindəki) ictimai həyatın 
ideoloji ovqatını özündə əks etdirir. Öz varlığı ilə dünyanı 
iki sistemə - sosializmə və kapitalizmə bölmüş SSRİ döv-
ləti özü «xalqlar həbsxanası» olsa da, sözdə sülh və barış 
ideyalarının təbliğatçısı kimi çıxış edirdi. Həmin dövrdə 
sovetlər ölkəsində bütün kütləvi imformasiya vasitələrində 
fasiləsiz olaraq aparılan ideoloji təbliğat bu ideya - SSRİ-
nin dünyaya sülh, quruculuq, kapitalizmin isə müharibə, 
aclıq, səfalət gətirməsi üzərində qurulmuşdu. Həmin əsrin 
70-ci illərində SSRİ-nin Əfqanıstanda etdiyi qanlı inqilab 
(əslində: hərbi çevriliş) heç də onun arzuladığı kimi bura-
da yeni sosialist respublikasının qurulması ilə  nəticələn-
mədi. Ölkəni işğal etmiş Sovet ordusu Əfqanıstan xalqı ilə 


 299 
uzunillik qanlı müharibəyə başladı. Bu müharibə, onun 
doğurduğu qanlı  nəticələr dünya mətbuatında  uzun illər 
siyasi gündəmin əsas mövzusu oldu. Sovet dövləti beynəl-
xalq mətbuatda onun işğalçı siyasətini ifşa edən təbliğata 
qarşı özünün sülhsevər, qurucu, yaradıcı obrazını  təbliğ 
etməklə cavab verirdi. Tamamilə dövlətin nəzarətində olan 
və sovet-sosialist quruculuğuna xidmət edən sovet ədəbiy-
yatından da rəsmi ideoloji xəttin müdafiəsi tələb olunurdu. 
Digər tərəfdən, ictimai həyatın güzgüsü olan ədəbiyyat, is-
tər-istəməz, düşüncələrə hakim kəsilən ideoloji təbliğatdan 
qıraqda qala bilmirdi. A.Məmmədovun «Dəli Domrul» ko-
mediyasında da ölkənin ideoloji əhvali-ruhiyyəsi əks olun-
muşdur. Əslində, bu əsər bir komediya olsa da, onun birin-
ci hissəsində  Dəli Domrul-Əzrayıl xətti başlanan «nöq-
təyə» qədər Domrul ilə qızlar, keşikçi, dostu Dəli Dondar, 
hətta valideynləri arasında bir ideoloji söz savaşı gedir. Bu 
söz savaşında körpü obrazının ideya quruluşunun məna 
qatları da bir-bir açılır.  
İlk söz savaşı Domrul ilə körpünün keşikçisi arasın-
da olur. Keşikçi ona deyir ki, «Domrul qağa, el Ruma cöv-
lana tədarük görür, körpü də hazırdır, bəs biz getməyəcə-
yik? Görürsənmi, bu qızlar da bizi lağa qoyur» (238, 217). 
Bu dialoqda Domrulun ona verdiyi cavablara diqqət 
yetirək:  
«Bir kərrə dedik: nə  sən, nə  də  məni istəyən o biri 
igidlər yağmaya gedəsi döyül... Tanrı verib, əppəyimiz 
var, bağımız bağatımız, örüşümüz, davarımız: uzaq-uzaq 
ellərdə bizim nə ölümümüz var?» (238, 217) 
«Qılınc çalmaqdan, ox atmaqdan savayı bildiyin nə 
idi? İndi hörgüçülüyü də öyrəndin... Darıxsan, qara damı-
nın yerində ağban ev ucalt... Tanrı bir ömür verib, əlli-alt-
mış il adam yaşayacaq, gözümüz oğlanlarımızın üstündə 
olsun...» (238, 217).   
 300
Göründüyü kimi, Dəli Domrulla keşikçinin dialoun-
da qədim oğuz həyat fəlsəfəsi ilə  Dəli Domrulun sülh-
barış, qurub-yaratma fəlsəfəsi qarşılaşdırılır. Dəli Domrul 
öz eldaşlarının - həməsrlərinin  əsərdə  təqdim olunduğu 
kimi yağmaçılıq - talançılıq, zorakılıq həyat tərzindən 
imtina edir. Yazıçı bununla Dəli Domrulun simasında XX 
əsr sovet həyat tərzinin rəsmi ideologiyada təbliğ olunan 
dinc quruculuq siyasətini təcəssüm etdirməyə çalışmışdır. 
Bu halda Dəli Domrulun tikdirdiyi körpünün əsas məcazi 
mənası  aşkara çıxır. Bu körpü iki sahili birləşdirir. Lakin 
həmin körpü ilə onun sahibi Dəli Domrul məcazi olaraq 
bir ideya qəlibində - bir obrazda birləşir.  İnsanlar körpü-
nün üstündən bir sahildən o biri sahilə keçirlər. Dəli Dom-
rul özü də bir körpü-insan kimi Oğuz xalqının iki həyat 
tərzi, iki həyat fəlsəfəsi - müharibə və sülh, yağma və qu-
ruculuq ideyaları arasında körpü rolunu oynamağa çalışır. 
Bunu biz Domrulla körpüdən keçmək istəyən tacirin 
dialoqunda açıq müşahidə edirik: 
«Tacir: Oğuz elində belə körpü görməmişdik, kim 
yapıb? 
Domrul: Biz yapmışıq, necədir?  
Tacir: Çox gözəl... Oğuzdan belə oğul!! 
Domrul: Oğuza nə olub a kişi? Oğuzun körpüləri ol-
mayıb, bəyəm? Elə qalalar qurub, elə körpülər salıb baba-
larımız. İntahası köhnələrə baxmamışıq, təzələrini qurma-
mışıq. 
Tacir: Biz Oğuzu at belində görmüşük... Göz gör-
düyünü deyər. Vuran-yıxan görmüşük. 
Domrul: Oğuzun yıxmağı da var, qurmağı da...» 
(238, 218).   
Maraqlıdır ki, bu dialoqda oğuzların qəhrəmanlıq 
tarixinə yazıçının bəslədiyi hörmət və  rəğbətlə dövrün 
siyasi ideologiyasının təsiri yan-yanaşıdır. Bəlkə də, yazıçı 
bu qədər ciddi məsələnin bədii təcəssümündə - Oğuz milli 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə