Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə71/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   67   68   69   70   71   72   73   74   ...   89

 285 
onun uğurla keçən tamaşaları haqqında təqdiredici məqa-
lələr çap olunmuşdur (bax: 165; 251). 
İki hissədən ibarət «Beyrəyin taleyi» dramı Dış Oğuz 
bəyi Aruz Qocanın evində bəylərin müzakirəsi ilə başlanır. 
Dış  Oğuz bəyləri Qalın (hər iki, ümumi, bütöv) Oğuzun 
başçısı Salur Qazanın onlara qarşı  təhqiramiz hərəkətini 
müzakirə edirlər. Qazan vaxtaşırı Oğuzun hər iki qolunun 
- İç Oğuz və Dış Oğuzun iştirakı ilə mərasim keçirib evini 
yağmaladırmış. Lakin sonuncu dəfə Qazan ədalətsizliyə 
yol verir: yağmada yalnız İç Oğuz iştirak edir. Bu, Qalın 
Oğuzun birliyinə böyük zərbə vurur. İncimiş  və  təhqir 
olunmuş  Dış  Oğuz bəyləri  İç Oğuza düşmən olmaq 
haqqında qərar qəbul edirlər. Bəylər onlardan qız almış 
Beyrəyi çağırıb Dış  Oğuzun tərəfinə keçməyi təklif edir-
lər. Lakin Beyrək Dış  Oğuzun kürəkəni olsa da, Qazana 
xəyanət etmir: «Mən Qazana düşmən ola bilmərəm. Ol-
sam, çörəyi məni tutar»; ...«Mən Qazandan dönə bilmə-
zəm. Dönərsəm,  əynimdəki qaftanları  kəfən olsun mənə. 
Dönərsəm, yeyib-içdiyim otaqları zindan olsun mənə. 
Dönərsəm...» (17, 11). 
Aruz Beyrəyi qılınclayır və yaralı Beyrək atının 
üstündə evinə çatmağa çalışır. Son anlarında onun gözləri-
nə vaxtilə  əsirlikdə olanda aldatdığı kafir qızı görünür. 
Beyrək son «etiraflarını» edir. Əsərdə çox maraqlı kompo-
zisiya quran K.Abdulla «Beyrəyin taleyi»ni onun son söz-
ləri ilə başlamaqla Beyrəyin ölümünəqədərki həyatını «və-
rəqləmək üçün» maraqlı, həyəcanlı priyom işlədir. Beyrək 
son anda deyir: «Bu da mənim axırım. Canım-gözüm, boz-
ayğırım. Mən nəhayət, öz sonuma çatasıydım. Boz ayğı-
rım, çatdır məni öz evimə, öz yurduma. Allah, mənə qüv-
vət ver. Allah məni yarıyolda qurda-quşa yem eləmə. Düş-
mənlərimi güldürmə. Allah, mənim ömrümü alırsan, özün 
al, saxlayırsan, özün saxla. Bu kimdi elə yol qırağında 
durub?! Bu sənsənmi, kafir qızı?! Necə  də gözəlsən. 
 286
Bayburd hasarında belə gözəl deyildin. Əsirlik səni belə 
püxtə gözəl eləyib, kafir qızı. Mənim sənə borcum varmış. 
Söz verdim - qılıncıma doğranayım dedim, gəlib səni ha-
lallığa almasam, qaçır məni bu hasardan... Kafir qızı, sən 
mənə  həyatımı qaytardın, mən həyatımı  sənə borclu qal-
dım. Öz sözüm addım-addım arxamca düşüb məni izlədi, 
izlədi - bu gün Aruz Qoca məni öldürdü. Amma mən bu 
gün ölmədim. Mənim ölümüm çoxdan başladı, anadan 
olmazdan çox-çox əvvəl. Kafir qızı...» (17, 12-13). 
 Beləliklə, müəllif Beyrəyin sözləri ilə bizi «çox-çox 
əvvəllərə», hələ «Beyrək anadan olmadığı vaxta» qaytarır. 
K.Abdullanın şərti başlanğıc olaraq seçdiyi bu «vaxt» tək-
cə Beyrəyin faciəli taleyinin başlanğıcı yox, həm də «Bey-
rəyin taleyinə» kodlaşdırılmış  Oğuzun faciəli taleyinin 
başlanğıcıdır.  İnsanın taleyinə xalqın taleyini kodlaşdıran 
sənətkar bununla, əslində, şəxsiyyətlə cəmiyyətin taleyinin 
nə qədər sıx şəkildə bağlı olduğunu, hətta bəzən eyniləşdi-
yini göstərməyə nail olur. Beyrəyin ölümü təkcə onun şəx-
si ölümü deyildir. Onun ölməsi ilə Oğuzun birliyi də ölür. 
Onun ölümü ilə İç Oğuzla Daş Oğuzu biri-birinə bağlayan 
son vəhdət teli də  qırılır. Bu ölümdən artıq geriyə yol 
yoxdur. Nə qədər ki, Beyrək ölməmişdi, Oğuz elinin bu iki 
qolu arasında olan inciklik, düşmənçilik söz səviyyəsində 
idi. Beyrəyin ölümü ilə iki qol arasında qan tökülür. 
Maraqlıdır ki, pyesdəki bütün hadisələr yaralı Beyrə-
yin can verdiyi qısa müddətdə yadasalma (xatirələr)  şək-
lində  cərəyan edir. Növbəti  şəkildə müəllif bizi Beyrəyin 
hələ anadan olmadığı vaxtlara qaytarır. Burada cavan və 
gözəl Oğuz igidləri bir məclisdə  təsvir olunurlar. Onlar 
burada Tanrıya əl qaldırıb Bayburaya bir oğul, Baybecana 
isə bir qız diləyirlər. Bu iki bəy hamının yanında  əhd 
bağlayırlar ki, əgər uşaqlar qız və oğlan doğulsalar, onlar 
bir-birinin beşikgərtmə nişanlısı olsunlar.  


 287 
Bayburanın oğlu, Baybecanın qızı dünyaya gəlir. 
Baybura bazirganları  oğlu üçün hədiyyələr almaqdan ötrü 
Oğuzdan qıraqdakı ölkələrə yollayır. Aruz və  Dədə Qor-
qudla gizlincə Baybecanın yanına gəlib ona mal-dövlət mü-
qabilində Bayburd hasarının bəyi ilə dostluq təklif edirlər. 
Baybecan bu təklifi qəbul etmək istəmir ki, birdən Oğuzda 
bunu bilən olar. Dədə Qorqud deyir: «Oğuzda bunu kimsə 
bilməz. Əgər biz Bayburd kimi bir hasar bəyini Oğuza dost 
ediriksə, bunu indi hər bir oğuzun bilməsi gərək deyil, bə-
yim. Hər kəs bu işi anlamaz. Anlamadığı üçün də min yerə 
yozar. Tanrının buyruğu ilə bu dostluq başa gəlib gerçəyə 
dönərsə, o zaman bəyan edəlim bütün Oğuza» (17, 16). 
Baybecan Oğuza düşmən olan Bayburd məliyinin 
Oğuz elinə dost olacağı ümidi ilə onların təklifinə razı 
olur. Görüşdə  şəxsən iştirak edən Bayburd bəyi Baybe-
canla dost olmaq haqqında qərarını verir. Lakin Baybecan 
istəyir ki, Bayburd bəyi təkcə Aruz, Qorqud, Baybecanla 
yox, bütün Oğuzla dost olub, düşmənçiliyi yerə qoysun. 
Bayburd bəyi  şərt qoyur ki, qızın Banıçiçəyi mənə ver. 
Baybecan bildirir ki, qızım Bayburanını oğluna beşikgərt-
mə nişanlıdır. Dədə Qorqud deyir: «Baybecan bəy! Bay-
burd bəyilə yaxınlıq hamımıza xeyir gətirər. Sən qızının 
sözünü verəndə o doğmamışdı. O söz havaya getdi...  Söz 
veriləsi məqam indidir: qızın doğub» (17, 17). 
Oğuz bəylərinin «alqışının - alqış, qarğışının isə - 
qarğış olduğunu» yaxşı bilən Baybecan bəy vaxtilə öz 
qızını Bayburanıın oğluna  ərə verəcəyi haqqında bütün 
oğuz bəylərinin yanında verdiyi sözün onu cəzalandıra-
cağından qorxur: «Əvvəl verdyim sözə Oğuz bəyləri tanıq 
olmuşdular. Dədə, o söz addım-addım məni izləməzmi?» 
(17, 18). «Tanrı-təala könlünə ilham edən, qayibdən dürlü 
xəbərlər söyləyən, Oğuzun hər müşkülünü həll edən, ver-
diyi hər bir məsləhətə  əməl olunan» Dədə Qorqud onu 
arxayın salır: «Tanrının köməyilə izləməz. Bu saziş bizim 
 288
oldu bəyim. Sənin, mənim, bir də Bayburd məlikinin. Bu 
sazişi üçümüz bildik, dördüncü kəs bilməsin. Xeyirli 
olsun, bəyim! Xeyirli olsun, məlik! Bəlkə, bu saziş Oğuzu 
böyük dünya yoluna çıxardı, İlahi, amin!» (17, 18). 
Beləliklə, bu söhbətdən məlum olur ki, Oğuz elinin 
içərisində siyasi, sosial mənəvi çatlar vardır. Siyasi idarə-
çilikdə xüsusilə Salur Qazanın buraxdığı  səhvlər Oğuz 
bəylərində mərkəzdənqaçma əhvali-ruhiyyəsi yaradır. Öz-
lərini Oğuz idarəçiliyində  təhlükəsiz hiss edən bəylər kə-
narda - Oğuzun düşmənləri içərisində özlərinə dayaqlar 
axtarırlar. Dədə Qorqudun da bu prosesdə  iştirak etməsi 
Oğuzun daxili vəhdətində çox böyük çatların əmələ gəldi-
yini göstərir. Məlum olur ki, Aruz, Dədə Qorqud kimi 
məşhur Oğuz xadimləri Oğuza düşmən Bayburd hasarının 
bəyi ilə dostluq edib, ona arxalıq edirlər. Bu, bir neçə oğuz 
xadiminin simasında Oğuzla Bayburd arasında bağlanmış 
gizlin sazişdir. Bu işin xeyir-şərini yaxşı analmayan Bay-
becan Dədə Qorqudun məsləhəti ilə sazişə qoşulur. 
Pyesdə daha sonra bazirganlar qayıdıb Beyrəyə çox-
lu hədiyyələr gətirirlər. Beyrək ova çıxır. Ovda beşikgərt-
mə nişanlısı Banıçiçəklə rastlaşır və gənclər bir-birini se-
virlər. Hadisələrin sonrakı gedişatından məlum olur ki, 
çoxlu var-dövləti olan Baybecan bəy artıq qocalıb ölmüş, 
çoxları onun qızına elçi düşmüşdür. Maraqlıdır ki, elçilə-
rin  sırasında Alp Aruz da var. O, Baybecanın ölməmişdən 
qabaq öz qızını Bayburd hasarının bəyinə söz verməsi 
haqqında bilsə  də, onun var-dövlətinə yiyələnmək üçün 
Banıçiçəyi oğlu Basata almaq istəyir.  
Baybura bəy Dədə Qorqudu və  Oğuz bəylərini cəm 
edib Beyrəklə Banıçiçəyin beşikgərtmə nişanlı olması haq-
qında  əhdi onların yadına salır. Alp Aruz, Dədə Qorqud 
Baybecanın ölməsini  bəhanə gətirib Bayburanı bu yoldan 
döndərməyə çalışırlır. Lakin Baybura israr edir və  bəylər 
qərara gəlirlər ki, Dədə Qorqud elçi yollasınlar. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə