Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə67/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   63   64   65   66   67   68   69   70   ...   89

 269 
 
Gizlətmə, sonadək söylə sözünü
Yurdunu görmüsən, qurdun tərpənib?.. (181, 198) 
 
Şiranə  Oğuzu tərk etsə  də, Oğuz elinin qız-gəlinin 
belə zəlil vəziyyətə düşməsi onu ağrıdır: qızın düşüncəsin-
də oğuz mənəviyyatı oyanır. Düşmən içərisində xoş gələ-
cəyinin olmadığını bilən  Şiranə var gücü ilə Burla Xatu-
nun namusunu qorumağa çalışır. 
Əsərdə Burla Xatunu aparmağa gələn kafirə  oğuz 
qızlarının verdiyi cavablarda onun bir el anası kimi oğuz 
düşüncəsində nə qədər uca və ülvi məqamda durması ifadə 
olunmuşdur. Qızırca Yengə onu müqəddəs torpaqla, Çiçək 
- büllur sularla, Aynişan - yerin, göyün nəfəsi ilə (küləklə), 
Səhəriyyə - parlaq günəşin şöləsi ilə müqayisə edir. 
N.Xəzri Burla Xatunun tanınması ilə bağlı Oğuz das-
tanında olmayan maraqlı detaldan istifadə etmişdir. Şöklü 
Məlik Qazanın öz sevgilisi Burla Xatuna toy hədiyyəsi 
kimi bağışladığı daş-qaşlı kəməri məclisə gətirdib, bir-bir 
oğuz qızlarının belinə bağlatdırmaq istəyir. Oğuz qadınları 
ən ağır durumda belə özlərini ləyaqətlə aparıb, Burla 
Xatunu mətanətlə müdafiə edirlər. Onların Burla haqqında 
söylədiyi sözlərdən məlum olur ki. Salur Qazanın arvadı 
olan Burla Xatun təkcə Qazının yox, elin namus sim-
voludur: 
 
Səhəriyyə 
Əl saxlayın, dayanın, 
Yatmısınız, oyanın. 
Bu yurdun hər daşı, qayası Xatun, 
Bitən hər çiçəyin mayası Xatun, 
Əgər duya bilsən, anlaya bilsən, 
Onun da hər sözü, qayəsi Xatun! 
 
 270
Aynişan 
Durna idi, üfüqlərdən endi Xatun, 
Doğma ana torpağına endi Xatun, 
Hər çiçəyin üzərində şehdi Xatun, 
Bu ellərdə əsən mehdi Xatun (181, 207-208) 
 
Oğuz qızlarının Burla Xatunu tərənnüm edən yuxarı-
dakı sözlərindən məlum olur ki, müəllif «Əfsanəli yuxu-
lar» poemasında və «Torpağa sancılan qılınc» pyesində 
olduğu kimi bu əsərdə də «Ana - Vətən» ideyasını leytmo-
tiv kimi götürməkdə davam etmişdir. Burla Xatun Səhə-
riyyənin tərənnümündə yurdun daşı, qayası, çiçəyi ilə, çi-
çəyin mayası, Aynişanın tərənnümündə  vətənin durnası, 
birbaşa ana torpaqla, çiçəklərin üstündəki  şehlə, ellərdə 
əsən mehlə eyniləşdirilir. Bütün bunlar göstərir ki, N.Xəz-
rinin yaradıcılığında ana obrazı ilə vətən obrazı qoşa tərən-
nüm olunur. Şair ananı  vətəndən, vətəni isə anadan ayır-
mır. Bu cəhətdən oğuzların Burla Xatuna münasibəti on-
ların ana yurda münasibəti deməkdir. Oğuzlar üçün Burla 
Xatun bilavasitə ana yurdun simvoludur. Onu ələ vermək 
vətənə  xəyanət etmək, onu qorumaq vətən yolunda ya 
qazi, ya şəhid olmaq deməkdir. 
Şöklü Məlik  əmr edir ki, Bural Xatunun kəmərini 
bir-bir qızların belində yoxlasınlar. Vəziyyətin gərginləş-
diyini görən Şiranə «Burla Xatunu özüm tapacağam» de-
yib kəməri Şöklü Məlikdən alır. O, Burla Xatunu ələ ver-
mir: qayıdıb Şöklü Məliyə yalandan deyir ki, Burla Xatun 
burada yoxdur. Acıqlanmış  Məlik qızların asılması haq-
qında  əmr verir. Ulusun sevgilisi Çiçəyin saçından tutub 
sürüyürlər. Burla Xatun buna dözmür. Lakin Qısırca Yen-
gə onu dayandırır.  Şair Yengənin sözlərində  əsərin  əsas  
ideyasını səsləndirir: 
 
 


 271 
Mənim də ağrımdır sənin bu ağrın, 
Unutma, fəqət - 
Vətən namusudur ana namusu! (181, 214). 
 
Əsərdəki bu səhnələrdə biz maraqlı bir mənzərənin 
şahidi oluruq. Burla Xatunun yanındakı qızlardan hər biri 
özünü Burla Xatun kimi təqdim edib təhqir olunmağa 
hazırdır. Halbuki onların hər biri ismətli, namuslu, say-
seçmə  oğuz qızlarıdır. Onların içərisində Salur Qazanın 
gələcək gəlini Çiçək də var. Lakin bütün bunlara baxma-
yaraq, bu qızların hər biri Burla Xatunun yerinə  təhqir 
olunmağa hazırdır. Təbii ki, bu motiv birbaşa oğuz dasta-
nından - «Kitabi-Dədə Qorqud»dan götürülmüşdür. Bu cə-
hətdən N.Xəzri bu səhnələri işləyərkən «Salur Qazanın 
evinin yağmalanması» boyunun başlıca leytmotivindən - 
oğuz qızlarının özlərini Burla Xatun kimi təqdim etməsi 
xəttindən kənara çıxmamışdır. Ona görə  də, belə bir sual 
meydana çıxır ki, oğuz qızlarının Burla Xatunun namusu-
nun təhqir olunmaması üçün hər cür təhqirə hazır olma-
larının səbəbi nədir? Axı bu halda onların öz namusları da 
təhqir olunacaqdır? 
Bizcə, bu sualın cavabı oğuz xalqının sosial-mənəvi 
birliyindədir. Oğuz xalqı bir bütövdür. Burla Xatun ana 
vətənin namus simvoludur. Oğuzların düşüncəsinə görə, 
vətənin namusunu qorumaq, bu yolda qurban getmək
vətənin namusunun tapdanmamasından ötrü hər cür əzab 
və  təhqirə dözmək alçalmaq yox, ucalmaq deməkdir. 
Pyesdə bu xəttin açılmasına Şiranə obrazı yardım edir. O, 
Oğuz elini tərk etmiş, namusunu, ləyaqətini düşmən ayaq-
ları altına ataraq özünü alçaltmışdır. Ancaq əsirlikdə zəlil 
vəziyyətində olan oğuz qızları öz milli qürur və ləyaqətlə-
rini itirmir, düşmənə baş əymir və Burla Xatunun tanınma-
masından ötrü özlərinə ediləcək hər bir təhqiri qəbul 
etməyi ucalıq sayırlar. 
 272
N.Xəzrinin «Burla Xatun» pyesini bu mövzudakı 
əvvəlki əsərlərindən fərqləndirən bir cəhət də əsərdə türk-
çülük ideyalarının tərənnümüdür.  Şair-dramaturq pyesdə 
yeri gəldikcə «türk» adından bəzən milli mənsubiyyət, bə-
zən etnik birlik simvolu kimi istifadə etmişdir. Məsələn, 
Şöklü Məliyin münasibətində bu, etnik mənsubiyyəti ifadə 
edir: 
 
Get, Burla Xatunu gətir məclisə, 
Qoy iki türk qızı versin səs-səsə (181, 197). 
 
Kafirin Şöklü Məliyə gətirdiyi xəbərdə isə «türk» adı 
türk dünyasının birlik simvolu kimi səslənir: 
 
Çoban intiqama çağırıb eli, 
Səsinə səs verib Türküstan əhli (181, 216). 
 
Pyesdə qurd obrazının da milli simvol kimi hallan-
dırılması,  əslində, türklüyün tərənnümünüə xidmət edir. 
Oğuzların inamlar dünyasında qurdun əsas yerlərdən birini 
tutması istər onların düşmənlərinin, istərsə  də özlərinin 
dilində öz milli məzmununu heç bir halda dəyişmir. Şöklü 
Məlik ona etiraz edən qorxubilməz oğuz qızlarına deyir: 
 
Yenə bayquş kimi nə ulayırsız? 
Ulamaq biçilmiş şux boyunuza. 
Deyirlər, qurd nəsli, qurd övladısız, 
Ağı dedirdərəm qurd soyunuza (181, 218). 
 
Səhəriyyənin Şöklü Məliyə söylədiyi «Qorxu bilməz 
boz qurdumun erkəyində bir kökümüz var» sözləri ilə 
(181, 218) əsərdə inkişaf etdirilən türkçülük xətti bədii-
ideoloji məzmun kəsb edir. Əcdad qurdu anan oğuz qızları 
ruhən coşur və Şöklü Məliyə çılğın etiraz edirlər: «Şöklü 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə