Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə63/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   59   60   61   62   63   64   65   66   ...   89

 253 
məzmunu, vətənpərvərlik və  qəhrəmanlıq, insanpərvərlik 
və humanizm ideyası aydın göstərilmişdir. «Salur Qazanın 
evinin yağmalanması» boyundakı  əsas hadisələrin daxili 
mahiyyətini, ideya məzmununu bacarıqla açan müəllif 
əsas obrazları saxlamış, yeni obrazlar əlavə etməklə oriji-
nal, gərəkli bir əsər yazmışdır. Çox-çox qədim zamanlarda 
yaşamış, yarıoturaq, yarıköçəri həyat keçirmiş Azərbaycan 
oğuzlarının həyatından bəhs edən «Kitabi-Dədə Qorqud» 
«Torpağa sancılan qılınc» əsərində  daxili ideya məzmunu 
etibarilə müasir səsləndi» (195). 
«Torpağa sancılan qılınc» mənzum pyesi Dədə Qor-
qudun oğuzların vətəni Odlar yurdunun - Şərqin qədim öl-
kəsi olan ana vətənimiz Azərbaycanının tərənnüm etməsi 
ilə başlayır: 
 
Eşidin insanlar, sizə sözüm var, 
Bu dağda, bu daşda mənim izim var. 
Elin pir oğluyam mən dədə Qorqud, 
Xalqımla uluyam mən dədə Qorqud. 
Əlvan vətən düzləridir 
Ər-ərənlər keçən yerlər, 
Mərmər donlu sal qayalar, 
Məxmər otlu çəmən yerlər. 
Şərqin yanar torpağıdır, 
Bura Odlar torpağıdır! (180, 116) 
 
N.Xəzri əsərin əvvəlində onun başlıca ideyasını təş-
kil edən bütün mənalı elementləri bədii  şəkildə  təcəssüm 
etdirmişdir. Salur Qazanın oğlu Ulus (eposda - Uruz) Çi-
çək adlı qızı sevir. Maraqlıdır ki, Ə.Dəmirçizadənin «Qa-
raca Çoban» mənzum dramında Uruzun sevgilisi Gülçin 
Qaraca Çobanın qızı olduğu kimi, bu əsərdə də Çiçək Qa-
raca Çobanın qızıdır. Burla Xatın və Salur Qazan gənclə-
rin sevgisi ilə  fəxr edib, bu sevgini oğuz dünyasının 
 254
möhkəmliyinin mənəvi  əsası sayırlar. Ona görə  də Burla 
Xatun gənclərə biri-birinə və oğuz elinə sədaqətli olmaları 
haqqında and içdirir. Hər iki gənc oğuzlar üçün müqəddəs 
dəyər olan «Ana adına» and içirlər: 
 
Ulus 
Mərd ana adına and içirəm mən, 
Sən Burla Xatına and içirəm mən! 
                                             
Çiçək 
Məhəbbət, ilqar 
Sizdən miras qalıb bizə yadigar! (180, 119) 
 
Müqəddəs qopuzu çox sevən Ulus atasına «Səninki 
qılıncdır - mənimki qopuz» deyir. Salur Qazan oğluna ba-
şa salır ki, qılınc ilə qopuzu biri-birindən ayırmaq, birini 
digərinə qarşı qoymaq olmaz: 
 
Qopuz qılınc ilə əkizdir, Ulus! 
Onu da silahla qorumalısan! (180, 120) 
 
Şair Salur Qazanın dili ilə, əslində, Azərbaycan xal-
qının tarixi üçün xarakterik olan ən ulu həqiqəti ifa etmiş-
dir. Doğrudan da, Koroğlunun bir əlində qılınc, bir əlində 
saz var idi. O, qılıncı ilə döyüşdüyü kimi, sazı ilə də mü-
barizə aparırdı. Qılınc - qol, fiziki güc, saz - ağıl, söz, in-
tellekt, diplomatiya deməkdir. Bunların hər ikisi türk tarixi 
üçün səciyyəvi olub. İgidlər döyüşə girməzdən əvvəl biri-
birinə sözlə  hərbə-zorba gəliblər. Bunun izləri xüsusilə 
məhəbbət dastanlarımızda qorunub qalıb. Aşıqlar da biri-
biri ilə sənət yaraşına girib deyişdikləri zaman onlar biri-
birinə hərbə-zorba gəlirlər. «Hərbə-zorba» sözünün məna-
sına diqqət edək. «Hərbə» - ərəbcə «hərb» sözündən olub, 
hərb, döyüş mənasındadır. «Zorba» sözü isə fars dilindəki 


 255 
«zor» sözündən olub, güc, qüvvət mənasındadır. Aşıqların 
biri-birinə hərbə-zorba gəlməsi sazla qılıncın vəhdətini ifa-
də edir. Deyişmə  sənət yarışıdır. Lakin bu yarışmada sə-
nətçilərin bir-birinə  hərbə-zorba gəlməsi deyişmənin öz 
kökləri etibarilə hərb sənəti ilə, düşmənlə təkcə, qol gücü-
nə yox, həm də sözlə, sözün magik gücü ilə, sehr qüvvəsi 
ilə döyüşməklə bağlı olduğunu göstərir. Yada salaq ki, qə-
dim zamanlarda döyüşən ordularda kahin-şamanlar olurdu. 
Döyüşçülər qılınc ilə vuruşduqları kimi, kahin-şamanlar 
da dua-əfsunların gücü ilə rəqiblərinə təsir etməyə çalışır-
dılar. Demək, Salur Qazanın qopuzla qılıncın (sazla qılın-
cın) əkiz olması haqqında sözləri qədimdən də qədim olan 
tarixi bir həqiqəti ifadə edir. Lakin müasir dövr oxucu-
tamaşaçıları üçün yazılmış bu əsərdə N.Xəzrinin oxucula-
ra təlqin etmək istədiyi ideya təkcə qədim görüşlərlə bağlı 
deyildi. Sovet dönəmində yazılmış bu əsərdə müəllif oxu-
cu-tamaşaçıları ayıq-sayıq olmağa, Azərbaycan xalqının 
mənafeyini qorumaq üçün təkcə «qopuzla» (saz, söz, ağıl, 
intellektlə) yox, həm də «qılıncla» (hərb sənətinə, hərbi 
bilik və bacarıqlara yiyələnməklə) mübarizə aparmağa səs-
ləyirdi. Doğrudan da, sovet dönəmində bəzi gənclər döyüş 
hissələrində yox, tikinti bataloyonlarında xidmət etməyə 
üstünlük verirdilər. Lakin sonralar erməni-Azərbaycan sa-
vaşında bir çox gənclərimizin hərbi vərdiş və bacarıqları-
nın olmamasının böyük çətinliklər yaratması N.Xəzrinin 
qopuzla qılıncın (ağılla fiziki gücün) əkizliyi haqqında 
söylədiyi sözlərin nə  dərəcədə böyük həqiqətləri özündə 
əks etdirdiyini sübut etdi. 
Salur Qazan və Burla Xatun gənclərə toy etmək istə-
yirlər. Salur Qazan toyu ovdan sonra edəcəyini söyləyir. 
Burla Xatun onu xəbərdar edir ki, Oğuz elinin qatı düşmə-
ni Şöklü Məlik yaxında - Ala dağdadır. Lakin Salur Qazan 
onun «Çatmaz kişiliyi bu yurda gəlsin» deyib, xatununun 
sözünə  əhəmiyyət vermir. Burla Xatun ona «Eldən uca 
 256
tutma eyş-işrəti» deyib, həyəcan və etirazını ifadə etsə də, 
Qazan öz dostlarına ova çıxmaq haqqında söz verdiyi üçün 
arvadına qulaq asmır. 
Burla xatun bir ana və tədbirli hökmdar xanımı kimi 
təhlükəni hiss etmişdi. Lakin gücü-qüvvəsi aşıb-daşan Qa-
zan bu təhlükəyə barmaqarası baxır. Şair əsərdəki drama-
tizmi daha da qüvvətləndirmək, hadisələrin gedişatındakı 
bədii həyəcanı daha qüvvətli ifadə etmək üçün əsərdə xor 
elementindən istifadə etmişdir. Bu cəhətdən qazların xo-
runda oxunan nəğmə  Oğuz elini gözləyən təhlükədən xə-
bər verməklə oxucu-tamaşaçının emosiyasını  əsərdə göz-
lənilən real hadisələrə kökləyir: 
 
Zirvələrə duman gəlir, 
Haray Qazan, haray Qazan. 
Evin üstə tufan gəlir, 
Sən gedirsən hara, Qazan? 
Xoşbəxtliyi biçər düşmən, 
Haray Qazan, haray Qazan. 
Yurdu yıxıb keçər düşmən, 
Sən gedirsən hara, Qazan? (180, 124) 
 
«Kitabi-Dədə Qorqud»da Qazanın ova çıxması evi-
nin üstündə yeniyetmə Uruzun az bir qüvvə ilə qalması 
haqqındakı xəbəri düşmənə casus aparır. N.Xəzri isə casu-
sa ad verib. obraz kimi əsərə daxil etmişdir. Onun adı Çəp-
gözdür. Mənəvi qüsurları ona igid olmağa imkan vermə-
mişdir. Oğuzda öz təsdiqini tapa bilməyən, eybəcər davra-
nışları ilə el içində  hətta itə  bənzədilən, namərd Çəpgöz 
Oğuz elinə  xəyanət etməklə ad-san, şan-şöhrət, mövqe 
qazanmaq istəyir: 
 
Yaxşı, indi mən bu yurda  
Külək, tufan əsdirərəm. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə