Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə65/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   61   62   63   64   65   66   67   68   ...   89

 261 
Əsərdə daha bir dramatik surət var. Bu, Şiranə adlı 
rəqqasədir. O, oğuz elindəndir. Lakin nəfsi - var-dövlət
zər-zinət, eyş-işrət həvəsi («Ömrün bağışlanmaz ilk qəba-
həti» - 180, 151) onu aldatmış və Şiranə doğma yurdunun 
düşmənlərinin arasına düşüb onlarla birgə yaşamağa məh-
kum olmuşdur.  Əsir düşmüş  oğuz qadınlarını görəndə 
onun ürəyi qan ağlayır. Müəllif onun dili ilə Ulusun ətin-
dən yeməyə məcbur olan oğuz qadınlarının və Burla Xatu-
nun iç dünyasının psixoloji incəliklərini açır. O, qadınların 
bu hərəkətini başa düşməkdə aciz qalan Şöklü Məliyə 
qəlbinin dərinliklərində  gəzdirdiyi həqiqətləri başa salıb, 
canını bu həqiqət yolunda da qurban verir: 
 
Qadın müqəddəsdir ellər içində, 
Qadın gəzsin gərək güllər içində. 
Qadın nəsillərdir - qadın anadır, 
İnamı, torpağı asimanadır (180, 152)  
   
Əslində, Şöklü Məlik qadınları aldatmış, onlara Ulu-
sun əti adı altında heyvan əti yedirtmişdi. Onun əsil niyyə-
ti Ulusu sındırmaq, onun məğlubiyyəti qarşısında öz eybə-
cərliklərinə haqq qazandırmaq idi. N.Xəzri Ulusla Şöklü 
Məliyi söz döyüşündə qarşı-qarşıya gətirməklə çox ciddi 
psixoloji səhnə yaratmışdır. Şöklü Məlik Uruzu can qorxu-
su ilə yalvartdırıb, bu yalvarışlar üzərində özünü təsdiq et-
dirmək istəyir. Lakin Ulus onu rədd etməklə,  Şöklü Mə-
liyin tapındığı dəyərlərin rəzilliyi və miskinliyini, onun hər 
cür igidlikdən uzaq, qorxaq, namərd, kəmfürsət varlıq 
olduğunu onun özünə sübut edir: 
 
Göylərdə qartal tək çırpınan bizik, 
Vicdana, namusa tapınan bizik. 
Əzəldən düşmənik biz qaranlığa, 
Bağlıyıq saflığa, mehribanlığa. 
 262
Bizim inamımız mərd insanlıqdır, 
Qəhrəmanlıq özü mehribanlıqdır. 
İşıq kainatın al gündüzüdür, 
Mənim etiqadım günəş özüdür (180, 167).  
  
Ulusla  Şöklü Məliyin qarşılaşdığı  səhnədə çox ma-
raqlı  mənzərə yaranmışdır. Ulus Şöklü Məliyin  əsiridir. 
Lakin  Şöklü Məlik onu mənəvi cəhətdən sındırmaq üçün 
Ulusa, az qala, yalvarır: 
 
Bəsdir səfehlədin, sən ey «bəxtəvər», 
Gəl bu oyunları qurtaraq, yetər. 
Gedək, öz əlinlə göstər ananı! 
Qurtar öz canını, onun canını, 
Onda azadlıqdır nəsibin sənin (180, 170)  
 
Ulusun cavabı onu alçaltmaq istəyən Şöklü Məliyin 
özünü alçaldır: 
 
Sənin azadlığın başına dəysin! 
Satmısan ananı bir vaxt, bəlkə, sən, 
Onunçun sən bunu təklif edirsən. 
Eşit ki, mən sənə nifrət deyirəm, 
Səni lənətləyir, lənətləyirəm (180, 170) 
 
Şöklü Məlik  əli-qolu bağlı  əsiri Ulusun qabağında 
mənəvi cəhətdən məğlub olduğu kimi, Oğuz elinin çobanı 
Qaraca Çobanın da qarşısında növbəti dəfə  məğlub olur. 
Qaraca Çoban və qardaşları ağır qurbanlar bahasına Oğu-
zun bir çöpünü də dümənə vermirlər. Bu xəbər Şöklü Mə-
liyi sarsıdır: 
 
Çoban qan eylədi, tufan eylədi, 
Doğma qardaşı da qurban eylədi. 


 263 
Çıxıb zirvəsinə uca dağın o, 
Etdi qoşunları darmadağın o (180, 185). 
 
  Oğuz elinin kiçikdən böyüyə, qadından kişiyə kimi 
birliyi onu sarsılmağa, məhv olmağa qoymur. Əsərin so-
nunda Salur Qazan, Qaraca çoban düşmən üzərində qələbə 
çalırlar. Maraqlıdır ki, N.Xəzri bu qələbənin sirrini Şöklü 
Məliyin özünə Qazanın önündə etiraf etdirir: 
 
İçərdim qanını mən bu ölkənin! 
Önümdə diz çökdü ellər, obalar, 
Bu yerdə bilmədim mən necə sirr var. 
Necə böyütmüsən eli - ulusu, 
Yüz orduya dəyər bircə Ulusu. 
Burla Xatınla da bacarmadım mən, 
Bircə qadınla da bacarmadım mən. 
Burda sındı mənim qolum-qanadım, 
Burda «məğlub» deyə çağrıldı adım, 
İlk dəfə oxlarım daşlara dəydi, 
Bura gələn yolum qara gələydi! (180, 200-201)  
 
Müəllifin əsərin əvvəlindən sonuna qədər davam et-
dirdiyi «Ana - Vətən» ideyası sonuncu səhnədə çox ma-
raqlı və ibrətamiz şəkildə təcəssüm etdirilmişdir. Salur Qa-
zan qılıncı Burla Xatunun əlinə verir ki, o, hamının qisa-
sını  Şöklü Məlikdən alsın.  Şöklü Məlik Burla Xatunun 
ayaqlarına yıxılıb, «ana» deyərək ona yalvarır. Burla ona 
nə qədər nifrət etsə də, ana adından keçə bilmir: 
 
Bura «ölüm» - deyə atını çəkdin, 
Səni lənətləyir, qarğışlayıram. 
İndi ki, sən ana adını çəkdin, 
Mən səni  anaya bağışlayıram (180, 202)  
   
 264
«Burla Xatın qılıncı endirir. Qılınc  Şöklü Məliyin 
qarşısında torpağa sancılır» (180, 202). Bu səhnə  əsərin 
adını - «Torpağa sancılan qılınc» ifadəsini izah edir. Qılın-
cın torpağa sancılması sanki bir qədim ayin, hərbi ritual 
kimi torpağın ana, ananın isə torpaq qədər müqəddəsliyini 
və bu anlayışların oğuzların  şüurunda biri-birindən ayrıl-
maz olduğunu nümayiş etdirir. Bu milli həqiqət Qazanın 
dili ilə belə ifadə olunur: 
 
Əyil, bu torpağa, ey qanlı yağı, 
Burda ana durub, 
Öp bu torpağı! (180, 202)  
 
 N.Xəzri qədim oğuz eposu «Kitabi-Dədə Qorqud» 
dastanının motivlərindən istifadə etməklə oxucuları vətəni, 
yurdu sevməyə, vətən torpağını ana bilib onu göz bəbəyi 
kimi qorumağa çağırmışdır.  Əlbəttə, N.Xəzri kimi iste-
dadlı bir şair  «Ana - Vətən» mövzusunda «Dədə Qorqud» 
eposuna müraciət etmədən də gözəl əsər yaza bilərdi. La-
kin onun oğuz dastanının «Salur Qazanın evinin yağma-
lanması» kimi orta məktəblərdə  tədris olunan, məzmunu 
bütün məktəblilərə məlum olan bir boyuna müraciət etmə-
sinin ciddi səbəbləri vardır.  Əslində,  şairin «məlum» bir 
boya müraciət etməkdə  məqsədi milli yaddaşa üz tutmaq 
olmuşdur. Milli yaddaş xalqı kiçikdən böyüyə kimi birləş-
dirən ümumi dəyərdir. «Salur Qazanın evinin yağmalan-
ması» boyu özündə milli tariximizin ən yüksək, uca və 
ülvi dəyərlərini daşıyır. N.Xəzri bu boya üz tutmaqla, əs-
lində, sovet tərbiyəsi alan gəncliyin, ümumən xalqın qan 
yaddaşını oyatmağa çalışmışdır. O, bir dünyagörmüş  şair 
idi. Sovet tarixinin bütün kəşməkeşlərini yaşamış, imperi-
yasının yeritdiyi «humanist» milli siyasətin bütün eybəcər-
liklərinin şahidi olmuşdu. Keçən əsrin 80-ci illərinin orta-
sında yazılmış bu əsərdə şairin öz xalqının taleyindən ötrü 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə