Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə73/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   69   70   71   72   73   74   75   76   ...   89

 293 
verdiyi sözündən qaçma cəhdlərini də xatırlayaq. Sözlə bu 
cür rəftar hökmən cəzalanmalıdır. Cəza budur: «qırx gün, 
qırx gecə toy-dügün elədilər. Beyrək yigitlərilə murad 
verdi, murad aldı». Bəli, cəza Beyrəyin sevgilisinə qovuş-
masıdır!.. Nəhayət ki, Sözün iradəsi, hökmü həyata keçir. 
Bu, qurbanlar, məhrumiyyətər bahasına başa gəlsə  də, 
nəhayətdə  həqiqətə çevrilir. Bəs bizim qəhrəmanımızın - 
Beyrəyin Sözə verdiyi söz nə cür olur?!»; «Sözə verdiyi 
vədə xilaf çıxdığı, məsum və təmiz bir qızı (Bayburd ha-
sarı bəyinin qızını - Y.İ.) aldatdığı, deməli, Oğuz dünyası-
nın və dövrünün (eləcə də bütün dövrlərin) mənəvi və əx-
laqi kodeksinə zidd hərəkət etdiyi üçün Beyrək artıq məh-
kumdur» (21, 208-209, 210)  
Pyesdə Beyrəyin ölümünə  gətirən «mistik» xətt nə 
qədə maraqlıdırsa, Oğuz bəylərinin və  Dədə Qorqudun 
yurda düşmən Bayburd bəyi ilə etdikləri gizli dostluq isə 
düşündürücüdür. Lakin K.Abdulla bu xətti də dastanın 
mahiyyət planındakı gizli nöqtələrin aşkarlanması yolu ilə 
qurmuşdur. 
Bu münasibətlərdə hərənin bir məqsədi var. İlk növ-
bədə Dədə Qorqudun məqsədi xüsusilə maraq doğurur. O, 
Oğuzun birliyindəki siyasi-mənəvi çatları görür və buna 
çarə tapmaq istəyir. Bayburd hasarı Oğuz elinin çox güclü 
düşmənidir. Oğuz zəifləyərsə, o, eli-obanı məhv edə bilər. 
Dədə Qorqud Bayburd hasarı ilə gizli sazişə getməklə bu 
təhlükəni zərərsizləşdirmək istəyir. Onun bu ali məqsədi 
pyesdə iki nöqtədə çox aydın şəkildə ifadə olunub: 
Birincisi, Bayburd məliyi ilə Baybecanın sazişinə 
münasibətində: «Bəlkə, bu saziş Oğuzu böyük dünya yolu-
na çıxardı, İlahi, amin!» (17, 18). 
İkincisi, Bayburd məliyindən gələn adamlar Banı-
çiçəyin  əvəzində Beyrəyi oğurlayıb Bayburda aparanda 
onun məliyə yolladığı ismarıcda: «Dədənin məsləhəti 
belədi ki, Beyrəyi Bayburd içində böyrək yağ içində kimi 
 294
saxlayasan. Beyrəyi burada baş-ayaq edəsən. Ta ki, Oğuz, 
Bayburd üzbəüz durmaya. Qan tökülməyə» (17, 40). 
Baybecan bəy də Bayburdla bağlanmış sazişdə o 
məqsədlə iştirak etməyə razı olur ki, Oğuzla Bayburd ara-
sında düşmənçiliyə son qoyulsun. Bayburd bəyi ona dost 
olduğunu bildirəndə Baybecan belə cavab verir: «Oğuza 
dost  ol, məlik» (17, 17). 
Aruzun isə bu sazişdə öz niyyətləri vardır. O, Dış 
Oğuzun başçısıdır, Oğuz elinin bəylərbəyisi olmağa iddia-
lıdır və Salur Qazan tərəfindən daim sıxışdırılır. Onun 
Bayburd məliyi ilə sazişi artıq öz mövqeyini möhkəmlən-
dirməyə xidmət edir. Lakin o, bu sazişə sadiq deyildir. 
Beyrəyin ölüm xəbəri çıxanda Banıçiçəyin Bayburd məli-
yinə veriləcəyi haqqında gizli sazişin itirakçısı olsa da, qı-
zı oğlu Basata almaq istəyir. Məqsədi artıq ölmüş Baybe-
canın var-dövlətindən pay qamarlamaqdır. 
K.Abdulla «Kitabi-Dədə Qorqud»un mahiyyət pla-
nında aşkarladığı nöqtələri pyesə gətirməklə gərgin drama-
tik məzmuna, maraqlı süjetə  və  bədii dəyərə malik əsər 
yaratmışdır. O, Azərbaycan  ədəbiyyatı  və qorqudşünaslı-
ğında yeganə müəllifdir ki, həm bədii, həm də elmi yara-
dıcılığının əsasında eyni metod durur: eposun ifadə planın-
dakı (üst, zahiri qatındakı) semantik boşluqları tapıb, ora-
dan mətnin mahiyyət planına (alt, batini qatına) enərək 
«Gizli Dədə Qorqud»u aşkarlamaq. Prof. R.Bədəlov yazır: 
«Əslində, «gizli» sözü o demək deyil ki, Dədə Qorqud 
bizdən nəyi isə gizlədir. «Gizli» sözü yeni-yeni mənaların 
sonsuzluğuna, deyilmiş sözün hələ deyilməmiş mənasının 
ortaya çıxarılmasına işarədir» (70, 10).  
Beləliklə, K.Abdulla artıq uzun illərdir ki, bu üsulla 
çox maraqlı  bədii və elmi əsərlər yazır. Onun bədii-elmi 
yaradıcılığı artıq dünya şöhrəti qazanıb: bu əsərlərin bir 
çoxu  Fransada, Rusiyada, Türkiyədə, Braziliyada və s. öl-
kələrdə nəşr olunub və yeni tərcümələr hazırlanmaqdadır. 


 295 
Əslində, K.Abdullanın «Dədə Qorqud» əsasındakı bədii və 
elmi yaradıcılığı biri-biri ilə  məzmunca sıx bağlı olub, 
bitib-tükənməyən hadisədir.  Əgər biz bu yaradıcılığı «bir 
kitab» («Kitabi-Dədə Qorqud») haqqında yazılmış «bir ki-
tab» kimi səciyyələndirsək, müəllifin özünün yazdığı kimi, 
«bu kitabın yazılışı, görünür, heç zaman bitməyəcək» (21, 
11). Bu, o deməkdir ki, Azərbaycan ədəbiyyatında «Dədə 
Qorqud» motivləri  əsasında hələ bundan sonra da yeni-
yeni  əsərlər meydana çıxacaq və ulu abidəmiz milli 
ədəbiyyatımızı  və milli ədəbi düşüncəmizi zənginləşdir-
məkdə davam edəcək. 
Müasir Azərbaycan  ədəbiyyatında «Dədə Qorqud» 
motivlərindən istifadənin tarixi ilk dəfə keçən  əsrin 40-cı 
illərində  Ə.Dəmirçizadənin dramaturgiyası («Dədə Qor-
qud» librettosu və «Qaraca Çoban» mənzum pyesi) ilə 
başlansa da, bu ənənə sonralar nəsrdə  və  poeziyada da-
vam etdirilmiş, lakin bir neçə onillik ərzində dramaturgi-
yada bu mövzuya müraciət olunmamışdır. Uzun fasilədən 
sonra dramaturqlardan birinci olaraq bu mövzuya Altay 
Məmmədov baş vurdu. N.Ələkbərli yazır ki, «Kitabi-Dədə 
Qorqud» mövzularının dramaturgiyada əksi, təxminən, 30 
ildən sonra yeni vüsət aldı. Yeni təşəbbüs  Altay Məmmə-
dovun yazdığı «Dəli Domrul» pyesi oldu. Bu pyes müha-
ribə mövzularından fərqli olaraq yeni forma-janr əlamətlə-
rini əks etdirirdi. «Duxa Qoca oğlu Dəli Domrul boyu»nun 
əsasında qələmə alınmış «Dəli Domrul» pyesi əslində 
komediyadır. Dastandakı ölməzlik ideyası pyesə də gətiri-
lib. Əsər təkcə Domrulun Əzrayıl üzərindəki qələbəsi kimi 
mənalanmır, həm də mənəvi-əxlaqi sınağa çəkilən insanın, 
bərk-boşdan keçən qəhrəmanın düşdüyü situasiya baxı-
mından diqqəti cəlb edir» (118, 14). 
İlk dəfə 1981-ci ildə yazıçının dram və nəsr əsərlərin-
dən ibarət «Dəli Domrul» adlanan kitabında oxuculara 
çatdırılmış bu komediya (238, 216-267) 1998-ci ildə 
 296
C.Cabbarlı ad. Gəncə Dövlət Dram Teatrında, 1999-cu ildə 
Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tama-
şaya qoyulmuş  və bu tamaşalar haqqında respublika mət-
buatında təqdiredici yazılar çap olunmuşdur (bax:  189; 35). 
«Dəli Domrul» komediyası «Dədə Qorqud» dastanı-
nın Dəli Domruldan bəhs edən boyu əsasında yazılmışdır. 
Əsərin gözə çarpan ümdə  cəhəti müəllifin Dəli Domrul 
obrazını tamamilə yeni keyfiyyətdə  təqdim etməsidir. 
A.Məmmədov dastanda Dəli Domrulun tikdirdiyi körpünü 
əsas motiv kimi alaraq onu pyesin ideya-məzmun leyt-
motivinə çevirmişdir. Komediyada körpü Dəli Domrulun 
tikdirdiyi adi bir obyekt yox, onun ömür yolunun, həyat 
əqidəsinin və bir obraz kimi poetik tutumunun əsas məna-
sını təşkil edən mahiyyətdir. Yəni belə demək mümkünsə, 
körpünün özü əsərdə bir obrazdır və bu obraz çoxmənalı-
dır. Körpünün çoxmənalılığı onun əsərdə adi bir tikinti 
obrazı olmaqdan çıxıb, yazıçı konsepsiyasını  əks etdirən, 
onu pillə-pillə, mərhələ-mərhələ açan bədii fiqur olmasın-
da ifadə olunub. Pyesdə körpü obrazının axıradək aktual 
qalması A.Məmmədovun  əsərin  əsas ideya mahiyyətini, 
bədii məna yükünü bu obrazda təcəssüm etdirməsini 
göstərir. Körpü obrazının çoxmənalılığı, yazıçının bu ob-
raza  əsas ideya, komediyanın birləşdirici leytmotivi kimi 
verdiyi əhəmiyyət Azərbaycan dilində «Dəli Domrul» adı 
ilə  işıq üzü görmüş bu əsərin rus dilindəki tərcüməsinin 
1994-cü ildə «Literaturnıy Azerbaydcan» jurnalında məhz 
«Dəli Domrulun körpüsü» («Most Deli Domrula») adı al-
tında çap olunması ilə də təsdiq olunur (389, 5-40).  
İştirak edənləri Dəli Domrul, Əzrayıl, Ata, Ana, 
Banı, Dondar, Qoca, Tacir, Şişman, Keşikçi, Dədə Qorqud 
və xordan ibarət olan komediya çayın sahilində  Dəli 
Domrulun tikilib başa çatmaqda olan körpüsünün yanında 
xorun oxusu ilə başlanır. Maraqlıdır ki, əsərin bütün ideya 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə