Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə72/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   68   69   70   71   72   73   74   75   ...   89

 289 
Elçiliyə getmək məcburiyyətində qalan Qorqud Aru-
za gizli tapşırıq verir: «Aruz, var get Dəli Qarcara bu əh-
valatı qandır. Ona de ki, mən izin verirəm, mənimlə kafir 
düşmənlə danışan kimi danışsın, öylə  rəftar qılsın. Qızı 
almaq üçün elə  şərtlər qoysun ki, heç bir ağıla sığmasın. 
Qız Beyrəyə çatmamalıdır» (17, 28). 
Banıçiçəyin qardaşı Dəli Qarcar ona tapşırıldığı kimi 
çox ağır  şərtlər qoyur: qısrağa aşmamış min ayğır, maya 
görməmiş min nər, qoyun görməmiş min qoç, min quyruq-
suz-qulaqsız köpək, min qaraca-qaraca birə. Sonuncu iki 
başlıq (köpək və birə), əslində, yerinə yetirilməsi mümkün 
olmayan tələblər idi. Lakin Bayburanın ağlına gəlir ki, 
bunları tapmağı Qorqudun özünə həvalə etsin. Oğuzun hər 
dərdinə çarə  qılmalı olan Qorqud köpək və birələri tap-
mağı boynuna götürməyə məcbur olur.  
Tələb olunan şeyləri hazır edirlər. Qorqud Qarcarın 
yanına qayıdır. Onların arasında olan söhbətdən məlum 
olur ki, Dədə Qorqud bir plan hazırlayıb. O, təkrar elçi-
likdə Qarcarı bir qırağa çəkib deyir: «Oğul Qarcar, sən de-
diyin nəsnələr hazır. Yoldaşların qoy görsün ki, mən onla-
rın hamısını  gətirdim (bərkdən). Bu, ayğırlar, oğul! (ya-
vaşdan) Oğul, işlər qəlizləşdi. Oğul! Baban Baybecan mə-
liyin Bayburda verdiyi söz yadındamı? O sözə yiyə dur-
maq gərək. Baybura oğlu Bamsı Beyrək ortaya çıxalı  iş 
qəlizləşdi. Şimdi qız qardaşın əldən gedə bilər. (Bərkdən) 
Bu dəvələr, oğul Qarcar! (yavaşdan) Bir tövrlə Bayburda 
xəbər getməli» (17, 33). 
Bayburd məliyindən Qorqudun yanına bir adam gə-
lir. Qorqud məliyə xəbər yollayır ki, Banıçiçəyi oğurlatdır-
sın. Lakin gələn adamlar Beyrəyi oğurlayıb Bayburda 
aparırlar. Heç kəs onun hara aparıldığını bilmir. Casus 
Qorqudun ismarıcını Bayburd hasarının bəyinə  xəbər 
verir: «Bəyim Bayburd. Dədənin məsləhəti belədi ki, Bey-
rəyi Bayburd içində böyrək yağ içində kimi saxlayasan. 
 290
Beyrəyi burada baş-ayaq edəsən. Ta ki, Oğuz, Bayburd 
üzbəüz durmaya. Qan tökülməyə» (17, 40). 
Bayburd məliyinin qızı Beyrək hələ  əsir düşməmiş-
dən qabaq onu yuxuda görüb, aşiq olubmuş. İndi o, Bey-
rəyi görən kimi tanıyır. Bayburd bəyi öz qızını ona təklif 
edir: «Qızım sənə vurulmuş, bunu duymaq asan bir iş. 
İndiyədək heç kim onun könlünü avlaya bilmədi. Cəsur 
cəngavərlər, yaxın-uzaq ellərdən gəldilər - bəyənmədi heç 
birini. Xatunum deyir ki, yuxuda butası verilib. Mən inan-
mırdım, indi inandım. Qızımı  sənə verim, Buybura oğlu, 
ağır düyününü edim. Bu gün varam, sabah yox. Bayburda 
sənin kimi... məlik gərək» (17, 42). 
Beyrək ona öz nişanlısını unuda bilməyəcəyini söy-
ləyir. Beyrək uzun müddət həbsdə qalır. Bir gecə oğurlan-
masından keçən 16 il ərzindəki müddətdə Oğuzda baş ve-
rən hadisələr yuxu ilə Beyrəyə əyan olur: «Yatıb yuxusun-
da Oğuz elini, Oğuz hadisələrini görür, səs tufanı. Bu səs 
tufanının müşayiəti ilə kor olmuş və güclə yeriyən, heysiz 
Baybura bəy gəlib səhnədən keçir. Sonra Banıçiçək görü-
nür. Yalançı oğrun-oğrun gəlir. Beyrəyin qaftanını qırmızı 
qana sürtüb ona uzadır. Banıçiçək geri çəkilə-çəkilə səhnə-
dən çıxır. Dəli Qarcar səhnəyə  gəlib qanlı paltarı Yalan-
çıdan alır. Yalançı çıxır. Səhnəyə Qorqud, Aruz gəlirlər və 
Qarcarla birləşib üçlük düzəldirlər. Beyrək yuxudan 
ayılır» (17, 43). 
Bir gün Bayburda Oğuz elindən bazirganlar gəlirlər. 
Beyrək bunların atasının bəzirganları olduğunu görür: oğ-
lunun ölümünə inanmayan Baybura onları yollayıbmış ki, 
oğlunun öldü-qaldı xəbərini gətirsinlər. Bəzirganlar Oğuz-
dakı hadisələri - Təpəgözün peyda olmasını, Oğuza zülm 
etməsini, Basatın onu öldürməsini, Yalançının Beyrəyin 
ölüm xəbərini gətirməsini, Dəli Qarcarın Banıçiçəyi Ya-
lançıya verməsini, bu-gün sabah toy olacağını ona xəbər 
verirlər.  


 291 
Beyrək öz dərdini onu dəlicəsinə sevən kafir qızı ilə 
bölüşür. Beyrəyə bütün varlığı ilə bağlı olan qız onun dərd 
çəkməsinə dözə bilmir. Onların arasında «Beyrəyin ta-
leyi»nin düyün nöqtəsini təşkil edən dialoq olur: 
«K a f i r  q ı z ı: Əyər səni hasardan aşağı yorğanla 
sallandıracaq olursam, babana, anana sağlıqla varacaq 
olursan, məni burda gəlib halallığa qəbul edib alarmısan? 
B e y r ə k (həyəcanla): Doğrumu? Qılıncıma doğ-
ranayım. Oxuma sancılayım. Yer kimi kərtiləyim. Torpaq 
kimi sovrulayım. Sağlıqla varacaq olursam Oğuza, gəlib 
səni halallığa almazsam» (17, 48). 
Beyrək Oğuza qayıdır. Onun ölmədiyi məlum olur. 
Dədə Qorqud işin üstünün açıldığını görüb Dəli Qarcara 
Yalançını öldürməyi əmr edir. Üçlük: Qorqud, Aruz, Qar-
car məşvərət edirlər. Dədə Qorqud bəyan edir ki, artıq 
Bayburd hasarının bəyi ilə anlaşma pozuldu. «Qeybdən 
dürlü xəbərlər söyləyən» Dədə Qorquda əyan olur ki, Bey-
rək ölməlidir: «Beyrək dediyim, mən səni bağışlaya bilmə-
nəm. İstəsəm dəxi bağışlayam, bağışlaya bilmənəm. Mən-
dən yuxarıda uca tanrım durub. Mən kiməm? Ölməlisən, 
Beyrək dediyim, bu dünyaya gətirdiyim...» (17, 55). 
Beyrəyin toyundan qabaq oğuzlar Bayburd qalasına 
hücum edib, qalanı yerlə-yeksan edirlər. Onların var-döv-
lətini talayırlar. Qızlarını  əsir götürürlər. Beyrəyi sevən 
kafir qızı da əsir düşür. O, Beyrəyi görüb sevinir. Lakin 
Beyrək ona arxa çevirir. 
Pyesin sonuncu şəklində Aruz tərəfindən ölümcül 
halda yaralanmış Beyrək öz evində  təsvir olunur. O can 
verir. Qazana xəbər yolayır ki, onun intiqamını Aruzdan 
alsın. Son nəfəsdə kafir qızı Beyrəyin gözlərinə görünür:  
«Yenə  sənsən? Sən məni izlədin, izlədin. Axır ki, 
məni öldürdün. Sənə verdiyim söz məni öldürdü. Taleyi-
mə yazılmışdı o söz. Sən məni səsləyirsən? Hara?»; 
 292
«Yox məni Aruz qılınclamadı. Məni sənə dediyim 
söz qılıncladı. Bağışla məni, bağışla. Atanın, ananın ölü-
münə bais oldum. Səni əsir-yesir etdim. Aldatdım. Dönük 
çıxdım. Bağışlaya bilsən, bağışla. Bir vaxt gələcək...» (17, 
60-61). 
Göründüyü kimi, əsərdə çox maraqlı süjet qurulmuş-
dur. Müəllif bu əsərində də öz üslubuna sadiq qalaraq «Ki-
tabi-Dədə Qorqud» dastanının mahiyyət planında Beyrək-
lə bağlı aşkarladığı «gizlin nöqtələr» əsasında çox maraqlı, 
dramatik «tale» yaratmışdır.  Bu  tale  müəllifin  əsər boyu 
inkişaf etdirdiyi mistik bir xətlə bağlıdır. Bu xəttin seman-
tik nüvəsi dastanın özündən gəlir. Həmin semantik nüvə-
nin əsasında üç and (içmə) və onun pozulması durur: 
Birincisi, Baybecanın əgər qızı olarsa, onu Baybura-
nın doğulacaq oğluna verəcəyi haqqında Oğuz bəyləri və 
Dədə Qorqudun şahidliyi ilə içdiyi and. 
Bu andı Dədə Qorqud, Aruz və Baybecan pozurlar. 
İkincisi, Baybecanın öz qızı Banıçiçəyi Bayburd 
hasarının bəyinə verəcəyi haqqında Dədə Qorqud, Aruz və 
Bayburd bəyinin iştirakı ilə içdiyi and. 
Bu and da pozulur? Həyata keçmir. 
Üçüncüsü, Oğuza qayıtmaq istəyən Beyrəyin xilas 
olacağı  təqdirdə  gəlib kafir qızını halallıqla alacağı haq-
qında içdiyi and. 
Bu and da Beyrək tərəfindən pozulur. 
Bu andların içilməsi və onların pozulması «Beyrəyin 
taleyi» pyesinin mistik leytmotivini təşkil edir. Müəllifin 
son tədqiqatı göstərir ki, K.Abdullanın «Beyrəyin taleyi» 
əsərində gerçəkləşdirdiyi xətt onun «Kitabi-Dədə Qorqud» 
eposunun mahiyyət planında aşkarladığı semantik laydır. 
Müəllif dastan haqqında yazır: «Nəhayət ki, Söz «Baybe-
can məlik - Dəli Qarcar - Bayburd hasarının bəyi» üçlü-
yündən intiqam alır. Baybecan məliyin Oğuz bəylərinə 
içdiyi andını indi bir daha yada salaq. Sonra onun öz 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə